Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə93/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   89   90   91   92   93   94   95   96   ...   145

__________________________________________ 

318


vətəndaşın 5 otağı var, hansı otaqda oturursa, o otaqda işıq 

yanır, o birilərində yanmır. Elektrik enerjisi ilə  işləyən hansı 

cihaz ona lazımdırsa, ondan istifadə edir, o birilərindən yox. 

Amma indi burada insanların bir təbəqəsi kasıb təbəqədir. 

Onların nə cihazları var, nə də elektrik enerjisindən çox istifadə 

etmək imkanı var. Amma başqa bir təbəqə də var -onların böyük 

evləri var, hər otaqda bir televizoru var, nə bilim, kondisioner, 

böyük çil-çıraqlar var və sair. Pulu çox olmağına baxmayaraq, 

işığın pulunu da vermirlər. Bəli. bunları gecə  səhərə  qədər 

yandırırlar. Bunlar hamısı göz qabağındadır. Əgər kimsə bunları 

görmürsə, onda kordur. 

Bilavasitə  mən daxili vəziyyəti sizdən az görürəm. Siz hərə 

öz nazirliyində, təşkilatında, şəhərdə daha çox olursunuz, nəinki 

mən. Amma mən bunları bilirəm, bu məlumatlar mənə gəlir və 

mən bunu təsəvvür də edirəm. Ona görə mən bunları danışaraq 

həm sizə deyirəm, həm də Azərbaycanın bütün vətəndaşlarına 

deyirəm: qənaət edin. 

Amma niyə qənaət etmir? Əgər o, enerjinin pulunu versə, lap 

nə  qədər zəngin adam olsa da, bunu etməyəcəkdir. Amma 

pulunu vermir, ona görə də üç dənə televizor işlədir - birində bir 

proqrama baxır, ondan sonra gedir o biri proqrama baxır, sonra 

ayrısına baxır. Gecə saat 2-yə qədər də filmlərə baxır, - deyirlər 

ki, indi bəzi layiqsiz filmlər də göstərirlər. -onlara baxır. Bunlar 

hansı  təbəqədir? Bunlar işləyən təbəqələr deyil, müftə 

yeyənlərdir, yaxud da biznesdə, filanda zənginləşən adamlardır. 

Biz biznesin əleyhinə deyilik, biznesi, yəni özəl sektora inkişaf 

etdiririk. Amma özəl sektorda olan şəxslər də  gərək mənəvi 

mədəniyyət keyfiyyətləri əldə etsinlər. İnsan üçün bir o deyil ki, 

onun pulu çoxdur, yaxud da böyük imarəti var. İndi burada 

çoxları tikir. İnsan üçün bunlardan üstün mənəviyyatdır, 

əxlaqdır.  Bu  da  məlumdur ki, Qərb ölkələrində  həqiqi iş 

adamları, biznes sahibləri heç vaxt belə israfçılığa, 

mənəviyyatsızlığa yol vermirlər. Onlarda, necə de- 

  



__________________________________________ 

319


yərlər, hər bir qəpiyin hesabı aparılır. Amma təkcə pula görə 

yox. Sadəcə, mədəniyyət səviyyəsi yüksəkdir, mənəviyyat 

yüksəkdir. 

Ona görə bunlara da nəzarət etmak lazımdır. Rafael 

Allahverdiyev deyir ki, biz axşam işıqları söndürümək. Dünən 

biz gələndə saat neçə idi? Saat 11 idi, neçəydi - hər yer çil-çıraq 

içində idi. Deyərsiniz ki, mən gəldim, ona görə 

söndürməmisiniz. O biri küçələr də elə idi. Amma elə  mən 

gələndə  də söndürün, mənim avtomaşınımın işıqları var, 

sizinkinin də var, o işıqla hər yerə getmək olar. 

Amma sən düz demirsən - parklarda, filanlarda gecə  səhərə 

qədər işıq yanır. Axşam Dağüstü parka, Şəhidlər xiyabanına çıx; 

oradan şəhərə bax. Saat 2-də çıx, saat 3-də çıx, bax. Şəhər yanır! 

Həqiqəti demək lazımdır. Bu, nəyə lazımdır? 

Əlbəttə, bizim imkanımız olsa, bu, çox gözəldir,  şəhəri çox 

gözəl göstərir. Məsələn, bu dəfə Moskvada olanda, axşam, gecə 

avtomobilə gedəndə baxırdım. Bəzi binaları  kənardan 

işıqlandırırlar, - görmüsünüz, - elə gözəl görünür. Məsələn, 

Moskvada indi Nazirlər Kabineti yerləşən binanı elə 

işıqlandırırlar, baxırsan, adam heyran olur. Elə bizim bu bina da 

Ağ evdir. O da Ağ evdir, bu da Ağ evdir. Mən istərdim ki, bunu 

da elə edək, daha da gözəl görünsün. Amma bizim imkanımız 

yoxdur, onların imkanları var. İmkanımız olanda bunu da 

edəcəyik. 

Bizim imkanımız yoxdur, ona görə də lazım deyildir. İnsanlar 

parkdan və sairədən saat 10-a qədər istifadə edir. Ondan sonra 

işıqlar sönməlidir, reklamlar sönməlidir.  Əgər reklama adamlar 

gündüz baxırsa, gecə reklam nəyə lazımdir? Mağazaların 

vitrinlərindəki işıq nəyə lazımdır? Tutaq ki, onun pulu çoxdur, 

pulunu verir. Amma bu, ümumi elektrik enerjisinin işlənməsinə 

gətirib çıxarır, demək, qıtlıq  əmələ  gətirir. Bizə lazım deyil ki, 

vitrində  səhərə  qədər işıq yandırır, pulunu da verir. Yaxşı olar 

ki, yanmasın, eletrik enerjisi la- 

  

 



 


__________________________________________ 

320


zım olan yerlərə, evlərə getsin, insanların yaşayış yerlərinə 

getsin. 


Bilirsiniz, mən sadəcə, bizim həyatımızı  təsəvvür edərək 

bunları sizə deyirəm. Axşamlar mən iş yerimdən gedən zaman 

bunları görürəm, şəhərdə olduğum başqa vaxtlarda da görürəm. 

Amma yenə  də deyirəm, siz bunları  məndən çox görürsünüz. 

Mən Moskvaya gedəndə hava limanında belə  təklif oldu ki

televiziyalar saat 1-ə  qədər verilişlərini versinlər, sonra 

kəssinlər. Bu, həyata keçirilib, yoxsa yox? Keçirilib. Amma 

dünən deyirlər ki, keçən gecə ANS kanalı bir neçə saat film 

verirmiş. Başa düşmürəm. Qanun hamı üçün qanundur. Özəl 

olmaq o demək deyil ki, sən dövlətin qanununu pozasan. Nə 

ixtiyarın var? Deyirlər ki, bunların özlərinin elektrik stansiyası 

var. Tutaq ki, elektrik stansiyan var. Amma sən o verilişi 

verəndə  şəhərdəki həmin o «gecə quşları»,- gecə saat 2-3-ə 

qədər sizin verdiyiniz bəzi filmlərə maraq göstərirlər,- axı 

televizorları işlədirlər. Televizorları işlədəndə də enerji gedir. 

Dövlətin qanunu hamı üçün qanundur. Heç kəs bunu poza 

bilməz. Bu dövlətdə qanun var, qayda var və biz bu qanunların, 

qaydaların keşiyində durmuşuq. Heç kəsə yol verə bilmərik ki, 

bu qanunları, qaydaları pozsun. Kim bu ölkədə, cəmiyyətdə 

vətəndaşdırsa, normal yaşamaq istəyirsə, onun hər  şeyi var. 

Amma kimsə özünə xüsusi bir status yaratmaq istəyirsə, xüsusi 

bir imtiyaz əldə etmək istəyirsə, nə bilim, xüsusi bir vəziyyət 

tutmaq istəyirsə, buna yol verilməyəcəkdir. Bizim ölkəmiz açıq 

ölkədir, bazar iqtisadiyyatına gedirik, islahatlar həyata 

keçirməliyik. Milli Məclis tərəfindən bir çox qanunlar, çox yaxşı 

qanunlar qəbul olunub, bunlar hamısı  həyata keçirilməlidir. 

Ancaq qanun-qaydaya da hamı riayət etməlidir. Hamı riayət 

etməlidir! 

Beləliklə, mən hesab edirəm ki, elektrik enerjisinin 

istifadəsində rejim yaranmalıdır. Nazirlər Kabineti bunu 

yaratmalıdır. Bakı  Şəhər  İcra Hakimiyyətinin başçısı  və 

rayonların 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə