170
xanıma müraciət etdim
67
. Qiyasbəyova ilə söhbətlərim haqqında
yuxarıda ifadə vermişəm.
Qiyasbəyova mənə bildirdi ki, Bakıda əski müsavatçılar
qrupu var və o, çəyirtkə təşkilatının işçisi, müsavatçı Ağayev
Məşədi Novruz
68
vasitəsiylə İrandakı müsavatçılarla əlaqə
saxlayır. Qiyasbəyova vasitəçinin indi Bakıda olmadığını
deyərək elə ilk imkandaca məni onunla görüşdürməyə söz verdi.
Söhbət zamanı mən Mədinə xanımı Şəkidə hazırlanan üsyan və
Azərbaycan Müsavat təşkilatının bu üsyanla bağlılığı haqqında
bilgiləndirdim. Qiyasbəyova Bakı müsavatçılarının bu üsyanla
əlaqəsini dandı. Mən onu üsyana hazırlıq haqqında bilgilən-
dirəndə o, cavab verdi ki, Azərbaycan kəndliləri guya çox kasıb
yaşayır və buna görə də qəzəblidir; kəndlilər guya sovet
hakimiyyətindən narazıdır və hər hansı dəstək olarsa guya sovet
hakimiyyətini devirməyə hazırdır. Sonra o, Müsavatın
vəzifələrindən danışaraq dedi ki, müsavatçı kadrları sovet
hakimiyyəti orqanları repressiyaya uğradıb, müsavatçılar çox az
qalıb və vəzifəmiz budur ki, əski müsavatçı kadrlar qorunub
saxlanılsın, yeni müsavatçı kadrlar yetişdirmək üçün
Azərbaycan gəncləri Müsavat ruhunda tərbiyə edilsin.
Müsavatçıların xaricdəki işindən danışarkən Mədinə xanım
qeyd etdi ki, müsavatçılar
Məhəmmədəmin Rəsulzadə, Vəki-
67
Bu cümlənin altında baş “NKVD”çi qalın karandaşla cızıq
çəkib.
68
Ağayev Novruz Ağa oğlu (1874, Saray/Bakı-24.1.1948, Bakı)
məşhur müsavatçı aydınlardandır. Sövet dönəmində dəfələrlə həbs
edilib. “Neyyir” təxəllüsüylə şeirlər yazıb. Ömrünün son illərində
Azərbaycan EA Ədəbiyyat İnstitutu nəzdindəki əlyazmalar şöbəsində
(sonrakı Respublika Əlyazmalar Fondu) çalışıb.
171
lov Mustafa, şəkili Əbdüləli bəy Əmircanov və b. xaricdə
qəzet və jurnal buraxırlar. O, jurnalın və qəzetin adını dedi,
ancaq mən unutmuşam; deyəsən, “İstiqlal” dedi. O həm də dedi
ki, müsavatçılar mühacirlər arasında iş aparırlar və sovet
hakimiyyətinə qarşı olan bütün siyasi cərəyanların tərəfdar-
larını birləşdirən vahid mərkəz yaradıblar. Bir gün sonra mən
yenə Mədinə xanımın yanına gedərək dedim: “Xalqın qanı
axıdılır, ancaq Siz ona kömək etmək istəmirsiniz”. Bununla
mən təkid edirdim ki, Müsavat təşkilatı Mədinə xanımın
şəxsində sovet hakimiyyətini devirmək məqsədiylə Şəkidəki
üsyan təşkilatına yardım göstərsin. O heç bir kömək edə
bilməyəcəklərini söyləyərək qəti imtina etdi”.
Alicənablığa baxın! Özünün sovet hakimiyyətini
yıxmaq istədiyini boynuna götürür, ancaq Mədinə xanım
Qiyasbəylinin şəxsində bir qadını “NKVD” cəngindən
qurtarmaqçün ondan asılı olan son cəhdi edir – onun
üsyana yardımdan qəti imtina etdiyini söyləyir, ancaq
bilmir ki, müsavatçı qanına susamış bu hakimiyyət
hərisləri onun kitabını çoxdan bağlayıblar!..
Artıq istədiyi ifadəni müttəhimdən qoparmış müstən-
tiq ondan yenə əl çəkmir, yeni-yeni fitnəkar suallar
yağdırır:
“Sual: O, Şəki üsyançı təşkilatına yardımdan
gerçəkdən də “imtina edirdisə” nə məqsədlə Sizin İrandakı
Müsavat təşkilatı ilə əlaqənizi yaratmaq istəyirdi?
Cavab: Bəli, Mədinə xanım bununla bağlı kömək etmək
istəyirdi və etdi də. O, məni həmin adamla – Azərbaycan
müsavatçılarıyla xaricdəki Müsavat mühacirləri arasında
172
əlaqəçi olan Ağayevlə calaşdırdı. Biz – mən və Mədinə xanım
xaricdəki Müavat təşkilatıyla normal əlaqə qurmaq, ondan
tapşırıqlar almaq və sovet hakimiyyətinə qarşı əksinqilabi işi
genişləndirmək məqsədiylə Ağayevlə əlaqəyə girdik.
Sual: Siz Ağayevlə neçə dəfə və hansı şəraitlərdə
görüşmüsünüz?
Cavab: Mən Ağayev’lə 3 dəfə və aşağıdakı şəraitlərdə
görüşmüşəm: birinci dəfə Quba şəhərində 1932, yaxud 1933-cü
ildə. Ağayev Qubada xidməti ezamiyyətdə olarkən Mədinə
xanımın ona verdiyi göstərişlə mənim evimə gəldi. O, özünü
mənə
Məşədi kimi təqdim etdi və Mədinə xanımın təklifiylə
gəldiyini bildirdi. Mənim “xaricdən nə xəbərlər var?” sualıma
(müsavatçıların işini və siaysi mühacirlərin durumunu nəzərdə
tuturdum) Ağayev cavab verdi ki, bu dəfə heç bir xəbər gətirə
bilməmişəm, çünki İrandan çıxmazdan qabaq ozümün müsa-
vatçı yoldaşımı gözləməyə vaxtım olmadı və İrana növbəti
gedişində xəbərlər gətirəcəyinə söz verdi. Biz şərtləşdik ki, mən
yenə əvvəlki kimi Mədinə xanımla əlaqə saxlayım və Bakıya
getməyimə ehtiyac yarananda Ağayev guya müştərim kimi
“Cəmşid” adı altında mənə məktub yazsın.
İkinci dəfə mən 1933-cü ilin qışında Bakıya xidməti işlə-
rimlə bağlı gəldim. Mən Qalada yaşayan köhnə dostum
Mirzəyev Abbasqulu’nun yanına getdim. Həmin vaxt o,
dülgər işləyirdi. Abbasqulu Mirzəyev mənim müsavatçı
əqidədaşımdı və sovet hakimiyyətinə qarşıydı. Onun evində
olduğum zaman özünün köknə dostu adlandırdığı Ağayevi
soruşdum. Mənim xahişimlə Abbasqulu mənimlə birgə
Ağayev
Məşədi Novruz’un yanına getdi. Onun yanında tanımadığım
173
qonaqlar vardı. Çay içəndən sonra
mən
və
Abbasqulu
nabələd
adamların yanı olduğuna görə heç
bir siyasi söhbət etmədən çıxıb
getdik. Getməzdən öncə Abbasqulu
Mirzəyevin evində görüşməyi söz-
ləşdik. Ertəsi günü axşamçağı təx-
minən saat 6-7-də Mirzəyevgilə
getdim, bir azdan Ağayev də gəldi.
İşgüzar söhbətə keçdiyimizdə
mənim siyasi mühacirətin və müsa-
vatçıların
vəziyyəti
haqqında
sualıma cavab olaraq Ağayev məni
Mirzəyev Abbasqulunu siyasi mühacirətin həyatı və işi
haqqında bilgiləndirdi. Sonra o, müsavatçıların xaricdəki başqa
əksinqilabi partiyalarla birləşdiyini söylədi
69
.
Sual: Siz Ağayevdən fərdi şəkildə hansı müsavatçılar
haqqında soruşdunuz?
Cavab: Mən xaricdə yaşayan və mənə bəlli olan aşağıdakı
müsavatçılarla maraqlanaraq onlar haqqında fərdi şəkildə
soruşdum:
Məhəmmədəmin Rəsulzadə (onunla tanışam),
Əmircanov Əbdüləli bəy
70
, Mustafa bəy Vəkilov
71
, Mirzə-
69
Görünür ki, istintaq üçün önəmli olduğuna görə müstəntiq bu
cümlənin sonunda Ə.Qədimova qol çəkdirib.
70
Şəkidə doğulmuş və əski bəy nəslindən olan Əbdüləli bəy Şirəli
bəy oğlu Əmircanov
(1874-1948) görkəmli ictimai-siyasi xadimdir. Çar
dönəmində Rusiyada ali təhsil alıb, Azərbaycan Cümhuriyyəti
zamanı Parlamentin üzvü olub və müxtəlif nazirliklərə başçılıq edib,
Cümhuriyyət yıxıldıqdan sonra Türkiyəyə mühacirət edib və orada
Məhəmmədsadıq
Quluyev
Dostları ilə paylaş: |