Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə41/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   37   38   39   40   41   42   43   44   ...   50

 
162 
Bu  üsyana  görkəmli  ruhani  və  ictimai-siyasi  xadim, 
Şəmkirin  Düyərli  kəndindən  olan,  el  arasında  “Hacı 
Axund” kimi şöhrət tapmış Hacı Axund Əhməd Hacı Piri 
oğlu Nuruzadə (1881-1930)
66
 başçılıq edirdi. 
Hacı  Əhməd  Nuruzadə  bölgədə  tanınmış  olduqca 
nüfuzlu  bir  ruhaniydi.  O  qədər  hörmətli  bir  şəxsiyyətdi 
ki,  qan  düşmənlərini  barışdırmağa  onu  aparırdılar  və  o 
ətraflarda  onun  bir  sözünü  iki  etməzdilər.  Bu  cür 
nüfuzuna  görə  Məhəmmədəmin  Rəsulzadənin  başçılığı 
altında qurulmuş ilk Azərbaycan Cümhuriyyətinin Parla-
mentinə  Gəncəbasar  bölgəsindən  seçilən  millət  vəkillə-
rindən  biri  də  Hacı  Axund  Əhməd  oldu.  Sovet  hakimiy-
yətinin  ilk  illərində  o,  özünü  çox  sakit  aparsa  da  var-
dövləti, torpaqları əlindən alınanda haqsızlıqla barışmadı, 
hakimiyyətə  qarşı  çıxaraq  qaçaq  düşdü.  1930-cu  ildə 
Gəncəbasarda hakimiyyətdən narazı olan bütün qüvvələr 
Hacı  Axundun  ətrafına  toplaşdı  və  hakimiyyət  orqanla-
rıyla  silahlı  çarpışma  başlandı.  Hacının  dəstəsində  3  min 
nəfərə  qədər  əli  silahlı  adam  vardı.  Şəmkir  bölgəsində 
hakimiiyətini  itirməkdə  olan  kommunistlər  1930-un 
noyabrında  üsyançıların  üstünə  Zəyəmdən  böyük  hərbi 
qüvvə  yolladılar.  17  noyabr  1930-da  Düyərli  kəndinin 
“Daş yatağı” (ora “Şimanlı Allahyarın yatağı” da adlanır) 
adlı yerində son və həlledici döyüş gedir. Ağır toplarla və 
pulemyotlarla  yaraqlanmış  çoxsaylı  rus  əsgərləri  qarşı-
                                                 
66
 Onun haqqında geniş  bilgi almaq üçün  bax: Ədalət  Tahirzadə. 
Nuruzadə  Hacı  Axund  Əhməd  Hacı  Piri  oğlu.  –  “525-ci  qəzet”,  3,  9 
may 2008, №№78, 82. 


 
163 
sında əlində yalnız tüfəng tutmuş üsyançılar mühasirəyə 
düşür  və  çox  ağır  tələfata  uğrayırlar.  Yaxında  partlayan 
mərmidən  sağ  ayağını  itirən  Hacı  Axund  Əhməd  əsir 
düşməsin  deyə  özünü  güllə  ilə  vuraraq  şəhid  olur. 
Bundan  sonra  üsyançılara  Hacının  qardaşı  –  pəhləvan 
gövdəsinə  görə  hamının  “Yekə  Məhəmməd”  dediyi  igid 
başçılıq  edir.  Ancaq  dayandoldurum  tüfənglə  ağır 
topların qarşısında nə qədər durmaq olardı ki?!  Qurtuluş 
savaşçılarının  çoxu  bu  döyüşdə  şəhid  oldu,  çoxları  isə 
yaralanaraq  əsir  düşdü.  Ağır  yaralıların  içərisində  Yekə 
Məhəmməd də vardı.  
Ertəsi  gün  meyitləri  və  əsirləri  Düyərlidə  poçtun 
qarşısına  gətiriblər,  kənd  camaatını  da  qorxutmaq  üçün 
buraya  yığıblar.  Bolşeviklərin  “Vəsil”  deyilən  komandiri 
boyu  çatmadığına  görə  hoppanaraq  əli-qolu  bağlı  Yekə 
Məhəmmədə  bir  şillə  vurub,  sonra  da  deyib  ki,  haradan 
idarə  olunduğunuzu,  sovet  idarələrindəki  adamlarınızın 
kimliyini  desən  səni  buraxarıq.  Yekə  Məhəmməd  xalqın 
gözü  qarşısında  Vəsilin  üzünə  tüpürüb.  Qəzəblənmiş 
bolşevik  tapançasındakı  bütün  güllələri  onun  bədəninə 
boşaldıb,  ancaq  Məhəmməd  yenə  yıxılmayaraq  dağ  kimi 
dimdik  durub,  bir  azdan  isə  qanı  axıb  gedəndə  yerə 
çöküb və şəhid olub!.. 
 
Hacı  Axund  Əhmədin  başçılıq  etdiyi  bu  üsyan  Azər-
baycanın  azadlıq  savaşı  tarixində  ən  şərəfli  səhifələrdən 
biriydi! (22). 
Əsasən 
inzibati 
metodlar 
hesabına 
Şəki-Oğuz 
(ozamankı  Nuxa-Vartaşen)  dairəsində  də  kollektiv  təsər-


 
164 
rüfatlar  (rusca:  “kolxoz”  –  “kollektivnoye  xozyaystvo” 
sözündən)  yaradıldı.  Onların  sayı  68  idi  və  həmin 
kolxozlarda 6.281 fərdi təsərrüfat birləşdirilmişdi. 
1930-cu  ildə  Şəkidə  başlanan  və  Azərbaycanın  8 
bölgəsinə yayılan  üsyan da bolşevik rejiminin xalqımızın 
milli-mənəvi  dəyərlər  sisteminə  mürtəce  münasibətinə, 
fərdi kəndli təsərrüfatını və azad sənətkarlığı  ləğv etmək 
istiqamətində  apardığı  sosial-iqtisadi  siyasətinə  qarşı 
yönələn etiraz hərəkatı idi. 
Bolşevik rejiminin  inzibati  metodlara, ağır vergi siste-
minə  əsaslanan  iqtisadi  siyasəti  Şəki  sənətkarlığını, 
manufaktura  təsərrüfatını  iflasa  uğratmışdı.  Şəkidə  bir 
qrup dabbağ tərəfindən Xalq Komissarları Sovetinin səd-
rinə yazılan ərizə də bunu sübut edir. Orada deyilirdi ki, 
Azərbaycan  Sənət  Birliyi  dabbağları  öz  şəbəkəsinə 
birləşdirmək  və  artel  yaratmaq  qərarı  qəbul  etdikdə  biz 
həvəslə  ora  yazılmaq  üçün  ərizə  verdik.  Şəkidə  fəaliyyət 
göstərən 200 dabbağdan 69 nəfəri artelə yazıldı, ancaq bu 
birlik bizi xammalla təchiz edə bilmir (17, 42). 
Üsyan  hərəkatına  qarşı  mübarizə  aparmaq  üçün 
yaradılan  Üçlüyün  verdiyi  məlumata  görə,  1930-cu  il 
aprelin 12-də kəndlərdən Şəki şəhərinə 100 silahlı və 1.500 
əliyalın  üsyançı  yürüş  etmişdir.  Onlar  şəhəri  tutaraq  3 
gün əllərində saxlamışlar. Üsyanı yatırmaq üçün Qafqaz 
alayi,  Azərbaycan  diviziyasının  Qafqaz  eskadronu,  4-cü 
alayın  ayrı-ayrı  bölükləri,  desant  bölüyü,  Azərbaycan 
alayının bölükləri, Belarus hərbi məktəbinin 154 kursantı, 
Leninqrad sərhəd qoşunları məktəbinin 150 kursantı cəlb 


 
165 
edilmişdi  (17,  123).    Belə  bir  geniş  coğrafi  məkandan 
böyük  hərbi  qüvvənin  Şəki  üsyançılarına  qarşı  yeridil-
məsi  sübut  edir  ki,  bu  hərəkat  SSRİ  rəhbərliyi  səviyyə-
sində təşvişə səbəb olmuşdu. 
1930-cü  il  aprelin  12-dən  may  ayının  12-nədək  olan 
müddətdə  180  üsyançı  şəhid  olmuş,  150  üsyançı  isə 
yaralanmışdı. Kütləvi həbslər zamanı 865 nəfər tutulub 
saxlanılmış,  onlardan  220  nəfərinə  üsyan  iştirakçısı 
ittihamı irəli sürülmüşdü. 
Üsyançılara  qarşı  mübarizə  aparan  bolşevik rejimi  isə 
73  nəfər  adam  itirmişdir.  Hökumət  qüvvəsindən 
yaralananların  sayı  79  nəfər  olmuşdur.  Bu  üsyan  bütün 
SSRİ məkanında qolçomaq qiyamları kimi təqdim olunan 
üsyanlardan ən kəskini idi.  
Şəki üsyançılarının bölşevik rejiminə qarşı apardığı 
mübarizə  yalnız  sosial-iqtisadi  və  siyasi  hüquqsuzluğa 
qarşı  deyil,  həm  də  milli-mənəvi  və  dini  dəyərləri 
qoruyub saxlamaq uğrunda milli qeyrət davasıydı. 
Görkəmli  araşdırıcı  Cəlal Qasımov  AR  MTN  arxivində 
saxlanılan  Şəki-Zaqatala  üsyanı  rəhbərlərinin  siyahısını 
taparaq  üzə  çıxarıb.  Həmin  siyahını  oxucuların  nəzərinə 
çatdırırıq: 
1.
 
Molla Mustafa Şeyxzadə
 (Şabalıd kəndi). 
2.
 
Bəhram  bəy  Nəbibəyov
  (Şəki  rayon  hərbi  komis-
sarlığının səfərbərlik şöbəsinin keçmiş rəisi). 
3.
 
İsmayıl  Haqqı  əfəndi
  (Anadolu  türkü)  –  Şəki-
Zaqatala mahalı RXTŞ-nin müfəttişi. 
4.
 
Mustafa Əlicanbəyov
 – Tiflisdə həbs olunub. 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə