__________________________________________
340
İsveçrə Konfederasiyasının prezidenti olacağam. O vaxt Sizinlə
yenidən görüşərik. Əgər o zaman İsveçrəyə səfərə gəlsəniz, bizə
daha böyük şərəf vermiş olarsınız.
Heydər Əliyev: Mən əminəm ki, Davos İqtisadi Forumu
iştirakçı ölkələrin bütün sahələrdə
əlaqələrinin
sıxlaşdırılmasında mühüm rol oynayacaqdır. Azərbaycanın
enerji ehtiyatlarının işlənilməsində respublikamız xarici
dövlətlərlə geniş əməkdaşlıq edir. Bakı-Ceyhan əsas ixrac boru
kəməri və Transxəzər qaz kəməri barədə ötən ilin noyabrında
İstanbulda ABŞ prezidenti Bill Klintonun iştirakı ilə sazişlər
imzalandı. Azərbaycan bütün ölkələrlə qarşılıqlı surətdə faydalı
əlaqələri möhkəmləndirməyə hazırdır.
Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət
quruculuğu, islahatların həyata keçirilməsi sahəsində uğurlar
qazanılmışdır. Ermənistan-Azərbaycan münaqişəsi ölkəmiz
üçün ən ağrılı problemdir. ATƏT-in üzvü olan ölkələrin dövlət
və hökumət başçılarının 1996-cı ildə Lissabonda keçirilmiş zirvə
görüşündə bu münaqişənin sülh yolu ilə aradan qaldırılması
üçün əsas prinsiplər qəbul olunmuşdur. ATƏT-in o vaxtkı icraçı
sədri, İsveçrə nümayəndəsi Flavio Kottinin o zaman verdiyi
bəyanatı bir daha yüksək dəyərləndirirəm.
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll
olunması üçün Minsk qrupu çərçivəsində və birbaşa danışıqlar
aparılır. ATƏT-in İstanbul sammitində də bu barədə müzakirələr
gedir.
Sözsüz ki, bu gün Azərbaycan-İsveçrə əlaqələrinin daha da
genişləndirilməsinə ehtiyac duyulur. Ey-Bi-Bi şirkəti
respublikamızda fəaliyyət göstərir.
Kasper Villinger: Ümidvar olduğumu bildirirəm ki,
Ermənistan-Azərbaycan münaqişəsi Sizin uzaqgörən siyasətiniz
və müdrik rəhbərliyiniz ilə tezliklə öz həllini tapacaq, müstəqil
Azərbaycan Respublikası dünyanın ən qabaqcıl, inkişaf etmiş
ölkələrindən birinə çevriləcəkdir.
__________________________________________
341
Heydər Əliyev: Mən təəssüf edirəm ki, İsveçrə şirkətləri Dağlıq
Qarabağda saat istehsal etmək, zərgərlik işləri görmək, bank
təsis etmək cəhdlərindədir. Belə hallar yolverilməzdir.
Kasper Villinger: Mən həmin şirkətlərin bu hərəkətindən
çox təəssüflənirəm. Bu barədə lazımi tədbirlər görəcəyik.
__________________________________________
342
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ
PREZİDENTİ BİLL KLİNTON
İLƏ GÖRÜŞDƏKİ SÖHBƏTDƏN
Davos
29 yanvar 2000-ci il
Bill Klinton: Hörmətli cənab prezident!
Sizinlə yenidən görüşməyimdən çox məmnunam. Keçən ilin
noyabr ayında İstanbulda Bakı-Ceyhan əsas ixrac boru kəməri
barədə tarixi sazişin imzalanması mərasimində iştirakımı
məmnuniyyətlə xatırlayıram. Mən əminəm ki, Xəzər hövzəsi
ölkələrinin zəngin enerji ehtiyatlarının dünyanın aparıcı neft
şirkətləri ilə birgə işlənilməsi regionun bütün dövlətlərinin
inkişafına xidmət edəcək, Cənubi Qafqaz və Mərkəzi Asiya
dövətlərinin suverenliyi və müstəqilliyinin daha da
nıöhkəmləndirilməsinə töhfə verəcəkdir. Onu da deməliyəm ki,
Bakı-Ceyhan və Transxəzər boru kəmərləri kimi nəhəng
layihələrin həyata keçirilməsində Azərbaycan aparıcı rol
oynayır. Mən məmnunam ki, ötən illər ərzində prezident Əliyev
ilə aramızda olan sıx əməkdaşlıq yaxın dostluğa çevrilmişdir.
Ümidvaram ki, ölkələrimiz arasında enerji sektorunda
memarı olduğumuz «Əsrin müqaviləsi»ndən başlanan çox
uğurlu əməkdaşlıq bundan sonra da davam etdiriləcəkdir.
Mən Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında
yaranmış strateji əməkdaşlığı yüksək qiymətləndirirəm.
Əminəm ki, ölkələrimizin bütün sahələrdəki qarşılıqlı surətdə
faydalı əlaqələri bundan sonra daha da genişlənəcəkdir.
__________________________________________
343
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə həll olunması üçün Sizinlə prezident Robert Koçaryan
arasında aparılan birbaşa danışıqlar Amerika Birləşmiş Ştatları
tərəfindən dəstəklənir. Bu münaqişənin tezliklə aradan
qaldırılması üçün şəxsi səylərimi artırmağa və Minsk qrupunda
Amerika Birləşmiş Ştatlarının fəaliyyətini gücləndirməyə
hazıram.
Əminəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu
ilə aradan qaldırılması Cənubi Qafqazda sülhün, sabitliyin və
təhlükəsizliyin bərqərar olmasına, region dövlətlərində
demokratiyanın inkişaf etməsinə və onların arasında iqtisadi
əməkdaşlığın genişlənməsinə kömək edəcək və bu regionda
yaşayan xalqların maddi rifah halının yüksəlməsinə öz töhfəsini
verəcəkdir.
Heydər Əliyev: Hörmətli cənab Bill Klinton! Sizinlə növbəti
dəfə görüşməyimdən məmnunam. Mən Sizinlə olan şəxsi
dostluq münasibətlərimi də yüksək qiymətləndirirəm.
Ötən ilin noyabr ayında ATƏT-in İstanbul zirvə görüşü
çərçivəsində məşhur «Çırağan» sarayında Bakı-Ceyhan əsas
İxrac neft boru kəmərinin çəkilməsi barədə sazişin
imzalanmasını tarixi hadisə kimi dəyərləndirirəm. Bu
mərasimdə Amerika Birləşmiş Ştatları prezidentinin iştirak
etməsi, sazişə imza atması həmin sənədin həyata keçirilməsi
üçün əhəmiyyətlidir.
Azərbaycanın və bütün regionun inkişafına təkan verən bu
nəhəng layihələrin həyata keçirilməsinə verdiyiniz dəstəyə görə
Sizə, cənab Klintona minnətdarlığımı bildirirəm. Mən əminəm
ki, Azərbaycanın zəngin enerji ehtiyatlarının Amerika Birləşmiş
Ştatlarının və Qərbin aparıcı neft şirkətləri ilə birgə işlənilməsi
sahəsində ölkəmizin əməkdaşlığı bundan sonra da davam
edəcəkdir.
Onu da deməliyəm ki, Ermənistan-Azərbaycan
münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün prezident
Koçar-
Dostları ilə paylaş: |