Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə106/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   102   103   104   105   106   107   108   109   ...   145

__________________________________________ 

372


 

diyyatından kapitalist iqtisadiyyatına keçir. Məsələn,  əvvəllər 

hər  şey dövlətin  əlində idi. İndi hər  şey özəlləşir, insanlar öz 

mülkünün sahibi olur. Biz sosialist sistemində 70 il yaşamışdıq, 

amma bunların heç biri mümkün deyildi. 

Mən 14 il Azərbaycanın başçısı olmuşam, sonra 5 il Kremldə 

işləmişəm. Amma heç bir mülküm, evim, avtomobilim 

olmayıbdır. Biz belə bir ölkədə yaşamışıq. İndi də şəxsən mənim 

heç bir şeyim yoxdur. Amma müstəqil dövlətimiz vardır. 

Xalqımız daha da yaxşı yaşayacaqdır. 

Mən bunları deyərkən, istəyirəm siz biləsiniz ki, 

azərbaycanlıların indi müstəqil dövləti vardır. Hər bir təşkilatda 

ölkəmizin yeri vardır. Biz buraya gəlmişik, Azərbaycan 

prezidentinin hər bir yerdə yeri var. 

Ötən ilin noyabr ayında  İstanbulda ATƏT-in zirvə görüşü 

oldu. Biz orada Bakı-Ceyhan  əsas ixrac boru kəməri barədə 

böyük bir saziş imzaladıq. Biz beş il idi ki, bu layihənin 

üzərində  işləyirdik. Çünki çıxarılan nefti ixrac etmək lazımdır. 

Bilirsiniz ki, Türkiyədə, Aralıq dənizində Ceyhan limanı vardır. 

Biz hasil olunmuş nefti oraya ixrac etmək istəyirik. Amma buna 

da mane olanlar var idi. Nəhayət, biz bunu etdik və həmin sazişi 

imzaladıq. Bu sazişi Türkiyə prezidenti Süleyman Dəmirəl, 

Azərbaycan prezidenti Heydər  Əliyev, Gürcüstan prezidenti 

Eduard  Şevardnadze, Qazaxıstan prezidenti Nursultan 

Nazarbayev və Amerika prezidenti Bill Klinton imzaladılar. İndi 

həmin sazişi həyata keçirmək lazımdır. Biz onu həyata 

keçirəcəyik. 

Beləliklə, Azərbaycan artıq o Azərbaycan deyildir ki, onu 

tanımasınlar.  İndi Azərbaycanı dünyanın hər yerində tanıyırlar. 

İndi hər bir azərbaycanlı qürur-hissi keçirə bilər ki, mən 

azərbaycanlıyam, mənim millətimin dövləti, mənim millətim, 

ölkəm vardır. İsveçrədə, Almaniyada, Fransada yaşasam da fərqi 

yoxdur, - mənim xalqım var, mənim xalqımın müstəqil dövləti 

var və dünya xalqları içərisində mənim yerim vardır. 

  



__________________________________________ 

373


Dünya Birliyində, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın 

yeri vardır. Azərbaycan xalqının  əsrin sonunda əldə etdiyi 

nailiyyət budur. 

Biz ölkəmizdə bu işləri apararaq, təbiidir ki, dünyada olan 

bütün azərbaycanlılar haqqında da düşünürük. Düşünürük ki, 

onlar necə yaşayırlar, nə  iş görürlər, bir-biri ilə necə  əlaqə 

saxlayırlar. 

Hər bir ölkədə yaşayan başqa millətlər icma, diaspor 

yaradırlar. Bilirsiniz ki, dünyada ən böyük diaspor Amerikada 

yəhudilərdir. Amerikada ikinci yerdə erməni diasporu, sonra 

yunan diasporu durur. Başqa ölkələrdə də belə diasporlar vardır. 

Fransanı götürün, orada 500 minə  qədər erməni vardır. Amma 

onlar çox böyük birlik təşkil edirlər.  İsveçrənin özündə  də 

ermənilər vardır. Mənə dedilər ki, burada qızıl məmulatı satılan 

zərgərlik mağazalarında çalışanların hamısı ermənilərdir. 

Belədir ki, ermənilər  əsrin  əvvəlindən bütün dünyaya 

səpələniblər. Amma onlarda birlik, bir-biri ilə yaxınlıq vardır: 

Harada olurlarsa, öz dillərini unutmurlar, öz məktəblərini 

açırlar, kilsələrini qururlar. 

Biz istəyirik ki, harada yaşayırlar-yaşasınlar, 

azərbaycanlıların da birliyi olsun. Məsələn, azərbaycanlının 

azərbaycanlı ilə dostluğu o biri millətdən olanla dostluğundan 

üstündür. Hər bir xalqın öz adət-ənənəsi vardır. Bizim xalqın da 

toy, yas ənənələri vardır. Xalqımızın başqa ənənələri, bayramları 

- Qurban, Ramazan, Novruz bayramları vardır. Bunlar bizim 

bayramlarımızdır. Ancaq hər bir millətin də öz bayramı, öz günü 

vardır. İnsanlar bayram günü gəlib bir-biri ilə görüşür, bir-birinə 

hörmət edirlər, bir yerə yığışırlar. 

Amma təkcə belə bayramlara görə demirəm, icma bir yerdə 

olanda, hər hansı bir azərbaycanlının həyatında çətinlik 

yarananda hamı  yığışıb ona kömək edir. Kimin vəziyyəti 

yaxşıdırsa, o, durumu ağır olana kömək edir, əl tutur. Bu, təbii 

  

 



__________________________________________ 

374


bir  şeydir. Ancaq bilirsiniz, azərbaycanlılarda bir az 

soyuqqanlılıq vardır. Biz bunu hiss edirik. 

Məsələn,  İrandan çoxlu azərbaycanlı indi bu ölkələrdə  -

Avropa ölkələrində yaşayır. Amma görürəm ki, onların arasında 

da o qədər birlik yoxdur. Deyirlər ki, Amerikada İrandan gəlmiş 

bir milyona yaxın azərbaycanlı var. Amma onların da arasında 

birlik yoxdur. İstəyirik ki, biz dünyada ilk müstəqil Azərbaycan 

dövləti kimi, bütün dünyadakı azərbaycanlıların birliyini, 

həmrəyliyini təşkil edək, təmin edək. Məsələn, dekabr ayının 

31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi, birliyi günüdür. Biz 

bunu elan etmişik. Həmin gün bizdə bayramdır. Mən hər il 

bütün dünya azərbaycanlılarına müraciət edirəm. Müraciətimin 

məzmunu  əsasən ondan ibarətdir ki, daha da birgə olun, bir-

birinizə  əl tutun, yardım edin, yaxın olun. Beləliklə, biz 

dünyadakı azərbaycanlıları daha da sıx birləşdirə bilərik. Əvvəl 

Azərbaycan dövləti olmadığına görə hər şey pərakəndə, dağınıq 

idi.  İndi Azərbaycan dövləti olduğuma görə birliyə imkan 

yaranıbdır. 

Ölkəmizlə  əlaqə saxlayın, vaxtınız olanda gəlin, görün. 

Görün orada həyat necə dəyişir. Həyat dəyişir, amma çətinliklər 

də var. Dünən Bill Klinton çıxış edirdi. Məsələn, o deyir ki, 

dünyada bir milyard çox kasıb yaşayan insan var. Yəni bu, 

dünyada qlobal bir məsələdir.  İndi Azərbaycanda keçid dövrü 

olduğuna görə bir az təbəqələşmə yaranıb. Məsələn, kasıb, orta 

yaşayanlar da var. Ölkəmizdə indi biznes yaranır, həmin biznesi 

yaxşı aparanlar zənginləşirlər. Yəni bunlar bütün ölkələrdə 

olduğu kimidir. Biz sosialist iqtisadiyyatından imtina etmişik, öz 

dinimizə, dilimizə qayıtmışıq. 

Almaniyada bizim səfirimiz vardır, siz onu tanıyırsınız. Mən 

İsfəndiyar Vahabzadəni Cenevrədə  səfir təyin etmişəm, o, 

Birləşmiş Millətlər Təşkilatının Cenevrə bölməsində 

Azərbaycanı təmsil edir. Siz onu tanıyırsınız. 

  

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə