__________________________________________
335
S u a l: Azərbaycan və Ermənistan burada, Davosda hər
hansı ikitərəfli danışıqlar aparacaqlarmı?
Heydər Əliyev: Bəli, biz burada ikitərəfli danışıqlar
aparmağı nəzərdə tuturuq. Ermənistan prezidentinin və
Azərbaycan prezidentinin görüş vaxtı artıq müəyyən edilmişdir.
__________________________________________
336
İSVEÇRƏ KONFEDERASİYASININ
PREZİDENTİ ADOLF OQİ İLƏ
GÖRÜŞDƏKİ SÖHBƏTDƏN
Davos
28 yanvar 2000-ci il
Adolf Oqi: Cənab prezident, xoş gəlmisirnz. Sizinlə
görüşdən çox məmnunam. Dünya İqtisadi Forumunda iştirak
etmək üçün İsveçrəyə gəldiyinizə görə Sizə minnətdarlıq
edirəm.
Heydər Əliyev: Qonaqpərvərliyə görə, cənab Oqi, Sizə
təşəkkür edirəm. Əmin olduğumu bildirirəm ki, Davos İqtisadi
Forumu iştirakçı ölkələr, o cümlədən Azərbaycan ilə İsveçrə
arasında əməkdaşlığın daha da möhkəmlənməsinə kömək
göstərəcəkdir.
Adolf Oqi: Müstəqil Azərbaycan Respublikasında, cənab
prezident, Sizin rəhbərliyiniz ilə həyata keçirilən siyasi və
İqtisadi islahatları yüksək dəyərləndirirəm. Mən ölkənizdə
gedən prosesləri maraqla izləyirəm.
Heydər Əliyev: Hüquqi, demokratik, dünyəvi dövlət quran
müstəqil Azərbaycan Respublikasının çətinlikləri çoxdur,
ölkəmiz üçün ən ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsidir. 12 ildən bəri davam edən bu münaqişə
nəticəsində Azərbaycan torpaqlarının 20 faizi , o cümlədən
Dağlıq Qarabağ və onun ətrafında olan rayonlar Ermənistan
hərbi hissələri tərəfindən işğal edilmişdir. Bu münaqişə zamanı
bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla
qovulmuş, 7 ildən bəri çadırlarda ağır şəraitdə yaşayırlar.
__________________________________________
337
Ermənistan-Azərbaycan müharibəsində 1994-cü ildən atəşkəs
rejimi davam edir. Bu münaqişənin sülh yolu ilə həlli üçün
yaradılmış ATƏT-in Minsk qrupu fəaliyyət göstərir.
ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçıları
İsveçrənin sədrliyi ilə 1996-cı ildə Lissabonda zirvə görüşü
keçirdi. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə
aradan qaldırılması uçün orada prinsiplər qəbul olundu. ATƏT-
in o vaxtkı icraçı sədri. İsveçrə nümayəndəsi Flavya Kottinin
verdiyi bəyanat çox mühümdür. Həmin bəyanat Lissabon
sammitində iştirak edən 53 ölkənin dövlət və hökumət başçıları
tərəfindən qəbul olundu, təkcə Ermənistan bu sənədi
imzalamadı.
ATƏT-in Lissabon zirvə görüşündə bu tarixi əhəmiyyətli
sənədin qəbul olunmasına görə İsveçrə hökumətinə və xalqına
öz dərin minnətdarlığımı bildirirəm.
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll
olunması üçün Minsk qrupu çərçivəsində və birbaşa danışıqlar
aparılır, ATƏT-in İstanbul sammitində da bu barədə müəyyən
müzakirələr gedir. Ölkəmiz bu təcavüz nəticəsində çox ağır
problemlərlə üzləşsə də biz münaqişənin tezliklə sülh yolu ilə
aradan qaldırılmasını istəyirik.
Biz ölkələrimiz arasında bir çox sahələrdə əlaqələri
genişləndiririk. İsveçrənin Ey-Bi-Bi şirkətinin respublikamızda
gördüyü işlərdən çox razıyam.
Onu da deyim ki, İsveçrə şirkətlərinin Dağlıq Qarabağda saat
istehsal etmək, zərgərlik işləri görmək, bank təsis etmək cəhdləri
yolverilməzdir. Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə
İsveçrə XİN-ə nota göndərmişdir.
Adolf Oqi: Mən bizim ölkəmizin şirkətlərinin bu
hərəkətindən çox təəssüflənirəm. İsveçrə dövləti bu barədə
lazımi tədbirlər görəcəkdir.
__________________________________________
338
ATƏT-in MİNSK QRUPUNUN ABŞ-dan OLAN
HƏMŞƏDRİ GERRİ KAVANO İLƏ
GÖRÜŞDƏKİ SÖHBƏTDƏN
Davos
28 yanvar 2000-ci il
Gerri Kavano: Hörmətli cənab prezident! Xoş gördük.
Sizinlə görüşümdən məmnunam. Əmin olduğumu bildirirəm ki,
Sizin Davosda keçirdiyiniz görüşlər, apardığınız danışıqlar
Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasında
mühüm rol oynayacaqdır.
Mən Dünya İqtisadi Forumunda «Qafqazın və Mərkəzi
Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun»
mövzusunda keçirilən sessiyanın işini diqqətlə izləyirəm. Sizin
çıxışınızı
və suallara verdiyiniz cavabları yüksək
qiymətləndirirəm.
Heydər Əliyev: Təşəkkür edirəm, cənab Kavano. Mən
burada Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll
edilməsi üçün birbaşa danışıqlar apardım. Bu münaqişənin
tezliklə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupunun və
həmsədrlərdən biri olan Amerika Birləşmiş Ştatlarının bu sahədə
səylərini artırmalarına ehtiyac duyulur.
Gerri Kavano: Cənab prezident. Sizi əmin edirəm ki,
prezident Robert Koçaryanla apardığınız danışıqlar Amerika
Birləşmiş Ştatları tərəfindən dəstəklənir. Sizin dediyiniz kimi,
Minsk qrupunda Amerika öz fəaliyyətini gücləndirməyə
hazırdır.
__________________________________________
339
İSVEÇRƏ KONFEDERASİYASININ
FEDERAL MALİYYƏ NAZİRİ
KASPER VİLLİNGER İLƏ GÖRÜŞDƏ
SÖHBƏT
Davos
28 yanvar 2000-ci il
Heydər Əliyev: Hörmətli cənab Villinger!
Mən İsveçrəyə işgüzar səfərə gəlməyimdən çox məmnunam.
Bura çox gözəl yerdir. Mən sizin ölkənin prezidenti ilə də
görüşmüşəm. Mən beş il bundan əvvəl buraya gəlmişdim. Bir
daha deməliyəm ki, sizin ölkəniz doğrudan da gözəldir və
burada çox işlər görülübdür. Mən burada çoxlu görüşlər
keçirirəm. Danışıqlar aparıram.
Kasper Villinger: Cənab prezident, bir daha bildirirəm ki,
Sizi burada görməyimdən çox məmnunam. Xatırlayıram ki,
Azərbaycana səfərim zamanı da Sizinlə görüşmək şərəfi mənə
nəsib olmuşdu. Mən o vaxt Sizinlə keçirdiyim çox maraqlı
müzakirələri heç vaxt unutmuram. Siz 1995-ci ildə Davosda
olarkən təəssüf ki, Sizinlə görüşə bilməmişdim. O vaxt mən
İsveçrə Konfederasiyasının prezidenti idim. Ölkəmizdə bu
vəzifədə olan adam hər il dəyişir.
Heydər Əliyev: İsveçrə Konfederasiyasında belə bir sistemin
mövcudluğundan məlumatım var. Təəssüf ki, siz prezident
olanda sizinlə görüşməmişəm. Amma indi maliyyə naziri ilə də
görüşmək mənim üçün xoşdur.
Kasper Villinger: Səmimi sözlərinizə görə minnətdarlığımı
bildirirəm. Yəqin ki, mən iki ildən sonra yenidən
Dostları ilə paylaş: |