Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə37/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   33   34   35   36   37   38   39   40   ...   50

 
146 
bağlı elə şeylər deyir ki, həmin mətləbləri həmin məhbus-
ların  özləri  çoxdan  boyunlarına  alıb,  ya  artıq  dünyasını 
dəyişmiş  və  mühakimə  olunması  mümkünsüz  insanların 
“günahları”nı  söyləyir,  ya  da  hələ  çöldəki  adamlardan 
danışarkən  onların  siyasətlə  maraqlanmadığı  təsəvvü-
rünü yaratmağa çalışır.  
Millətçilikdə, gizli Müsavat təşkilatına mənsub olmaq-
da, Şəki üsyanının hazırlıq mərhələsində iştirak etməkdə, 
xaricdə 
fəaliyyət 
göstərən 
müsavatçılarla 
əlaqəyə 
girməkdə  ittiham  edilən  Əliabbas  Qədimov,  təbii  ki,  ilk 
növbədə  özünə  də  bəraət  qazandırmaq  istəyir,  bundan 
ötrü  özünü  hətta  ardıcıl  marksist  də  adlandırır,  ancaq  o, 
sadəlövhlüyü  ucbatından  müstəntiqin  tələsinə  düşərək 
müsavatçılarla  bərabər  məsuliyyət  daşıdığını  boynuna 
alır və bu zaman bilmir ki, SSRİ rəhbərliyinin müsavatçı-
ların  ucdantutma  güllələnməsi,  yaxud  gedərgəlməz 
sürgünə göndərilməsi haqqında rəsmi göstərişi var. 
Bu izahatı oxuyaraq burada qeyr-adi heç nə görməyən 
indiki  yurddaşlarımıza,  özəlliklə  gəncliyə  bir  şeyi 
xatırlatmaq  istəyirik  –  1936-1938-ci  illərdə  “NKVD” 
zindanına  düşmüş  dustaqlara  elə  dəhşətli  işgəncələr 
verirdilər  ki,  onlar  nəinki  özgələrin,  hətta  özlərinin 
əleyhinə  ən  ləyaqətsiz  ifadələr  işlədir,  ən  ağlasığmaz 
yalanlar  uydurur,  müstəntiqin  tələb  etdiyi  istənilən 
cümləni,  sözü  yazır,  “sovet  hakimiyyətini  silahlı  üsyan 
yoluyla  devirməyə  çalışan,  bunun  üçün  əksinqilabi  gizli 
təşkilatda  fəaliyyət  gösərən”  “xalq  düşmənləri”nin 
siyahısını  tələb  olunduğu  qədər  genişləndirirdilər.  Bu 


 
147 
izahatda  isə  dediklərimizdən  əsər-əlamət  belə  yoxdur! 
Deməli,  Əliabbas  Qədimov  həbsindən  xeyli  müddət 
keçməsinə 
baxmayaraq 
sındırıla 
bilməyib, 
ŞƏRə 
müqavimət  göstərməyi,  öz  şərəf  və  ləyaqətini  qorumağı 
bacarıb!  Doğrusu,  onun  iradəsinə,  mətinliyinə  heyran 
qalmamaq mümkün deyil.  
“YENİ ŞƏRAİT YARANDIĞINA GÖRƏ...” 
Görünür  ki,  müstəntiqlər  eyni  “cinayət”  üstündə 
tutulmuş bir çoxlarıyla birgə Mədinə xanım Qiyasbəyli və 
Əliabbas  Qədimovu  da  “tezbazar”  dindirib  işi  yekunlaş-
dırmağı  nəzərdə  tutublarmış,  ancaq  onların  gözlənilməz 
müqaviməti  müstəntiqlərin  işini  pozub,  bu  iki  azmanın 
iradəsini sındırmaq üçün əlavə vaxt qazanmaq istəyiblər. 
Aşağıdakı sənəd yalnız bunun üçün tərtib edilib. 
“Təsdiq edirəm” 
Az. XDİK DTİ-nin 4-cü şöbəsi rəisini 
müvəqqəti əvəz edən  
Dövlət Təhlükəsizliyi kapitanı 
(Sinman) 
“16” aprel 1937-ci il   
 
QƏRAR 
Bakı şəhəri, 1937-ci il 15 aprel. Mən, Az.XDİK DTİ-nin 4-
cü  şöbəsi  2-ci  bölməsinin  əməliyyat  müvəkkili,  DT  kiçik 
leytenantı  Sonkin  S.  bu  gün  müttəhimlər  Qədimov  Əliabbas, 
Qiyasbəyova  Mədinə  xanım  və  başqalarına  aid  12288  saylı 
istintaq işini gözdən keçirərək 


 
148 
AŞKAR ETDİM 
ki,  bu  işlə  bağlı  yeni  gizli  “Müsavat”  Mərkəzi  Komitəsinin  və 
onların yaratdığı əksinqilabi qrupların üzvləri məsuluyyətə cəlb 
olunub və onlarla bağlı istintaq yekunlaşıb.  
Müttəhimlər  Qədimov  Əliabbas  və  Qiyasbəyova  Mədinə 
xanımla  bağlı  istintaqın  gedişi  prosesində  onların  Az.  SSR-in 
rayonlarındakı  əksinqilabi  üsyançı  ünsürlərlə  əksinqilabi 
əlaqələrini  göstərən  yeni  şərait  yarandığına  və  bu  da  yeni 
təhqiqat tələb etdiyinə görə 
QƏRARA ALDIM 
Müttəhimlər  Qədimov  Əliabbas  və  Qiyasbəyova  Mədinə 
xanıma  aid  istintaq  materiallarını  12288  saylı  istintaq-həbs 
işinin  materiallarından  ayıraraq  müstəqil  icraata  götürməli  və 
bu  haqda  DTİ  8-ci  şöbəsini  və  XDİK  işlərinə  nəzarət  edən 
prokuroru xəbərdar etməli. 
2-ci şöbənin əməliyyat müvəkkili, DT kiçik leytenantı                   
(Sonkin S.) 
2-ci şöbənin rəisi, DT baş leytenantı                                             
(Atakişiyev). 
Bəli,  Əliabbas  həkim  bundan  sonra  da  düz  4  ay 
“NKVD”  ilə, onun  bir dəstə qaniçən müstəntiqi  ilə kəllə-
kəlləyə  gəldi,  dirəndi,  heç  kəsi  satmadı,  ağzından  bir 
kəlmə artıq söz qaçırmadı, onların istədiklərini gözlərində 
qoydu!  Ancaq  elə  bir  hədd  var  ki,  oradan  o  üzə  insan 
cismi  və  ruhu  tab  gətirə  bilmir,  insanın  iradəsi  sınır. 
Vampir müstəntiqlər sürüsü Əliabbas Qədimovu yalnız 
7  aydan  sonra  sındıra  bildi  –  4  gün-4  gecə  (hələ  rəsmi 


 
149 
protokola  görə!)  ac-susuz,  yuxusuz  saxlamaqla,  normal 
insan  ağlına  sığmayacaq  cəza  üsulları  və  alətləriylə 
işgəncələr  verməklə,  konveyer  üsulu  ilə  (müstəntiqlər 
hər  3-4  saatdan  bir  dəyişir,  dindirmə  fasiləsiz  aparılır) 
dindirməklə!  
Sevimli oxucumuz! Bundan sonra oxuyacaqlarına görə 
1937  müttəhimini  sən  də  ittiham  etsən  həmin 
müstəntiqlərdən  sənin  heç  bir  fərqin  olmayacaq!  Sən 
müstəntiqlərin uydurduğu ssenari əsasında qurulmuş bu 
protokolda    yazılanların  gerçəkliyiniə  inansan  bir  zaman 
vicdanın da səni ittiham edər... 
7-8-9 AVQUST DİNDİRMƏSİ 
“Sual: Bundan öncəki bütün ifadələrinizdə Siz 1930-cu 
ildə  Şəki-Zaqatala  bölgəsində  sovet  hakimiyyətinə  qarşı 
silahlı  üsyanın  hazırlanması  və  təşkilində  fəal  rolunuzu 
inadla  inkar  etmisiniz,  halbuki  istintaq  bunu  müəyyən-
ləşdirib  və  Sizə  bir  sıra  ifşaedici  materiallar  təqdim 
edilib. Siz istintaqa doğru ifadə verməyəcəksinizmi? 
Cavab:    Boynuma  alıram  ki,  indiyədək  istintaqa  yanlış 
ifadələr  vermişəm.  İstintaqa  hər  şeyi  olduğu  kimi  danışmaq 
qərarına gəlmişəm. Boynuma almağa məcburam ki, 1937-ci ildə 
həbs edildiyim anadək mən əksinqilabi millətçi mövqedə dayan-
mışam
62
.
 
                                                 
62
 Bu  cümlələrin  altı  qalın  karandaşla  cızılıb.  Cızanın  “NKVD” 
rəhbərliyi  olduğu  bəllidir.  Onlar  məhbusdan  “1937-ci  ildə  həbs 
edildiyim anadək mən əksinqilabi millətçi mövqedə dayanmışam”
 cümləsini 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə