Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə88/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   84   85   86   87   88   89   90   91   ...   145

__________________________________________ 

301


Nə olsun, çox yerdə gedib deyirlər «istefa, istefa». Mən 

inanmıram ki, Koçaryan istefa verəcəkdir. Ona görə, demək, 

sənin verdiyin sualların qalanı öz qüvvəsini itirdi. 

S u a l: Cənab prezident, Putin hakimiyyətə  gələndən 

sonra Azərbaycan barəsində hansısa dəyişiklik hiss 

etdinizmi? 

C a v a b: Hiss elədim, müsbət dəyişiklik hiss elədim və çox 

məmnunam. Çünki mən Putinlə Kiyevdə  də görüşmüşdüm, 

bizim onunla iki saat yarım görüşümüz olmuşdu.  İndi təkbətək 

görüşdük, sonra başqa görüşlər oldu. Məsələn, mətbuat 

konfransında Putinə sual verdilər ki, Cənubi Qafqaz ölkələrində 

rusdilli xalqların vəziyyəti necədir? Putin buna yaxşı cavab 

verdi. Mən də  əlavə etdim ki, Azərbaycanda rus millətinə 

mənsub olan, rusdilli xalqların vəziyyəti çox yaxşıdır. Onlar öz 

vəziyyətindən razıdırlar. Azərbaycanda rus məktəbləri var və 

hətla azərbaycanlıların bəziləri də rus bölməsində oxuyurlar. 

Bəzən bizim dərsliklərimiz çatışmır, onu da Moskvadan 

göndərirlər. Dedim ki, rus millətindən olanlar mənim 

dostlarımdır və onlar həmişə  mənə yüz faiz səs veriblər. Bunu 

da Putin təsdiq etdi və dedi ki, biz də belə fikirdəyik ki, 

Azərbaycandan rusdilli əhalinin köçüb getməsi halları yoxdur. 

  

 



 


__________________________________________ 

302


HİNDİSTAN RESPUBLİKASININ  

PREZİDENTİ ZATİ-ALİLƏRİ  

CƏNAB K.R.NARAYANAYA 

 

Hörmətli cənab prezident! 



Hindistan Respublikasnının milli bayramı - Respublika 

gününün 50-ci ildönümü münasibətilə sizi və dost Hindistan 

xalqını ürəkdən təbrik edirəm. 

Mən Azərbaycan Respublikası ilə Hindistan Respublikası 

arasında dostluq və  hərtərəfli  əməkdaşlıq münasibətlərinin 

möhkəmlənməsinə xüsusi əhəmiyyət verirəm və  əminəm ki, 

qarşılıqlı  əlaqələrimizin inkişafı xalqlarımızın rifahının 

yüksəlməsinə, bütün dünyada sülh və sabitliyin təmin 

olunmasına xidmət edəcəkdir. 

Fürsətdən istifadə edib sizə cansağlığı  və  uğurlar, ölkənizə 

sülh, əmin-amanlıq və tərəqqi arzulayıram. 

 

Hörmətlə, 

 

HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 25 yanvar 2000-ci il 



  


__________________________________________ 

303


HİNDİSTAN RESPUBLİKASININ  

BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ  

CƏNAB ATAL BİHARİ VACPAİYƏ 

 

Hörmətli cənab Baş nazir! 



Hindistan Respublikasının milli bayramı - Respublika 

gününün 50-ci ildönümü münasibətilə sizə  və dost Hindistan 

xalqına səmimi təbriklərimi yetirirəm. 

Biz Hindistanın ötən illərdə əldə etdiyi nailiyyətlərə sevinirik 

və onunla dostluq və  hərtərəfli  əməkdaşlıq münasibətlərinin 

inkişafına böyük əhəmiyyət veririk. 

İnanıram ki, xalqlarımızın qədim tarixə malik əlaqələri birgə 

səylərimiz nəticəsində  hər iki ölkənin manafeyi naminə 

genişlənib möhkəmlənəcək, regionda və dünyada sülhün və 

sabitliyin möhkəmlənməsinə xidmət edəcəkdir. 

Hörmətli cənab Baş nazir, sizə möhkəm cansağlığı və səadət, 

ölkənizin xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram. 

 

Hörmətlə, 

 

HEYDƏR ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 25 yanvar 2000-ci il 



  


__________________________________________ 

304


AVSTRALiYANIN BAŞ NAZİRİ 

ZATİ-ALİLƏRİ 

CƏNAB CON HOVARDA 

 

Hörmətli cənab Baş nazir! 



Milli  bayram - Avstraliya  günü  münasibətilə sizə  və 

Avstraliyanın dost xalqına səmimi təbriklərimi yetirirəm. 

Ümidvaram ki, müstəqil Azarbaycan Respublikası ilə 

Avstraliya arasında dostluq və əməkdaşlıq əlaqələri inkişaf edib 

genişlənərək xalqlarımızın mənəfeyinə xidmət edəcəkdir. 

Fürsətdən istifadə edib sizə cansağlığı  və  səadət, ölkənizə 

tərəqqi və əmin-amanlıq arzulayıram. 

 

Hörmətlə, 

 

HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 25 yanvar 2000-ci il 

  



__________________________________________ 

305


AVSTRALİYANIN BAŞ VALİSİ 

ZATİ-ALİLƏRİ 

CƏNAB VİLLİAM PATRİK DİNƏ 

 

 



 

Zati-aliləri! 

    Avstraliyanın milli bayramı - Avstraliya günü münasibətilə 

sizi və ölkənizin dost xalqını ürəkdən təbrik edirəm. 

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Avstraliya 

arasında dostluq və  əməkdaşlıq münasibətləri xalqlarımızın 

mənafeyi naminə hərtərəfli inkişaf edəcəkdir. 

Cənab Baş vali, sizə cansağlığı və uğurlar, Avstraliya xalqına 

firavanlıq və tərəqqi arzulayıram. 

 

Hörmətlə

 

HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 25 yanvar 2000-ci il 

  

 

  



 

  

 



 

 

  



 

  

 



 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə