__________________________________________
242
rəm ki, siz hansı məqsədləri güdürsünüz - onu özünüz bilirsiniz.
Amma sizin yanlış məlumatlarınız, dezinformasiyanız heç vaxt
bizim bu işlərin qarşısını ala bilməyəcəkdir. Çünki Xəzər
dənizində neft ehtiyatları bizim hesablamalarımızdan da xeyli
artıqdır. Qazaxıstan Bakı-Ceyhan neft kəmərinə qoşulubdur,
onların da neft ehtiyatları olduqca çoxdur. Bakı-Tbilisi-Ceyhan
neft kəməri mütləq tikiləcək, istifadəyə veriləcək və bizim
ölkələrimiz üçün böyük faydalar gətirəcəkdir.
Amerika-Azərbaycan Ticarət Palatasının fəaliyyəti haqqında
verilən məlumat məni çox sevindirdi. Mən bu palatanın işini
indiyə qədər dəstəkləmişəm və mənim bu fəaliyyətimə verilən
bu yüksək qiymətə, bu məktuba görə və bu hədiyyəyə görə də
çox təşəkkür edirəm.
Palatanın sabah Azərbaycanda ofisinin açılması, hesab
edirəm. əlamətdar hadisədir. Azərbaycanın Baş naziri bu açılış
mərasimində iştirak edəcəkdir. Ticarət Palatasının indiyə qədər
gördüyü işlər və gələcək planlar haqqında verilən məlumatlar
məni çox sevindirir və eyni zamanda bu, Azərbaycanın
bədxahlarına, ayrı-ayrı dairələrdə Azərbaycanda guya neft
sektorundan başqa digər sahələrə İnvestlsiyaların cəlb
olunmaması haqqında fikirlər yürüdənlərə çox tutarlı cavabdır.
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna cəlb olunan
xarici investisiya, yəni xarici ölkələrin, o cümlədən Amerika
Birləşmiş Ştatlarının bu qeyri-neft sektoruna marağı günü-
gündən artır və mən bu gün deyə bilərəm ki, 1999-cu ildə
Azərbaycana gələn investisiyanın 60 faizi qeyri-neft sektoruna
qoyulubdur. 40 faizi neft sektoruna gəlibdir. Təbiidir ki, burada
Amerika Birləşmiş Ştatlarının biznesinin də payı böyükdür.
Ümid edirəm ki, Ticarət Palatasının burada ofisinin yaranması
bir tərəfdən onu göstərir ki, burada böyük imkanlar vardır, ikinci
tərəfdən də bizi ruhlandırır ki, demək, gələcəkdə daha da çox
işlər görə biləcəyik.
__________________________________________
243
Şübhə etmirəm ki, Amerika Birləşmiş Ştatlarının bu özəl
sektoru, biznesi bundan sonra Azərbaycana daha da çox maraq
göstərəcək, gəlib burada daha da böyük işlər görəcək və bunlar
da Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi
əlaqələrin inkişafını təmin edəcəkdir.
Beləliklə, siz müzakirə etdiyiniz məsələlər haqqında burada
verdiyiniz məlumatlarla əlaqədər mən öz fikirlərimi və
təkliflərimi sizə çatdırdım. Güman edirəm, bu, sizin işinizə
müəyyən qədər yardım edə bilər. Çox sağ olun.
__________________________________________
244
«20 YANVAR FONDU»NUN SƏDRİ NƏSİB
AZƏR (ƏLƏKBƏROV), «20 YANVAR
CƏMİYYƏTİ»NİN SƏDRİ FƏRMAN
MƏMMƏDOV, ŞƏHİD VALİDEYNLƏRİ İSMAYIL
QASIMOV VƏ MÜZƏFFƏR SALAHOVLA
GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı
20 yanvar 2000-ci il
Heydər Əliyev: Salam, xoş gördük sizi. Mənə məlumdur ki,
20 Yanvar ilə bağlı iki təşkilat var. Bu təşkilatların sədrləri
kimlərdir?
N ə s i b A z ə r: «20 Yanvar Fondu»nun sədri mənəm, «20
Yanvar Cəmiyyəti»nin sədri isə Fərman Məmmədovdur.
Heydər Əliyev: Bir-birinizlə əlaqədə işləyirsinizmi,
ziddiyyət yoxdur ki?
N ə s i b A z ə r: Yoxdur, bir-birimizə kömək edirik.
Heydər Əliyev: Olmasın, gərək olmasın. Çünki bu,
müqəddəs işdir. Bilirsiniz, mənim təşəbbüsümlə 1994-cü ildə 20
Yanvar hadisələrinə geniş qiymət verildi. Milli Məclis nə qədər
müzakirələr apardı və 1994-cü ilin mart ayında böyük bir qərar
qəbul olundu, Ondan sonra mən 20 Yanvar şəhidləri yolunda nə
qədər tədbirlər gördüm. Baxın, qəbirlər nə vəziyyətdə idi, indi
nə vəziyyətdədir. Ondan sonra orada «Əbədi məşəl» abidəsi
kompleksini yaratdıq. Dünən mən Respublika Sarayında dedim,
- yəqin siz orada idiniz, - indi ora bizim ən müqəddəs
yerimizdir. İnam yeridir, inanc yeridir, and yeridir. Ona görə 20
Yanvar faciəsi mənim üçün xalqımızın ən ağır faciəsidir. Amma
eyni zamanda 20 Yanvar
__________________________________________
245
Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsinə
qalxmasının əyani nümayişidir. Biz bir tərəfdən qəm-qüssə
çəkirik. Ona görə mən dünən Respublika Sarayında olarkən, -
baxmayaraq ki, bütün o sənədlərin hamısını bilirəm, 20 Yanvar
hadisələrinin sabahısı günü mən Moskvada xəstə olaraq gedib
öz möqeyimi bildirdim, sonralar bu barədə nə qədər çıxışlar
etmişəm, sözlər demişəm, - o gecə mənə çox təsir etdi.
Həddindən artıq təsir etdi. Siz yəqin orada hiss etdiniz, - çox
həyəcanlı idim.
N ə s i b A z ə r: Şəhid ailələrinin nümayəndələri mənə
dedilər bu gün Sizə çatdırım ki, birinci növbədə Sizin
sağlamlığınız, səhhətiniz nə qədər yaxşı olsa, xalqımız üçün bir
o qədər yaxşıdır. Siz Azərbaycan torpağında o qədər iz
qoymusunuz ki, sayı-hesabı yoxdur. Bunları tarixdən heç kim
silə bilməz. Sizin dostlarınız da, düşmənləriniz də var,
düşmənlər də etiraf etməli olacaq ki, xalqımızın qarşısında Sizin
əməyiniz nədən ibarətdir. Bunu heç kim inkar edə bilməz.
Ona görə də xalqımız Sizin haqqınızda iftixarla danışır.
Baldızım Gəncədə uşaq bağçasında işləyir. Keçmiş prezident
seçkiləri zamanı o, Sizin namizədliyinizi vermişdi ki, Heydər
Əliyev prezident seçilməlidir. O vaxt ona izah etmək istəyirdilər
ki, sən savədlı adamsan, bilirsən ki, yaş senzi var. Cavabında
demişdi ki, onun adını siyahıya salın, xalq bildirsin ki, ona
münasibəti necədir. Bir-iki aydan sonra çağırıb danlamışdılar.
Demək, xalqın Sizə olan məhəbbəti elə-belə deyildir, Siz burada
xalqın məhəbbəti sayəsində oturmusunuz.
Heydər Əliyev: Tamamilə düz deyirsən. Əgər xalqın mənə
inamı, məhəbbəti, xalqın mənə dəstəyi olmasaydı, 1993-cü ildə
buraya gəlməzdim və təbiidir ki, bu neçə ili də burada
oturmazdım.
Nəsib Azər: Mənim bir yaralı yerim var,o da Şəhidlər
xiyabanıdır. Siz orada böyük iş görmüsünüz, o abidəni
yaratmaqla özünüzə heykəl qoymusunuz. 1990-cı ildə o
xiyabanı
Dostları ilə paylaş: |