Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə89/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   85   86   87   88   89   90   91   92   ...   145

__________________________________________ 

306


PREZİDENT APARATINDA KEÇİRİLMİŞ  

MÜŞAVİRƏDƏ GİRİŞ NİTQİ 

 

26 yanvar 2000-ci il 

 

Bugünkü bu müşavirə fövqəladə  vəziyyət xarakteri daşıyır. 



Mən bunu təcili çağırmağa məcbur olmuşam. Çünki üç gün 

bundan öncə Moskvaya yola düşərkən mənə məlumat verildi ki, 

respublikada, o cümlədən Bakıda elektrik enerjisi qıtlığı 

yaranıbdır, qaz çatışmır. Təklif olundu ki, bəzi yerlərdə elektrik 

enerjisi təchizatına fasilə verilsin. 

Mən dünən Bakıya dönərkən hava limanında bu məsələ ilə 

maraqlandım. Mənə bildirdilər ki, narazılıqlar yaranıbdır, 

çətinliklər var. Nazirlər Kabinetində Baş nazir tərəfindən 

müşavirə keçirilibdir, icra orqanlarına göstərişlər verilibdir. 

Ancaq mən bu gün səhər bu məsələlərlə yenə də maraqlandım, 

gördüm vəziyyət elədir ki, biz gərək bu gün yığışaq və bunu 

araşdıraq. 

Azərbaycan bu qış dövründə qazla, elektrik enerjisi ilə 

təchizatda son illər müəyyən çətin problemlərlə rastlaşır. Amma 

başqa respublikalarla, məsələn, qonşu Gürcüstanla, yaxud 

Rusiyanın bəzi regionları ilə müqayisə etsək, təbiidir ki, bizdə 

vəziyyət qat-qat yaxşıdır. Yaxud, elə bizim Azərbaycanın bir 

hissəsi olan Naxçıvan Muxtar Respublikasının bu vəziyyətini 

mən 1991-ci ildən yaxşı bilirəm. Orada indi də elektrik enerjisi 

ancaq fasilə ilə - iki saat burada, iki saat orada verilir. 

Baxmayaraq ki, orada hava buradan soyuqdur, şaxta var. 

Mən son dəfə Türkiyədə olarkən xahiş etdim ki, onlar 

elektrik enerjisi verilməsini artırsınlar.  İndi artırıblar, onlar 

Türkiyədən Naxçıvana elektrik enerjisi verilməsindən həddin- 

  



__________________________________________ 

307


dən artıq məmnundurlar, sevinirlər. Ancaq bu, onları yenə  də 

tamamilə  təmin etmir. Onlar yenə  də elektrik enerjisini bir 

rayona, o birisinə fasilə-fasilə verirlər. Ancaq vəziyyət əvvəlkinə 

nisbətən yaxşılaşdığına görə çox razıdırlar. 

Bir məsələni bilmək lazımdır ki, bizim respublikamızın 

vətəndaşları, hər halda, çətinliklər də olsa, elektrik və qaz 

təminatından indiyədək o qədər böyük çətinliklər keçirməyiblər. 

Ancaq bəzi mafioz qruplar bu çətinliklərdən keçmişdə çox 

istifadə ediblər və özlərinə qanunsuz gəlirlər  əldə ediblər. 

Məsələn, 1991-ci, 1992-ci illərdə, hətta 1993-cü ildə deyiblər ki, 

Azərbaycanda qaz çatışmır, gəlin Türkmənistandan qaz alaq. 

Onlar burada bəzi firmalar yaradıblar, bu firmaların vəsitəsilə 

qaz alıblar və biz o borclardan indiyə qədər də çıxa bilmirik. Biz 

Türkmənistana, Qazaxıstana borcluyuq. 

Bunu Nazirlər Kabineti edibdir. Burada ayrı-ayrı mafioz 

şirkətlər yaradıblar, Azərbaycana böyük zərər veriblər. Mən bu 

məsələ ilə 1994-cü ildə maraqlanan kimi, qaz almağı qadağan 

etdim. O vaxt həmin bu işdə maraqlı olan adamlar ora-bura 

gedirdilər ki, sosial partlayış olacaq, qaz almaq lazımdır və s. 

Azərbaycanlı da büdcəsi ağır vəziyyətdə idi. Demək, belə çıxır, 

biz bir tərəfdən büdcəni daha da ağırlaşdırmalıydıq ki, həmin o 

mafioz qruplar öz gəlirlərini daha da artırsınlar. 

Mən bilirdim ki, Azərbaycanda nə  qədər qaz çıxarılır. 

Azərbaycanda 6 milyard kubmetr qaz çıxarılır. Nə  qədər 

mümkündür - o qədər də istifadə edərik, nə  qədər də çatmır -

dözərik. Hər halda, Gürcüstanda bir kubmetr də qaz yoxdur. 

Gürcüstanın mazutu da, başqa şeyləri də yoxdur. 

Dünən Moskvada Moldovanın prezidenti Petru Luçinski 

mənə müraciət edib ki, Siz bizə bir az mazut verə bilərsinizmi? 

Yaxud da Gürcüstanda ağır vəziyyət olduğuna görə Türkiyənin 

prezidenti Süleyman Dəmirəl Tbilisiyə  səfər edərkən onlara 

kömək məqsədi ilə 20 min ton mazut hədiyyə veribdir. Bu, 

Azərbaycanın bir günlük istifadəsi qədərdir. 

 

  




__________________________________________ 

308


Srağagün axşam bütün tədbirlərdən sonra, demək olar ki, 

gecə Gürcüstanın prezidenti Eduard Şevardnadze ilə görüşdük. 

Biz onunla həmişə görüşürük, bu dəfə  də görüşdük. Ancaq bir 

neçə başqa məsələ barədə  də söhbət etdik. O dedi ki, 

vəziyyətimiz ağırdır, görün bizə qaz, mazut verə bilərsinizmi? 

Mən dedim ki, bizim vəziyyətimiz bundan da ağırdır. Yəni 

bizimki də ağırdır. Amma təbiidir ki, Gürcüstanın vəziyyəti ilə 

heç bir respublikanın vəziyyətini müqayisə etmək olmaz. Onlar 

artıq 7-8 ildir ki, belə bir ağır vəziyyətdə yaşayırlar. Bəzi 

nümayəndə heyətləri Cənubi Qafqaza gələndə Gürcüstanda, 

Ermənistanda olurlar, sonra buraya gəlirlər, Gürcüstanın 

vəziyyəti haqqında dəhşətli məlumatlar verirlər. 

Biz o vaxt qaz almağı qadağan etdik, amma ölkəmizi təmin 

etdik. Sonra məlum oldu ki, heç o qaz alınmırmış. Onun əvəzinə 

o tərəfdən - Türkmənistandan da, bu tərəfdən də ayrı-ayrı 

adamlar pulları ciblərinə qoyurmuşlar. Keçmişdə belə cinayətlər 

olubdur. 

İndi yenə  də 6 milyard kubmetr qaz çıxır. Bunun da bir az 

çətinlikləri var. Məsələn, biz Supsa xətti dayanandan sonra 

«Çıraq» yatağından təxminən 20 gün qaz ala bilmədik. Burada 

da problemlər çıxır. Amma 6 milyard kubmetr qaz az deyil. 

Təbiidir, Azərbaycanı təmin etmək üçün bu azdır. Çünki mənim 

xatirimdədir, mən 1982-ci ildə buradan Moskvaya gedəndə 

Azərbaycan 17 milyard kubmetr qaz işlədirdi. Ancaq nəzərə alın 

ki, o vaxt sənaye çox böyük miqdarda qaz sərf edirdi. Biz 

Azərbaycanın lap bütün dağ kəndlərini də qazlaşdırmışdıq. Buna 

görə  də 17 milyard kubmetr qazdan istifadə olunurdu. Bunun 

15-16 milyard kubmetrini özümüz çıxarırdıq, bir qismini də 

Rusiyadan alırdıq. 

İndi sənayedə qaza o qədər də tələbat yoxdur. Dağ rayonları, 

başqa rayonlar qazdan tamamilə  məhrum olublar. Demək,  əgər 

bu iş yaxşı, normal təşkil edilsə bu 6 milyard kubmetr qazla 

yaşamaq olar. Normal təşkil edilmir. Bir tərəfdən  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə