Mövzu "beynəlxalq valyuta-kredit münasiBƏTLƏRİ VƏ xariCİ ÖLKƏLƏRİn maliYYƏ Sİstemi" FƏNNİNİn predmeti, MƏQSƏd və VƏZİFƏLƏRİ


Beynəlxalq valyuta-kredit münasibətlərinin milli iqtisadiyyatlar üçün əhəmiyyəti və onun göstəricilər sistemi



Yüklə 60,48 Kb.
səhifə3/9
tarix30.05.2023
ölçüsü60,48 Kb.
#114416
1   2   3   4   5   6   7   8   9
BVKM Mövzu 1

Beynəlxalq valyuta-kredit münasibətlərinin milli iqtisadiyyatlar üçün əhəmiyyəti və onun göstəricilər sistemi

Beynəlxalq valyuta-kredit və maliyyə təşkilatlarını şərti olaraq beynəlxalq maliyyə institutları adlandrırlar. Beynəlxalq maliyyə institutlarının məqsədi dünya təsərrüfatının sabitləşmə­sinə, tamlığına və əməkdaşlığın inkişafına nail olmaqdır.Beynəlxalq və regional valyuta-kredit ve maliyyə təşkilat­ları çoxsaylı olub, əsasən aşağıdakı vəzifələri yerinə yetirir:
- valyuta-kredit və maliyyə münasibətlərinin tənzimlənməsi;
- valyuta-kredit və maliyyə siyasəti sahəsinde tövsiyələrin hazırlanması;
- valyuta-kredit və maliyyə informasiyasının yığılması, aktual problemlər üzrə elmi-tədqiqat işlərinin nəşr edilməsi.
Bu vəzifələrin hamısını və ya yalnız birini yerinə yetirən təşkilatlar vardır.
Dünya əhəmiyyətli beynəlxalq maliyyə institutlarına aşağıdakılar aiddir:
- BMT-nin və BVF-nin ixtisaslaşdırılmış institutları;
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankları (BYİB) qrupu;
- Tarif və ticarət haqqında baş saziş. Bu institut 1995-ci il­dən Ümumdünya Ticarət Təşkilatı adlanır.
BMT-nin beynəlxalq valyuta-kredit və maliyyə münasibətlərində bilavasitə rolu məhduddur. Bununla belə, inkişaf etməkdə olan ölkələrin ticarəti və inkişafı üzrə BMT-də 3-4 il­dən bir keçirilən konfransında (YNKTAD) həmçinin valyuta-kredit msələləri müzakirə olunur.
BMT-nin iqtisadi şurası valyuta-kredit məsələlərini də müzakirə eden dörd regional komissiya yaratmışdır (Avropa, Afrika, Asiya ve Latın Amerikası). Sonuncu iki komissiya Asiya İnkişaf Bankı və Amerika İnkişaf Bankının yaradılmasına kömək etmişdir.
Avropada 1948-ci ildə yaradılmış və 1961-ci ilə qədər müxtəlif adlarla fəaliyyət göstərmiş İqtisadi Əməkdaşlıq və İn­kişaf Təşkilatı hazırda 24 Avropa ölkəsini birləşdirir.
Ümumiyyətlə, Beynəlxalq Hesablasmalar Bankı (1930) istisna olmaqla beynəlxalq maliyyə institutları ikinci dünya müharibəsindən sonra yaradılmışdır.
Regional valyuta-kredit və maliyyə təşkilatlarının ya­ranmasının əsas səbəbi, inkişaf etməkdə olan ölkələrin dünya təsərrüfatında mühüm yer tutmağa can atması, milli iqtisadi problemlərin əməkdaşlıqda həll etməyin sərfəli olmasıdır.
Beynəlxalq ValyutaFondu (BVF)
BVF üzv ölkələr arasında valyuta-kredit münasibətlərini tənzimləyir, tədiyə balansındakı kəsirlə əlaqədar əmələ gələn çətinliklərin aradan qaldırılması üçün maliyyə köməyi göstərir. BVF BMT-nin ixtisaslaşdırılmış institutu olub, dünya valyuta sisteminin başlıca təşkilati əsasıdır.
BVF-nin ali idarəetme orqanı idarəedicilər şurasıdır. Bu şurada hər bir üzv ölkə idarəedici (müdir) və onun müavini ilə təmsil olunur. Onlar bir qayda olaraq, malıyyə nazirləri və ya mərkəzi bankların rəhbərləridir.
BVF səhmdar müəssisəsi kimi qurulmuşdur. Odur ki, hər bir iştirakçının fondun fəaliyyətinə təsir eden səslərinin sayı kapitalda olan payları ilə müəyyənləşir. Hər bir üzv dövlət ayırmalarının həcmindən asılı olmayaraq 250 "bazis" səsə və onun kvotasının hər 100 min SDR vahidinə görə bir əlavə səsə malik olur. İdarəedicilər şurasının qərarları adetən adi səs çoxluğu ile (yarıdan çox), ən mühüm qərarlari isə üzvlərin səs­lərinin 70-85% ilə qəbul olunur.
BVF-də səslərin 59,6%-i 24 senayece inkişaf etmiş ölkənin, 40,4 %-i isə qalan üzv ölkələrin payına düşür ki, bu ölkələr üzvlərin ümumi sayının 86%-dən çoxunu təşkil edir. ABŞ və aparıcı Qerb ölkələri birlikdə BVF-nin fəaliyyəti üzərində nəzarət imkanına malikdirlər.
BVF-nin kapitalı üzv ölkələrin ödəmələrin hesabına əmələ gəlir. Hər bir ölkə SDR-də ifade olunmuş kvotaya malikdir. Kvotanın faizləri öhkələr üzrə aşağıdakı kimidir. ABŞ - 18,2%, AFR - 5,6%, Yaponiya - 5,6%, Böyük Britaniya - 5,1 % və s.
Fond öz xüsusi kapitalından əlavə borc vəsaiti də cəlb et­mək imkanına malikdir.
Kreditlər təyinatına görə belə fərqləndirilir:
- tədiyə balansı kəsirinin aradan qaldırılması üçün verilən kredit;
- üzv ölkələrin iqtisadi siyasətində quruluş dəyişikliklərini dəstəkləyən kredit.
Dönərli olmayan valyutaya malik ölkələr BVF-dən kredit almaq üçün kredit məbləğində öz valyutasını "girov" qoyur. Kreditin müddəti keçdikdən sonra borc alan ölkə öz milli valyutasını almalı, bunun müqabilində BVF-nin SDR və ya hr hansı dönərli valyutada borcunu qaytarmalıdır. Kreditin qaytarılma müddəti ərzində borclu ölkənin maliyyə vəziyyəti yaxşılaşdıqca, BVF-nin sərəncamında olan öz milli valyutasını vaxtından əvvəl, tədricən almağa borcludur.
Borclu ölkənin BVF-də olan milli valyutasını başqa bir ölkə satın aldıqda, borclu ölkənin BVF-ye olän borcu ödənilmiş hesab olunur.
BVF saziş və əməliyyatlara görə borclu ölkələrdən müvafiq olaraq birdəfəlik komisyon yığımları və faiz alır.
Üzv ölkənin BVF-də kvotasının 25 %-nə (ilk dəfə alınan 25 %-ə) ehtiyat pay deyilir.
Ölkə BVF-dən öz kvotasının 125 %-i qədər kredit ala bi­lər. Ehtiyat payı istisna olmaqla bu kredit (basqa sözlə, kvotanın 100%-i) dörd bərabər hissəyə (bu, tranş adlanır) bölünür. Bu hissələrə kredit payları da deyilir.
BVF kredit alan ölkəyə qarşı müəyyən şərtler irəli sürür. Bu şərtlər bir kredit payından digərinə keçdikcə, yəni daha çox kredit payı aldıqca kəskinləşir. Borc alan ölkənin nəzərdə tutduğu iqtisadi-maliyyə tədbirləri "niyyət məktubunda" qeyd olunaraq BVF-yə göndərilir. Əgər BVF görülən tədbirləri qənaətbəxş, başqa sözlə, BVF-nin məqsədlərinə müvafiq hesab etməsə, krediti azalda və ya tamamilə kəsə bilər.
Ehtiyat kredit haqqında saziş və ya "stend-bay" sazişi üzv ölkəyə milli valyuta ilə mübadilə etməklə, dönərli valyuta al­mağa imkan verir. Tərəflerin razılaşması əsasında üzv ölkə is­tənilən vaxtda, müəyyənləşdirilmiş şərtler daxilində kredit almaq hüququna malikdir.
"Stend-bay" kreditin hazırkı, əsas təyinatı üzv ölkələrin makroiqtisadi sabitləşmə proqramını kreditləşdirməkdir. Ehtiyat kreditinin sonrakı payları (tranşları) əvvəlki payların necə istifadə olunmasından asılı olur. İstifadə prosesinin qiymətləndirilməsi üçün xüsusi meyarlar tətbiq olunur.
1974-cü ildən tətbiq olunan geniş kreditləşmə sistemi ehtiyat payı və ehtiyat kredit paylarını tamamlamış oldu.
Geniş kreditləşmə sistemi daha uzun müddətə və kvotalara nisbətdə daha böyük həcmdə kredit verilməsini nəzərdə tutur.
Geniş kreditləşmə sistemi çərçivəsində BVF-yə kredit üçün müraciətin səbəbi ciddi olmalıdır. Bura istehsal, ticarət və ya qiymet mexanizmində quruluş pozulmaları üzündən tədiyə balansında əmələ gələn böyük kəsiri aid etmək olar. Geniş kre­dit sazişi adətən 3 ilə, istisna hallarda isə 4 ilə verilir.
BVF öz kredit imkanlarını genişləndirmək üçün xüsusi fondlar yaradır. Onlar kreditin məqsədi, şərtləri və dəyəri baxımından fərqlənirlər:
- tədiyə balansına xarici səbəblərdən irəli gələn kəsirin kompensasiya fondu (və ya gözlənilməz hadisələr fondu). Xarici səbəb dedikdə, aşağıdakılar nəzərdə tutulur: təbii fəlakət, dünya qiymətlərinin gözlənilmez halda aşağı düşməsi, senaye-" nin tənəzzülü və s.;
- müxtəlif ölkələrə kömək məqsədilə xammal ehtiyatı ya­radan üzv ölkələrin tədiyə balansında kəsiri aradan qaldırmaq üçün kreditləşmə fondu. Bu fond "bufer" (ehtiyat) fondu da adlanır və kvotanın 30 %-i qədər verilə bilər;
- xarici borcun azaldılması əməliyyatları üçün verilən kre­ditlər fondu;
- quruluş dəyişikliklərini dəstəkləyən fond (1993-cü ildə BVF tərəfindən təsis edilmişdir). Bu fond radikal iqtisadi və siyasi islahatlar yolu ilə bazar iqtisadiyyatına keçən ölkələrə yönəldilir.
BVF-nin üzvü olan ölkələrin xüsusi fondlardan aldığı və­sait onların aldığı kredit paylarına əlavədir.
Hazırda fəaliyyət göstərən yuxarıda qeyd olunmuş xüsusi fondlardan başqa, müntəzəm olaraq müvəqqəti fondlar da yaradılır. Bunlara aşağıdakıları aid etmək ola.

Yüklə 60,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə