__________________________________________
306
PREZİDENT APARATINDA KEÇİRİLMİŞ
MÜŞAVİRƏDƏ GİRİŞ NİTQİ
26 yanvar 2000-ci il
Bugünkü bu müşavirə fövqəladə vəziyyət xarakteri daşıyır.
Mən bunu təcili çağırmağa məcbur olmuşam. Çünki üç gün
bundan öncə Moskvaya yola düşərkən mənə məlumat verildi ki,
respublikada, o cümlədən Bakıda elektrik enerjisi qıtlığı
yaranıbdır, qaz çatışmır. Təklif olundu ki, bəzi yerlərdə elektrik
enerjisi təchizatına fasilə verilsin.
Mən dünən Bakıya dönərkən hava limanında bu məsələ ilə
maraqlandım. Mənə bildirdilər ki, narazılıqlar yaranıbdır,
çətinliklər var. Nazirlər Kabinetində Baş nazir tərəfindən
müşavirə keçirilibdir, icra orqanlarına göstərişlər verilibdir.
Ancaq mən bu gün səhər bu məsələlərlə yenə də maraqlandım,
gördüm vəziyyət elədir ki, biz gərək bu gün yığışaq və bunu
araşdıraq.
Azərbaycan bu qış dövründə qazla, elektrik enerjisi ilə
təchizatda son illər müəyyən çətin problemlərlə rastlaşır. Amma
başqa respublikalarla, məsələn, qonşu Gürcüstanla, yaxud
Rusiyanın bəzi regionları ilə müqayisə etsək, təbiidir ki, bizdə
vəziyyət qat-qat yaxşıdır. Yaxud, elə bizim Azərbaycanın bir
hissəsi olan Naxçıvan Muxtar Respublikasının bu vəziyyətini
mən 1991-ci ildən yaxşı bilirəm. Orada indi də elektrik enerjisi
ancaq fasilə ilə - iki saat burada, iki saat orada verilir.
Baxmayaraq ki, orada hava buradan soyuqdur, şaxta var.
Mən son dəfə Türkiyədə olarkən xahiş etdim ki, onlar
elektrik enerjisi verilməsini artırsınlar. İndi artırıblar, onlar
Türkiyədən Naxçıvana elektrik enerjisi verilməsindən həddin-
__________________________________________
307
dən artıq məmnundurlar, sevinirlər. Ancaq bu, onları yenə də
tamamilə təmin etmir. Onlar yenə də elektrik enerjisini bir
rayona, o birisinə fasilə-fasilə verirlər. Ancaq vəziyyət əvvəlkinə
nisbətən yaxşılaşdığına görə çox razıdırlar.
Bir məsələni bilmək lazımdır ki, bizim respublikamızın
vətəndaşları, hər halda, çətinliklər də olsa, elektrik və qaz
təminatından indiyədək o qədər böyük çətinliklər keçirməyiblər.
Ancaq bəzi mafioz qruplar bu çətinliklərdən keçmişdə çox
istifadə ediblər və özlərinə qanunsuz gəlirlər əldə ediblər.
Məsələn, 1991-ci, 1992-ci illərdə, hətta 1993-cü ildə deyiblər ki,
Azərbaycanda qaz çatışmır, gəlin Türkmənistandan qaz alaq.
Onlar burada bəzi firmalar yaradıblar, bu firmaların vəsitəsilə
qaz alıblar və biz o borclardan indiyə qədər də çıxa bilmirik. Biz
Türkmənistana, Qazaxıstana borcluyuq.
Bunu Nazirlər Kabineti edibdir. Burada ayrı-ayrı mafioz
şirkətlər yaradıblar, Azərbaycana böyük zərər veriblər. Mən bu
məsələ ilə 1994-cü ildə maraqlanan kimi, qaz almağı qadağan
etdim. O vaxt həmin bu işdə maraqlı olan adamlar ora-bura
gedirdilər ki, sosial partlayış olacaq, qaz almaq lazımdır və s.
Azərbaycanlı da büdcəsi ağır vəziyyətdə idi. Demək, belə çıxır,
biz bir tərəfdən büdcəni daha da ağırlaşdırmalıydıq ki, həmin o
mafioz qruplar öz gəlirlərini daha da artırsınlar.
Mən bilirdim ki, Azərbaycanda nə qədər qaz çıxarılır.
Azərbaycanda 6 milyard kubmetr qaz çıxarılır. Nə qədər
mümkündür - o qədər də istifadə edərik, nə qədər də çatmır -
dözərik. Hər halda, Gürcüstanda bir kubmetr də qaz yoxdur.
Gürcüstanın mazutu da, başqa şeyləri də yoxdur.
Dünən Moskvada Moldovanın prezidenti Petru Luçinski
mənə müraciət edib ki, Siz bizə bir az mazut verə bilərsinizmi?
Yaxud da Gürcüstanda ağır vəziyyət olduğuna görə Türkiyənin
prezidenti Süleyman Dəmirəl Tbilisiyə səfər edərkən onlara
kömək məqsədi ilə 20 min ton mazut hədiyyə veribdir. Bu,
Azərbaycanın bir günlük istifadəsi qədərdir.
__________________________________________
308
Srağagün axşam bütün tədbirlərdən sonra, demək olar ki,
gecə Gürcüstanın prezidenti Eduard Şevardnadze ilə görüşdük.
Biz onunla həmişə görüşürük, bu dəfə də görüşdük. Ancaq bir
neçə başqa məsələ barədə də söhbət etdik. O dedi ki,
vəziyyətimiz ağırdır, görün bizə qaz, mazut verə bilərsinizmi?
Mən dedim ki, bizim vəziyyətimiz bundan da ağırdır. Yəni
bizimki də ağırdır. Amma təbiidir ki, Gürcüstanın vəziyyəti ilə
heç bir respublikanın vəziyyətini müqayisə etmək olmaz. Onlar
artıq 7-8 ildir ki, belə bir ağır vəziyyətdə yaşayırlar. Bəzi
nümayəndə heyətləri Cənubi Qafqaza gələndə Gürcüstanda,
Ermənistanda olurlar, sonra buraya gəlirlər, Gürcüstanın
vəziyyəti haqqında dəhşətli məlumatlar verirlər.
Biz o vaxt qaz almağı qadağan etdik, amma ölkəmizi təmin
etdik. Sonra məlum oldu ki, heç o qaz alınmırmış. Onun əvəzinə
o tərəfdən - Türkmənistandan da, bu tərəfdən də ayrı-ayrı
adamlar pulları ciblərinə qoyurmuşlar. Keçmişdə belə cinayətlər
olubdur.
İndi yenə də 6 milyard kubmetr qaz çıxır. Bunun da bir az
çətinlikləri var. Məsələn, biz Supsa xətti dayanandan sonra
«Çıraq» yatağından təxminən 20 gün qaz ala bilmədik. Burada
da problemlər çıxır. Amma 6 milyard kubmetr qaz az deyil.
Təbiidir, Azərbaycanı təmin etmək üçün bu azdır. Çünki mənim
xatirimdədir, mən 1982-ci ildə buradan Moskvaya gedəndə
Azərbaycan 17 milyard kubmetr qaz işlədirdi. Ancaq nəzərə alın
ki, o vaxt sənaye çox böyük miqdarda qaz sərf edirdi. Biz
Azərbaycanın lap bütün dağ kəndlərini də qazlaşdırmışdıq. Buna
görə də 17 milyard kubmetr qazdan istifadə olunurdu. Bunun
15-16 milyard kubmetrini özümüz çıxarırdıq, bir qismini də
Rusiyadan alırdıq.
İndi sənayedə qaza o qədər də tələbat yoxdur. Dağ rayonları,
başqa rayonlar qazdan tamamilə məhrum olublar. Demək, əgər
bu iş yaxşı, normal təşkil edilsə bu 6 milyard kubmetr qazla
yaşamaq olar. Normal təşkil edilmir. Bir tərəfdən
Dostları ilə paylaş: |