__________________________________________
263
RUSİYA FEDERASİYASININ PREZİDENTİ
VƏZİFƏSİNİ İCRA EDƏN VLADİMİR PUTİN
İLƏ GÖRÜŞDƏ SÖHBƏT
Moskva, Kreml
24 yanvar 2000-ci il
Vladimir Putin: Hörmətli Heydər Əliyeviç, xoş gəlmisiniz.
Mən hələ də Kiyevdə keçirdiyiniz görüşü məmnunluqla
xatırlayıram.
Heydər Əliyev: Səmimi sözlərə görə Sizə təşəkkürümü
bildirirəm. Kiyevdə keçirdiyimiz görüşdən, orada apardığımız
danışıqlardan mən də çox məmnun qaldım.
Müstəqil Dövlətlər Birliyinin perspektivləri məni çox
düşündürür. İnanıram ki, biz birgə fəaliyyətimiz nəticəsində
bütün çətinliklərin öhdəsindən gələcəyik.
Vladimir Putin: Əminəm ki, növbəti sammit səmərəli,
demokratik şəraitdə, fikir azadlığı ruhunda keçəcək, MDB üzvü
olan ölkələrin qarşılıqlı surətdə faydalı əlaqələrinin daha da
genişlənməsinə öz müsbət təsirini göstərəcəkdir.
Biz Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə -
iqtisadiyyat, mədəniyyət, elm sahəsində əməkdaşlığın daha da
möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün əlimizdən
gələni əsirgəməyəcəyik.
Heydər Əliyev: Ölkəmiz üçün ən ağrılı problem olan
Ermənistan-Azarbaycan, Dağlıq Qarabağ münaqişəsi 12 ildən
bəri davam edir. Bu münaqişə nəticəsində Azərbaycan
torpaqlarının 20 faizi işğal olunmuş, 1 milyondan çox
vətəndaşımız yerindən-yurdundan zorla qovularaq çadırlarda
ağır şəraitdə yaşayır.
__________________________________________
264
Ermənistan prezidenti Robert Koçaryanla son dövrdə
keçirdiyi birbaşa görüşlər keçirilir, ATƏT-in Minsk qrupu
çərçivəsində danışıqlar aparılır. Bu münaqişənin sülh yolu ilə
həll edilməsi sahəsində səylərin artırılmasının vacib olduğunu
bildirirəm.
Vladimir Putin: Prezident Robert Koçaryanla aparılan
birbaşa danışıqlar Rusiya Federasiyası tərəfindən dəstəklənir.
Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə tezliklə həll edilməsi sahəsində səylərimizi
artırmağa hazırıq və Rusiya münaqişənin həllində lazımi
nəticənin əldə olunmasına çalışacaqdır,
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ATƏT-in
Minsk qrupu çərçivəsində görülən işlər həqiqətən çox vacibdir.
Minsk qrupunun həmsədrləri olan Amerika Birləşmiş Ştatları,
Fransa kimi, Rusiya da bu münaqişənin həlli prosesində daha
fəal mövqe tutacaqdır.
Mən ölkələrimiz arasındakı ənənəvi dostluq və mehriban
qonşuluq münasibətlərindən razıyam. Rusiya Federasiyası
Azərbaycan Respublikasına bundan sonra da hər cür dəstək
verməyə hazırdır. Sizin zəngin təcrübənizin öyrənilməsinə
həmişə ehtiyac duyulur.
Heydər Əliyev: Rusiyanın bir sıra kütləvi informasiya
vəsitələrində Azərbaycana qarşı əsassız, tamamilə yalan
məlumatlı kampaniya başlanıb. Mən bəyan edirəm ki, bizim
ölkəmizdən heç bir silah göndərilmir, respublikamızda yaraqlılar
hazırlanmır.
Ölkəmizin bərabər hüquqlu vətəndaşları olan rusdilli əhaliyə
hər cür diqqət və qayğı göstərilir, rusların respublikamızdan
köçüb getməsi halları yoxdur.
Vladimir Putin: Azərbaycan Respublikasında Sizin
rəhbərliyiniz ilə görülən işləri bir daha yüksək dəyərləndirirəm.
Sizin mövqeyinizə görə minnətdarlığımı bildirir, rusdilli əhaliyə
göstərilən diqqət və qayğıya görə təşəkkür edirəm. Rusiyada da
azərbaycanlılara daim qayğı göstəriləcək, lazımi şərait
yaradılacaqdır.
__________________________________________
265
MOLDOVA RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB PETRU LUÇİNSKİYƏ
Hörmətli Petru Kirilloviç!
Sizi əlamətdar yubiley - anadan olmağınızın 60 illiyi
münasibətilə ürəkdən təbrik edirəm.
Siz qardaş Moldovə xalqına mürəkkəb tarixi dövrdə başçılıq
etmisiniz. Çox mühüm siyasi və iqtisadi qərarların qəbul
olunmasında sizin tutduğunuz möhkəm və qətiyyətli mövqe
sayəsində Moldovə Respublikası bu gün keçid dövrünün
çətinliklərini müvəffəqiyyətlə aradan qaldırır. Müstəqillik və
demokratiya yolu ilə inamla irəliləyir.
İnanıram ki, sizin dərindən düşünülmüş və uzaqgörən
siyasətiniz suveren Moldovənın hərtərəfli inkişafı və
çiçəklənməsi işinə bundan sonra da xidmət edəcəkdir.
Azərbaycan və Moldova xalqlarını sıx dostluq və qarşılıqlı
anlaşma telləri bağlayır. Əminəm ki, ölkələrimiz arasındakı
ənənəvi dostluq, tərəfdaşlıq münasibətləri bölgədə sülh, sabitlik
və tərəqqi naminə möhkəmlənəcək və genişlənəcəkdir.
Qarşılıqlı hörmət, etimad və mehribanlıq hisslərinə əsaslanan
şəxsi səmimi münasibətlərimizi yüksək qiymətləndirirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətinizdə
uğurlar arzulayıram.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 yanvar 2000-ci il
__________________________________________
266
GÜRCÜSTAN PREZİDENTİ EDUARD
ŞEVARDNADZE İLƏ GÖRÜŞDƏN
SONRA JURNALİSTLƏRİN SUALLARINA CAVAB
Moskva,
Azərbaycan Prezidentinin iqamətgahı
24 yanvar 2000-ci il
Heydər Əliyev jurnalistlərin suallarına cavab verməzdən
əvvəl bəyan etdi:
Bu gün Gürcüstan prezidenti Eduard Şevardnadze və mən
bizim aramızda yaranmış dostluq ənənəsinə uyğun olaraq
görüşdük. Biz harada oluruq-olaq,- suallar olsa da, olmasa da,-
hökmən görüşürük, fikir mübadiləsi aparırıq. Bu ənənə yaşayır
və bizə - Gürcüstana və Azərbaycana, Eduard Amvrosiyeviçə və
mənə kömək edir. Odur ki, biz bu ənənəyə sadiq qalaraq
görüşdük. Gürcüstanda, Azərbaycanda olan vəziyyətdən,
dostluq, qardaşlıq münasibətlərimizin inkişafı sahəsində gələcək
addımlardan danışdıq. Ölkələrimiz arasında problemlər yoxdur,
məsələlər yoxdur. Bu, çox yaxşıdır. Allah eləsin ki, bütün
ölkələr arasında Gürcüstanla Azərbaycan arasındakı kimi belə
münasibətlər olsun.
S u a l: Dağlıq Qarabağ və Abxaziya məsələlərinin hələ
nizama salınmadığını nəzərə alsaq, siz qarşıdakı sammitdən
nə gözləyirsiniz?
Heydər Əliyev: Şübhəsiz ki, Müstəqil Dövlətlər Birliyinin
üzvləri arasında ən çox bizdə - Gürcüstanda və Azərbaycanda
həmişə böyük ümüdlər və ən mürəkkəb vəziy-
Dostları ilə paylaş: |