Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə90/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   86   87   88   89   90   91   92   93   ...   145

__________________________________________ 

309


yəqin, bacarmırlar, bir tərəfdən də sadəcə, kimlərsə təxribat edir, 

yaxud da yenə də öz şəxsi məqsədləri üçün istifadə edir. 

Elektrik enerjisi də bizdə yetərlidir. Amma elektrik enerjisinə 

qənaət edilmədiyinə görə indi belə gərgin vəziyyət yaranıbdır. 

Təbii ki, burada həm bir neçə  təşkilat tərəfindən səhvlər 

buraxılıbdır və  bəzi yerlərdə öz vəzifələrindən sui-istifadə edib 

bizim dövlət işimizə, xalq işimizə, ümumi işimizə zərər vururlar. 

İkinci tərəfdən də belə vəziyyətdə gərək - Azərbaycanda bir söz 

var - yorğanına görə qıçını uzadasan. Əgər bir tərəfdən elektrik 

enerjisi çatmırsa, bir tərəfdən də gecə  səhərə  qədər bütün 

prospektlərdə, nə bilim, restoranlarda, özəl təşkilatlarda böyük-

böyük elektrik lampaları yanırsa, onda bu elektrik enerjisi necə 

çata bilər? 

Bax, burada məsələni araşdırmaq üçün mən bu gün sizi 

buraya dəvət etmişəm. Xahiş edirəm, hərə burada məsələni 

doğru, düzgün, səmimi aydınlaşdırsın ki, biz yaranmış bu 

çətinlikləri aradan qaldıra bilək. 

 

YEKUN NİTQİ 

 

Mən bu müşavirəni başlayarkən dedim ki, o, fövqəladə 



xarakter daşıyır. Dünən axşam aldığım məlumatlar və bu gün 

səhər işə gələndən aldığım məlumatlar məni məcbur elədi ki, bu 

fövqəladə müşavirəni çağırım. 

Müzakirə, yəni məsul vəzifəli şəxslərin buradakı çıxışları və 

çıxışların özündəki ciddi nöqsanlar onların hər birinin rəhbərlik 

etdiyi təşkilatda ciddi nöqsanların olduğunu daha da təsdiq edir. 

Azərbaycan neft-qaz ölkəsidir. Vaxtilə, 70-ci, 80-ci illərdə 

Azərbaycan müstəqil olaraq özü elektrik enerjisi istehsal edib 

elektrik enerjisindən asılısizlığını təmin edibdir. O illər bizim 

  

 



 

  



__________________________________________ 

310


yaratdığımız böyük enerji blokları indi Azərbaycanı təmin edir. 

Əgər onlardan səmərəli istifadə olunsa, burada deyilən 

əyintilərə, nöqsanlara, səhlənkarlıqlara, məsuliyyətsizliklərə yol 

verilməsə, Azərbaycanı elektrik enerjisi ilə tamamilə  təmin 

etmək olar. Eyni zamanda neft məhsulları  və, qazla. Beləliklə, 

gərək Azərbaycanda bu problem olmasın. Biz bu problemi bir 

neçə  dəfə müzakirə etmişik, həlli yollarını da göstərmişik. 

Ancaq bizim bugünkü müzakirəmiz göstərir ki, bir il, iki il 

bundan qabaq necə vardısa, elə də qalır. 

Bir  şey təəccüb doğurur, mən bunu başlanğıcda da dedim, 

indi də deyirəm. Hər il bizdə qış belə keçir. Deyə bilmərəm ki, 

keçən ilə, ya ondan əvvəlki ilə nisbətən qış çox sərtdir. Ondan 

sərt deyildir. Temperatur 8-9-10 dərəcə, çox aşağı düşəndə 6 

dərəcədir. Mən Bakını deyirəm.  Əsas tələbat da Bakıdadır, -

burada faizlər deyildi. Əlbəttə ki, bəzi yerlərdə - dağ yerlərində, 

məsələn, Naxçıvan Muxtar Respublikasında, başqa dağ 

rayonlarında şaxta da var. Amma Azərbaycanın ərazisinin əksər 

hissəsində iqlim elədir ki, qış mülayim keçir. 

Belə olan halda bəs nə üçün keçən illər vəziyyət bu cür 

gərginləşməmişdi, bu il gərginləşibdir? Səbəbi də ondan 

ibarətdir ki, bu il qışa hazırlıq işində daha da çox 

məsuliyyətsizlik olub, səhvlərə yol verilib və biz indi belə bir 

vəziyyətlə rastlaşmışıq. 

Biz keçmiş Sovetlər  İttifaqı  məkanında, indi Müstəqil 

Dövlətlər Birliyi məkanında olan bir ölkəyik. Biz Moskvada 

Müstəqil Dövlətlər Birliyi ölkələrinin dövlət başçılarının növbəti 

iclasını keçirdik. Orada bir-birimizlə söhbətdə, fikir mübadiləsi 

edəndə hər bir ölkədə vəziyyətin nə cür olduğunu, - bunu əvvəl 

də bilirdik, - gördük. Enerji çatışmazlığı Müstəqil Dövlətlər 

Birliyinə daxil olan ölkələrin, demək olar, hamısında 

mövcuddur. Bəzilərində çox böhran vəziyyətindədir. Məsələn, 

Ukraynanı götürün. Qış vaxtı oranın çox sərt, şaxtanı iqlimi var. 

  



__________________________________________ 

311


Qonşu Gürcüstan haqqında artıq deyildi. Vəziyyətdən öz 

məqsədləri üçün sui-istifadə edən bir çox adamları  yığıb 

Tbilisiyə göndərmək lazımdır ki, bir-iki gecə orada yatsınlar, iki 

sutka yaşasınlar. Ondan sonra görərlər ki, dost, qonşu Gürcüstan 

və onun vətəndaşları  həqiqətən nə  qədər ağır vəziyyətdədir. 

Çünki onların qazı yoxdur, nefti yoxdur, elektrik stansiyalarının 

gücü çox azdır və onları da işlətmək üçün yanacaq resursları 

yoxdur. 


Mən dedim, xarici ölkələrdən gələn bəzi nümayəndələr 

Cənubi Qafqaz ölkələrinin hamısında olur, çox vaxt buraya 

Gürcüstandan sonra gəlirlər. Onlar deyirlər ki, siz burada çox 

gözəl  şəraitdə yaşayırsınız. Hətta bəzi nümayəndələr bizdən 

təkidlə xahiş edirlər ki, Gürcüstana kömək edin. Biz Gürcüstana 

kömək edirik, həmişə eləmişik və bundan sonra da edəcəyik. 

Amma son bir-iki ayda bir çox xarici dostlarımız təkidlə bizə 

deyirlər ki, Gürcüstana qaz verin. Deyirəm ki, axı biz özümüzü 

qazla təmin edə bilmirik. Həqiqətən,  şəxsən mən dost, qardaş 

gürcü xalqına, Gürcüstana, Gürcüstanın vətəndaşlarına 

indiyədək hər dürlü köməyi etmişəm, bu gün də edirəm. Amma 

deyəndə ki, bizim vəziyyətimiz belədir, deyirlər ki, yox, sizin 

vəziyyətiniz tamamilə normaldır, özünüzü bir az da sıxsanız, 

onlara kömək edə bilərsiniz. Həqiqətən də vəziyyət belədir. 

Ona görə  də yaranmış bugünkü vəziyyət heç də o qədər 

dramatik deyildir. Mən istəyirəm bunu siz də biləsiniz, 

Azərbaycanın ictimaiyyəti də bilsin - dramatik deyildir. Sadəcə, 

əvvəlki vaxtlara nisbətən, keçən ilin bu vaxtına nisbətən bir az 

gərginləşibdir. 

Sual olunur, bəs onda nə üçün mən bu işlərə bu cür reaksiya 

verirəm? Nə üçün belə  həyəcanlı danışıram? Bu işlərə  məsul 

olan adamları  nə üçün çox ciddi tənqid edirəm? Çünki bizim 

imkanlarımız elədir ki, ölkəmizi bu günlərdə bu vəziyyətə 

salmamalıydıq. İkincisi də, ölkəmizin əhalisini elə öyrətmişik ki, 

- deyə bilmərəm ki, elektrik enerjisi, qaz və sairədən yük- 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə