__________________________________________
332
dır işləyirlər və biz real imkanları yetərincə öyrənmişik. Odur ki,
biz bütün dünyaya nə təqdim etmişiksə, bunlar realdır. Bu,
birincisi.
Biz «Əsrin müqaviləsi» adlanan və Azərbaycanın 1994-cü
ilin sentyabrında Avropa və Birləşmiş Ştatlarının bir çox neft
şirkətləri ilə imzaladığı birinci layihənin həyata keçirilməsinə
başladıqda, qarşıya neft kəməri məsələsi çıxdı. Biz bu neft
kəmərinin Ermənistan, Türkiyə vasitəsilə Ceyhan limanına
çəkilməsinin əleyhinə deyildik. Biz bu neft kəmərinin İran
ərazisindən çəkilməsinin də əleyhinə deyildik. Lakin bu
təkliflərimiz reallaşmadı. Əvvəla, ona görə ki, Ermənistan
Azərbaycanla hərbi münaqişə vəziyyətindədir. Ermənistan
silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini, bu neft
kəmərinin keçməli olduğu ərazini işğal etmişlər və danışıqlarda
erməni tərəfinə təkliflər vermişdik ki, münaqişəyə beynəlxalq
hüquq əsasında son qoymaq və bu neft kəmərini çəkmək yaxşı
olardı. Lakin onların cavabı bu oldu ki, biz torpağı neft
kəmərinə dəyişmirik, halbuki, məsələ belə qoyulmamışdı.
«Sülh neft kəmərinin baş tutmaması» barədə sualınızla bağlı
vəziyyət belədir.
Sonra apardığımız bütün iş nəticəsində Bakı - Tbilisi -Ceyhan
layihəsi meydana gəldi. Biz noyabrda İstanbulda bu neft
kəmərinin inşası haqqında saziş imzaladıq. İndi hazırlıq işi gedir
və bu layihə həyata keçiriləcəkdir.
S u a l: Neftin boru kəmərləri ilə nəqli barəda sual
vermək istərdim. Bu gün neftin qiyməti çox yüksəkdir,
halbuki 12 ay bundan əvvəl onun qiyməti çox aşağı idi. Siz
qiymətlər haqqında nıəsələni şərh etmək istərdinizmi? Bu,
neftin qiymətinin nəğd pula çevrilməsi və bu regionda
istifadə edə biləcəyiniz ehtiyatlar baxımından Sizə nə kimi
üstünlük verir?
Heydər Əliyev: Neftin qiymətini biz tənzimləmirik. Biz
sadəcə olaraq, qiymət konyunkturasına tabeyik. Bəli, bir müddət
əvvəl neftin qiyməti aşağı düşmüşdü, indi isə qalxıb-
__________________________________________
333
dır. Bizim məlumatımıza görə, bu meyl qalacaqdır: Ancaq bu,
neft aləmində təzə məsələ deyildir. Əgər tarixə, məsələn, son 30
ilə nəzər salsaq, görərik ki, neftin qiymətinin aşağı düşdüyü
dövrlər də, qalxdığı dövrlər də olmuşdur. Ona görə də neft
kəməri tam rentabelliyə malikdir.
S u a l: Bu o deməkdirmi ki, neftin qiyməti qalxarsa, onda
Siz infrastruktur layihələrinizdən bəzilərini həyata keçirə
biləcəksiniz?
Heydər Əliyev: Neftin qiyməti hətta bugünkü qiymətlərdən
yuxarı qalxmasa da, neft layihələrimiz həyata keçiriləcəkdir.
Qiymətlər hətta aşağı düşsə də, onlar yenə də həyata
keçiriləcəkdir, çünki bilirik ki, qiymətlər sonra yenidən
qalxacaqdır.
Sual: Sual Azərbaycan və Ermənistan prezidentlərinədir.
Siz iki ölkə arasında münaqişənin dincliklə nizama
salınmasının perspektivlərini necə təsəvvür edirsiniz? Nəticə
etibarilə Dağlıq Qarabağ barəsində saziş bağlanmasına
imkan varmı? Daha bir sual, Ermənistan bu münaqişə
nizama salındıqdan sonra Azərbaycan ərazisindən çıxmaq
barədə düşünə bilərmi?
Heydər Əliyev: Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan
münaqişəsinin nizama salınması məsələsi Azərbaycan üçün və
zənnimcə, eyni dərəcədə Ermənistan üçün həyati əhəmiyyətə
malikdir. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi əldə
etdikdə o, artıq münaqişə vəziyyətində idi. Sonralar genişlənərək
müharibəyə çevrilən bu münaqişə nəticəsində Azərbaycanın
Dağlıq Qarabağ vilayətinin ərazisi və Dağlıq Qarabağın
hüdudlarından kənardakı böyük bir ərazisi işğal olunmuşdur ki,
bu da üst-üstə Azsrbaycan ərazisinin 20 faizini təşkil edir. Bir
milyon azərbaycanlı oradan, öz yerlərindən zorla çıxarılmışdır
və azərbaycanlıların yaşadıqları işğal olunmuş rayonlar
dağıdılmış və qarət edilmişdir.
Belə bir şəraitdə biz məsələnin dincliklə nizama salınmasına
tərəfdarıq və 1994-cü ilin mayında Ermənistanla atəşkəs
__________________________________________
334
haqqında saziş bağlamışıq. Bu sazişə indiyədək həm Ermənistan
tərəfindən, həm də Azərbaycan tərəfindən əməl edilir. Son
vaxtlar, ötən il ərzində Ermənistan prezidenti ilə Azərbaycan
prezidenti arasında birbaşa danışıqlar, görüşlər, dialoq keçirilir.
Ümidvaram ki, bu, münaqişənin dincliklə nizama salınması
istiqamətində məsələni müəyyən dərəcədə irəlilədir. Biz
münaqişənin dincliklə həllini istəyirik. Biz Ertmənistan silahlı
birləşmələri tərəfindən işğal olunmuş ərazilərimizin azad
edilməsini istəyirik. Biz sakinlərimizin öz yerlərinə qayıtmasını
istəyirik - indi onlar çadırlarda yaşayırlar. Biz Ermənistanla
həmişəlik tam sülh olmasını istəyirik.
S u a l: Demək istərdim ki, nəinki prezident Şevardnadze,
cənab Putin də burada deyildir. Cənab Putin Davosa
gəlməkdən imtina edib, halbuki onun bu forumda iştirakı
çox yerinə düşərdi. Ona görə də sualım ən əvvəl Heydər
Əliyevə və Türkiyənin xarici işlər nazirinədir: Sizin
ölkələrinizi çeçen separatçılarını
dəstəkləməkdə
günahlandırırlar. Sizcə, Çeçenistandakı münaqişə nə qədər
tezliklə nizama salına bilər? Yaxın vaxtlarda bu
münaqişədən çıxış yolu necə ola bilər? Əgər cənab
prezidentlərdən və baş nazirlərdən kimsə cavab vermək
istəsə, mən bu cavabı eşitməyimə şad olardım.
Heydər Əliyev: Azərbaycanın guya Çeçenistana müxtəlif
yardımlar göstərdiyi barədə son aylar kütləvi informasiya
vəsitələrində Azərbaycana qarşı müntəzəm olaraq irəli sürülən
ittihamların heç bir əsası yoxdur, onlar yalan və böhtandır. Mən
axırıncı dəfə Moskvada olarkən və Rusiya prezidentinin
səlahiyyətlərini icra edən cənab Putinlə danışarkən bu mövzuda
çox açıq söhbətimiz oldu. Cənab Putin etiraf etdi ki, bu, Rusiya
dövlətinin mövqeyi deyildir, informasiya vəsitələri isə azaddır
və buna görə də istədiklərini yazırlar. Bununla yanaşı, o, mənə
dedi ki, onlar Çeçenistan problemini tezliklə qurtaracaqlar. Sizin
sualınızın cavabı belədir.
Dostları ilə paylaş: |