__________________________________________
321
icra hakimiyyəti başçıları, - mən onları buraya təsadüfi dəvət
etməmişəm,- hər biri məsuliyyət daşıyır. Təəssüf ki, onlar
məsuliyyəti hələ anlaya bilmirlər. Bakı böyük şəhərdir, hər bir
şeyi təkcə Bakı İcra Hakimiyyətinin başçısından tələb etmək
olmaz. Əgər bu rayonlar olmasaydı, onda başqa məsələ. Bakı nə
üçün rayonlara bölünüb? Çünki böyük şəhərdir. O, ayrı-ayrı
rayonlara bolünüb - on bir rayondur. Hər rayonun icra
hakimiyyətinin başçısı öz ərazisində məsuliyyət daşıyır. Ona
görə dediyim bu sözlər Azərbaycandakı bütün icra orqanlarına
aiddir, şəhər, rayon icra hakimiyyəti başçılarına aiddir -
Sumqayıtınkına da, Bakınınkına da, Bakının rayonlarına da,
Gəncəninkinə də, başqasına da - hamısına.
Bir tərəfdən, rejim yaratmaq lazımdır - qənaət rejimi. İkinci
tərəfdən də, Nazirlər Kabineti əlavə tədbirlər görməlidir. Mazut
məsələsinə; başqa məsələlərə,- burada dedilər, Fərhad Əliyev də
hansısa fikirləri söylədi, başqaları da söylədilər, Natiq Əliyev də
neft dəyişdirmək məsələsini söylədi,- bunların hamısına sabah
baxın. Hansı mümkündür, əlverişlidir -təcili tədbirlər görün.
Yenə deyirəm, tədbirlər çox sürətlə həyata keçirilməlidir.
Çünki bu tədbirlər bizə iki ay üçün lazımdır - yanvarın sonuna
qədər, fevral-mart aylarında. Artıq apreldə bu qədər gərginlik
olmayacaqdır. Ona görə beş gün tədbirin hazırlanmasına, beş
gün onun, nə bilim, yoxlanmasına, beş gün təsdiq edilməsinə
vaxt ayırsanız, onda vaxt gəlib keçəcək, sizin tədbirləriniz də
lazım olmayacaqdır".
Ən nəhayət, barter məsələsi. Mən dedim, - Nazirlər Kabineti
və Baş nazir mənə bu barədə ayrıca izahat verməlidir. Ancaq bir
daha hamınıza deyirəm: barter mənim fərmanımla qadağan
olunub və bu gün bir də qadağan edirəm. Deyirəm ki, bundan
sonra kim bu işlə məşğul olacaqsa, o, çox ciddi cəzalanacaqdır.
__________________________________________
322
Sonra, deyirlər ki, qarşılıqlı hesablaşmadan çox sui-istifadə
edirlər. Mən Nazirlər Kabinetinə tapşırıram ki, qarşılıqlı
hesablaşma məsələsi ilə çox ciddi məşğul olsunlar. Çünki
burada hər iki tərəf dövlət vəsaitini mənimsəyir. Hər iki tərəf.
Ona görə də hər iki tərəf buna maraqlıdır. Amma bu, bizə, bizim
dövlətimizə ziddir. Əgər onlar dövlətimizə, hökumətimizə,
ölkəmizə zərər vurmaq istəyirlərsə, biz bunun qarşısını
almalıyıq. Bunu nazirlər kabineti etməlidir və bununla ciddi
məşğul olmalıdır.
Təəssüflər olsun ki, nazirliklərdə, şirkətlərdə müxtəlif belə
fırıldaqlar,- bu gün bu sözü əvvəl də demişəm,- mövcuddur.
Mən tələb edirəm ki, bunlara son qoyulsun. Tələb edirəm və
bilin ki, çox ciddi tədbirlər görəcəyik.
Mən bu gün iki nəfər vəzifəli şəxsi azad etdim. Bundan hamı
- burada oturanlar və oturmayanlar da özü üçün nəticə
çıxarmalıdır. İnanıram ki, vətəndaşlarımız bizim bu müzakirənin
verilişini dinləyərək hərə özü üçün nəticə çıxaracaqdır. İnanıram
ki, vətəndaşlarımız qənaət məsələlərinə ciddi münasibət
göstərəcəklər. Sizdən və bütün hakimiyyət orqanlarından, icra
orqanlarından tələb edirəm ki, mənim verdiyim göstərişlər
həyata keçirilsin.
Sağ olun.
__________________________________________
323
ÜMUMDÜNYA İQTİSADİ FORUMUNDA
İŞTİRAK ETMƏK ÜÇÜN İSVEÇRƏNİN DAVOS
ŞƏHƏRİNƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL
BİNƏ HAVA LİMANINDA
JURNALİSTLƏRİN SUALLARINA CAVAB
27 yanvar 2000-ci il
S u a l: Cənab prezident, səfərinizin məqsədi haqqında
məlumat verməyinizi xahiş edirik.
C a v a b: Səfərimin məqsədi Davos forumunda iştirak
etməkdir. Bilirsiniz ki, bu, beynəlxalq forumdur, əsasən iqtisadi
məsələlərə həsr olunur. Amma proqram almışıq, indi orada 90-
dan artıq məsələ qoyulur. Bu, təkcə iqtisadi forum deyil, çox
qlobal dünya məsələlərinə həsr olunan forumdur.
Mən bir dəfə, 1995-ci ildə bu forumda olmuşam. Hər il dəvət
edilirəm, amma getməyə imkan, bəzən də ehtiyac olmayıbdır.
Bu dəfə isə mən foruma getmək barədə qərar qəbul etmişəm,
oraya gedirəm. Orada bölmələr var ki, Azərbaycan bilavəsitə
iştirak etməlidir. Məsələn, Böyük İpək yolu haqqında, Xəzər
hövzəsi, dənizi haqqında, enerji resursları haqqında bölmələrdə
Azərbaycanın bilavəsita iştirakı lazımdır. Ancaq vaxta
baxacağıq. Orada çoxlu başqa da maraqlı mövzular var. Yəqin
ki, imkan dairəsində onlarda iştirak edəcəyəm.
Davosda ikitərəfli görüşlər çox ola bilər. Çünki oraya çox
dövlətlərin başçıları gəlirlər. Artıq bir neçəsi ilə danışıqlarımız
var ki, görüşəcəyik. Bir neçəsi ilə də danışıqlar aparılır. Bu
forum respublikamız üçün çox faydalıdır, mənfəətlidir və buna
görə də oraya gedirəm.
__________________________________________
324
S u a l: Cənab prezident, Siz Bakı - Ceyhan layihəsi ilə
bağlı sərmayələr cəlb olunması barədə danışıqlar
aparacaqsınızmı?
C a v a b: Bilirsiniz, bu sərmayəni biz cəlb etmirik, onu
Türkiyə, konsorsium cəlb edir. Onlar da bunu artıq cəlb ediblər.
Sərmayə məsələsində problem yoxdur. Mən keçən dəfə
Rusiyadan, Moskvadan gələndə dedim ki, bir-iki məsələ qalıb,
onlar da həll olunacaqdır.
S u a l: Cənab prezident, Klintonla görüş, yaxud da
Koçaryanla görüşünüzdə onun iştirakı gözlənilirmi?
C a v a b: Mən orada Koçaryanla mütləq görüşəcəyəm, biz
bu barədə Moskvada danışmışıq. Klinton oraya gələcək, güman
edirəm ki, onunla da görüş olacaqdır. Olbrayt orada olacaq,
güman edirəm, onunla da görüş olacaqdır. Başqa dövlət başçıları
ilə də görüşlər olacaqdır.
S u a l: Dediniz ki, orada Xəzər hövzəsi ilə əlaqədər
danışıqlar olacaqdır.
C a v a b: Danışıqlar yox, müzakirələr gedir, müxtəlif
ekspertlər hərə öz fikrini deyir. Əlbəttə ki, orada bizim fikrimiz
çox əhəmiyyətlidir. Orada elə bir konkret sual yoxdur ki, buna
cavab verəsən. Ümumi fikir mübadiləsi gedir.
S u a l: Hazırda Azərbaycan Futbol Federasiyaları
Assosiasiyasının FİFA-dan çıxmaq ehtimalı yaranıbdır. Bu,
Azərbaycan idmanına necə təsir göstərə bilər?
C a v a b: Bilirsən, mən idmanla o qədər məşğul olmuram.
Amma hesab etmirəm ki, Azərbaycan FİFA-dan çıxacaqdır.
Mən gələn kimi dedilər ki, səlahiyyətli regional futbol
federasiyalarının hamısı toplaşıb və bizim çox yaxşı
futbolçumuz, məşhur bir şəxs olan Ələkbər Məmmədovu sədr
seçiblər: Hesab edirəm ki, bu, ən düz qərardır. Çünki, bilirsən,
çəkməçi çəkmə tikməlidir, aşpaz aş bişirməlidir, dərzi paltar
tikməlidir, başqaları da hərə öz işini görməlidir. Futbol elə
şeydir ki, gərək burada futbol mütəxəssisi olsun. İndiyə qədər
Musayev özünü oraya təyin etmişdi. Doğrudur, deyirlər ki,
Dostları ilə paylaş: |