__________________________________________
375
Birləşin, əl-ələ verin, bir-birinizə yardım edin və Azərbaycanla
da əlaqə saxlayın. Sağ olun.
Fərhad Yıldız ( İsveçrədəki Azərbaycan Cəmiyyətinin idarə
heyətinin üzvü): Cənab prezident, Sizə təşəkkür edirik. Biz 10
ildir ki, Azarbaycanı İsveçrədə yaşadan bir cəmiyyətin
üzvləriyik. Biz Azərbaycanı İsveçrədə 10 ildir yaşatmışıq,
bundan sonra da yaşadacağıq. Biz heç bir şey gözləməmişik.
Amma istəyirik ki, doğma Azərbaycanımızı indən sonra daha
möhkəm yaşadaq.
Allaha and olsun ki, biz Azərbaycan təyyarəsini burada
görəndə hər birimiz bir insan kimi sanki yenidən dünyaya
gəldik. Arzu edərdik ki, bu təyyarə buraya hər zaman uçub
gəlsin. Biz İsveçrədə yaşayan azərbaycanlılar arasında daha sıx
birlik, həmrəylik yaratmağa çalışacağıq. İnşallah, buna da nail
olacağıq. Allah qoysa, buradakı səfirimizin köməyi ilə biz bu
işləri daha da yaxşı təşkil edəcək, doğma Azərbaycanımızın
daha geniş tanınmasına nail olacağıq.
E r o 1 Y ı1 d ı z ( Cəmiyyətin idarə heyətinin üzvü): Cənab
prezident, Sizin «Biz bir millət, iki dövlətik» kəlamınız
vətəndən uzaqda yaşayan azərbaycanlılar tərəfindən də böyük
rəğbətlə qarşılanmışdır. Bizim qəlbimiz Azərbaycanla döyünür.
İnşallah, Azərbaycanın gələcəyi üçün bundan sonra da
əlimizdən gələni edəcəyik. Biz Sizin hüzurunuzda, mətbuat
nümayəndələrinin qarşısında buna söz veririk. Sağ olun.
__________________________________________
376
İSVEÇRƏDƏN BAKIYA QAYIDARKƏN
BİNƏ HAVA LİMANINDA
JURNALİSTLƏRİN SUALLARINA CAVAB
30 yanvar 2000-ci il
Sual: Cənab prezident, səfərinizin yekunları haqqında
məlumat verməyinizi xahiş edirik.
Cavab: Bu səfərim o qədər zəngin olubdur ki, onun haqqında
qısa bir zamanda məlumat vermək mümkün deyildir. Yəqin ki,
televiziya, radio, mətbuat vəsitəsilə hər şeyi biləcəksiniz.
Bilirsiniz ki, mənim bütün səfərlərim haqqında məlumatın
hamısı açıq-aydın mətbuatda verilir.
Onu deyə bilərəm ki, çox səmərəli bir səfərdir. Davos forumu
beynəlxalq iqtisadi forumdur. 30 ildir ki, bu forum davam edir,
ildə bir dəfə keçirilir. Həm çox ölkələrin dövlət başçıları,
hökumət başçıları, həm də çox iş adamları gəlirlər. Orada həm
cari iqtisadi məsələlər, gələcək məsələlər müzakirə olunur, həm
də ki, təbiidir, insanlar bir-biri ilə görüşürlər. Bu, böyük
imkandır. Yəni dövlət, hökumət başçıları, yaxud xarici işlər
nazirləri müəyyən görüşlər keçirib öz məsələlərini müzakirə
edirlər. Bir də ki, dünyanın çoxlu iş adamları, məsələn,
Yaponiyadan tutmuş Amerikaya qədər, hətta Latın
Amerikasından, Cənubi Amerikasından adamlar var idi.
Forum bizim üçün də səmərəli, əhəmiyyətlidir. Çünki orada
xüsusi bir bölmə var idi, adını bir az qəribə qoymuşdular:
«Böyük İpək yolu - böyük oyundur». Amma əsas məsələ ondan
ibarət idi ki, bu İpək yolu doğrudan da realdır, nə cürdür, nə
təhərdir.
__________________________________________
377
Orada Qafqaz respublikalarından ikisinin - Azərbaycanın,
Ermənistanın prezidentləri, habelə Qırğızıstanın prezidenti var
idi. Türkiyə xarici işlər naziri ilə təmsil olunurdu. Qazaxıstandan
Baş nazir gəlmişdi, prezident yox idi. İrandan da xarici işlər
naziri gəlmişdi.
Çox səmərəli görüş keçdi. Bu, həm İpək yolu haqqında, həm
Xəzər hövzəsi haqqında, həm də Bakı-Ceyhan boru kəməri
barədə Azərbaycanın mövqelərini bildirməyə imkan yaratdı.
Eyni zamanda suallara cavab verərək imkan oldu ki,
Ermənistan-Azərbaycan münaqişəsi haqqında fikirlərimizi,
vəziyyəti geniş kütləyə çatdıraq. Mən bunu çox uğurlu hesab
edirəm.
Ən böyük, maraqlı tədbir dünən Amerika Birləşmiş
Ştatlarının prezidenti Bill Klintonun gəlməsi, orada böyük bir
salonda onun çıxışı idi. Çıxış çox məzmunlu idi: dünyanın bu
günü və gələcəyi haqqında. Ümumiyyətlə, bu forumun ən əsas
məzmunu, yəni onun ana xətti dünyanın qloballaşması barədə
idi. Klintonun da çıxışı əsasən buna həsr olunmuşdu. Mən hesab
edirəm ki, çox dəyərli fikirlər irəli sürdü. Həm məzmunca, həm
mənəca, həm də formaca çox cəlbedici bir çıxış oldu. Televiziya
ilə də birbaşa translyasiya gedirdi - Si-En-En, başqaları verirdi.
Ola bilər, sizlərdən də kimsə görübdür. İndi onun çıxışının
məzmununu danışmaq mümkün deyil. Hər halda, bizim
mətbuatda da onun müəyyən bir hissəsi veriləcək. Yəqin ki,
hamısını vermək çətindir, amma müəyyən bir hissəsi
veriləcəkdir. Gələcəkdə, kimin imkanı varsa, hər halda, tanış
olsa yaxşı olar - dünyanın problemlərinə aiddir.
İkitərəfli görüşlər çox oldu. Ermənistan prezidenti
Koçaryanla növbəti dəfə görüşdüm, danışıqları davam etdirdik.
Danışıqlar hələ gedir. Hər iki tərəf kompromislər haqqında
danışıqlar aparırdı. Ancaq belə qərara gəldik ki, danışıq prosesi
davam etməlidir və məsələnin hər iki tərəf üçün məqbul, sülh
yolu ilə həllinə nail olmalıyıq.
__________________________________________
378
Amerika Birləşmiş Ştatlarının xarici işlər naziri xanım
Olbrayt öz nümayəndə heyəti ilə, mən də xarici işlər naziri və
nümayəndə heyətinə daxil olan başqa adamlarla birgə görüşdük.
Bu görüşdə birinci yerdə yenə Ermənistan-Azərbaycan
münaqişəsinin həll olunması məsələsi dururdu. Hesab edirəm,
çox əhəmiyyətli, maraqlı görüş idi. Bəli, Amerika Birləşmiş
Ştatlarının hökuməti çox həvəslidir ki, məsələni sülh yolu ilə
tezliklə həll edək.
Bir çox başqa dövlət, hökumət başçıları ilə görüşlərim oldu.
Onların hamısını burada sadalamaq istəmirəm, mətbuatda
veriləcəkdir. Bütün görüşlərdə hamı, hətta, məsələn, İsveçrə
Konfederasiyasının prezidenti, yaxud da İordaniyanın kralı bu
məsələ barəsində məlumat almaq istəyirdi. Bəzən görürsən ki,
məsələn, məlumat qıtlığı var, məlumatı yoxdur, ona görə də
verilən məlumat maraq doğurur. Mən ikitərəfli çox görüşlər
keçirmişəm, hamı belə fikirdədir ki, məsələ sülh yolu ilə həll
olunmalıdır. Hamı da arzu edir ki, tezliklə həll olunsun, çünki
bunun həm iqtisadi, həm də siyasi əhəmiyyəti var. Çünki
Qafqaz, Mərkəzi Asiya indi dünyada çox böyük maraq dairəsi
olduğu üçün Qafqazda, xüsusən Cənubi Qafqazda sülh
yaranmasında hamı maraqlıdır.
Bir neçə iş adamları, xüsusən bizimlə əməkdaşlıq edən neft
şirkətlərinin prezidentləri ilə gorüşlər oldu. Onlarla bugünkü və
gələcək işlərimiz haqqında danışdıq.
Mən bu görüşlərdən çox məmnunam. Ümumiyyətlə, bu
forumda Azərbaycanın iştirak etməsindən çox məmnunam. Beş
il bundan öncə, 1995-ci ildə bir dəfə bu forumda olmuşdum. Bu,
ikinci dəfədir. Amma bəziləri hər il gəlir, ya da bir il gəlir, bir il
gəlmirlər. Ancaq deyə bilərəm ki, bu, indiyə qədər keçirilən
forumlardan məzmunca və səviyyəcə daha da yüksək idi. Ona
görə də bu səfəri uğurlu hesab edirəm.
Sual: Cənab prezident, İsveçrənin «Frank müller» və
«Andre qrup» şirkətləri Azərbaycanın işğal olunmuş
Qarabağ
Dostları ilə paylaş: |