__________________________________________
291
də artdı və məsələ bu gün, nəhayət, həll olundu. İnformasiyalara
nəzər yetirsək görərik ki, dünənədək belə bir fikir vardı ki,
kimsə namizəddir, kimsə əleyhinə çıxacaqdır və sair. Lakin
MDB-də kimin sədrlik edəcəyi barədə lap son vaxtadək
müəyyən fikir olmamışdır. Mən Rusiya prezidentinin vəzifəsini
icra edən Vladimir Vladimiroviç Putinin MDB-nin sədri
vəzifəsinə yekdilliklə seçilməsindən mən xoşhal oldum və bunu
nəzərə çarpdırmaq istəyirəm. Təkrar edirəm, xoşhal oldum.
Başqa fikir söyləyənlər müəyyən dərəcədə məyus oldular, yaxud
sabah məyus olacaqlar.
Nə üçün bu fikirdəyəm? Mən bu mövzuda artıq çoxdan
danışmışam, bu, Özbəkistanın nöqteyi-nəzəridir, - və demişəm
ki, MDB-nin mövcudluğu özlüyündə Rusiyanın MDB-də necə
çıxış elməsindən və MDB-nin perspektivlərini, mənasını necə
görməsindən, MDB-nin birləşdirici pilləsi, hətta deyərdim, bel
sütunu olan Rusiyanın birliyin tərkibinə daxil olan ölkələrə
münasibətindən çox asılıdır. Təkrar edirəm, MDB-nin
mövcudluğunun, öz perspektivlərimizi müəyyənləşdirməyin
dönüş mərhələsində olduğumuz bir vaxtda Vladimir
Vladimiroviç Putinin MDB Dövlət Başçıları Şurasının sədri
seçilməsi haqqında bugünkü qərarı, hətta deyərdim, ən prinsipial
qərarı dönüş yaradan, həlledici və MDB-nin sabah da var
olacağına böyük nikbinlik aşılayan qərar hesab edirəm. Əks
halda, - mən bunu dünən də, bir qədər əvvəl də demişəm, - əgər
bu gün başqa bir qərar qəbul etsəydik, əminəm ki, onda MDB-
nin perspektivləri xəyali olardı. Çünki əminəm ki, başqa düzgün
bir qərar mövcud deyildi.
Buna görə də demək istərdim ki, əlbəttə, biz bu gün çox
məsələləri müzakirə etdik, lakin prinsipial məsələ məhz bundan
ibarət idi ki, sabah MDB-yə kim rəhbərlik edəcək, birliyin
perspektivlərini kim müəyyənləşdirəcək və Rusiya prezidentinin
vəzifəsini icra edən Vladimir Putini bu vəzifəyə seç-
__________________________________________
292
mək üçün biz bir-birimizi nə dərəcədə başa düşəcək və zəka
nümayiş etdirəcəyik.
Başa düşürəm, bəziləri deyə bilərlər ki, Vladimir
Vladimiroviç Putinin bu vəzifəyə seçilməsini dəstəkləmək də
MDB ölkələri rəhbərlərinin müəyyən dərəcədə xidmət
göstərmək istəyi var. Bu kürsüdən istifadə edərək demək
istərdim ki, bəli, burada iki fikir ola bilməz, biz Vladimir
Vladimiroviç Putini MDB Dövlət Başçıları Şurasının sədri
vəzifəsinə dəstəkləməklə Rusiya prezidenti vəzifəsində kimi
görmək istədiyimiz barədə öz mülahizəmizi, buna, ola bilər, öz
münasibətimizi ifadə edirik.
Vurğulamaq istədiyim ikinci məsələ. MDB-nin, nəhayət, işə
düşməsi üçün Rusiyanın növbəti dəfə bu mexanizmdən istifadə
etmək imkanı yaranmışdır. Biz hamımız başa düşürük ki, MDB
yaranması məntiqi qərardır. Dünən Eduard Amvrosiyeviçin
qeyd etdiyi kimi, MDB olmasaydı, onda biz Yuqoslaviya
variantı ilə gedəcəkdik. Odur ki, MDB lazım idi. Lakin birliyə
yeni nəfəs, yeni təkan vermək gərəkdir. Əgər Rusiya MDB-yə
arxalanmaq istəyirsə, əgər Rusiyanın mənəfeləri həm də
postsovet məkanında müəyyənləşirsə, onda bu imkandan istifadə
etməlidir. Hesab edirəm ki, bu gün biz Vladimir Vladimiroviç
Putini sədr vəzifəsinə seçməklə Rusiyaya MDB-ni
möhkəmlətmək üçün bir daha imkan veririk ki, onun
perspektivləri meydana gəlsin.
Sözümü tamamlayaraq nə demək istərdim? Vladimir
Vladimiroviç indi dedi ki, bəzi yerlərdə müəyyən qüvvələr
peyda olmuşdur və onlar hansısa boşluqlar, zəif nöqtələr aşkara
çıxarırlar ki, bunların vəsitəsilə nəinki MDB-ni dağıtsınlar, həm
də bəzi coğrafi-siyasi məqsədlərini həyata keçirsinlər. Mən hətta
deyərdim ki, yoluxucu ekspansiya prosesi gedir, bunu başqa cür
adlandırmaq olmaz, çünki ekstremizm, beynəlxalq terrorizm və
bunlarla bağlı olanlar artıq MDB ərazisinə soxulur. Əgər biz
buna birlikdə müqavimət göstər-
__________________________________________
293
məsək, onu lazımınca dəf etməsək, sabah artıq gec olacaqdır.
Bununla əlaqədər mən bu gün qəbul edilmiş qərarı və Vladimir
Vladimiroviç Putinin verdiyi bəyanatı tamamilə dəstəkləyirəm
ki, qoy ümid bəsləməsinlər. Mən Putinin bu bəyanatında özüm
üçün ciddi bir dəstək görürəm. Bilmək istəsəniz, bu, məndə
nikbinlik doğurur ki, Rusiyanın simasında biz elə bir qüvvəyə
arxalana bilərik ki, bu qüvvə postsovet məkanında terrorizmin,
ekstremizmin ekspansiyası prosesi baş verdiyi bir vaxtda
müəyyən mərkəzlərdə hazırlanan bütün bu coğrafi-siyasi
planları, bəslənilən ümidləri bizimlə birlikdə dəf edəcəkdir.
Sözümü bununla bitirmək istərdim.
S u a l: Mənim sualım dörd prezidentədir. Bü gün dörd
dövlətin - Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstanın
dövlət başçılarının görüşü keçirilmişdir. Bu görüşün
yekunları barədə danışa, habelə belə bir suala cavab verə
bilərsinizmi ki, regional təhlükəsizlik modeli necə, hansı
prinsiplər əsasında və hansi formatda olmalıdır?
Robert Koçaryan: Biz həqiqətən belə formatda görüşdük və
bu, bir vaxtlar keçirilən, təəssüf ki, ənənəyə çevrilməyən
Kislovodsk görüşünün bir növ davamı oldu.
Deməliyəm ki, bu gün biz hansısa müəyyən qərarlar qəbul
etmədik. Amma, zənnimcə, başlıca bir qərar qəbul olundu -belə
bir ümumi razılığa gəlindi ki, bu məsləhətləşmələri davam
etdirmək lazımdır, regional təhlükəsizlik üzrə vəziyyəti necə
təsəvvür etdiyimizi müəyyənləşdirməyə çalışmaq, bölgənin
bütün ölkələri üçün, xüsusən həmin məsələni müzakirə etmiş
dörd ölkə üçün məqbul olan regional təhlükəsizlik formulunu
tapmaq gərəkdir.
İkincisi. Biz bütün bu məsələləri, sadəcə olaraq,
konkretləşdirmək və bu görüşlərimizi müəyyən sistemli işə
çevirməyə çalışmaq barədə razılığa gəldik. Bu işin məntiqi
sonluğu isə, görünür, regional təhlükəsizlik sistemi
yaradılmasından ibarət olmalıdır. Mən Ermənistanın bu
məsələdə mövqeyindən
Dostları ilə paylaş: |