Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə86/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   82   83   84   85   86   87   88   89   ...   145

__________________________________________ 

294


 

ayrıca danışa bilərdim, lakin bunu etmək istəmirəm, çünki 

ümidvaram ki, biz, hər halda, ümumi mövqeyi 

müəyyənləşdirəcəyik. Həm də ona görə danışmıram ki, 

mövqelərdəki fərq barədə indi diskussiya açılmasını istəmirəm, 

fərq isə, yəqin ki, var. 



Eduard  Şevardnadze:  Mən dörd prezidentin bir araya 

gələrək, bu çox kəskin problemləri müzakirə etməsi faktının 

özünə böyük əhəmiyyət verirəm. Bu, birincisi. 

İkincisi.  Əlbəttə, biz narahatlıq və  təşviş hissi keçirdiyimizi 

bildirdik ki, vaxtilə qəbul edilmiş yaxşı qərarlardan, o cümlədən 

hazırlanmasında və  qəbul olunmasında  əslində bütün 

prezidentlərin, - mən Cənubi Qafqaz ölkələrinin prezidentlərini, 

Şimali Qafqaz xalqlarının liderlərini nəzərdə tuturam, - iştirak 

etdiyi Kislovodsk bəyannaməsinin potensialından istifadə 

olunmamışdır. Eləcə  də bir çox maraqlı fikirlər, tam konkret 

təklif və araşdırmalar kağız üzərində qalmışdır. 

Üçüncüsü. Ermənistan prezidenti Robert Koçaryanın 

dedikləri barədə. Biz razıyıq ki, bu problemlərə daha sistemli 

şəkildə yanaşmaq, yəni sistemli əsasda görüşmək və  qəbul 

edilmiş qərarların həyata keçirilməsinə çalışmaq lazımdır. Hesab 

edirəm ki, dörd prezidentin burada, Moskvada görüşməsi üçün 

Vladimir Vladimiroviç Putinin göstərdiyi təşəbbüs,  şübhəsiz, 

nəticəsiz qalmayacaqdır. 



H e y d ə r Ə 1 i y e v:  Məlumdur ki, Qafqaz Müstəqil 

Dövlətlər Birliyində mürəkkəb bölgələrdən biridir. Cəsarətlə 

deyə bilərəm ki, o, hətta dünya miqyasında mürəkkəb 

bölgələrdən biridir. Qafqazda münaqişələr baş verir, 1988-ci 

ildən bəri Dağlıq Qarabağ münaqişəsi - Ermənistanla 

Azərbaycan arasında münaqişə gedir, Abxaziya münaqişəsi 

gedir. Habelə Şimali Qafqazda da uzun illərdən bəri davam edən 

münaqişə. Ona görə də bu bölgəyə çox böyük diqqət yetirilməli 

idi. Mənim fikrim isə belədir ki, bunu Rusiya etməli idi, çünki 

biz hamımız uzun müddət Rusiyanın tərkibində, Sovet İttifaqı- 

  



__________________________________________ 

295


nın tərkibində olmuşuq, Rusiya, Moskva tərəfindən idarə 

edilmişik, onların rəhbərliyi altında olmuşuq. 

Amma çox təəssüf ki, indiyədək bu bölgəyə lazımi diqqət, 

nəinki lazımi, həm də ümumən diqqət göstərilməmişdir. 1996-cı 

ildəki Kislovodsk görüşümüz yaxşı görüş idi. Lakin o görüş, - 

bu gün mən bunu deyə bilərəm, - bəlkə  də epizodik xarakter 

daşımışdır, halbuki onda biz yaxşı  bəyannamə  qəbul etmişdik. 

Ancaq açığını deyəcəyəm, o vaxt həmin görüş başqa məqsədlər 

də güdürdü. Odur ki, Rusiya tərəfindən bu münaqişələrə 

indiyədək diqqət yetirilməməsi bizi, şübhəsiz, həmişə  ağır 

vəziyyətə salmışdır və salır. Təbii ki, Cənubi Qafqazda 

təhlükəsizlik üçün şərait olmamasından,  Şimali Qafqazda da 

mürəkkəb problemlər olmasından Rusiyanın özü də  çətinliklər 

çəkir. 


Vladimir Vladimiroviç Putinin təşəbbüs göstərməsini və 

prezident vəzifəsini icra edən yeni bir şəxs kimi vəziyyətin 

ondan ötrü mürəkkəb olmasına baxmayaraq, vaxt ayırmasını, 

bizimlə görüşüb fikir mübadiləsi aparmasını artıq irəliyə doğru 

əhəmiyyətli addım sayıram. 

Həmkarlarımın dediyi kimi, biz məsələlər barəsində 

həqiqətən fikir mübadiləsi apardıq, onları müzakirə etdik. 

Əlbəttə, hər hansı  qərarlardan danışmaq hələlik tezdir. Ancaq 

bu, irəliyə doğru getməkdir və Qafqazda və  Cənubi Qafqazda 

təhlükəsizliyin və  əməkdaşlığın təmin olunmasına Rusiyanın 

böyük maraq göstərdiyinə sübutdur. 

Əlbəttə, Cənubi Qafqazda tam təhlükəsizliyi və  əməkdaşlığı 

təmin etmək üçün münaqişələri, xüsusən Ermənistanla 

Azərbaycan arasındakı münaqişəni, habelə digər münaqişələri 

aradan qaldırmaq lazımdır. Bunsuz təhlükəsizlikdən ciddi 

şəkildə danışmaq mümkün deyil. Şimali Qafqazda münaqişənin 

nizama salınmalı olmasına və bundan ötrü tədbirlər gorüldüyünə 

gəldikdə isə, bu da bütün Qafqazda vəziyyətin tədriclə 

sabitləşdirilməsi üçün mühüm addımdır. Bu görüşü 

  

 




__________________________________________ 

296


  

çox faydalı hesab edirəm, onu gələcək qarşılıqlı  fəal 

tədbirlərimiz üçün başlanğıc sayıram və buna ümid 

bəsləyəcəyəm. 



Vladimir Putin: Azərbaycan prezidenti Heydər  Əliyeviç 

Əliyevin indi söylədiyi bu sözlərlə, zənnimcə razılaşmayan 

olmaz ki, şübhəsiz, Qafqaz nəinki postsovet məkanında  ən 

mürəkkəb bölgələrdən biri, həm də ümumiyyətlə, dünyanın  ən 

mürəkkəb bölgələrindən biridir. Biz belə bir fikirlə razılaşdıq və 

diskussiyamızın iştirakçılarından birinin dediyi kimi, regional 

sahədə birgə  işimiz hansısa yeni fikir ayrılıqları doğurmamalı, 

bu prosesin iştirakçılarının dünyanın başqa ölkələri, başqa 

dövlətləri ilə, o cümlədən də Qafqazın yaxnılığında yerləşən 

ölkələrlə əməkdaşlığına hər hansı yeni əngəllər törətməməlidir. 

Qətiyyən törətməməlidir. Burada biz məlum tələbi prinsip - 

«ziyan vurma» prinsipi üzrə hərəkət edəcəyik. Bu, birincisi. 

Diqqəti cəlb etmək istədiyim ikinci məsələ. İstisnasız olaraq 

hamı razılaşdı ki, əgər biz diskussiyanı belə bir heyətdə davam 

etdirsək, onda, şübhəsiz, hamılıqla qəbul olunmuş beynəlxalq 

hüquq prinsipləri əsasında hərəkət edəcəyik, onların arasında ən 

ümdə prinsiplərdən biri isə dövlətlərin  ərazi bütövlüyünün 

sözsüz tanınmasından ibarətdir. Ümidvaram ki, bölgədə baş 

verən mürəkkəb prosesləri nəzərə alaraq, bu dediklərimi siz də 

bizim başa düşdüyümüz kimi başa düşürsünüz. 

Nəhayət, fəaliyyətimizin,  şübhəsiz, yalnız bir son məqsədi 

ola bilər - sabitlik, sülh və tərəqqi üçün şəraitin yaradılması. 



Sual (Rusiya): Vladimir Vladimiroviç, siz MDB 

ölkələrində rusdilli əhalinin vəziyyəti barədə Rusiyanın 

mövqeyini dəqiqləşdirə bilərsinizmi? 

Vladimir Putin: Mövqeyimiz çox sadə və açıqdır. Biz bunu 

əsas götürürük ki, rus dilini öz ana dili sayan, Rusiyada yaşamaq 

istəyən adamlara bundan ötrü hüquq və imkan verilməlidir. 

MDB-nin bu gün yaşadıqları müstəqil 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə