__________________________________________
249
Burada bir fikir də deyildi ki, müdiriyyət yaratmaq lazımdır,
oranın sahibi, rəhbəri olsun. Yəni orada bir təşkilat olmalıdır ki,
daim oraya baxsın. Bunun mənasını bilirəm. Bakı İcra
Hakimiyyəti bunu edir.
Rəfael Allahverdiyev: Var, işləyir.
Heydər Əliyev: Bəs bu deyir ki... Hər halda, baxın. Rəfael, o
təkliflərə baxın və mənə verin. Mən bunları etməyə hazıram.
Sonra, sən dedin ki, şəhid vəlideynlərinin bəzilərinin yaşayışı
çətindir. İkiniz birlikdə mənə məktub yazın. Başqa nə kimi
məsələlər həll olunmalıdır, onları da yazın.
Nəsib Azər: Mən yazmışam.
Heydər Əliyev: O məktub haradadır?
Nəsib Azər: Ramiz müəllimə yazmışam, Fatma xanıma
veribdir.
Heydər Əliyev: Mən tapşırıram Seyidzadəyə, məktubu
tapsın, Mənə versin.
Nəsib A z ə r: Bir az tələsik yazmışam...
Heydər Əliyev: Nə yazmısan, yazmısan, əhəmiyyəti yoxdur.
Onu tapıb mənə verin, mən əmr verim, nə lazımdırsa edək.
Burada heç bir problem olmayacaqdır. O cümlədən, maddi
baxımdan çətin yaşayan adamlara əlavə kömək etməklə əlaqədər
hamısını edəcəyəm. Bundan narahat olmayın.
Bir sözlə, bütün şəhid ailələrinə bildirin ki, mən həyatımın
sonuna qədər şəhidlərin xatirəsini Azərbaycanda yaşadacağam.
Ancaq mən indi elə iş qurmuşam ki, gələcək nəsillər daim bunu
yaşadacaqlar. Bunu heç kəs unuda bilməz.
Fərman Məmmədov: Mən şəhid atasıyam, Larisa
Məmmədovanın atasıyam. Özüm də ikinci qrup əliləm, 20
Yanvar hadisələri zamanı yaralanmışam. Biz Sizə inanırıq,
dediyiniz işlərin hamısı görülür, biz də kömək edirik, çalışırıq,
1994-cü ildə Sizin verdiyiniz qərar əsasında Şəhidlər
xiyabanında “20 Yanvar Cəmiyyəti”nə yer verilibdir. Biz ora-
__________________________________________
250
nın təmiri ilə də məşğul olmuşuq. Hazırda orada 20 Yanvarda
şəhid və əlil olanların balaları üçün pulsuz ingilis və fransız
dilləri kursları açmışıq.
Vaxtilə öz hesabına işləyə bilməyən təşkilatlara büdcədən
dotasiya verirdilər. Düzdür, biz indi dövlət büdcəsindən bir
manat da pul almırıq. Ancaq Sizdən xahiş edərdim ki, gələcəkdə
«20 Yanvar Cəmiyyəti»nə maliyyə köməyi olunsun, biz o
cəmiyyəti yaşadaq, sonrakı nəsillərə çatdıra bilək. Siz
respublikada sabitlik yaratmısınız. Biz də çalışmışıq ki, öz
gücümüzlə şəhid ailələrinə, əlillərə lazımi kömək göstərək.
Kompüter mərkəzimizdə üç kitab yığmışıq, düzdür, bunların
maliyyə məsələsi hələ həll olunmayıbdır. Amma istərdik ki, bu
kitablar işıq üzü görsün. Bunlar tarixi kitablardır. Sizin
Moskvadakı çıxışınız, 1994-cü ildə yanvar hadisələrinə
verdiyiniz siyasi qiymət - hamısı orada əksini tapmışdır. Biz
Sizin bütün tədbirlərinizdə iştirak etmişik. Biz həmişə hazırıq ki,
Sizə kömək edək, Qarabağ torpaqlarımızı azad eləyin. Nə
tapşırığınız olsa, “20 Yanvar Cəmiyyət”nin üzvləri, şəhid
ailələri buna hazırdır, Sizi dəstəkləyirlər. Həm Sizin köməyinizə
ehtiyacımız var, həm də Sizə kömək etməyə hazırıq. Çox sağ
olun.
H e y d ə r Əliyev: Siz də təklifləriniz haqqında məktub
yazın, verin Seyidzadəyə. O, mənə təqdim edər, lazımi
sərəncamlar verərəm.
Dünən axşam biz matəm mərasimi keçirdik, bu gün Şəhidlər
xiyabanında olduq. İndi sizinlə də görüşürəm. Problemlərinizin
hamısını söylədiniz, həll edəcəyik. Ancaq mənim sizinlə
bugünkü görüşümün məqsədi eyni zamanda şəxsi söhbət etmək,
bir də ki, sizin cəmiyyətə bir az yardım etməkdən ibarətdir. Bakı
Şəhər İcra Hakimiyyəti hərənizə - həm fonda, həm də cəmiyyətə
- bir avtobus ayırıb ki, ondan istifadə edə biləsiniz. Buraya dəvət
olunmuş iki şəhid atasının da yaşayış vəziyyəti ağırdır. Bakı
Şəhər icra Hakimiyyətinin
__________________________________________
251
başçısı onlar üçün də mənzillər tapıbdır. O mənzilləri sizə
təqdim edirik. Beləliklə, əlimizdən gələni edirik.
Rəfael Allahverdiyev mənə dedi ki, şəhid ailələrinin tam
əksəriyyətinin mənzil problemi həll olunubdur. Deyəsən, beş
nəfər qalıbdır. Mən göstəriş verdim ki, kim qalıbsa, hamısını
həll eləsin.
Mən bu gün sizinlə görüşməyimdən çox məmnunam. Bütün
Yanvar şəhidlərinin ailələrinə mənim salamımı, hörmət-
ehtiramımı, məhəbbətimi, çox səmimi hissiyyatlarımı çatdırın.
Bilin ki, mən həmişə sizinləyəm, sizin arxanızdayam. Bilirəm
ki, siz də müstəqil Azərbaycan dövlətinin arxasındasınız,
Azərbaycan prezidentinin arxasındasınız.
Nəsib Azər: Bizim balalarımız müstəqillik yolunda şəhid
olublar. Biz onlara necə xəyanət edə bilərik! Biz hansı şəraitdə
də olsa, pis də yaşaya bilərik, ancaq müstəqilliyimizi
qorumalıyıq. Mənim oğlumun məzarı oradadır, onun ruhuna
xəyanət etsəm, gözümdən gələr.
Heydər Əliyev: Bəli, belədir. Mən dünən dedim ki, şəhidlər
üçün ən böyük abidə Azərbaycanın dövlət müstəqilliyidir.
Xatirinizdədir, ikincisi də onu dedim ki, mən şəhidlərin ruhu
qarşısında, xatirəsi qarşısında and içirəm ki, bizim
müstəqilliyimiz yaşayacaq, inkişaf edəcək və əbədi olacaqdır.
Bu sözlər sadəcə sözlər deyildir. Mən dünən bütün ölkə
qarşısında and içmişəm.
İsmayıl Qasımov: Arzu edək ki, üçrəngli bayrağımız daim
dalğalansın, şəhidlərimizin ruhu şad olsun. Biz dünyamızı
dəyişəndə onlara xoş xəbər aparaq ki, Xankəndi azad olunubdur.
Mən bu arzu ilə yaşayıram.
Heydər Əliyev: İnşallah, ona da nail olacağıq.
İsmayıl Qasımov: Cənab prezident, Mən şəhid atasıyam.
Otuz il Nərimanov adına bağda çalışmışam. Orada xalq çox
olur. İnandırıram ki, xalq Sizi hədsiz sevir. Deyirlər ki, ay Allah,
mənim ömrümdən kəsib Heydər Əliyevin ömrü-
Dostları ilə paylaş: |