Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə103/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   99   100   101   102   103   104   105   106   ...   145

__________________________________________ 

359


zidenti Bill Klintonun iştirakı ilə Bakı-Ceyhan  əsas ixrac boru 

kəməri haqqında saziş imzalandı. Bu saziş  həm Azərbaycan, 

eləcə də regionun digər ölkələri üçün tarixi əhəmiyyət daşıyır. 

«Şevron»un ölkəmizdəki fəaliyyətindən mən çox razıyam. 

Azərbaycan ilə bu şirkət arasında  əlaqələrin daha da 

genişləndirilməsi olduqca vacibdir. 

  

 

  




__________________________________________ 

360


YAPONİYANIN «İTOÇU» ŞİRKƏTİNİN  

PREZİDENTİ MUROFUSİ MİNORİ İLƏ  

GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

Davos 

 

29 yanvar 2000-ci il 

 

M i n o r i: Hörmətli cənab  Əliyev! Sizinlə yenidən 

görüşməkdən  şərəf duyuram. «İtoçu»  şirkətinin Bakıdakı 

fəaliyyətinə göstərdiyiniz diqqət və qayğıya görə, cənab 

prezident, Sizə təşəkkür edirəm. 

Ötən ilin noyabrında İstanbulda Bakı-Ceyhan əsas İxrac boru 

kəməri barədə sazişin imzalanması xəbəri Yaponiyada da böyük 

maraqla qarşılandı. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm. 

Mən bundan sonra da «İtoçu» şirkətinin Azərbaycanla əlaqələri 

möhkəmləndirməsinə xüsusi əhəmiyyət verirəm. 



Heydər Əliyev: Mən Yaponiyanın ən nüfuzlu şirkətlərindən 

biri olan «İtoçu»nun Azərbaycana marağının daha da artmasını 

müsbət qiymətləndirirəm. Həmçinin ötən ilin noyabrında 

İstanbulda Bakı-Ceyhan  əsas ixrac boru kəməri barədə sazişin 

Amerika prezidenti Bill Klintonun iştirakı ilə imzalanmasını 

tarixi hadisə hesab edirəm. 



Minori:  «İtoçu» Azərbaycan Beynəlxalq  Əməliyyat 

Şirkətində  təmsil olunur. Bakı-Ceyhan boru kəmərinin 

reallaşmasında da yaxından iştirak etmək istəyir. Təkcə 

Yaponiya yox, Amerika Birləşmiş Ştatları, Avropa dövlətləri də 

Azərbaycanla daha sıx  əməkdaşlıq qurmağa böyük səy 

göstərirlər. Azərbaycan Yaponiya üçün çox əhəmiyyətli bir 

ölkədir. Biz 

  



__________________________________________ 

361


özümüzə  şərəf bilirik ki, məhz «İtoçu» Azərbaycanda iş 

görməyə başlamış ilk Yaponiya şirkətidir. 



Heydər  Əliyev:  Mən «İtoçu»nun ölkəmizdəki fəaliyyətini 

müsbət qiymətləndirirəm. Yaponiya ilə Azərbaycan arasında 

bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi vacibdir. 

 

  



 


__________________________________________ 

362


TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ  

İSMAYIL CƏM İLƏ GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

Davos 

 

29 yanvar 2000-ci il 

 

İsmayı1 Cəm: Xoş gördük Sizi, cənab prezident. Sizinlə 

yenidən görüşməkdən şərəf duyuram. 

Türk dünyasının liderləri - prezident Heydər  Əliyevin və 

prezident Süleyman Dəmirəlin diqqət və qayğısı  nəticəsində 

ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əlaqələrin gündən-

günə inkişaf etməsindən çox məmnundurlar. 

Davos  İqtisadi Forumunda «Qafqazın və  Mərkəzi Asiyanın 

perspektivləri:  İpək yolu və ya böyük oyun» mövzusunda 

keçirilən sessiyada Sizin çıxışınızı  və suallara çox tutarlı 

cavablarınızı yüksək qiymətləndirirəm. 

Xəzərin enerji ehtiyatlarının dünya bazarına çıxarılması üçün 

ötən ilin noyabrında ATƏT-in zirvə görüşü zamanı  İstanbulda 

məşhur «Çırağan» sarayında Bakı-Ceyhan  əsas ixrac boru 

kəməri və Transxəzər qaz kəməri barədə sazişlərin Sizin şəxsi 

təşəbbüsünüz və  səyləriniz nəticəsində imzalanmasını böyük 

tarixi hadisə kimi dəyərləndirirəm.  Əminəm ki, bu kəmərlərin 

reallaşması Azərbaycanın və Türkiyənin, eləcə  də regionun 

digər ölkələrinin həyatında silinməz izlər buraxacaq, çox müsbət 

dəyişikliklər yaranmasına gətirib çıxaracaqdır. 



Heydər  Əliyev: Hörmətli cənab nazir. Dost və qardaş 

Türkiyə ilə əlaqələrin durmadan genişləndirilməsinə Azərbaycan 

həmişə xüsusi diqqət yetirir. Əminəm ki, Davos 

  



__________________________________________ 

363


Dünya  İqtisadi Forumunda müzakirəyə qoyulan iştirakçı 

ölkələrin iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsinə 

yeni təkan verəcəkdir. 

Ümidvaram ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh 

yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupu çərçivəsində 

və birbaşa aparılan danışıqlar haqq işimizi təsdiq edəcəkdir. 

 

 

 



 

 

  




__________________________________________ 

364


BMT-nin QAÇQINLAR ÜZRƏ ALİ KOMİSSARI  

SADAKO OQATA İLƏ GÖRÜŞDƏKİ 

SÖHBƏTDƏN 

 

Davos 

 

29 yanvar 2000-ci il 

 

Heydər  Əliyev: Hörmətli xanım Oqata! Xoş gördük sizi. 

Dünyanın  ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin 

qaçqınlar üzrə ali komissarı ilə görüş məni çox məmnun edir. 



Sadako Oqata: Cənab prezident ilə görüşümdən çox şadam. 

Dünya  İqtisadi Forumunda «Qafqazın və  Mərkəzi Asiyanın 

perspektivləri:  İpək yolu və ya böyük oyun» mövzusunda 

keçirilən sessiyada Sizin çıxışınızı maraqla dinlədiyim Davosda 

keçirdiyiniz görüşlərdən xəbərdaram. Azərbaycanın haqq işinin 

dünya ictimaiyyətinə daha geniş çatdırılması sahəsində bütün 

bunlar xüsusi əhəmiyyət daşıyır. 

Heydər  Əliyev:  Siz bilirsiniz ki, Ermənistan-Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması 

üçün ATƏT-in Minsk qrupu çərçivəsində və bir-başa danışıqlar 

aparılır. 

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 

yerindən-yurdundan zorla qovularaq uzun illərdən bəri 

çadırlarda məskunlaşan azərbaycanlı qaçqınların qarşılaşdıqları 

problemlər həddindən çoxdur. Əzab-əziyyətlərə  mətanətlə sinə 

gərən, doğma torpağa qayıtmaq həsrəti ilə yaşayan bu insanlara 

diqqət və qayğının artırılması çox vacibdir. 

Ədalətin bərpa olunması, qaçqınlarımızın doğma evlərinə 

qayıtması naminə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə 

Azərbaycan arasında əlaqələr daha da möhkəmləndirilməlidir. 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə