__________________________________________
325
gənc vaxtlarında futbol oynamışdır. Bilirsiniz ki, sonra biz onu
Mərkəzi Komitəyə işə götürmüşdük, hətta Kommunist
Partiyasının katibi təyin olunmuşdu. Amma o, nəyisə edə
bilməyəndə bəzi adamlar zarafatla mənə deyirdilər ki, ondan
narahat olmayın, çünki futbolçudur, futbol oyununu başa düşür.
Amma ola bilər, yarım futbolçu, yarım belə, - bu, yaxşı deyildir.
Hər dövrün bir tələbi var. Müəyyən bir dövr olubdur. İndi
futbolumuz güclənir. Gorürsünüz, hər şeydə qayda-qanun
yaranır. Ölkədə qanunsuzluq, özbaşınalıq, hakimiyyətsizlik
olanda hərə öz əlinə bir şey keçirmişdi. 1990-cı ildən başlayaraq
siz bunları görmüsünüz. İndi hər şeydə qanun-qayda yaranır, hər
şey qanun çərçivəsində gedir. Burada da futbolçular özləri bunu
ediblər. Sən isə mənə sual verirsən ki, biz FİFA-dan çıxacağıq?
Çıxmayacağıq!
S u a l: Cənab prezident, «Yevromani» fondunun
məlumatına əsasən, Azərbaycan korrupsiyasının səviyyəsinə
görə dünyada üçüncü yerə çıxıbdır.
C a v a b: Bilirsiniz, mən bu fondu tanımıram. Sən də bir
fond yarada bilərsən, sorğu keçirib gəlib deyərsən ki, nə bilim,
filan olubdur. Mən bu fondu tanımıram. Korrupsiya dünyada hər
yerdə var, hər ölkədə var. Həmin o fondun sorğu keçirdiyi
ölkədə də var. Azərbaycanda da var. Əgər eşitmisinizsə, mən
bunu dünən keçirdiyim müşavirədə demişəm. Bundan sui-
istifadə etmək lazım deyil, anlayırsınızmı? Burada min dənə iş
görülür. Ancaq müxalifət, o cümlədən siz elə korrupsiyanın
quyruğundan tutmusunuz. Sən cavan qızsan, heç bilirsən
korrupsiya nədir? Mən korrupsiya ilə mübarizə aparanda sən
hələ anadan olmamışdın. Daha kimin sualı var?
S u a l: Cənab prezident, Siz həmişə öz çıxışlarınızda 20
Yanvar şəhidlərinin xatirəsinə böyuk qiymət vermisiniz.
Şəhid-
__________________________________________
326
lər xiyabanının 1 nömrəli posta çevrilməsi barədə nə
fikirdəsiniz?
C a v ab: Bəli, çevriləcəkdir. O da bizim fikrimizdir. Yəqin
sən haradansa eşitmisən, mənə sual verirsən. O, bizim
fikrimizdir.
S u a l: Cənab prezident, şəhərin elektrik enerjisi ilə tam
təmin edilməsi nə vaxt mümkün olacaqdır?
C a v a b: Dünən axşam eşitdiniz, televiziyaya qulaq asdınız?
Bütün göstərişləri vermişəm. Sağ olun.
__________________________________________
327
DÜNYA İQTİSADİ FORUMUNUN
PREZİDENTİ KLAUS ŞVAB İLƏ
GÖRÜŞDƏKİ SÖHBƏTDƏN
Davos
27 yanvar 2000-ci il
Klaus Şvab: Hörmətli cənab prezident! Xoş gəlmisiniz.
Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa
gəldiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. 1995-ci ildə
Davosa səfərinizi həmişə məmnunluqla xatırlayıram.
Mən əminəm ki, canab Heydər Əliyev kimi bir liderin Davos
İqtisadi Forumunda iştirak etməsi bu tədbirin nüfuzunu və
əhəmiyyətini daha da artıracaqdır.
Cənab prezident, Sizin iştirakınızla keçiriləcək «Qafqazın və
Mərkəzi Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun»
sessiyasına əvvəlcədən böyük maraq göstərilir. Həmin sessiyada
iştirak etmək istəyənlər çoxdur. Ümidvaram ki, bu tədbir Qafqaz
regionu ölkələrinin bir sıra problemlərinin həllində böyük
əhəmiyyət daşıyacaqdır.
Bir daha qeyd edərdim ki, dünyanın bütün ölkələri Qafqaza
böyük maraq göstərir. Öz qapılarını dünyanın üzünə geniş açmış
müstəqil Azərbaycan Respublikasının bu regionda aparıcı
ölkələrdən biri olduğunu hamı dərk edir.
Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanın zəngin
enerji ehtiyatlarının dünyanın ən nüfuzlu neft şirkətləri ilə birgə
işlənilməsi üçün böyük əhəmiyyətli müqavilələr imzalanmışdır.
Azərbaycanda aparılan iqtisadi islahatlar haqqında da mənim
müəyyən məlumatım vardır.
__________________________________________
328
Bakı-Tbilisi -Ceyhan əsas ixrac boru kəmərinə dair 1999-cu
ildə İstanbulda imzalanmış saziş haqqında son vaxtlar mətbuatda
çoxsaylı məqalələr oxumuşam. Bu tarixi sənədi müstəqil
Azərbaycanın bütün dünyada nüfuzunun daha da artmasının
əyani nümunəsi kimi dəyərləndirirəm.
Davos İqtisadi Forumunda dünyanın iqtisadi qloballaşması və
liberallaşması sahəsində müzakirə olunacaq məsələlər böyük
əhəmiyyət daşıyacaqdır. Və forumun məqsədi bütün ölkələrin
beynəlxalq təşkilatlarını birliyə çağırmaq, dövlət, hökumət
başçıları, siyasətçilər, biznesmenlər arasında daha sıx əlaqə
yaratmaq olacaqdır.
Heydər Əliyev: Səmimi sözlərə, dəvətə və qonaqpərvərliyə
görə nıinnatdarlığımı bildirirəm. Beş il bundan əvvəl ilk dəfə
iştirak etdiyim Davos İqtisadi Forumunu həmişə məmnunluqla
xatırlayıram.
Azərbaycan xarici ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələr
saxlayır.
Respublikamızda
əməkdaşlığın gündən-günə
genişləndirilməsinə marağın artmasında və ölkəmizə böyük
həcmdə xarici investisiyaların cəlb edilməsində 1995-ci il Davos
İqtisadi Forumunun da xeyli köməyi oldu.
Xəzərin Azərbaycan sektorundakı və qurudakı zəngin enerji
ehtiyatlarının dünyanın aparıcı ölkələrinin nüfuzlu şirkətləri ilə
birgə istismarı üçün böyük işlər görülmüşdür. 1999-cu ilin
noyabrında Amerika prezidenti Bill Klintonun iştirakı ilə
İstanbulda imzalanmış Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru
kəməri və «Transxəzər qaz» kəməri barədə sazişlər tarixi
əhəmiyyət daşıyır.
Sözsüz ki, Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında
əlaqələrin genişləndirilməsi ölkəmizin İqtisadi qüdrətinin
artması üçün geniş imkanlar açılacağına kömək edəcəkdir.
Dostları ilə paylaş: |