Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə35/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   31   32   33   34   35   36   37   38   ...   50

 
138 
ğurmur. İstintaq işində bundan sonrakı sənəd iyun ayına 
aiddir.  Deməli,  bu  izahat  yanvar-iyun  ayları  arasında, 
böyük  ehtimalla,  şahidlər  də  dindirildikdən  sonra 
yazdırılıb.  Bu  vaxt,  təbii  ki,  “NKVD”  artıq  ən  sınanmış 
işgəncə üsullarıyla müttəhimi “yola gətirmiş”, onu özünə 
lazım  olan  ifadələri  nəinki  söyləməyə,  hətta  yazmağa 
“razı  salmışdı”.  Burada  da  gözlənilməz,  qeyri-adi  heç  nə 
yoxdur.  Stalinin  baş  memar  olduğu  inkvizisiya  hüquq 
sistemi  qarşısında  bığıburma  marşallar  və  ordu  gene-
ralları, Siyasi Büro üzvləri özlərinin əksinqilabi cinayət 
törətdiklərini  boyunlarına  alıb  güllələnməyə  layiq 
olduqlarını  öz  dilləriylə  bəyan  edirdilərsə  Əliabbas 
Qədimovu  bu  gün  ağzıgöyçəkcəsinə  qınamağa  kim-
sənin  mənəvi  haqqı  yoxdur!  Şəkidə  İspalkom  Ələşrəfin 
gedərgəlməzə  göndərdiyi  insanların  övladları,  nəvə-
nəticələri bizimlə, şübhəsiz, razı olarlar. 
Beləliklə,  baxaq  görək  “NKVD”  mənən  məğlub  ol-
duğu,  ancaq  cismən  qalib  gəldiyi  Əliabbas  Qədimovdan 
nə almağı bacarıb.    
“Antisovet  ifadələrimə  görə  1927-ci  ildə  mən  həbs  edilərək 
yaşadığım  yerdə 3 il iş aldım. Şəkidə cəzamı çəkərkən Özbə-
kistana  göndərilmək  üçün  3-4  aydan  sonra  Bakıya  sürgün 
edildim.  Üsyan  yatırıldıqdan  sonra  Bakıya  gəlmiş  şəkililərdən 
Şabalıdlı Şeyx’in
54
 və Türkiyədən göndərilmiş 4 nəfərin qaldı-
rdığı üsyan haqqında Bakıda eşitdim. Şəkililərin dediyinə görə, 
Türklər bu 4 nəfər vasitəsiylə silah və pul boyun olmuşdular. 
                                                 
54
 Şəkinin  Baş  Şabalıd  kəndindən  olan  Molla  Mustafa  Məhəmməd 
oğlu Şeyxzadə
 nəzərdə tutulur. 


 
139 
Mən  Bakıda  mərhum 
Məhəmməd  bəy  Hüseynbəyov’la 
görüşdüm. O, deyəsən, Şimali Qafqazdan gələrək Şəkidəki xəstə 
qardaşının  yanına  tələsirdi.  O,  mənə  bildirdi  ki,  mənim  məlu-
matıma  görə,  Türklər  Azərbaycanın  əksinqilabçı  partiyalarıyla 
əlbir olaraq ASSR-in müxtəlif bölgələrində üsyan qaldıracaqlar. 
O,  bir  keçmiş  müsavatçı  kimi  məndən  xahiş  etdi  ki,  Müsavat 
təşkilatının rəhbərliyindəki şəxslərdən biri vasitəsiylə bu xəbərin 
gerçək olub-olmadığını yoxlayım.  
Mən  rəsmi  şəxslərdən  kimsəni  tanımırdım,  ancaq  “DPZ”-

55
 dustaq  olarkən  oradakı  müsavatçılardan,  o  cümlədən 
Kərbəlayı  Vəli  Mikayılovdan
56
 dəfələrlə  Mədinə  xanımın 
Müsavatın  mərkəzi  simalarından  biri  olduğunu  eşitmişdim. 
Onun  yanına  getmək üçün heç bir tanışım,  parolum və b.  yox 
idi.  Ancaq  o,  mənim  həyat  yoldaşımın  1925-ci  ildə  bitirdiyi 
                                                 
55
 Rusca «дом предварительного заключения»  (“ilkin dustaqlıq 
evi”)  sözlərinin  qısaltmasıdır.  Bu dustaqxana  indiki Nizami  metrosu 
ilə  üzbəüzdəki  16-mərtəbə  bunanın  arxasında,  Quba  yolundakı  əski 
şirniyyat fabrikinin binasında yerləşirdi. 
56
 Kərbəlayı  Vəli  Mikayılov  1877-ci  ildə  Bakıda  doğulub.  Görkəmli 
ictimai-siyasi  xadimdir.  Müsavat  Partiyasının  qurucularındandır. 
Zaqafqaziya  Seyminin  və  Azərbaycan  Milli  Şurasının  üzvü  (1918), 
Azərbaycan 
Cümhuriyyəti 
(1918-1920) 
dönəmində 
Hökumət 
mətbəəsinin  müdiri  olub.  Sovet  hakimiyyəti  zamanı  Bakıda  42-ci 
məktəbdə  müəllim,  Maarif  Komissarlığının  nəşriyyat  şöbəsində 
ticarət agenti işləyib. Gizli müsavat təşkilatıyla əlaqəsinə görə 1923-cü 
ildə həbs edilib, 25.4.1924-cü ildə 3 illiyə Yaroslavla sürgün edilib (AR 
MTN arxivi, PR-19894).  1928-ci ildə yenidən tutulub və buraxılıb (AR 
MTN arxivi, PR-41457, 4-cü cild). Güney Azərbaycana mühacirət edib 
və müharibə zamanı sovet qoşunları buraya girərəkən kommunistlər 
onu Zəncanda məhv ediblər. 


 
140 
seminariyanın 
direktoru 
idi. 
Qərara  gəldim  ki,  yetirməsinin  əri 
olmasından  istifadə  edərək  onunla 
görüşüm.  Təxminən  aprelin  20-ci 
günlərində  onun  evinə  getdim. 
Məni  hörmətlə  Abbas  əfəndi  kimi 
qarşıladı  və  çaya  qonaq  etdi. 
Deyəsən, otaqda yalnız ikimiz idik. 
Soruşdi ki, Şəkidə necə yaşayırlar? 
Ona  dedim  ki,  mənim  bildiyimə 
görə,  Şəkidə  üsyan  gedir  və  ondan 
Müsavat  partiyasının  buradakı 
rolunu  soruşdum.  Mədinə  xanım 
cavab  verdi:  “Heç  bir  rolu  yoxdur;  bu,  başdan-ayağa 
provokasiyadır”. Elə hiss etdim ki, o, mənə inanır.  
Mən çıxıb  getdim, ancaq  bir  gün sonra  yenə onun  yanına 
qayıdıb sorğumu təkrarladım və “doğrudanmı məhv olan xalqa 
kömək  etmək  istəmirsiniz?”-  deyə  əlavə  etdim.  O,  qəti  şəkildə 
“yox” deyərək imtina etdi.  
Mən ondan xariclə əlaqəsinin olub-olmadığını soruşdum. O, 
müsbət  cavab  verərək  Çəyirtkə  təşkilatının
57
 bir  iştirakçısı 
vasitəsilə  İranla  əlaqə  saxlayır.  O,  məni  həmin  şəxslə 
calaşdırmağa söz verdi, ancaq o, bu vaxt Bakıda olmadı.  
Şəkiyə  Türkiyədən  gəlmiş  4  şəxsin  rolunu  aydınlaşdırmaq 
üçün mən  Mədinə xanımdan Türkiyə ilə əlaqələrini soruşdum. 
O,  əlaqələrin  olduğunu  bildirdi  və  soruşdu  ki,  bu,  Sizin  nəyi-
nizə  gərəkdir?  Cavab  verdim  ki,  oraya  getməyim  pis  olmazdı. 
                                                 
57
 Çəyirtkə ilə mübarizə təşkilatı nəzərdə tutulur. 
 
Kərbəlayı Vəli Mikayılov 


 
141 
Ancaq  Şəkidən  gələnlərin  hamısının  dönə-dönə  danışdığı  4 
nəfər haqqında mən ona heç nə demədim. 
Şəkililərdən  öyrəndim  ki,  üsyandan  öncəki  son  ayı  Bakıda 
yaşamış 
Bəhram  bəy  Əlicanbəyov  aprelin  20-ci  günlərində 
burada, onun qardaşı 
Mustafa  Əlicanbəyov isə Tiflisdə həbs 
olunublar.  
Mən  Mədinə  xanımın  dediklərini  rəhmətlik  Hüseynbəyova 
çatdırdım  ki,  üsyan  başdan-ayağa  provokasiyadır.  Bundan 
sonra  o,  Şəkiyə  yola  düşdü.  Həbs  edildiyim  günədək  bir  daha 
Mədinə Qiyasbəyovanın yanında olmadım. Yaxşı xatırlamıram, 
iki,  ya  üç  il  sonra  Qubada  qəbuluma  bir  qoca  kişi  gələrək  onu 
Mədinə  xanımın  göndərdiyini  və  İranla  əlaqə  yaradan  həmin 
şəxs  olduğunu  dedi.  Mən  ondan  xaricdən  nə  kimi  xəbərlər 
olduğunu  soruşdum.  O,  öz  adamını  gözləmədən  İrandan 
çıxdığıını və növbəti səfərində məlumat gətirə biləcəyini söylədi. 
Bu  Torpaq  Komissarlığı  qulluqçusu  özünün  xidməti  işləriylə 
bağlı gəlmişdi. 
1933-cü  ildə  mən  həkim  kimi  bir  evə  guya  xəstə  üstünə 
çağırılmışdım. Orada keçmiş ağ zabit kimi 1927-1929-cu illərdə 
“DPZ”-də  və  Bayıl  türməsində  yatmış 
Heydər  bəy  Məhəm-
mədbəyov’la  rastlaşdım.  O,  Qubada  Müsavat  ideyalarını 
təbliğ  etməyi  mənə  “rəsmən”  təklif  etdi.  Onun  təklifindən  qəti 
şəkildə  imtina  edərək  bildirdim  ki,  siyasi  əqidəcə  müsavatçı 
deyiləm.  1935-ci  ildə  mən  yenə  də  həmin  Heydər  bəy  Məhəm-
mədbəyovun yanına dəvət olundum, ancaq bu dəfə o, həqiqətən 
xəstə idi və aramızda heç bir siyasi söhbət olmadı. Onu bir daha 
görmədim.  


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə