__________________________________________
277
Vladimir Putin:
*
Azərbaycan və Ermənistan prezidentlərinin
birbaşa görüşləri böyük əhəmiyyət daşıyır. Moskvada bu görüşü
keçirdikləri üçün onlara minnətdarlığımı bildirirəm.
Minsk qrupunun həmsədrləri olan Amerika Birləşmiş Ştatları,
Fransa kimi, Rusiya da münaqişənin tezliklə aradan qaldırılması
sahəsində səylərini artıracaqdır.
*
Rusiya Federasiyası prezidentinin vəzifəsini icra edən Vladimir Putin görüşün ikinci hissəsində
iştirak edib
__________________________________________
278
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV,
RUSİYA FEDERASİYASI PREZİDENTİNİN
VƏZİFƏSİNİ İCRA EDƏN VLADİMİR PUTİN,
GÜRCÜSTAN PREZİDENTİ EDUARD
ŞEVARDNADZE VƏ ERMƏNİSTAN PREZİDENTİ
ROBERT KOÇARYAN ARASINDA KEÇİRİLƏN
GÖRÜŞDƏ SÖHBƏT
Moskva, Kreml
25 yanvar 2000-ci il
Vladimir Putin: Xoş gəlmisiniz. Bu görüşün keçirilməsinə
razılıq verdiyinizə görə təşəkkürümü bildirirəm.
Qafqaz bölgəsi xüsusi strateji əhəmiyyət daşıyır. Bu regionda
sülhün, əmin-amanlığın bərpa edilməsi vacibdir. Qafqazın
problemləri çoxdur, bu problemlərin aradan qaldırılması
zəruridir. Buna görə də biz bu ölkələrin qarşılaşdığı çətinliklərin
aradan qaldırılmasına, bu respublikalarla qarşılıqlı surətdə
faydalı əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirəcəyik.
Qafqazda sabitlik, sülh və əmin-amanlıq yaradılması Rusiya
üçün də vacibdir. Bölgənin ölkələri arasında münasibətlər
beynəlxalq prinsiplər və ən vacib amil - hər bir dövlətin ərazi
bütövlüyünün tanınması prinsipi əsasında qurulmalı və inkişaf
etdirilməlidir.
Heydər
Əliyev:
Mən bu görüşümüzü yüksək
qiymətləndirirəm. Cənubi Qafqaz ölkələri başçılarının və Rusiya
Federasiyasının rəhbərinin iştirakı ilə keçirilən bu tədbir böyük
əhəmiyyət daşıyır.
__________________________________________
279
Cənubi Qafqaz Müstəqil Dövlətlər Birliyində ən mürəkkəb və
çox böyük əhəmiyyətə malik bir bölgədir. Lakin çox təəssüf ki,
bu regionda hələ də münaqişələr davam edir. Şimali Qafqazda,
Abxaziyada da münaqişələr davam edir. Lakin Ermənistan-
Azərbaycan münaqişəsi ən uzunmüddətli münaqişədir. Mənim
fikrimcə, bu regiona Rusiya tərəfindən xüsusi diqqət
yetirilməlidir. Məlumdur ki, bu bölgə əsrlər boyu Rusiyanın və
SSRİ-nin tərkibində olmuşdur, lakin regiona, onun
problemlərinin həllinə lazımi diqqət və qayğı göstərilmir.
1996-cı ildə Kislovodskda keçirilmiş görüşdə qəbul olunmuş
bəyannamə yaxşı bir təşəbbüs idi. Belə bir görüşün epizodik
xarakter daşıması təəssüfləndirici haldır.
Qafqazdakı münaqişələrin həllinə Rusiyanın indiyə qədər
lazımi diqqət yetirməməsi narahatlıq yaradır. Rusiya Cənubi
Qafqazın problemlərinin aradan qaldırılmasında öz səylərini
artırmalıdır.
Qafqazda tam təhlükəsizlik şəraiti yaradılmalıdır. Bunun
üçün isə ilk növbədə münaqişələr, xüsusilə Ermənistan -
Azərbaycan münaqişəsi tezliklə həll olunmalıdır.
Hər bir müstəqil dövlətin ərazi bütövlüyünün tanınması
xüsusi əhəmiyyət daşıyır. Qafqazda sabitlik və sülh yaradılması
çox vacibdir.
Moskvada belə bir görüşün keçirilməsini bir daha yüksək
qiymətləndirirəm. Bu görüş münaqişələr həll edildikdən sonra
Cənubi Qafqaz ölkələri arasında qarşılıqlı surətdə faydalı
əlaqələr üçün yaxşı zəmin yarada bilər.
Eduard Şevardnadze: Dörd ölkənin başçılarının belə bir
görüşü keçirməsi çox mühümdür.
1996-cı ildə Kislovodskda keçirilmiş görüşü və orada qəbul
olunmuş bəyannaməni mən də yüksək qiymətləndirirəm. Belə
görüşlərin indən sonra da davam etdirilməsi zəruridir. Əgər
Kislovodsk bəyannaməsində qaldırılan məsələlər vax-
__________________________________________
280
tında öz həllini tapsaydı, indi Qafqazda belə hadisələr baş
verməzdi.
Hər bir ölkənin ərazi bütövlüyünün tanınması çox vacibdir.
Baş vermiş münaqişələrin tezliklə aradan qaldırılması üçün daha
ciddi addımlar atılmasına ehtiyac vardır.
Robert Koçaryan: Mənim fikrimcə, bölgədə sülhün, əmin-
amanlığın, təhlükəsizliyin təmin olunması üçün bir çox
məsələlərin həllinə konstruktiv mövqedən yanaşılmalı, hər bir
ölkənin marağı nəzərə alınmalıdır.
__________________________________________
281
MOSKVA ZİRVƏ GÖRÜŞÜNÜN YEKUNLARINA
DAİR MDB ÖLKƏLƏRİ DÖVLƏT BAŞÇILARININ
BİRGƏ MƏTBUAT KONFRANSI
Kreml sarayı, Aleksandr salonu
25 yanvar 2000-ci il
S u a l (Ukrayna); Cənab prezidentlər, siz aparılmış
danışıqlarla əlaqədər sammitin yekunlarını və Müstəqil
Dövlətlər Birliyinin perspektivlərini necə
qiymətləndirirsiniz?
Leonid Kuçma ( Ukrayna prezidenti): Əvvəla, biz -bütün
prezidentlər yekdil fikirdə olaraq, Boris Nikolayeviç Yeltsinə
Rusiya Federasiyası prezidenti vəzifəsində, başlıcası isə MDB-
nin rəhbəri vəzifəsində gördüyü çox boyük işə görə təşəkkür
etdik.
O ki qaldı bugünkü iclasa, mənə elə gəlir ki, burada iştirak
edən prezidentlərin hər biri evə bu günə qədər olduğundan xeyli
yaxşı əhval-ruhiyyə ilə qayıdacaqdır. Tam açıqlığı ilə bəyan edə
bilərəm ki, bugünkü sammitin iştirakçıları arasında dialoq
əslində ilk dəfə olaraq ən konstruktiv, ən aşkar zəmində keçdi və
bu sammitdən sonra bizdə inam yarandı ki, MDB-nin gələcəyi
var. Sağ olun.
Petru Luçinski ( Moldova prezidenti): Sizin narahatlığınızı
başa düşürük. İnanın, biz daha çox narahatlıq keçirir və istəyirik
ki, MDB indikindən daha yaxşı işləsin. Lakin birlik əslində yeni
bir qurumdur və biz hamımız hər bir ölkənin mənəfelərini
ümumi mənəfelərlə bir növ birləşdirməyin yollarını axtarırıq.
Dostları ilə paylaş: |