Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə95/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   91   92   93   94   95   96   97   98   ...   145

__________________________________________ 

325


gənc vaxtlarında futbol oynamışdır. Bilirsiniz ki, sonra biz onu 

Mərkəzi Komitəyə  işə götürmüşdük, hətta Kommunist 

Partiyasının katibi təyin olunmuşdu. Amma o, nəyisə edə 

bilməyəndə  bəzi adamlar zarafatla mənə deyirdilər ki, ondan 

narahat olmayın, çünki futbolçudur, futbol oyununu başa düşür. 

Amma ola bilər, yarım futbolçu, yarım belə, - bu, yaxşı deyildir. 

Hər dövrün bir tələbi var. Müəyyən bir dövr olubdur. İndi 

futbolumuz güclənir. Gorürsünüz, hər  şeydə qayda-qanun 

yaranır. Ölkədə qanunsuzluq, özbaşınalıq, hakimiyyətsizlik 

olanda hərə öz əlinə bir şey keçirmişdi. 1990-cı ildən başlayaraq 

siz bunları görmüsünüz. İndi hər şeydə qanun-qayda yaranır, hər 

şey qanun çərçivəsində gedir. Burada da futbolçular özləri bunu 

ediblər. Sən isə mənə sual verirsən ki, biz FİFA-dan çıxacağıq? 

Çıxmayacağıq! 



S u a l: Cənab prezident, «Yevromani» fondunun 

məlumatına əsasən, Azərbaycan korrupsiyasının səviyyəsinə 

görə dünyada üçüncü yerə çıxıbdır. 

C a v a b: Bilirsiniz, mən bu fondu tanımıram. Sən də bir 

fond yarada bilərsən, sorğu keçirib gəlib deyərsən ki, nə bilim, 

filan olubdur. Mən bu fondu tanımıram. Korrupsiya dünyada hər 

yerdə var, hər ölkədə var. Həmin o fondun sorğu keçirdiyi 

ölkədə  də var. Azərbaycanda da var. Əgər eşitmisinizsə, mən 

bunu dünən keçirdiyim müşavirədə demişəm. Bundan sui-

istifadə etmək lazım deyil, anlayırsınızmı? Burada min dənə  iş 

görülür. Ancaq müxalifət, o cümlədən siz elə korrupsiyanın 

quyruğundan tutmusunuz. Sən cavan qızsan, heç bilirsən 

korrupsiya nədir? Mən korrupsiya ilə mübarizə aparanda sən 

hələ anadan olmamışdın. Daha kimin sualı var? 

S u a l:   Cənab prezident,  Siz  həmişə öz çıxışlarınızda 20 

Yanvar  şəhidlərinin xatirəsinə böyuk qiymət vermisiniz. 

Şəhid- 

  

 



__________________________________________ 

326


lər xiyabanının 1 nömrəli posta çevrilməsi barədə  nə 

fikirdəsiniz? 

C a v ab: Bəli, çevriləcəkdir. O da bizim fikrimizdir. Yəqin 

sən haradansa eşitmisən, mənə sual verirsən. O, bizim 

fikrimizdir. 

S u a l: Cənab prezident, şəhərin elektrik enerjisi ilə tam 

təmin edilməsi nə vaxt mümkün olacaqdır? 

C a v a b: Dünən axşam eşitdiniz, televiziyaya qulaq asdınız? 

Bütün göstərişləri vermişəm. Sağ olun. 

  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



__________________________________________ 

327


DÜNYA İQTİSADİ FORUMUNUN  

PREZİDENTİ KLAUS ŞVAB İLƏ  

GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

Davos 

 

27 yanvar 2000-ci il 

  

 



 

  

Klaus  Şvab: Hörmətli cənab prezident! Xoş  gəlmisiniz. 

Dünya  İqtisadi Forumunda iştirak etmək üçün Davosa 

gəldiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. 1995-ci ildə 

Davosa səfərinizi həmişə məmnunluqla xatırlayıram. 

Mən əminəm ki, canab Heydər Əliyev kimi bir liderin Davos 

İqtisadi Forumunda iştirak etməsi bu tədbirin nüfuzunu və 

əhəmiyyətini daha da artıracaqdır. 

Cənab prezident, Sizin iştirakınızla keçiriləcək «Qafqazın və 

Mərkəzi Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun» 

sessiyasına əvvəlcədən böyük maraq göstərilir. Həmin sessiyada 

iştirak etmək istəyənlər çoxdur. Ümidvaram ki, bu tədbir Qafqaz 

regionu ölkələrinin bir sıra problemlərinin həllində böyük 

əhəmiyyət daşıyacaqdır. 

Bir daha qeyd edərdim ki, dünyanın bütün ölkələri Qafqaza 

böyük maraq göstərir. Öz qapılarını dünyanın üzünə geniş açmış 

müstəqil Azərbaycan Respublikasının bu regionda aparıcı 

ölkələrdən biri olduğunu hamı dərk edir. 

Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanın zəngin 

enerji ehtiyatlarının dünyanın ən nüfuzlu neft şirkətləri ilə birgə 

işlənilməsi üçün böyük əhəmiyyətli müqavilələr imzalanmışdır. 

Azərbaycanda aparılan iqtisadi islahatlar haqqında da mənim 

müəyyən məlumatım vardır. 

  

 



 

 



__________________________________________ 

328


Bakı-Tbilisi -Ceyhan əsas ixrac boru kəmərinə dair 1999-cu 

ildə İstanbulda imzalanmış saziş haqqında son vaxtlar mətbuatda 

çoxsaylı  məqalələr oxumuşam. Bu tarixi sənədi müstəqil 

Azərbaycanın bütün dünyada nüfuzunun daha da artmasının 

əyani nümunəsi kimi dəyərləndirirəm. 

Davos İqtisadi Forumunda dünyanın iqtisadi qloballaşması və 

liberallaşması sahəsində müzakirə olunacaq məsələlər böyük 

əhəmiyyət daşıyacaqdır. Və forumun məqsədi bütün ölkələrin 

beynəlxalq təşkilatlarını birliyə çağırmaq, dövlət, hökumət 

başçıları, siyasətçilər, biznesmenlər arasında daha sıx  əlaqə 

yaratmaq olacaqdır. 

Heydər  Əliyev:  Səmimi sözlərə, dəvətə  və qonaqpərvərliyə 

görə  nıinnatdarlığımı bildirirəm. Beş il bundan əvvəl ilk dəfə 

iştirak etdiyim Davos İqtisadi Forumunu həmişə  məmnunluqla 

xatırlayıram. 

Azərbaycan xarici ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələr 

saxlayır. 

Respublikamızda 

əməkdaşlığın gündən-günə 

genişləndirilməsinə marağın artmasında və ölkəmizə böyük 

həcmdə xarici investisiyaların cəlb edilməsində 1995-ci il Davos 

İqtisadi Forumunun da xeyli köməyi oldu. 

Xəzərin Azərbaycan sektorundakı  və qurudakı  zəngin enerji 

ehtiyatlarının dünyanın aparıcı ölkələrinin nüfuzlu şirkətləri ilə 

birgə istismarı üçün böyük işlər görülmüşdür. 1999-cu ilin 

noyabrında Amerika prezidenti Bill Klintonun iştirakı ilə 

İstanbulda imzalanmış Bakı-Tbilisi-Ceyhan  əsas ixrac boru 

kəməri və «Transxəzər qaz» kəməri barədə sazişlər tarixi 

əhəmiyyət daşıyır. 

Sözsüz ki, Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında 

əlaqələrin genişləndirilməsi ölkəmizin  İqtisadi qüdrətinin 

artması üçün geniş imkanlar açılacağına kömək edəcəkdir. 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə