Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə40/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   36   37   38   39   40   41   42   43   ...   50

 
158 
misən?O,  mənə  cavab  verdi:  “Sən  həbs  olunmuşdun,  ona  görə 
də müəyyən müddət Sizdən gizli saxlamaq istəyirdik”
65
.  
 
Sual:  Bu,  doğru  deyil.  Nəbibəyov  Sizə  cavab  verib  ki, 
mən üsyançı təşkilatı səndən yalnız ona görə gizlətmişəm 
ki,  sən  də  müsavatçılarla  olan  əlaqələrin  haqqında  mənə 
heç nə danışmamısan. Doğrusunu deyin. 
Cavab:  Bəli,  tamamilə  doğrudur.  Nəbibəyov  mənə  dedi  ki, 
sən də müsavatçılarla əlaqəni məndən gizlətmisən”.   
      ŞƏMKİR VƏ ŞƏKİ ÜSYANLARI  HAQQINDA           
BİR NEÇƏ SÖZ 
İstintaqın gedişini burayadək izləmiş oxucunu 1930-cu 
ildə  ümumən  Azərbaycanda,  o  sıradan  Şəmkirdə  və 
Şəkidə  üsyanların  baş  verməsi  səbəbi  maraqlandıracaq. 
Bütün  Azərbaycanı  bürümüş  həmin  üsyanların  başlıca 
səbəbləri aşağıdakılardır.  
1925-ci  ildə  Azərbaycan  kəndində  təsərrüfatların  54 
faizini  ortabablar,  3  faizini  qolçomaqlar,  qalan  hissəsini 
yoxsullar təşkil edirdi. Kənd təsərrüfatı vergisinin 50 faizi 
həmin  bu  3  faiz  qolçomaq  təsərrüfatlarının  üzərinə 
qoyulmuşdu. Orta illik gəliri 900 manat olan təsərrüfatlar 
1927-ci ildə 245 manat 38 qəpik vergi verirdisə 1928-ci ildə 
verginin  həcmi  332  manat  64  qəpiyə  qaldırıldı.  1931-ci 
ildə  isə  yeni  vergi  qanununa  görə,  varlı  təsərrüfatlar 
gəlirlərinin 70 faizini vergi kimi verməli idi (13, 103). 
                                                 
65
 Cümlə mətndə də belə yanlış qurulub. 


 
159 
1930-cü  ilin  fevralında  Azərbaycan  K(b)P  MK  fərdi 
təsərrüfatlarda olan bütün mal-qaranın, habelə arıçılıq və 
ipəkçiliyin  ictimailəşdirilməsi  haqqında  qərar  qəbul 
etmişdi.  Bu  qərarın  həyata  keçirilməsi  nəticəsində  qısa 
müddətdə  75  min  iş  heyvanı,  100  min  baş  qaramal,  250 
min  baş  qoyun  və  keçi  ictimailəşdirildi.  Fərdi  təsərrüfat-
lara məxsus torpaqlar da kütləvi şəkildə müsadirə edilirdi 
(13,  110).  Yuxarıda  qeyd  olunan  qərarda  qolçomaqların 
icazəsiz,  özbaşına  köçməsi,  əmlaklarını  satması  qadağan 
edildi.  Belə  əmələ  yol verənlərin  əmlakı  dərhal  müsadirə 
edilirdi.  Bu, əslində təhkimçilik hüququnun  yeni  forması 
idi.  Qolçomaqlar  və  ortabab  kəndlilərin  böyük  hissəsi 
Sibirə  və  Orta  Asiyaya  sürgün  edildi.  (Geri  qayıdanları 
çıxmaq  şərtiylə  indinin  özündə  belə  Qazaxıstanda  oraya 
sürgün  edilmiş  100  mindən  artıq  azərbaycanlı  yaşayır) 
(13, 115).   
Kommunist  (bolşeviklər)  partiyasının  5  yanvar  1930-
cu  ildə  qəbul  etdiyi  qərarda  göstərilirdi  ki,  1932-ci  ilin 
yayına  kimi  kütləvi  kollektivləşmə  həyata  keçirilməli  və 
qolçomaqlar bir sinif kimi ləğv edilməlidir.  
Qeyd  edildiyi  kimi,  kolxoz  sistemi  təhkimçiliyin  yeni 
forması  idi.  Kəndli  heç  də  torpağın  sahibi  deyil,  muzdlu 
fəhlə  idi.  Kolxozda  çalışan  kəndliyə  hətta  uzun  müddət 
pasport  belə  verilməmişdi.  Buna  təhkimçilikdən  özgə  ad 
vermək olmazdı (17,  42-43).  
Kütləvi kollektivləşdirmə siyasəti əslində taxıl istehsalı 
və satışı üzərində sovet hökumətinin inhisarçı mövqeyinə 
xidmət edirdi. Daha dəqiq desək bolşevik rejimi həm ölkə 


 
160 
daxilində taxıla olan tələbatı ödəmək, həm də bu məhsulu 
xaricə  satıb  valyuta  ehtiyatı  yaratmaq  üçün  kolxozların 
yaradılması  ideyasını  irəli  sürmüşdü.  Fərdi  kəndli 
təsərrüfatı ilə müqayisədə kolxozlarda əmək məhsuldarlı-
ğının aşağı olması başqa izahata  imkan vermir. Statistika 
rəqəmləri də bunu sübut edir. 
1930-cu  ildə  AK(b)P-nin  X  qurultayında  MK-nın 
birinci  katibi 
N.F.Gikalo  hesabat  məruzəsində  etiraf 
etmişdi  ki,  kollektivləşmə  zamanı  yol  verilən  nöqsan-
lara,  başlıcası  inzibatçılığa  görə  Azərbaycan  Sovet 
İttifaqında birinci yeri tutur (10, 117). 
Kolxoz  quruluşunun  uğursuzluğu  rəsmi  dövlət 
səviyyəsində də etiraf edilmişdi. ÜİK(b)P MK-nın 1939-cü 
ilin  mayında  keçirilmiş  plenumunda  A.A.Andreyev’in 
məruzəsindən aydın oldu ki, kolxozların yaradılmasından 
10  il  keçməsinə  baxmayaraq  nəinki  məhsuldarlıq  artma-
yıb,  əksinə,  azalıb.  Məruzədə  bildirilirdi  ki,  hər  hektarın 
məhsuldarlığı  minimuma  enib,  kolxozlarda  əməkhaqqı 
fondları boşalıb, bir sözlə, kənd təsərrüfatı böhran içində-
dir (10, 123).  
Azərbaycanda 1914-cü ildə 580 min ton buğda istehsal 
edildiyi halda 1940-cı ildə bu göstərici 562,2 min ton olub, 
halbuki həmin dövrdə əhalinin sayı təxminən 1,5 milyon 
artmışdı.  Əhalinin  sayına  uyğun  olaraq  taxıl  istehsalı 
artmaq  əvəzinə  azalmışdı.  Bunu  başqa  kənd  təsərrüfatı 
məhsullarının  əkin  sahələrinin  artırılması  hesabına  taxıl 
əkilən  torpaq  sahələrinin  azaldılmasının  nəticəsi  kimi  də 
şərh  etmək  düzgün  deyil.  Azalma  bütün  sahələrdə 


 
161 
görünməkdədir.  Bu  qıtlıq  1933-cü  ildə  Azərbaycanda 
aclığa səbəb oldu (10, 102).  
Kollektivləşdirmə  dinə  qarşı  mübarizəylə  yanaşı 
aparılırdı.  1929-cu  il  aprel  ayının  9-da  AK(b)P  MK-nın 
plenumu  kənddə  Allahsızlar  Cəmiyyətinin  işini 
gücləndirmək, dinə qarşı mübarizə, çadranın və papağın 
atılması ilə bağlı məsələni müzakirə etdi. 
Əslən  Şəkidən  olan  Mustafa  Quluyev  1928-ci  ildə 
yazırdı:  
“Yarımvəhşi  ərəblərin  adət  və  ənənələrindən  ibarət  olub 
sultanlar  və  xanlar  tərəfindən  təhkimçilik  üsuluna  uyğunlaş-
dırlmış, istifadə edilmiş və istifadə edilməkdə olan islamiyyət və 
şəriət  Azərbaycanın  mədəni  hərəkatı  yolunda  bir  Çin  səddi 
təşkil  edir.  Oktyabr  inqilabı  bu  divarı  deşmiş,  böyük  bir  kalafa 
açmışdır,  ancaq  biz  onu  tamamilə  məhv  etməli,  qəti  qələbə 
yolunu təmizləməliyik”
 (13, 126). 
Bütün deyilənləri yuvarlaqlaşdırsaq belə nəticəyə gələ 
bilərik  ki,  Sovetlər  Birliyində  zorla  aparılan  kollektiv-
ləşmə  əslində  ölkəni  idarə  etməyi  baçarmayan  bolşevik-
lərin  dövlətlilərdən  müsadirə,  daha  doğrusu,  qəsb 
etdikləri  torpaqlar  və  sərvət  hesabına  yoxsulları  da 
birtəhər  dolandırmaq  cəhdiydi.  Əlbəttə,  Allahın  buyur-
duğu yolla, alın təriylə dövlət qazanmış insanlar öz halal 
mal-mülklərini  qaniçən  bir  hakimiyyətə  asanlıqla  təslim 
etmək  niyyətində  deyildilər,  buna  görə  də  Azərbaycanın 
çox  yerində  olduğu  kimi  Şəmkirdə  (Şamxorda)  da  xalq 
kükrəyərək üsyan bayrağı qaldırdı.  


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə