__________________________________________
271
ya» böyük uğur qazanmışdır, təbrik edirəm. Bir sözlə, siz artıq
çoxsahəli fəaliyyət göstərirsiniz və hər yerdə uğurlarınız var.
Sizi ürəkdən təbrik edirəm və şəxsən sizə cansağlığı
arzulayıram, Moskvalılara isə xoş arzularımı bildirir, cansağlığı,
firavanlıq diləyirəm. Həmişəki kimi, yenə də Moskva ilə
Azərbaycan arasında, Rusiya ilə Azərbaycan arasında daimi
dostluğumuzu vurğulayıram. Təbii ki, Moskva ilə bizim xüsusi
əlaqələrimiz var.
Yuri Lujkov: Biz bu əlaqələri qoruyub saxlamağa çalışırıq.
* * *
Görüş qurtardıqdan sonra jurnalistlərin suallarına Yuri
Lujkovun cavabı.
S u a l: Yuri Mixayloviç, görüşünüzdə Şimali Qafqaz
məsələsi müzakirə edildimi?
C a v a b: Əvvəla, mən rəsmi dövlət xadimi deyiləm. Buna
görə də bizim problemlərimiz, hətta deyərdim, humanitar səpgili
problemlərimiz barədə qarşılıqlı məlumat verdik. Azərbaycanda
çoxlu rus məktəbi var, onların sayı azalmayıb, biz bu
məktəblərin dərsliklə təmin olunmasına kömək edirik. Yeri
gəlmişkən, rus məktəblərində çoxlu azərbaycanlı da oxuyur.
Heydər Əliyeviçlə sazişimizə əsasən, burada, Moskvada
azərbaycanlı tələbələr təhsil alırlar. Qarşılıqlı ticarət-iqtisadi
fəaliyyət həyata keçirilir. Bizə şərab materialları, tərəvəz, meyvə
göndərilir, sənaye sahəsində əməkdaşlıq edirik.
Biz Azərbaycandan - Nikitinin kəndindən birbaşa kənd
təsərrüfatı məhsulları alırıq. Söz düşmüşkən, Azərbaycanda rus
kəndləri var. Biz ərzaq müqabilində o kəndə texnologiyalar
yaradılması işində kömək göstəririk. Müxtəsəri, bizim
Azərbaycanla intensiv, mehriban əlaqələrimiz var.
Əlbəttə, biz hansısa qərarlar qəbul olunması baxımından
deyil, Qafqazda vəziyyət barədə fikir mübadiləsi apardıq və
__________________________________________
272
deyə bilərəm ki, Heydər Əliyeviçin mövqeyi həmişəki kimi
proqmatik, birləşdirici bir mövqedir. Əlbəttə, indi Şimali
Qafqazda yaranan vəziyyətə Ermənistanla Azərbaycan arasında,
Gürcüstanla onun daxilindəki Abxaziya arasında sülh
proseslərinin nizama salınmaması da mane olur. Çeçenistan
problemi hamını çox narahat edir. Bu, Rusiyanın problemi olsa
da, əlbəttə, vəziyyətə təsir göstərir.
Demək lazımdır ki, Dağıstanda yaranmış vəziyyət də
müzakirəmizin mövzusu oldu. Mən Heydər Əliyeviçə
Dağıstana göstərdiyimiz yardımdan danışdım. O da öz
növbəsində bu respublikaya necə kömək etməsindən,
Azərbaycanda təməlçiliyə, vəhhabiliyə nə kimi münasibət
olmasından söhbət açdı. Bütün bunları mən çox məntiqi və ağıllı
hesab edirəm. Heydər Əliyeviç müdrik insandır.
S u a l : Vaxtilə siz Çeçenistan ətrafında ancaq sanitariya
xətti yaradılmasına tərəfdar olduğunuzu bildirirdiniz və
oraya qoşun yeridilməsi...
C a v a b: Mən heç vaxt Çeçenistan ərazisinə qoşun
yeridilməsinin tərafdarı olmamışam. Bunun qəti əleyhinə
olmuşam. Demək lazımdır ki, mənim təklifim tamam başqa
nəticələr verərdi. Bu günədək edilənlər isə məfum mənfi
nəticələri verir. O vaxtlar mən deyirdim ki, biz terrorçularla
mübarizə aparmalıyıq, terrorçuları məhv etməliyik, biz
Çeçenistan ərazisinə daxil olmaqla isə onun xalqı ilə müharibə
edəcəyik. Bunlar başqa-başqa şeylərdir. Məni eşitmədilər.
S u a l: Bəs indi nə etməli?
C a v a b: Zənnimcə, indi bu qərarı qəbul edənlər
düşünməlidirlər. Bütün bunlar çox mürəkkəb məsələdir. Mən
təklif etmişdim ki, Çeçenistanın Dağıstan və İnquşetiya ilə
sərhədləri boyunca sanitariya yaradılsın, Terek çayının sol sahili
azad olunsun, - oralar əzəldən rus kəndləri, kazak diyarıdır, -
Rusiyanın Gürcüstanla Çeçenistan ərazisindən keçən sərhədinə
nəzarət qoyulsun. Hava məkanı üzərində nəzarət təmin
__________________________________________
273
edilsin. Əminəm ki, artıq bundan sonra qısa müddət ərzində
Çeçenistanda hökmən üçüncü qüvvə meydana gələrdi -
Məshədov yox, yaraqlılar yox, məhz üçüncü elə bir qüvvə ki,
yaraqlılar problemini özü həll edərdi. Bəlkə də Rusiyanın
köməyi ilə həll edərdi, hər halda, bütün çeçen xalqını açıq-aşkar
düşmən kimi Rusiya əleyhinə qaldırmazdı. Bu, kobud, böyük
səhvdir.
S u a l: Cənab Lujkov, Rusiyanın viza rejimi tətbiq etmək
istəməsi məsələsində sizin mövqeyiniz necədir?
C a v a b: Bunun qəti əleyhinəyəm. Belovejsk sazişi Sovet
İttifaqını dağıtdı. İndi MDB-də hər hansı viza rejiminin tətbiqi
MDB-yə axırıncı zərbə deməkdir. Bu əvvəllər ittifaq, indi isə
birlik adlandırılan quruma axırıncı, çox sarsıdıcı zərbədir.
Şengen prinsipləri əsasında ümumi xarici viza rejiminin
tətbiqindən danışmaq olar - bu, normal haldır və bizim bir sıra
dövlətlərlə sazişlərimiz var ki, məsələn, Rusiyada alınmış viza
həmsərhəd dövlətlərə getməyə imkan verir. MDB-nin bəzi
üzvləri bundan imtina edir və əgər MDB-də yaşamayan
əcnəbilərdən kimsə onların ölkəsinə Rusiya ərazisindən daxil
olursa, ona hökmən viza rejimi tətbiq edirlər. Lakin bütün bunlar
ikinci dərəcəli məsələlərdir. Bununla belə, ölkələrimizə daxil
olmaq üçün ilkin vizaların tətbiqini Sovet İttifaqının
dağılmasından sonra yol verilə biləcək çox böyük səhv sayıram.
İnsani ünsiyyət azadlığı, gediş-gəliş azadlığı, vəhid mədəniyyət,
dil məkanının qorunub saxlanması bizə dərhal praktiki, ticarət-
iqtisadi məsələləri həll etməyə imkan verir. Axı düşünmək
olmaz ki, ölkələrimiz arasında bütün ticarət yalnız dövlət xətti
ilə başlanır. Alver, malların daşınması, qalan bu kimi məsələlər
günümüzün gerçəkliyidir. Viza rejimi tətbiq edilərsə, onda bu
gerçəkliyə son qoyulacaqdır. Xalq, adamlar bundan bir şey
qazanmayacaqlar.
S u a l: Guya ölkəmizin terrorçuları, yaraqlıları
dəstəklədiyi barədə son vaxtlar Rusiyanın rəsmi kütləvi
informasiya vəsi-
Dostları ilə paylaş: |