__________________________________________
288
sələlərin bütün spektri üzrə vəziyyəti çox sərbəst müzakirə
etməyə imkanımız olsun. Bu, bizə bir-birimizi daha yaxşı başa
düşməyə, bir-birimizin narahatlığını anlamağa imkan verir. Bu,
birincisi.
MDB-nin gələcəyi barədə. Belə düşünürəm ki, bugünkü
çıxışın xarakterinin özü və müzakirə olunmuş mövzular
əməkdaşlığımızın hansı istiqamətlərdə daha səmərəli ola
biləcəyini göstərir. Söhbət ən əvvəl təhlükəsizlik, terrorizmə
müqavimət məsələlərindən, tam bir sıra digər məsələlərdən
getdi. İqtisadi əməkdaşlığın, iqtisadi inteqrasiyanın daha fəal
getməsi üçün, zənnimcə, bütün ölkələrin iqtisadi islahatlarında,
iqtisadi siyasətində mövqelərin müəyyən qədər
uyğunlaşdırılması gərəkdir ki, iqtisadiyyatlarımız bir-biri ilə
bağlana bilsin. Bu halda MDB-nin ümumi məkanında
hökumətlər-arası münasibətlərdə müəyyən şərait yaradılaraq,
inteqrasiya prosesləri avtopilot rejimində gedərdi. Əks halda biz
hər bir qərarı hansısa güc tədbirləri vasitəsilə irəlilətməli olarıq.
Zənnimcə, bu məsələni ciddi surətdə müzakirə etmək lazımdır
ki, iqtisadi əlaqələrimiz MDB iqtisadi inteqrasiya vəsitəsilə də
əsaslı şəkildə möhkəmlənsin. Bu gün əmtəə dövriyyəsinə dair
göstəricilər bunun tamamilə əksinə olduğuna dəlalət edir. Bütün
səylərimizə baxmayaraq, hələlik iqtisadi dezinteqrasiya gedir.
Növbəti iclasımızda ümumi diqqətin məhz bunun üzərində
cəmləşdirilməsini istərdim.
Eduard Şeverdnadze ( Gürcüstan prezidenti) : Xanımlar və
cənablar, həmkarlarım sualmıza ətraflı cavab verdilər. Rusiya
üçün və müstəqil dövlətlər üçün gördüyü bütün işlərə görə Boris
Nikolayeviç Yeltsinə dərin hörmət bəslədiyimizi bir daha təsdiq
etmək istəyirəm.
Həmçinin nəzərə çarpdırmaq istəyirəm ki, biz Vladimir
Vladimiroviç Putini MDB Dövlət Başçıları Şurasının sədri kimi
yüksək vəzifəyə namizəd göstərənda və hamılıqla təsdiq edəndə
yekdil rəydə olduq. Onun bu ilk görüşü, ilk iclası necə
__________________________________________
289
inamla, səriştə ilə keçirdiyini görmək və müşahidə etmək,
zənnimcə, bizim hamımıza çox xoş təsir bağışladı.
Diqqəti cəlb etmək istədiyim ikinci bir məsələ barəsində.
Bizim hamımızda ehtiyac yaranmışdır ki, qapalı iclaslar deyilən
belə iclaslarda vaxtı çatmış problemlərə daha çox diqqət yetirək,
ciddi reqlamentlə kifayətlənməyərək dörd-beş saat, nə qədər
lazımdırsa vaxt sərf edək ki, aramızda problemlər yığılıb
qalmasın.
Beynəlxalq terrorizmə, ölkələrimizdə hələ də qarşılaşdığımız
terrorizmə, mütəşəkkil cinayətkarlığa, tacavüzkar separatizmə,
təcavüzkar millətçiliyə bütün həmkarlarımın, bütün
prezidentlərin kəskin, daha məsuliyyətli münasibətini də
vurğulamaq istərdim. Təəssüf ki, bu hallar kifayət qədər dərin
kök atmışdır və hər birimiz, hamımız onlara qarşı əlbir, daha
kəskin mübarizə aparmağa hazırıq.
Terrorizmə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə
ölkələrimizin hüquq-mühafizə orqanları, güc strukturları
arasında əməkdaşlığın vacibliyini nəzərə çarpdırmaq istəyirəm.
Deməliyəm ki, bu baxımdan Rusiyanın Daxili İşlər Nazirliyi çox
yaxşı nümunə göstərir. Mən bunu ona görə demirəm ki, nazir
buradadır. Biz həqiqətən yəqin etmişik ki, cinayətkarlara qarşı
görülən birgə tədbirlər nə dərəcədə səmərəlidir.
Daha bir məsələ barəsində. Qəbul etdiyimiz qərarların, yaxşı
qərarların yerinə yetirilməməsi praktikamızda prinsipcə qeyri-
məqbuldur. Bu, azad ticarət sahəsində də, iqtisadi inteqrasiya
sahəsində də, bir çox digər sahələrdə də belədir. Zənnimcə
bugünkü gündən sonra, xüsusən apreldə keçiriləcək növbəti
görüşdən sonra biz prinşipcə bütün məsələlərdən çox ətraflı və
konkret şəkildə danışacağıq.
Daha bir məsələ. Regional təhlükəsizlik məsələsi ciddi
şəkildə müzakirə edildi və bu barədə də tamamilə konkret
mülahizələr söylənildi. Sağ olun.
__________________________________________
290
Əsgər Akayev ( Qırğızıstan prezidenti). Hörmətli xanımlar və
cənablar, 2000-ci ildə MDB çərçivəsində ölkələrimiz arasında
daha səmərəli əməkdaşlığın uğurlu olacağına məndə də
nikbinlik və əminlik hissi var. Sağ olun.
İmaməli Rəhmənov ( Tacikistan prezidenti): Hörmətli
xanımlar və cənablar, nə isə əlavə etmək çətindir, çünki hörmətli
həmkarlarım bugünkü görüşün və qəbul olunmuş qərarların
mahiyyətini izah etdilər. Mən yalnız Vladimir Vladimiroviç
Putini sədr vəzifəsinə seçilməsi münasibətilə bir daha təbrik
etmək və qəbul etdiyimiz qərarların həyata keçirilməsində ona
uğurlar arzulamaq istəyirəm. Sağ olun.
İslam Kərimov (Özbəkistan prezidenti): Kütləvi informasiya
vəsitələrinin hörmətli nümayəndələri, hörmətli dostlar, ilk öncə
bildirmək istərdim ki, MDB-nin mövcudluğu ərzində dəfələrlə
elə vəziyyətlər, Mən deyərdim, ekstremal vəziyyətlər
yaranmışdı ki, əvvəlcədən, xüsusən, kütləvi informasiya
vasitələrində belə mülahizələr və fikirlər söylənilirdi ki, MDB
dağılmaq üzrədir, can üstədir, MDB əslində amorf və azsəmərəli
təşkilatdır, guya vəziyyət elədir ki, MDB sabah öz varlığına son
qoyacaqdır.
Deməliyəm ki, MDB-nin iclasının yanvarda keçirilmə vaxtı
Boris Nikolayeviç Yeltsin MDB Dövlət Başçıları Şurasının sədri
və Rusiya prezidenti olarkən təyin edilmişdi. Buna görə də ilk
öncə qeyd etmək istərdim ki, MDB-nin növbəti zirvə görüşünün
keçirilmə tarixi qabaqcadan müəyyənləşdirilmişdi. Lakin
dekabrın 31-də Boris Nikolayeviç. Yeltsin istefa verən kimi və
Vladimir Vladimiroviç Putin Rusiya prezidenti vəzifəsinin
icraçısı təyin olunan kimi MDB-nin perspektivləri barədə,
MDB-nin sabah fəaliyyət göstərib-göstərməyəcəyi barədə yenə
də müəyyən fikirlər, mülahizələr söylənməyə başladı. Bu
faktdır. Bütün bunlar sabah MDB-yə kimin rəhbərlik edəcəyi ilə
və ya MDB-də sədrlik edəcəyi ilə bağlı idi. Bu diskussiya üç
həftə ərzində davam etdi, getdikcə
Dostları ilə paylaş: |