Mövzu "beynəlxalq valyuta-kredit münasiBƏTLƏRİ VƏ xariCİ ÖLKƏLƏRİn maliYYƏ Sİstemi" FƏNNİNİn predmeti, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 60,48 Kb.
səhifə4/9
tarix30.05.2023
ölçüsü60,48 Kb.
#114416
1   2   3   4   5   6   7   8   9
BVKM Mövzu 1

Neft fondu. Bu fond neft ve neft məhsullarının qiymətlərinin artması ilə əlaqədar xərclərin ödənilməsi üçün verilir.
Etibar fondu. Bu fond BVF-nin qızıl ehtiyatının satışı he­sabına, daha doğrusu, ondan alınan mənfəət hesabına yaradılır. Fonddan kreditler güzəştli şərtlərlə və ən az inkişaf etmiş ölkələrə verilir.
Əlavə kreditləşdirmə fondu (ve ya Vitteveyn fondu - BVF-nin sərəncamçı direktorunun adı ilə adlandırılmışdır). Kredit limitini işlətmiş və tədiyə balansı böhranı keçirən ölkələrə verilir.
BVF-nin resurslarına geniş müraciət fondu - əlavə kredit­ləşmə fondunun vari-si hesab oluna bilər. Belə ki, bu fondlar müxtəlif dövrlərdə fəaliyyət göstərmişdir.
Quruluş yeniləşməsi fondu. 1986-cı ildən yaradılmışdır və ən yoxsul ölkələrə, makroiqtisadi quruluş dəyişikliklərini dəstəkləmək məqsədilə verilir və s.
BVF-nin kredit əməliyyatlarından danışarkən, əvvəlcə qeyd edək ki, o nəinki üzv ölkələrini kreditləşdirir, həmçinin sənayecə inkişaf etmiş ölkələrdən kredit alınması işinə kömək edir. BVF-nin krediti (hətta az miqdarda belə) kredit alan öl-kəyə borc kapitalı bazarında geniş imkanlar açır. Əksinə, hər hansı üzv ölkəyə BVF kredit verməkdən imtina etse, həmin ölkənin dünya borc kapitalı bazarına yolu bağlanmış olur.
Beynəlxalq valyuta - kredit münasibətlərinin tənzimlənməsində BVF-nin rolu aşağıdakı kimi ifadə olunur:
- BVF SDR buraxmaq yolu ilə şərtsiz likvid vəsait yaratmaq səlahiyyətinə malikdir. Bu vəsait ilə tədiyə balansı kəsrinin ödənilməsinə imkan verir.
- BVF qızılın demonetizasiyası siyasətinin (Qərb ölkələri tərəfindən müəyyən edilən) icraçısıdır.
- BVF valyuta məzənnələri rejiminin dövlətlərarası tənzimlənməsini həyata keçirir.
- BVF-nin tənzimləmə fəaliyyətinin mühüm istiqaməti valyuta məhdudiyyət-lərinin aradan qaldırılmasıdır.
- BVF üzv ölkələrə kredit verməklə beynəlxalq valyuta-kredit münasibət-lərinin tənzimlənməsində iştirak edir.
- BVF daim üzv ölkələrin makroiqtisadi siyasəti və dünya iqtisadiyyatının durumuna təsir və nəzarət edir.

. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı qrupu (BYİB)
BYİB qrupuna BYİB özü və onun üç filialı daxildir:
- Beynəlxalq İnkişaf Assosiasiyası (BİA);
- Beynəlxalq Maliyyə Korporasiyası (BMK);
- Çoxtərəfli İnvestisiya-Zəmanət Agentliyi (ÇİZA). BYİB ve BVF eyni vaxtda (1944-cü ilde) yaradılmışdır.
BYİB əsas məqsədi azad olan ölkələrin bazar münasibətlərinin inkişafı yolunu dünya təsərrüfat sistemində saxlamaqdır.
BYİB bir çox hallarda Dünya Bankı da adlanır. BYİB BMT-nin ixtisaslaşmış maliyyə institutu olub, bütün üzv ölkələrin iqtisadiyyatının dünya təsərrüfat sisteminin əsas mərkəz­ləri ilə inteqrasiyasını təmin etmək vəzifəsini yerinə yetirir.
BYİB-in rəhbər orqanları İdarəedicilər Şurası və Direktoratdır (icraedici orqandır). Şura üzv ölkələrin maliyyə nazirlərindən və ya mərkəzi bankların sədrlərindən təşkil olunur. Şura ildə bir dəfə, özü də BVF ilə birlikdə sessiya keçirir. BYİB-in üzvü yalnız BVF-yə daxil olan ölkələr ola bilər. BYİD üzvləri BVF-nin nizamnaməsinə uyğun valyuta-maliyyə siyasəti yeridirlər. BYİB-in qərargahı Vaşinqtonda yerləşir, bankın kapitalında ən böyük pay ABŞ-a məxsus-dur və bankın prezidenti ABŞ-ın nümayəndəsi olur.
BYİB səhm kapitalına görə dünyanın ən böyük bankıdır. Nizamnamə fondu üzv ölkələrin bankın səhmlərinə abunə ya­zılması hesabına yaradılır.
Son illərdə BYİB dünya malıyyə bazarında ən böyük borc verən təşkilata çevrilmişdir.
BYİB hər hansı üzv ölkəyə kredit verməzdən əvvəl ətraflı məlumat toplayır. Bunun üçün xüsusi tədqiqat qrupları göndə­rilir. Bu qruplar iqtisadi inkişafin milli proqramlarının hazır­lanmasına təsir edir, əsasən xüsusi bölmənin genişləndirilməsi barədə tövsiyələr verirlər. Bu qrupların fəaliyyəti üzv ölkənin suverenliyinə toxunmur. Bununla belə, BYİB-in tövsiyələrini qəbul etməyən üzv ölkəyə bir qayda olaraq kredit verilmir. Kreditlər əsasən 15-20 ilə verilir. Güzəşt dövrü 5 ildir.
Qeyd etdiyimiz kimi, BYİB qrupuna daxil olan üç filialdan biri Beynəlxalq İnkişaf Assosiasiyasıdır (BİA).
BİA 1960-cı ildə ABŞ-ın köməyi ilə yaradıhmışdır. BİA ən yoxsul ölkələrə 35-40 il müddətinə faizsiz kredit verir. Bu halda güzəşt dövrü 10 ildir və xidmət haqqı kimi komisyon yığımları da tutulur. BİA-dan güzəştli kredit almaq üçün BYİB-ə üzv olmaq lazımdır.
BİA-nın resursları üzv ölkələrin (xüsusilə ABŞ-ın) ayırmaları hesabına formalaşır. BİA-da resurs böhranları da tez-tez baş verir, çünki o istiqrazlar satmaq səlahiyyətinə malik deyildir.
Hazırda BİA-nın əsas fəaliyyət istiqaməti kənddə bazar münasibətlərinin sosial dayağının hazırlanması, fermer təsərrüfatlarının inkişaf etdirilməsidir.
BYİB-in ikinci filialı Beynəlxalq Maliyyə Korporasiyasıdır (BMK).
BMK 1956-cı ildə ABŞ-ın təşəbbüsü ilə yaradılmışdır. Məqsəd gənc ölkələrin sənayesinə xüsusi investisiyaların stimullaşdırılması, xüsusi bölmənin inkişafıdır. BMK yalnız inki­şaf etməkdə olan ölkələrin ən qabaqcıllarının yüksək rentabelli müəssisələrini kreditləşdirir. Bu korporasiyanın kreditləri nisbətən bahadır və müddəti 15 ildən artıq deyildir. Orta müddət 7-8 ildir.
Beynəlxalq Maliyyə Korporasiyası Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq İnkişaf Assosiasiyasından fərqli olaraq kredit verərkən borc alan ölkənin hökumətindən zəmanət tələeb etmir.
Bundan əlave, BMK tikilməkdə olan müəssisələrin səhm kapitalına investisiya qoymaq, bu səhmləri sonradan xüsusi investorlara satmaq hüququna malikdir.
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı qrupunun üçüncü fılialı, çoxtərəfli İnvestisiya-Zəmanət Agentliyidir (1988-ci ildə yaradılmışdır).
Çoxtərəfli İnvestisiya-Zəmanət Agentliyinin məqsədi xüsusi investisiyaların qeyri-kommersiya risklərindən sığortalamaqdır.
Çoxtərəfli İnvestisiya-Zəmanət Agentliyinin üzvü Bey­nəlxalq Yenidənqurma və İnkişaf Bankına daxil olan ölkələr ola bilər.
Çoxtərəfli İnvestisiya-Zəmanət Agentliyinin sigortaladığı (zəmanət verdiyi) qeyri-kommersiya risklərinə aşağıdakılar aid edilə bilər:
- milli valyutanın dönərliyinin ləğv edilməsi;
- investorun əmlakının müsadirə olunması;
- hərbi əməliyyatlar;
- dövlət çevrilişləri;
- hökumət qərarı ilə kontraktın icrasının dayandırılması.


Yüklə 60,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə