__________________________________________
92
nəqliyyata kuratorluq edirdim. Mən o vaxtlar təhsilə, yeri
gəlmişkən, idmana da rəhbərlik edirdim, səhiyyənin, gənclər
siyasətinin də kuratoru idim.
Biz «xoş məramlı oyunlar» keçirdik, mən bu oyunların
hazırlanması və keçirilməsi üzrə dövlət komissiyasının sədri
idim. Bir biləydiniz, biz bununla nə qədər məşğul olmuşduq. Bir
sözlə, mən idmana, mədəniyyətə də, səhiyyəyə də, təhsilə də,
ticarətə də, nəqliyyata da kuratorluq edirdim.
Deməliyəm ki, mən nəqliyyatla məşğul olarkən bir çox
şeyləri də böyük maraqla öyrəndim. O vaxtlar isə BAM Sovet
ittifaqı üçün «Əsrin tikintisi» idi. BAM-ı bütün ölkə tikirdi, bu
işdə hər bir respublika, hər bir vilayət iştirak edirdi. Mən bu işlə
məşğul olmağa başladıqda, təbii ki, BAM üzrə komissiyanın
sədri idim, aydınlaşdırıb gördüm ki, işlər qəzetlərdə yazıldığı
kimi getmir.
Nə etməli? Mən təxminən bir il bu məsələni araşdırdım,
sonra isə 1984-cü üdə BAM-a səfər etməyi qərara aldım. Mən,
sadəcə olaraq, Moskvadan təyyarə ilə yola düşmədim, əksinə,
qatara minib Vladivostokadək getdim, yolboyu bu tikintinin əsas
stansiyalarında, əsas qovşaqlarında dayanırdım.
Məni Tındada xatırlamışlar? Mən Tındada çox böyük bir
müşavirə keçirdim. Bir çox nazirlər mənimlə birlikdə idi,
jurnalistlər də vardı. Bu işi elə sevmişdim ki, Tında mənə Sovet
İttifaqının ən yaxşı şəhəri kimi görünürdü. Amma görürdüm ki,
adamlar böyük maraqla işləyir, onların bir çoxu BAM
ətrafındakı qəsəbələrdə yaşayır, tikinti isə yaxşı getmir.
Baykal-Amur magistralının ən mürəkkəb sahəsi Şimali
Muysk tuneli idi.
Aleksey Makurin: İndiyədək tikirlər.
Heydər Əliyev: Əlbəttə, ora çox çətin keçiddir, orada çox
mürəkkəb dağ strukturları var. Buna baxmayaraq, bir halda ki
qərara almışlar, deməli, tikmək lazımdır. Bir neçə digər tunel,
demək olar, tikilib qurtarmışdı, mən onlardan
__________________________________________
93
keçib getdim. Şimali Muysk tunelində isə üç gün qaldım.
Tikintinin problemini öyrənmək gərək idi. Orada qazma işləri
şərqdən və qərbdən aparılırdı. Hamı da bəyan edirdi ki, tunel iki
ildən sonra - 1986-cı, yaxud 1987-ci ildə çəkilib başa
çatdırılacaq və BAM istifadəyə veriləcəkdir.
Bu işə Nəqliyyat Tikintisi Nazirliyi başçılıq edirdi, nazir
yaşlı, çox təcrübəli bir insan olan İvan Dmitriyeviç Sosnov idi.
Amma, təəssüf ki, onlar mühafizəkar düşüncəli adamlar idi.
Biz şərqdən də, qərbdən də tunelə baxdıq. Əlbəttə, orada
şərait çox mürəkkəbdir, daim su axır və adamlar dizədək suyun
içində işləyirdilər. Mən də həm şərqdən, həm də qərbdən suyun
içi ilə keçib getdim.
Şübhəsiz ki, mən Tındada vəziyyəti öyrəndim. Qayıdandan
sonra Siyasi Büroya məktub yazdım ki, bu işi nəinki 1986-cı
ildə, 1987-ci ildə görmək olmaz, bunun üçün azı daha beş il vaxt
gərəkdir. Mən bu məktubu təqdim edəndən sonra böyük
müzakirə oldu, mən məruzə etdim, hamı məəttəl qaldı. Çünki
tikintinin başlandığı 1974-cü ildən bəri ölkə rəhbərliyindən,
Siyasi Büro üzvlərindən, Nazirlər Sovetinin rəhbərliyindən heç
kim oraya gedib vəziyyətlə tanış olmamışdı. Nə məlumat
verilirdisə, ona da inanırdılar.
Xatirələrim çoxdur. Bilirəm ki, bu yaxınlarda BAM-ın
tikintisinə başlanmasının ildönümünü qeyd etmişlər, mən
Tındaya təbrik göndərdim. Həmin tunelin çəkilməsi ile
maraqlandım. Deyirlər ki, hələ qurtarmayıblar, ya bir kilometr,
ya da kilometr yarım qazılmalıdır.
Bilirsinizmi, bu, məndən uzaq olan problemdir, buna
baxmayaraq, mən onunla maraqlanıram, çünki beş il bu işə
çoxlu əmək sərf etmişəm və istəyirəm ki, bu iş başa çatdırılsın,
Rusiya qərbdən Şərqədək yaxşı dəmir yoluna malik olsun.
Lap yaxşı, əgər imkan olsa, mənim salamımı, xoş arzularımı
BAM-çılara yetirin. Mən onlarla işi, görüşləri böyük
xatırlayıram. Bunların hamısı xatirimdədir.
__________________________________________
94
Siz mənim necə işləməyimlə maraqlanırsınız. Necə
lazımdırsa, eləcə də işləyirəm. Burada heç bir sirr yoxdur.
Amma şadam ki, siz çıxışımı televiziya ilə görmüsünüz. Yeri
gəlmişkən, birinci çıxışım təxminən bir saat əlli dəqiqə çəkdi.
Sonra, qurultayın axırında, biz rəhbər orqanları seçdikdən sonra
isə mən otuz dəqiqədən artıq danışdım.
Hamı təəccüblənir. Bilirsinizmi, mən heç bir çıxışı, heç bir
məruzəni heç vaxt əvvəlcədən yazmıram. Nə yadımdadırsa, o da
yadımdadır. Hər hansı əlavə materiallar, rəqəmlər göstərmək
lazımdırsa, sadəcə olaraq, məlumat tələb edirəm və onu mənə
verirlər. Məsələn, mən bu çıxışımda yadımda qalan çox
rəqəmlər gətirdim. Mən onları bilirdim, lakin bu barədə daha
dəqiq danışmaq üçün bir gün əvvəl məlumat istədim və onu
mənə verdilər, mən bu rəqəmləri yaddaşımda bərpa etdim.
Allaha şükür, yaddaşım yaxşıdır, buna görə də çox şeyi yadda
saxlayıram.
Sonra. Hətta sovet dövründə də mən respublikamızda əsasən
mətnsiz çıxış edirdim. Moskvada isə bir dəfə belə etdikdə, mənə
dedilər ki, belə lazım deyil. Hamı çıxışını mətndən oxuyur, siz
fərqlənmək istəyirsiniz? Bu, ona görə deyildi ki, mən
fərqlənmək istəyirəm. Sadəcə olaraq, hər adamın öz vərdişi var,
bu vərdiş isə məndə çoxdan yaranmışdır. Əgər sən işlədiyin,
çalışdığın yerdəki həyatla həqiqətən yaşayırsansa, onda belə
etmək olar. Əgər sən işi bilirsənsə, onunla hər gün məşğulsansa,
onda bunların hamısı yaddaşında yığılır, fikirlərini formalaşdırır.
Fikirlər isə bir gündə, tutalım, sənə haradasa çıxış etmək lazım
olanda formalaşmır. Onlar tədricən formalaşır, yığılıb cəmləşir
və gərək olduqda, lazım gəldikdə üzə çıxır. Mən Belə təsəvvür
edirəm. Bu barədə danışmaq mənim üçün çətindir, xüsusən də
söhbət məndən gedəndə. Amma mən bunu belə təsəvvür edirəm.
O ki qaldı mənim idman formama, sağ olun. Axı, mən cavan
adam deyiləm, neçə yaşım olduğunu bilirsiniz. Mən
Dostları ilə paylaş: |