__________________________________________
349
UKRAYNA PREZİDENTİ
LEONİD KUÇMA İLƏ GÖRÜŞDƏKİ
SÖHBƏTDƏN
Davos
29 yanvar 2000-ci il
Leonid Kuçma: Əziz Heydər Əliyeviç! Xoş gördük. Sizinlə
hər bir görüş məndə çox böyük məmnunluq hissi yaradır.
Ukrayna Azərbaycanla bütün sahələrdə
əməkdaşlığın
genişləndirilməsinə xüsusi maraq göstərir.
Heydər Əliyev: Səmimi sözlərə görə təşəkkürümü
bildirirəm. Ölkələrimiz arasında getdikcə möhkəmlənən iqtisadi
əməkdaşlığa və strateji tərəfdaşlığa Azərbaycan böyük
əhəmiyyət verir.
Leonid Kuçma: Sizin müdrik və uzaqgörən siyasətiniz,
ardıcıl və məqsədyönlü fəaliyyətiniz sayəsində ötən ilin
noyabrında İstanbulda ATƏT-in zirvə görüşü zamanı
imzalanmış tarixi sənədləri - Bakı-Tbilisi-Ceyhan əsas ixrac
boru kəməri və Transxəzər qaz kəməri ilə bağlı sazişləri bir daha
yüksək dəyərləndirirəm. Xəzərin zəngin enerji ehtiyatlarının
nəqli və emalı sahəsində Azərbaycan-Ukrayna əməkdaşlığının
daha da möhkəmləndirilməsi olduqca zəruridir.
Heydər Əliyev: Cənab prezident. Sizin söylədiyiniz
fikirlərdən məmnunam. Deməliyəm ki, region dövlətlərinin
müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində, İqtisadi
tərəqqisində bu layihələrin həyata keçirilməsi böyük rol
oynayacaqdır.
__________________________________________
350
Biz dövlətlərimiz arasında ikitərəfli əlaqələrin daha da
sıxlaşdırılması, regionda vəziyyətin sabitləşməsi üçün
çalışmalıyıq.
Leonid Kuçma: Əminəm ki, Azərbaycanla Ukrayna arasında
olan ənənəvi dostluq və səmimilik həmişə davam edəcəkdir.
__________________________________________
351
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ
DÖVLƏT KATİBİ MADLEN OLBRAYT İLƏ
GORÜŞDƏKI SÖHBƏTDƏN
Davos
29 yanvar 2000-ci ü
Madlen Olbrayt: Xoş gördük, cənab prezident! Sizinlə
yenidən görüşməkdən və Sizi çox gümrah görməkdən
məmnunam.
Heydər Ə l i y e v: Xoş gördük, xanım Olbrayt! Səmimi
sözlərə görə Sizə təşəkkür edirəm. Klivlenddə müalicə zamanı
mənə göstərilmiş diqqət və qayğıya görə Sizə və prezident Bill
Klintona bir daha minnətdarlığımı bildirirəm.
Madlen O l b r a y t: Mən 1999-cu ilin noyabrında ATƏT-in
İstanbul sammitində Sizinlə görüşümü, apardığımız danışıqları
məmnunluqla xatırlayıram. Həmin günlərdə prezident Bill
Klintonun iştirakı ilə Bakı-Ceyhan əsas ixrac boru kəməri və
Transxəzər boru kəməri barədə sənədlərin imzalanmasını tarixi
hadisə kimi dəyərləndirirəm.
Ölkələrimizin bütün sahələrdə qarşılıqlı surətdə faydalı
əlaqələri günü-gündən möhkəmləndirilir. Azərbaycan ilə
Amerika Birləşmiş Ştatları arasında yaranmış strateji
əməkdaşlıq möhkəm əsaslar üzərində qurulur və bu işdə
prezident Heydər Əliyevin liderliyi mühüm rol oynayır.
Heydər Əliyev: Xoş sözlərə görə minnətdarlığımı bildirirəm.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupu çərçivəsində
birbaşa danışıqlar aparılır. Minsk qrupu-
__________________________________________
352
nun həmsədrlərindən biri olan Amerikanın bu münaqişənin
tezliklə aradan qaldırılması üçün səylərini daha da artırmasına
ehtiyac duyulur.
Xanım Olbrayt: Bu münaqişənin aradan qaldırılması üçün
Sizinlə prezident Robert Koçaryan arasında aparılan birbaşa
danışıqlar Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənir və
Minsk qrupunda fəaliyyətini gücləndirməyə Amerika hazırdır.
Mənim fikrimcə bu münaqişənin həlli Cənubi Qafqazda sülhün,
sabitliyin və təhlükəsizliyin bərqərar olmasına, region
ölkələrində demokratiyanın inkişaf etməsinə, bu dövlətlər
arasında
əməkdaşlığın genişlənməsinə
əsaslı kömək
göstərəcəkdir.
Heydər Əliyev: Ötən ilin noyabrında ATƏT-in İstanbul
sammitinin keçirildiyi günlərdə məşhur «Çırağan» sarayında
Bakı-Ceyhan əsas ixrac boru kəməri və Transxəzər qaz kəməri
barədə sazişlərin imzalanması mərasimində Amerika Birləşmiş
Ştatlarının prezidenti Bill Klintonun iştirak etməsi, həmin
sənədlərə imza atmasını doğrudan da tarixi hadisə kimi
dəyərləndirirəm. Bu nəhəng layihələrin həyata keçirilməsinə
Amerika hökumətinin verdiyi dəstəyi yüksək qiymətləndirirəm.
Mən bir daha xatırlatmaq istərdim ki, vaxtilə ABŞ Konqresi
tərəfindən qəbul edilmiş 907-ci düzəlişin hələ də qüvvədə
qalması Azərbaycan ilə Amerika arasındakı əlaqələrin daha da
inkişaf etdirilməsinə müəyyən əngəllər yaradır. Bu ədalətsiz
düşəlişin aradan qaldırılması üçün səylərin artırılması vacibdir.
__________________________________________
353
MOZAMBİK RESPUBLİKASININ
PREZİDENTİ JOAKİM ÇİSSANO İLƏ
GÖRÜŞDƏKİ SÖHBƏTDƏN
Davos
29 yanvar 2000-ci il
Çissano: Xoş gördük Sizi, cənab prezident. Sizinlə yenidən
görüşməyimdən şad olduğumu bildirirəm. Mən Sizin Sov.İKP
MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci
müavini vəzifəsində çalışarkən Sovet İttifaqının ali nümayəndə
heyətinin başçısı kimi Mozambikə səfərinizi çox gözəl
xatırlayıram.
Mozambik xalqının çətin günlərində Sizin bu xalqa
göstərdiyiniz köməyi heç vaxt unutmayacaq və bunu həmişə
minnətdarlıq hissi ilə xatırlayacağam. Azərbaycanla bütün
sahələrdə əlaqələrin genişləndirilməsinə Mozambik böyük
əhəmiyyət verir.
Heydər Əliyev: Cənab prezident, Sovet İttifaqı nümayəndə
heyətinin başçısı kimi, Mozambikə səfərim və o vaxt xarici işlər
naziri olan Sizinlə görüşlərimi məmnuniyyətlə xatırlayıram.
Azərbaycan ilə Mozambik arasında əməkdaşlığın daha da
möhkəmləndirilməsi olduqca vacibdir. Mən bilirəm ki,
Mozambikdəki ictimai-siyasi vəziyyət artıq sabitləşmişdir. O
vaxtlar ölkədə siyasi proseslər çox mürəkkəb idi.
Çissano: Sizin gözəl yaddaşınız var, cənab prezident.
Mozambikin siyasətçiləri, ölkənin həyatında baş vermiş siyasi
proseslər barədə belə dərin biliyə maliksiniz. Uzun müddət
davam etmiş vətəndaş müharibəsindən sonra bizim ölkəmizdə
Dostları ilə paylaş: |