__________________________________________
312
sək səviyyədə istifadə etmək üçün imkanları var, - onlar bu
baxımdan, bu problem nöqteyi-nəzərindən, hər halda,
başqalarına nisbətən qat-qat yaxşı səviyyədə yaşayırlar. İnsanlar
buna öyrənəndə, alışanda bir balaca çətinliyə dözə bilmirlər.
Amma başqa yerdə insanlar bir il, iki il o ağır vəziyyətə alışanda
onlarda dözümlülük xüsusiyyətləri daha da artır.
Vaxtilə, 70-ci illərdə biz respublikanın bütün ərazisini
qazlaşdırdıq, ən ucqar dağ kəndlərinə qaz çəkdik. İndi nəinki
onlarda, bəzi rayon mərkəzlərində də qaz olmayanda problem
yaranır, narazılıq qalxır. Mən bəzən soruşuram - axı 1970-ci ilə
qədər sizdə qaz yox idi, amma siz yaşayırdınız. Nə cür
yaşayırdınız?
Bizim qonşu Türkiyənin, dost ölkənin qaza olan ehtiyacı ildə
40 milyard kubmetrdir. Amma o, ancaq bir-iki böyük şəhəri
qazla təmin edə bilir, başqa yerlərdə yoxdur.
İnsanlar yaxşı şəraitə öyrənirlər, ona görə istəyirlər ki, həmişə
belə olsun. Azərbaycan prezidenti kimi, şəxsən mən istəyirəm
ki, ondan da yaxşı şərait olsun. Amma gərək bu, imkan
çərçivəsində, imkan daxilində olsun.
Beləliklə, nə nəticə çıxarmaq olar? Gərək hər bir vətəndaş
respublikanın vəziyyətini dərk edə və çətinliklərə dözə bilsin,
xırda bir məsələ olan kimi problem yaratmasın. Amma eyni
zamanda, bu məsələlərə məsul olan şəxslər,- hansı ki, bu salona
toplaşıblar,- buraxılan səhvlərə görə məsuliyyət daşıyırlar. Bir
də ona görə ki,- vergi müfəttişliyinin rəisi də burada dedi,-onlar
nəinki imkanlarından səmərəli istifadə etmirlər, hətta maliyyə
pozuntularına yol verir, alman az gəlirin bir hissəsini
mənimsəyirlər.
Demək, vəzifədə olan şəxs həm özü yaxşı şəraitdə yaşayır,
həm də qanunsuz olaraq cibini doldurur. Bunlar hamısı da bizim
vətəndaşlarımızın həyatına mənfi təsir göstərir. Mən hesab
edirəm ki, bizim üçün ən böyük bəla da budur. Əgər hər bir
vəzifəli şəxs, hökumət üzvü, şirkət rəhbəri, icra haki-
__________________________________________
313
miyyətinin başçısı, başqa dövlət adamı anlasa ki, 8 milyonluq
əhalinin içərisində sayca az adamlara belə etibar olunub,
səlahiyyətlər verilib, xalqına, millətinə, vətəninə xidmət etmək
üçün ona şərait yaradılıbdır və o, birinci növbədə bunları
etməlidir, öz şəxsi məqsədini güdməməlidir - onda biz, bax, bu
imkanlarla vətəndaşlarımızı, təbiidir ki, daha da yaxşı yaşada
bilərik.
Ancaq təəssüflər olsun,- mən bunu demişəm və bu gün də
deyirəm,- vəzifəli şəxslərin vəzifədən sui-istifadə etməsi,
Azərbaycanda korrupsiyanın mövcud olması və bəzi yerlərdə
artması, dövlət vəsaitinin mənimsənilməsi var. Bunu da ancaq
dövlət, hökumət işində məsul vəzifədə olan şəxslər edir.
«Azərenerji»nin başçısını danışdırırsan, hər dəfə belə təsvir
edir ki, hər bir şey yaxşıdır. Müslüm İmanov təcrübəli adamdır,
bu sistemdə çoxdan işləyir. Vaxtilə onu işdən
kənarlaşdırmışdılar, mən onu bu vəzifəyə təyin elədim. Ancaq
Müslüm İmanov bilməlidir ki, ona nə qədər xəbərdarlıq etmək
olar, nə qədər danışmaq olar? Onun müavini var, çağırıblar,
buradadırmı? Familiyan nədir? Novruzov, əyləş. Mənə dedilər
ki, sən bütün alqı-satqı məsələləri ilə məşğul olursan, bu sahə
səninkidir. Sənin oradakı işlərin haqqında çox mənfi siqnallar
gəlir. Baş nazir mənə bu barədə bir neçə dəfə deyibdir.
Elədirmi? Deyib ki, bu barədə Müslüm İmanova xəbərdarlıq
olunubdur. Amma Müslüm İmanov deyir ki, mən onsuz nə
işləyə bilərəm, nə yaşaya bilərəm. Ona görə mən səni
vəzifəndən azad edirəm. Müslüm İmanov yaşaya bilərsə,
yaşasın, yaşaya bilməzsə, onu da azad edacəyəm.
Bir belə siqnallar gəlir, - yoxlamaq, baxmaq lazımdır.
Müslüm İmanov bunları yoxlamaq əvəzinə, özü üçün nəticə
çıxarmaq əvəzinə yapışıb ki, mən onsuz yaşaya bilmərəm. Baş
nazir ona bu barədə neçə dəfə deyibdir. Mən Müslüm İmanova
xəbərdarlıq edirəm.
«Azəriqaz». İkinci dəfədir bizim müşavirələrdə danışır. Elə
danışır, elə bil ki, dünyanı artıq fəth edibdir. Orada bir sədr
__________________________________________
314
vardı, pis işləyirdi. Bu gün müşavirənin əvvəlində dediyim
həmin fırıldaqların təşkilatçılarından biri idi ki, guya
Azərbaycanı təchiz eləmək üçün Türkmənistandan qaz alıblar.
Həddindən artıq vəsait ələ keçiriblər və biz o borclardan indi də
çıxa bilmirik. Biz onu işdən kənarlaşdırdıq, neft şirkətindən bir
neft idarəsinin rəisini oraya qoyduq. Familiyası, gərək ki,
Vəlizadə idi. Bir müddət - bilmirəm, altı ay, yeddi ay, səkkiz ay
işlədi. Nazirlər Kabineti mənə məlumat verdi ki, bu, işləyə
bilmir. Yaxşı, işləyə bilmir, azad elədim. Orada guya
kabinetinin də təmirinə çox pul xərcləmişdi.
O vaxtdan orada sədr yoxdur. Camalovu sədr vəzifəsini icra
edən təyin ediblər. Birincisi, bizim hamımızın - həm Nazirlər
Kabinetinin, həm Prezident Aparatının günahıdır ki, bəzi belə
vacib sahələrdə boşluq yaranıbdır. İkincisi isə, Camalova imkan
verilibdir ki, yaxşı işləsin, bəlkə də sədr ola bilər. Ancaq mən
onun yaxşı işini görmürəm.
Vəzifələrə təyinolunma məsələsini burada yenə demək
istəyirəm. Mən bu gün bunu Mehdiyevə də, Rasizadəyə də
dedim. Hərə götürür öz istədiyi kimi özünə müavin təyin edir.
Bir nazir özünə müavin təyin edir, - heç xəbərimiz yoxdur, -
ikisini təyin edir, üçünü təyin edir. Belə şey ola bilməz! Nazir
dövlət başçısının fərmanı ilə təyin olunmalıdır, müavinləri
dövlət başçısının sərəncamı ilə təyin edilməlidir. Qalanları biz
veririk onların səlahiyyətinə.
Amma Camalov özü sədr əvəzi olaraq özünə sədrin birinci
müavinini təyin eləyir, sonra bir müavin təyin eləyir. Bu gün
ondan soruşurlar, deyir ki, yox, onlar elə-belə... Necə yəni,
onları sən təyin eləmisən - sənin nə ixtiyarın var? Sən də bizim
ümidlərimizi doğrutlmadın. Səni də vəzifədən azad edirəm.
Rasizadəyə, Mehdiyevə tapşırıram ki, «Azəriqaz»ın rəhbərliyini
möhkəmləndirmək üçün beş gün müddətində təkliflərini
versinlər.
Bakı şəhərində elektrik şəbəkəsində vəziyyət pis olaraq
Dostları ilə paylaş: |