Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə92/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   88   89   90   91   92   93   94   95   ...   145

__________________________________________ 

315


qalır. Rəfael Allahverdiyevin bu gün verdiyi məlumatlar 

həqiqətdir. Ancaq tələb olunan səviyyədə deyildir. Mən burada 

dedim və yenə  də deyirəm - həmin o restoran faktı - bu, Baş 

nazirin rast gəldiyi bir şeydir. Təsəvvür edin, əgər bunu Baş 

nazirə açıq-açığına deyiblərsə, bu, adi bir hal alıbdır. Demək, 

belə  çıxır ki, biz mazut üçün 400 milyon dollar para veririk. 

Yəni özümüzünkü də olsa sata biləcək, o pulu alacaqdır. Buna 

400 milyon dollar sərf olunur. Bizim elektrik stansiyalarımız 

işləyir, onlara nə  qədər vəsait sərf edilir. Elektrik enerjisi 

istehsal edirik, vətəndaşlara veririk, təşkilatlara veririk. Pulunu 

yığanlar bu pulları öz ciblərinə qoyurlar. Amma belə şey olmaz 

axı! 


Sən deyirsən ki, əhalidən 26 faiz pul yığılır. 26 faiz deyildir. 

Bəli, sizdə hesabda 26 faizdir, amma həqiqətən 26 faiz deyil, 

bəlkə  də 50 faiz, 60 faizdir, qalanı ciblərə gedir. O cümlədən 

özəl strukturlardan yığılan pullar. Sən deyirsən ki, bunu 90 faizə 

qaldırmısınız. Nə təhər qaldırmısınız ki, o deyir gəlirlər, yarısını 

verirəm, yarısını da qoyurlar ciblərinə. 

Mən bu gün Bakı  İcra Hakimiyyətinin başçısına bir daha 

tapşırıq verirəm: Bakı elektrik şəbəkəsində qanun-qayda 

yaratmaq lazımdır.  İndiyə  qədər orada qanun-qayda 

yaranmayıbdır. Oranın başçısı keçmişdə kim idi, indi kimdir -

bilmirəm. Eşitdim ki, deyəsən, onu dəyişdilər. Amma yeni adam 

da köhnəsinin yolu ilə gedir. Demək, bu, elə bir xəstəlikdir ki, 

kim oraya düşürsə, o xəstəliyə düçar olur. Ona görə, birincisi, 

tələb edirəm ki, ciddi tədbirlər gorün. İkincisi də, həm Nazirlər 

Kabinetinə, həm də Bakı İcra Hakimiyyətinə göstəriş verirəm ki, 

bizim Dövlət  Əmlakı Nazirliyimizlə birlikdə  qısa müddətdə 

təklifləri təqdim etsinlər. Formasını tapacaqsınız, 

özəlləşdiriləcək, yaxud hansısa xarici şirkətə veriləcəkdir. Yəni 

mövcud olan təcrübəni tətbiq etməliyik. Çünki biz bunların 

nəticəsini görmüşük. 

Təkcə bu sahədə deyil, bütün sahələrdə islahatlar həyata 

keçirilməlidir. Mən dedim, bir də təkrar edirəm, islahatların 

  



__________________________________________ 

316


 

həyata keçirilməsinə müqavimət göstərənlər var, səhlənkarlıq 

edənlər var, sadəcə, vəzifə tutub öz vəzifə borcuna biganə 

münasibət bəsləyənlər var. Bunların hamısı bizim ümumi 

işimizə  zərər verir. Ona görə  tələb edirəm ki, bu nöqsanlar 

aradan götürülsün. 

Deyildi ki, dəmir yolunda, «Azərenerji»də yoxlamalar 

aparılır. O yoxlamaların nəticəsini hazırla, Baş nazirə də, mənə 

də təqdim elə. Mən Baş nazirə göstəriş verirəm ki, onlara ciddi 

baxsın. «Azəriqaz» haqqında verdiyi arayışa ciddi baxmaq 

lazımdır. 

Ancaq hüquq-mühafizə orqanlarına da mənim tələbim var. 

Əyləşin, durmaq lazım deyildir. Yaxşı olar ki, durmayasınız, 

eşidəsiniz, deyilən  şeyləri edəsiniz. Hüquq-mühafizə orqanları 

bu məsələlərdə  fəaliyyətsizlik göstərirlər. Bəzən də özləri bu 

məsələlərə qoşulur, korrupsiya ilə məşğul olurlar. Bir vaxt bizim 

üçün möcüzə oldu ki, demək, neft kəmərini deşmək olarmış. 

Bunu eşidəndə  dəhşətə  gəldim. Neçə ildir mən burada 

yaşayıram, bu kəmərlərlə  məşğul olan adamam, amma ağlıma 

da gəlməzdi ki, neft kəmərini deşsinlər. 

Bir vaxt fakt çıxmışdı ki, Bakıdan Sumqayıta gedən benzin 

borusunu deşib oradan benzin götürmüşdülər. İndi magistral neft 

kəmərini, Bakı-Supsa neft kəmərini deşirlər. O gün xəbər verildi 

ki, yenə deşiblər (yerdən səs - yanvar ayında 3 dəfə deşiblər). 

Yaxşı, bu işlərə görə  məsuliyyət daşıyanlar varmı? Bizim 

hüquq-mühafizə orqanlarının, birinci növbədə Daxili İşlər 

Nazirliyinin böyük şəbəkəsi var: sahə müvəkkili, gecə polisi, nə 

bilim, nə polisi, nə polisi bunları niyə görmür, niyə ölçü 

götürmürsünüz? Bu qədər də biabırçılıq olarmı? Deyir ki, bizim 

magistral neft kəmərini üç dəfə deşiblər (yerdən səs – 

tutmuşuq). Tutmusunuz, cəzalandırın. Daha orada fırlatmayın. 

Bu müstəntiqdən o birisinə verilir, şonra başqasına, bir də 

gördün ki, çıxdı eşiyə. Bizdə belə hallar da çoxdur. 

  



__________________________________________ 

317


Amma iş təkcə onda deyil ki, siz onu kəməri deşəndən sonra 

tutasınız. Siz gərək imkan verməyəsiniz, öz nəzarətinizi elə 

aparasınız ki, heç kəs gəlib onu deşməyə cürət eləməsin. Belə 

faktları sonra ictimaiyyətə  də çatdırmaq lazımdır.  İnsanlar 

bilməlidlr ki, belə cinayət edən yaxalanır, cəzalanır. Bu barədə 

bizim aşkarlıq  şəraitindən, mətbuatdan, mediadan daha da 

səmərəli istifadə etmək lazımdır. 

İkinci məsələ ki, üç-dörd ay bundan qabaq burada gizli, 

qanunsuz neft emalı sexləri yaranmışdır - bu adamların hamısı 

ən ağır cəza ilə  cəzalanmalıdır. Mən bu gün razılaşa bilmərəm 

ki, indiyə qədər istintaq gedir. Belə işlərin istintaqı bir ay, iki ay 

ola bilər. Əgər istintaq uzanırsa, - hüquq-mühafizə orqanlarının 

başçıları bunu məndən yaxşı bilirlər, - demək, məqsəd var. Bu 

da ondan ibarətdir ki, istintaqı uzadıb işi öldürmək və rüşvət 

almaq. Başqa cür ola bilməz. Bu, mənim mücərrəd fikrim deyil, 

çoxillik müşahidələrimdən irəli gələn fikirdir. 

Ona görə  mən baş prokurordan tələb edirəm ki, bu 

məsələlərin istintaqı bir aya qurtarıb mətbuata məlumat verilsin 

və bizə məruzə olunsun. 

Ancaq bütün bu tədbirlərlə yanaşı,  əgər hamımız - 

Azərbaycanın vətəndaşları, bütün dövlət təşkilatları  və özəl 

təşkilatlar bu iki-üç ayda elektrik enerjisinə  qənaət etməsələr,- 

bunu həmişə etmək lazımdır, xüsusən bu iki-üç ayda, - yenə də 

nə  qədər  əlavə mazut alırsan - al, gərginliyi aradan götürə 

bilməyəcəyik. Ona görə  qənaət məsələsi hər bir vətəndaşın 

borcudur. 

Xatirimdədir, hələ Sovet İttifaqı vaxtında, mən Moskvada 

işləyəndə, baxmayaraq ki, elektrik enerjisi həddindən artıq çox 

idi, pullar da yığılırdı, düzdür, elektrik enerjisi, su üçün pul da o 

qədər çox deyildi, - amma buna baxmayaraq Moskvada həm 

Siyasi Büronun, həm də Nazirlər Sovetinin iclaslarında dəfələrlə    

Şərqi    Almaniyanı    misal    gətirirdilər:  məsələn, 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə