__________________________________________
329
DAVOS İQTİŞADİ FORUMUNDA «QAFQAZIN
VƏ MƏRKƏZİ ASİYANIN PERSPEKTİVLƏRİ:
İPƏK YOLU VƏ YA BÖYÜK OYUN»
MÖVZUSUNDA KEÇİRİLMİŞ SESSİYADA
*
ÇIXIŞ
28 yanvar 2000-ci il
Hörmətli xanımlar və cənablar!
Böyük İpək yolunun bərpası barədə məsələ bu forumda
müzakirə obyektinə çevrildiyinə görə mən Davos İqtisadi
Forumunun təşkilatçılarına təşəkkür edirəm. Bu, müəyyən
dərəcədə qanunauyğundur və bugünkü gerçəkliyi əks etdirir.
Böyük İpək yolu bəşəriyyətin tarixində, xüsusən Avrasiya
kontinentinin tarixində dərin iz buraxıb və vaxtilə Avropa ilə
Asiya arasında yüklərin daşınmasında çox böyük rol
oynamışdır.
Ötən yüzillikdə, 80-ci illərdən etibarən bu problem aktual
olmuşdur və çox diqqətəlayiq haldır ki, bir çox ölkələrdə dərhal
təşəbbüs irəli sürülmüşdür. Ona görə də indi bir çox ölkələr
Böyük İpək yolu diplomatiyasını öz təklifi hesab edirlər.
Ancaq eyni zamanda biz YUNESKO-nun bu barədə 1980-ci
ildəki qərarını və bəzi sonrakı qərarları xatırlamalıyıq. Lakin
Böyük İpək yolunun real surətdə bərpası Sovetlər İttifaqının
süqutundan və Cənubi Qafqaz, Mərkəzi Asiya
*
Sessiyanın işində Azərbaycan prezidenti Heydər Əliyev, Qırğızıstan prezidenti Əsgər
Akayev, Ermənistan prezidenti Robert Koçaryan, Qazaxıstanın Baş naziri Qasımcomərd
Tokayev, Türkiyənin xarici işlər naziri İsmayıl Cəm, İranın xarici işlər naziri Kamal Xərrazi,
həmçinin 500-dən artıq görkəmli xadim, siyasətçi, biznesmen, diplomat və başqaları iştirak
etmişlər.
__________________________________________
330
ölkələri dövlət müstəqilliyi əldə etdikdən sonra mümkün
olmuşdur. Bunsuz Böyük İpək yolunun bərpası qeyri-mümkün,
qeyri-real idi.
Avropa Birliyi TRASEKA proqramını irəli sürməklə bunun
əsasını qoymuşdur. Amma 1993-cü ildən başlayaraq bu iş çox
ləng gedirdi. Xəzər dənizinin enerji ehtiyatlarından geniş
istifadə üçün imkanlar açılması və nəinki Xəzəryanı ölkələrin,
həm də bir çox Avropa ölkələrinin, Amerika Birləşmiş
Ştatlarının, Yaponiyanın, digər dövlətlərin bu işə fəal cəlb
olunması isə Transqafqaz magistralı yaradılmasını çox mümkün
etmişdir.
Biz - Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstan
1996-cı ildə Türkmənistanın Sərəxs şəhərində dördtərəfli saziş
imzalayaraq, bu magistralı ilk dəfə açdıq. Həmin vaxtdan bəri
Transqafqaz nəqliyyat magistralı ilə yüklər daha fəal surətdə
daşınmağa başlanmışdır. Əgər 1996-cı ildə bu dəhlizlə 2 milyon
ton yük nəql edilmişdisə, indi 5 milyon ton yük daşınır. Bu isə
yalnız başlanğıcdır. böyük perspektiv var.
Bu baxımdan Böyük İpək yolunun bərpası və TRASEKA
proqramının reallaşdırılması haqqında 1998-ci ilin sentyabrında
Azərbaycanda, Bakıda Avropa komissiyası ilə birlikdə
keçirilmiş beynəlxalq konfransın mühüm rolu olubdur. Bu
konfransda 32 ölkənin və 13 beynəlxalq təşkilatın
nümayəndələri iştirak edirdilər. Biz həmin məsələyə dair xüsusi
saziş qəbul etdik, onu 12 ölkə imzaladı və indi o, həyata
keçirilir. Bu proqramın reallaşdırılması üzrə daimi katiblik
Azərbaycanda, Bakıda yerləşir.
Lakin, təkrar edirəm, Xəzər dənizinin enerji ehtiyatlarından
fəal istifadə olunması bütün bunlara böyük təkan verdi. Avropa
Birliyinin müxtəlif boru kəmərləri yaradılması proqramı -
İNOQEYT proqramı da bununla əlaqədar meydana gəlmişdir.
__________________________________________
331
Artıq indi Xəzər dənizində - onun Azərbaycan sektorunda.
Qazaxıstan və digər sektorlarında böyük neft və qaz yataqları
real surətdə işlənilir. Biz konkret praktiki nəticələr əldə etmişik.
Artıq Qara dənizə doğru Bakı-Novorossiysk və Bakı-Supsa
neft kəmərləri çəkilmiş, uzunluğu 2 min kilometrdən çox olan
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası haqqında proqram
qəbul olunmuşdur. Bütün bunlar - neft və qazın nəqli, Avrasiya
qitəsi yüklərinin daşınması, əlbəttə, Böyük İpək yolunun
bərpasını tamamilə reallaşdırır. Biz həmin prosesin başlanğıc
mərhələsindəyik və hesab edirəm ki, bu, Avrasiya qitəsi və
bütün dünya birliyi üçün ən aktual problemdir. Diqqətinizə görə
sağ olun.
SESSİYA İŞTİRAKÇILARININ SUALLARINA
CAVAB
Sual: Bilmək istərdim, Azərbaycandan və Ermənistandan
keçməli olan sülh neft kəməri ideyası nə yerdə qaldı?
Prezident Heydər Əliyev keçmişdə buna diqqət yetirirdi. Bu
fikri yenidən dirçəltmək olarmı? Cənab prezidentlər, Sizə
müraciət edirəm: Bu sülh neft kəməri İpək yolu proqramına
daxildirmi?
H e y d ə r Ə l i y e v: İlk öncə ad barədə - «Sülh boru
kəməri» - mən bunu birinci dəfə eşidirəm. Sovetlər İttifaqında
«Dostluq» boru kəməri olmuşdur, «Sülh neft kəməri» isə sizin
uydurmanızdır.
Azərbaycanda biz Xəzərdəki neft yataqlarının işlənilməsinə
başlamışıq, orada çox böyük neft və qaz ehtiyatları var. Yeri
gəlmişkən, indi bəziləri Qərbdə də, Şərqdə də, Rusiyada da,
Avropada da yazırlar ki, Xəzər dənizindəki neft və qaz
ehtiyatları şişirdilmişdir. Bu, tamamilə yalandır. Azərbaycan
neftçiləri, geoloqları, alimləri Xəzər dənizində 50 ildən artıq-