__________________________________________
344
yanla apardığım danışıqlar barədə Amerika Birləşmiş Ştatlarının
dövlət katibi xanım Olbrayt ilə görüşümdə ətraflı müzakirələr
keçirmişik.
Bu Sülh prosesinin davam etməsini daim diqqətinizdə
saxladığınıza və danışıqların uğurla başa çatması üçün
göstərdiyiniz şəxsi səylərə və dəstəyə görə Sizə dərin
təşəkkürümü bildirirəm.
Əminəm ki, Azərbaycan ilə Amerika arasındakı strateji
tərəfdaşlıq münasibətləri bundan sonra daha da güclənəcəkdir.
Ölkələrimiz arasında çoxtərəfli iqtisadi əlaqələrin bütün
sahələrdə genişlənməsi üçün bu yaxınlarda Amerika Birləşmiş
Ştatları və Azərbaycan hökumətləri arasında birgə işçi qrupunun
yaradılması barədə əməkdaşlıq memorandumunun imzalanması
mühüm əhəmiyyət daşıyır. ABŞ-ın işgüzar dairələrinin
Azərbaycanda qarşılıqlı surətdə faydalı iş görməsi və sərmayə
qoyması üçün bundan sonra da hər cür şərait yaradılacaqdır.
__________________________________________
345
İRAN İSLAM RESPLİBLİKASININ
XARİCİ İŞLƏR NAZİRİ KAMAL XƏRRAZİ İLƏ
GÖRÜŞDƏKİ SÖHBƏTDƏN
Davos
29 yanvar 2000-ci il
Kamal Xərrazi: Hörmətli cənab prezident! Xoş gördük. Mən
Sizinlə hər bir görüşümdən fərəh duyuram. İcazə verin İran
prezidenti cənab Xatəminin xoş arzularını, hörmət və ehtiramını
Sizə çatdırım.
Sizin Davos Dünya İqtisadi Forumunda «Qafqazın və
Mərkəzi Asiyanın perspektivləri, İpək yolu və ya böyük oyun»
mövzusunda keçirilən sessiyada dərin məzmunlu çıxışınızı və
suallara ətraflı cavablarınızı yüksək qiymətləndirirəm. Mənim
fikrimcə, bu sessiya region ölkələrinin qarşılaşdığı problemlərin
həlli İstiqamətində böyük əhəmiyyətə malikdir.
Hörmətli cənab prezident, Sizin qarşıdakı rəsmi səfərinizi
İranda çox səbirsizliklə gözləyirlər.
İcazə versəydiniz, prezident Xatəminin dəvətini Sizə bir daha
çatdırım. Əmin olduğumu bildirirəm ki, Sizin bu rəsmi səfəriniz
ölkələrimizin bütün sahələrdə
əlaqələrinin daha da
möhkəmləndirilməsində mühüm rol oynayacaqdır.
Heydər Əliyev: Hörmətli cənab Xərrazi! Xoş sözlərinizə
görə təşəkkür edirəm. İran İslam Respublikası ilə əməkdaşlığın
inkişaf etdirilməsinə Azərbaycan Respublikası xüsusi əhəmiyyət
verir. Xahiş edərdim ki, mənim salamlarımı, xoş arzularımı
cənab Xatəmiyə və dost ölkənin digər rəhbərlərinə çatdırasınız.
__________________________________________
346
Dəvətinizi məmnuniyyətlə qəbul edərək İrana rəsmi səfərə
gələcəyəm. Əmin olduğumu bildirirəm ki, bu ziyarət qonşu
ölkələrimizin qarşılıqlı surətdə faydalı əməkdaşlığının daha da
sürətlənməsinə yeni güclü təkan verəcəkdir.
Mən ümidvaram ki, ölkələrimiz Ermənistan-Azərbaycan
münaqişəsinin sülh yolu ilə həll olunması, regionda vəziyyət,
ikitərəfli münasibətlərin daha da canlandırılması məsələləri
barədə fikir mübadiləsi zamanı hər iki tərəfi qane edən ümumi
rəyə gələcəkdir.
__________________________________________
347
TÜRKİYƏNİN BAŞ NAZİRİ
BÜLƏND ECEVİT İLƏ GÖRÜŞDƏKİ
SÖHBƏTDƏN
Davos
29 yanvar 2000-ci il
Bülənd Ecevit: Hörmətli cənab prezident! Xoş gördük Sizi.
Dost və qardaş ölkənin prezidenti olan Sizinlə görüşdən son
dərəcə məmnunam.
Heydər Əliyev: Təşəkkür edirəm. Mən də Sizi səmimi-
qəlbdən salamlayıram. Mən Azərbaycan ilə Türkiyə arasında
dostluq və
əməkdaşlıq münasibətlərinin gündən-günə
genişlənməsindən, inkişaf etməsindən böyük məmnunluq
duyuram. Əminəm ki, Davos Dünya İqtisadi Forumu iştirakçı
ölkələrin qarşılıqlı surətdə faydalı
əlaqələrinin
möhkəmləndirilməsində mühüm rol oynayacaqdır.
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan
qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa
danışıqlar aparılır.
Bülənd Ecevit:Bu münaqişənin aradan qaldırılması üçün
Azərbaycanın haqq işini Türkiyə həmişə müdafiə edir və
edəcəkdir.
Heydər Əliyev: Təşəkkür edirəm, cənab Baş nazir. Bizim
ölkəmiz Ermənistanla olan münaqişənin törətdiyi çətinliklərə
baxmayaraq qardaş Türkiyə ilə işbirliyinə böyük əhəmiyyət
verir.
Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması
üçün nəzərdə tutulan Bakı-Ceyhan əsas ixrac boru kəmərinin
__________________________________________
348
və Transxəzər qaz kəmərinin inşasına dair ötən ilin noyabrında
İstanbulda imzalanmış sənədlər olduqca mühüm layihələrdir.
Onların həyata keçirilməsi nəinki region dövlətlərinin, həm də
Avropa və dünya ölkələrinin iqtisadi inkişafında mühüm rol
oynayacaqdır. Biz bu layihələrin gerçəkləşdirilməsi üçün
əlimizdən gələni edəcəyik.
Dostları ilə paylaş: |