Mövzu "beynəlxalq valyuta-kredit münasiBƏTLƏRİ VƏ xariCİ ÖLKƏLƏRİn maliYYƏ Sİstemi" FƏNNİNİn predmeti, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 60,48 Kb.
səhifə1/9
tarix30.05.2023
ölçüsü60,48 Kb.
#114416
  1   2   3   4   5   6   7   8   9
BVKM Mövzu 1


Mövzu 1.
"BEYNƏLXALQ VALYUTA-KREDİT MÜNASİBƏTLƏRİ VƏ XARİCİ ÖLKƏLƏRİN MALİYYƏ SİSTEMİ" FƏNNİNİN PREDMETİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

  1. Beynəlxalq valyuta-kredit münasibətlərinin mahiyyəti və əsas istiqamətləri

  2. Maliyyə qloballaşmasının əsas prinsipləri

  3. Beynəlxalq valyuta-kredit münasibətlərinin milli iqtisadiyyatlar üçün əhəmiyyəti və onun göstəricilər sistemi

  4. Maliyyə sisteminin mahiyyəti, tərkib hissələri

  5. Maliyyə bazarları




  1. Beynəlxalq valyuta-kredit münasibətlərinin mahiyyəti və əsas istiqamətləri

Beynəlxalq valyuta-kredit münasibətləri fənni sərhəddənkənar maliyyə axınları və valyuta-kredit əməliyyatları ilə əlaqədardır. Beynəlxalq maliyyə əməliyyatları və valyuta münasibətlərinin ayrı-ayrı elementləri həllə antik dövrdə- Qədim Yunanıstanda və Qədim Romada- veksel və digər mübadilə işi şəklində yaranmışdır. Onların inkşafinda növbəti mərhələ orta əsrlərdə Lion, Antverpen və Qərbi Avropanın digər ticarət mərkəzlərində təşkili olmuşdur. Burada hesablaşmalar köçürülən veksellər (tarttalar) üzrə aparılmağa başlamışdır. Feodalizm və xüsusən, kapitalizm dövründə banklar vasitəsilə beynəlxalq hesablaşma sisteminin inkşafı davam etmişdir.
Müasir dövrdə ölkəyə maliyyə ehtiyatlarının daxil olması və çıxması olduqca böyuk miqyas kəsb etmişdir. Bunlardan başqa, maliyyə fondlarının bilavasitə sərhədlərdən kənara çıxması və daxil olması ilə əlaqədar olmayan, lakin beynəlxalq mahiyyət daşıyan maliyyə əməliyyatları da mövcuddur. Məsələn, ölkə daxilində baş verən valyuta alqı-satqısını, valyuta ilə borc əməəliyyatlarını, kapital qoyuluşlarını göstərmək olar. Beləliklə, beynəlxalq maliyyə fənni xarici valyutada maliyyə varidatının və xarici valyuta ilə aparılan əməliyyatların öyrənilməsi ilə məşquldur.
Beynəlxalq maliyyə anlayışına daxil olan maliyyə varidatına xarici ölkə valyutalarından başqa xarici valyuta ilə depozit hesabları, istiqraz, pay sənədləri və digər qiymətli kağızlar da aiddir.
Beynəlxalq maliyyə-valyuta münasibətlərinin təkamülü məhsullar qüvvələrin inkişafı, dünya bazarının yaranması, beynəlxalq əmək bölcüsünün dərinləşməsi, dünya təsərüffat əlaqələrinin beynəlmiləlləşməsi ilə sıx bağlıdır.
Sent Con Universitetinin yaradıcı heyyəti tərəfindən yazılmış və Qərb universitetlərində geniş istifadə edilən dərslikdə göstərilir ki, beynəlxalq maliyyə fənni geniş mənada aşağıdakı əsas problemlərin öyrənilməsinə diqqəti yönəldir. Birincisi, beynəlxalq maliyyə dünya miqyasında maliyyə mühitini təhlil edir. Bu zaman təhlil beynəlxalq maliyyə bazarlarını, beynəlxalq bank fəalliyyətini, korporasiyyaların beynəlxalq maliyyə problemllərini, qiymətli kağızlar portfelini beynəlxalq miqyasda idarə olunmasını əhatə edir. Ikincisi, beynəlxalq maliyyə baş vermə yerində (yəni onların inkşaf etmiş sənaye ölkələrində, yaxud inkşaf etməkdə olan ölkələrdə özünü göstərməsindən) asılı olmayaraq maliyyə əməliyyatlarının qarşılıqlı əlaqəsini aydınlaşdırır. Üçüncüsü, həmin fənni maliyyə fəaliyyətinin makro və mikro səviyyədə tam təhlilini verir. Dördüncüsü isə, bu fənn beynəlxalq maliyyə əməliyyatları prosesini fasiləsizliyini və daim dəyişkən olmasını nəzərdə tutur. Beynəlxalq valyuta münasibətlərinin inkişafı səbəblərinə aşağıdakıları aid etmək olar:
- məhsuldar qüvvələrin inkişafı;
- dünya bazarının yaranması;
- beynəlxalq əmək bölgüsünün dərinləşməsi;
- təsərrüfat əlaqələrinin beynəlmiləlləşməsi.
Valyuta münasibətləri və təkrar istehsal arasında qarşılıqlı əlaqə vardır. Göründüyü kimi, ictimai təkrar istehsal prosesi valyuta münasibətlərini formalaş-dırırsa, beynəlxalq valyuta münasibətləri öz növbəsində ayrı-ayrı ölkələrdə istehsalın səmərəliliyinə təsir edir.
Valyuta sistemi iqtisadi nöqteyi-nəzərdən təsərrüfat əla­qələrinin beynəlmiləl-ləşməsi əsasında münasibətlərin məcmusudur.
Valyuta sistemi milli, regional və dünya sistemləri kimi fərqləndirilir.
Tarixən əvvəlcə milli valyuta sistemi meydana gəlmişdir. Bu sistem ölkədə təkrar istehsal prosesi üçün zəruri olan valyuta resurslarının yaradılması və istifadəsinə, beynəlxalq tədiyə dövriyyəsinə xidmət edir.
Milli valyuta sistemi ölkənin pul sisteminin tərkib hissəsidir. Bununla belə, o nisbi müstəqildir və milli sərhədlərdən kənara çıxır. Onun xüsusiyyətləri ölkənin iqtisadiyyatının və xarici-iqtisadi əlaqələrinin inkişaf səviyyəsi ilə müəyyən olunur. Milli valyuta sisteminin quruluş prinsipləri ölkənin qanunvericiliyi ilə təsbit edilir.
Milli valyuta sistemi dünya valyuta sistemilə ayrılmaz surətdə əlaqədardır. Dünya valyuta sistemi beynəlxalq valyuta münasibətlerinin təşkili forması olub, beynəlxalq təsərrüfatın inkişafından irəli gəlir və dövlətlərarası razılaşmalarla tənzimlənir.
Milli və dünya valyuta sistemi arasında əlaqə valyuta münasibətlərinə xidmət edən və onu tənzimleyən milli banklar tərəfindən həyata keçirilir.
Əgər milli valyuta sistemi ölkənin pul vahidinə (milli valyutaya) əsaslanırsa, dünya valyuta sistemi bir və ya bir neçə ehtiyat valyutaya və ya beynəlxalq hesablaşma vahidlərinə əsaslanır.
Valyuta sisteminin elementlərindən biri valyuta paritetidir. Valyuta pariteti iki valyuta arasında, qanunvericilik əsasında müəyyən edilən nisbətdir.
Ehtiyat valyuta-aparıcı ökələrin dönərli milli valyutasının xüsusi kateqoriyası olub, beynəlxalq tədiyə və ehtiyat vəsaitləri funksiyasını yerinə yetirir; digər ölkələr üçün valyuta pariteti və valyuta məzənnəsi müəyyənləşdirilməsində baza rolunu oynayır; dünya valyuta sisteminin iştirakçıları olan ölkələrin valyuta kursunun tənzimlənməsi məqsədilə valyuta müdaxiləsini həyata keçirmək üçün geniş istifadə olunur.

Beynəlxalq maliyyə-valyuta münasibətləri beynəlxalq iqtisadi münasibətlərin törəməsidir. Maliyyə-valyuta münasibətləri ilə geniş təkrar istehsalı arasında birbaşa və əks əlaqə mövcuddur. Onların obyektiv əsasını mal, kapital və xidmətlərin beynəlxalq mübadiləsini doğurdan geniş təkrar istehsal prosesi təşkil edir. Maliyyə-valyuta münasibətlərinin vəziyyəti milli və dünya iqtisadiyyatının vəziyyətindən, siyasi şəraitdən, ölkələr arasında qüvvələr nisbətindən asılıdır. Dünya bazarında kapitalın dövriyyəyə daxil olması nəticəsində pul valyutaya çevrilir və əks proses baş verir. Maliyyə-valyutua münasibətləri geniş təkrar istehsalı prosesini törəməsi olsa da, onlar nisbi müstəqilliyə malikdirlər.


Təsərrüfat həyatının beynəlmilləşdiyi bir şəraitdə geniş təkrar istehsalın xarici amillərindən-dünya istehsalının dinamikasından, xarici elm və texnikanın səviyyəsindən, beynəlxalq ticarətin inkşafından, xarici kapitalın ölkəyə axınından asılılığı artır. Beynəlxalq maliyyə, kredit və valyuta bazarlarının qeyri-sabitliyi və xüsusən böhranlı vəziyyəti geniş təkrar istehsala mənfi təsir göstərir.
Müasir dövrdə iqtisadiyyatda və maliyyə həyatında özünü göstərən liberallaşma və rabitə texnologiyasında baş verən siçrayışlar müxtəlif ölkələrdə yerləşmiş maliyyə bazarlarını vahid dünya bazarı şəklində birləşdirməlidir. Maliyyə bazarlarında sürətlə genişlənən qloballaşma prosesi dövlətlər və iş adamları üçün yeni imkanlar yaratmaqla yanaşı, yeni-yeni risk və problemlər də doğurmuşdur.




  1. Yüklə 60,48 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə