__________________________________________
318
vətəndaşın 5 otağı var, hansı otaqda oturursa, o otaqda işıq
yanır, o birilərində yanmır. Elektrik enerjisi ilə işləyən hansı
cihaz ona lazımdırsa, ondan istifadə edir, o birilərindən yox.
Amma indi burada insanların bir təbəqəsi kasıb təbəqədir.
Onların nə cihazları var, nə də elektrik enerjisindən çox istifadə
etmək imkanı var. Amma başqa bir təbəqə də var -onların böyük
evləri var, hər otaqda bir televizoru var, nə bilim, kondisioner,
böyük çil-çıraqlar var və sair. Pulu çox olmağına baxmayaraq,
işığın pulunu da vermirlər. Bəli. bunları gecə səhərə qədər
yandırırlar. Bunlar hamısı göz qabağındadır. Əgər kimsə bunları
görmürsə, onda kordur.
Bilavasitə mən daxili vəziyyəti sizdən az görürəm. Siz hərə
öz nazirliyində, təşkilatında, şəhərdə daha çox olursunuz, nəinki
mən. Amma mən bunları bilirəm, bu məlumatlar mənə gəlir və
mən bunu təsəvvür də edirəm. Ona görə mən bunları danışaraq
həm sizə deyirəm, həm də Azərbaycanın bütün vətəndaşlarına
deyirəm: qənaət edin.
Amma niyə qənaət etmir? Əgər o, enerjinin pulunu versə, lap
nə qədər zəngin adam olsa da, bunu etməyəcəkdir. Amma
pulunu vermir, ona görə də üç dənə televizor işlədir - birində bir
proqrama baxır, ondan sonra gedir o biri proqrama baxır, sonra
ayrısına baxır. Gecə saat 2-yə qədər də filmlərə baxır, - deyirlər
ki, indi bəzi layiqsiz filmlər də göstərirlər. -onlara baxır. Bunlar
hansı təbəqədir? Bunlar işləyən təbəqələr deyil, müftə
yeyənlərdir, yaxud da biznesdə, filanda zənginləşən adamlardır.
Biz biznesin əleyhinə deyilik, biznesi, yəni özəl sektora inkişaf
etdiririk. Amma özəl sektorda olan şəxslər də gərək mənəvi
mədəniyyət keyfiyyətləri əldə etsinlər. İnsan üçün bir o deyil ki,
onun pulu çoxdur, yaxud da böyük imarəti var. İndi burada
çoxları tikir. İnsan üçün bunlardan üstün mənəviyyatdır,
əxlaqdır. Bu da məlumdur ki, Qərb ölkələrində həqiqi iş
adamları, biznes sahibləri heç vaxt belə israfçılığa,
mənəviyyatsızlığa yol vermirlər. Onlarda, necə de-
__________________________________________
319
yərlər, hər bir qəpiyin hesabı aparılır. Amma təkcə pula görə
yox. Sadəcə, mədəniyyət səviyyəsi yüksəkdir, mənəviyyat
yüksəkdir.
Ona görə bunlara da nəzarət etmak lazımdır. Rafael
Allahverdiyev deyir ki, biz axşam işıqları söndürümək. Dünən
biz gələndə saat neçə idi? Saat 11 idi, neçəydi - hər yer çil-çıraq
içində idi. Deyərsiniz ki, mən gəldim, ona görə
söndürməmisiniz. O biri küçələr də elə idi. Amma elə mən
gələndə də söndürün, mənim avtomaşınımın işıqları var,
sizinkinin də var, o işıqla hər yerə getmək olar.
Amma sən düz demirsən - parklarda, filanlarda gecə səhərə
qədər işıq yanır. Axşam Dağüstü parka, Şəhidlər xiyabanına çıx;
oradan şəhərə bax. Saat 2-də çıx, saat 3-də çıx, bax. Şəhər yanır!
Həqiqəti demək lazımdır. Bu, nəyə lazımdır?
Əlbəttə, bizim imkanımız olsa, bu, çox gözəldir, şəhəri çox
gözəl göstərir. Məsələn, bu dəfə Moskvada olanda, axşam, gecə
avtomobilə gedəndə baxırdım. Bəzi binaları kənardan
işıqlandırırlar, - görmüsünüz, - elə gözəl görünür. Məsələn,
Moskvada indi Nazirlər Kabineti yerləşən binanı elə
işıqlandırırlar, baxırsan, adam heyran olur. Elə bizim bu bina da
Ağ evdir. O da Ağ evdir, bu da Ağ evdir. Mən istərdim ki, bunu
da elə edək, daha da gözəl görünsün. Amma bizim imkanımız
yoxdur, onların imkanları var. İmkanımız olanda bunu da
edəcəyik.
Bizim imkanımız yoxdur, ona görə də lazım deyildir. İnsanlar
parkdan və sairədən saat 10-a qədər istifadə edir. Ondan sonra
işıqlar sönməlidir, reklamlar sönməlidir. Əgər reklama adamlar
gündüz baxırsa, gecə reklam nəyə lazımdir? Mağazaların
vitrinlərindəki işıq nəyə lazımdır? Tutaq ki, onun pulu çoxdur,
pulunu verir. Amma bu, ümumi elektrik enerjisinin işlənməsinə
gətirib çıxarır, demək, qıtlıq əmələ gətirir. Bizə lazım deyil ki,
vitrində səhərə qədər işıq yandırır, pulunu da verir. Yaxşı olar
ki, yanmasın, eletrik enerjisi la-
__________________________________________
320
zım olan yerlərə, evlərə getsin, insanların yaşayış yerlərinə
getsin.
Bilirsiniz, mən sadəcə, bizim həyatımızı təsəvvür edərək
bunları sizə deyirəm. Axşamlar mən iş yerimdən gedən zaman
bunları görürəm, şəhərdə olduğum başqa vaxtlarda da görürəm.
Amma yenə də deyirəm, siz bunları məndən çox görürsünüz.
Mən Moskvaya gedəndə hava limanında belə təklif oldu ki,
televiziyalar saat 1-ə qədər verilişlərini versinlər, sonra
kəssinlər. Bu, həyata keçirilib, yoxsa yox? Keçirilib. Amma
dünən deyirlər ki, keçən gecə ANS kanalı bir neçə saat film
verirmiş. Başa düşmürəm. Qanun hamı üçün qanundur. Özəl
olmaq o demək deyil ki, sən dövlətin qanununu pozasan. Nə
ixtiyarın var? Deyirlər ki, bunların özlərinin elektrik stansiyası
var. Tutaq ki, elektrik stansiyan var. Amma sən o verilişi
verəndə şəhərdəki həmin o «gecə quşları»,- gecə saat 2-3-ə
qədər sizin verdiyiniz bəzi filmlərə maraq göstərirlər,- axı
televizorları işlədirlər. Televizorları işlədəndə də enerji gedir.
Dövlətin qanunu hamı üçün qanundur. Heç kəs bunu poza
bilməz. Bu dövlətdə qanun var, qayda var və biz bu qanunların,
qaydaların keşiyində durmuşuq. Heç kəsə yol verə bilmərik ki,
bu qanunları, qaydaları pozsun. Kim bu ölkədə, cəmiyyətdə
vətəndaşdırsa, normal yaşamaq istəyirsə, onun hər şeyi var.
Amma kimsə özünə xüsusi bir status yaratmaq istəyirsə, xüsusi
bir imtiyaz əldə etmək istəyirsə, nə bilim, xüsusi bir vəziyyət
tutmaq istəyirsə, buna yol verilməyəcəkdir. Bizim ölkəmiz açıq
ölkədir, bazar iqtisadiyyatına gedirik, islahatlar həyata
keçirməliyik. Milli Məclis tərəfindən bir çox qanunlar, çox yaxşı
qanunlar qəbul olunub, bunlar hamısı həyata keçirilməlidir.
Ancaq qanun-qaydaya da hamı riayət etməlidir. Hamı riayət
etməlidir!
Beləliklə, mən hesab edirəm ki, elektrik enerjisinin
istifadəsində rejim yaranmalıdır. Nazirlər Kabineti bunu
yaratmalıdır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və
rayonların
Dostları ilə paylaş: |