Mövzu "beynəlxalq valyuta-kredit münasiBƏTLƏRİ VƏ xariCİ ÖLKƏLƏRİn maliYYƏ Sİstemi" FƏNNİNİn predmeti, MƏQSƏd və VƏZİFƏLƏRİ


Maliyyə qloballaşmasının əsas prinsipləri



Yüklə 60,48 Kb.
səhifə2/9
tarix30.05.2023
ölçüsü60,48 Kb.
#114416
1   2   3   4   5   6   7   8   9
BVKM Mövzu 1

Maliyyə qloballaşmasının əsas prinsipləri

Maliyyə bazarlarının qloballaşması virtual iqtisadiyyatın təşəkkül tapması ilə sıx əlaqədardır. Məhz müasir telekommunikasiya vasitələri beynəlxalq maliyyə bazarlarının sutkada 24 saat fəaliyyət göstərməsinə, yəni, mahiyyət etibarilə, vahid canlı orqanizm olmasına imkan yaradırlar. Maliyyə qloballaşması institusional əsasların, maliyyə inteqrasiyasının və maliyyə innovasiyalarının yaradılması ilə müşayiət olunur. Maliyyə qloballaşması - dünya miqyaslı maliyyə bazarları arasındakı çoxsaylı əlaqələri inkişaf etdirməklə, onlar arasındakı maneənin aradan qaldırılması ilə əlaqədardır. Maliyyə kapitalı məhdudiyyətlər olmadan daxili bazardan dünya maliyyə bazarına və ya əksinə ötürülə bilər. Bununla yanaşı, maliyyə institutları borc
götürülən pul vəsaitləri, kredit verilməsi, investisiya qoyulması
funksiyalarının yerinə yetirilməsi və digər maliyyə xidmətlərinin
göstərilməsi üçün aparıcı maliyyə mərkəzlərində filiallarını təsis
edirlər. Maliyyə inteqrasiyası həm borc alanlara, həm də kreditorlara
eyni dərəcədə fayda gətirir. Amma həm borc alanlar, həm də4
kreditorlar bazar, faiz, valyuta və siyasi risklər daxil olmaqla, eyni
dərəcədə riskə məruz qalırlar. Beynəlxalq maliyyə inteqrasiyası maliyyə institutları və digər bazar iştirakçılarının qarşısına yeni problemlər çıxarır.
Birincisi, investorlar üçün beynəlxalq kapital bazarlarında
fəaliyyət ilə əlaqədar, ola bilsin, yararlı məlumat əldə etmək çətin
olsun. Məsələn, faiz svopları kimi bir çox maliyyə əməliyyatları
balans maddələrinə aid edilir və adi hesabat üsulları üzrə dəqiq
müəyyən olunmur. Digər problem ondan ibarətdir ki, maliyyə bazarlarının inteqrasiyası maliyyə resursunun tədavülü prosesinin sadələşdirilməsinə
gətirib çıxardı. Nəhayət, bazar inteqrasiyası maliyyə bazarının
zəifliyini gücləndirə və onun fəaliyyətinə nəzarət problemini mü-
rəkkəbləşdirə bilər. Bütün bu deyilənlərdən aydın olur ki, maliyyə qloballaşması müəyyən müsbət nəticələr verə bilər. Bunlara, şübhəsiz, dünyanın müxtəlif regionlarında maliyyə resursları çatışmazlığının azaldılması aid edilir. Bundan əlavə, qloballaşma milli maliyyə bazarlarında rəqabəti gücləndirir, bu isə maliyyə xidmətlərinin dəyərinin
aşağı düşməsi, yəni, artıq qeyd olunmuş “dezintermediasiya”
(vasitəçiliyin aradan qaldırılması) prosesi ilə müşayiət olunur.
Amma qloballaşma müəyyən mənfi nəticələr ilə də müşayiət edilir. Hər şeydən əvvəl, bu, milli maliyyə bazarlarının qeyristabilliyinin artmasıdır. Belə ki, liberallaşma ilə əlaqədar onlar “qaynar pullar” üçün daha yararlı olurlar; digər tərəfdən, iri maliyyə mərkəzlərində yaranmış maliyyə böhranları başqa ölkə və regionlarda özünü daha güclü göstərməkdədir.
Maliyyə qloballaşmasının verdiyi digər mənfi nəticə dünya
iqtisadiyyatının real sektorunun onun pul, maliyyə komponentindən daha çox asılı olmasıdır. İnkişaf etməkdə olan ölkələrdə başlayan bu proses digər ölkə və regionlarda fəal şəkildə yayılmaqdadır. Bu o deməkdir ki, milli iqtisadiyyatların vəziyyəti milli və dünya miqyaslı maliyyədən daha çox asılıdır. Sonuncu vəziyyət həm də onun üçün zəmin yaradır ki,
qloballaşma şəraitində milli maliyyə, milli maliyyə bazarlarında
daha fəal iştirak edən qeyri-rezidentlərin davranışından daha çox asılı olur.




  1. Yüklə 60,48 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə