Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə36/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   32   33   34   35   36   37   38   39   ...   50

 
142 
Qubada  istər  kəndlərdə,  istərsə  də  şəhərdə  əhalinin  bütün 
zümrələriylə  geniş  təmasda  olmağıma  baxmayaraq  əksinqilabi 
fəaliyyət  göstərməmişəm.  Nəinki  özüm  əksinqilabi  iş  aparma-
mışam,  hətta  onun  mövcudluğunu  bilməmişəm,  indi  də 
bilmirəm.  
Əmsar kəndindən milliyyətcə ləzgi, adı deyəsən 
Xıdır olan 
müəllimin  həbs  olunduğunu  eşitmişdim.  Evimizdə  yoldaşımı 
öyrədən  müəllim 
Rəfizadə’nin  də  tutulduğunu sonra  eşitdim.  
Onunla  əksinqilabi  mövzuda  heç  bir  söhbət  etməmişəm  və  onu 
komsomolçu  kimi  tanımışam.  Yalnız  bir  dəfə  o,  yoldaşlarından 
danışarkən ağzından qaçırdı ki, onlardan biri tutulub və həmin 
tutulan  onun  yaxın  yoldaşıdır.  Həkim  Arutyunovun  dəfnində 
yalnız  ideoloji  baxımdan  çiy  “Quba  bir  daha  belə  yaxşı  həkim 
görməyəcək” ifadəsini işlətmişəm.  
Qubada  yanıma 
Mir  Müin
58
 adlı  birisi  gəlmişdi. 
Sürgündən  qayıtmışdı.  Dediyinə  görə,  ona  Bakını  tərk  etmək 
təklif  olunub
59
,  o  da  əski  qubalı  kimi  Qubanı  seçib.  Məndən 
xahiş  etdi  ki,  işləmək  üçün  onu  hər  hansı  bir  təşkilata  təqdim 
edim. Mən də onu 
Sədulla Məhərrəmovun yanına göndərdim, 
ancaq o, iş verməkdən imtina etdi. Tezliklə Mir Müin Qubadan 
getdi,  mən  onu  bir  daha  görmədim.  Onunla  cəmi  iki  dəfə 
görüşmüşəm: birinci dəfə evimdə, ikinci dəfə isə küçədə. 
                                                 
58
 Mir  Müin  Niyazi  (?,  Quba-1967,  Bakı)  –  müəllim.  Xalq  Maarif 
komissarlığının  Təzəpirdəki  azmüddətli  pedaqoji  kursunda  işləyib 
(8.1.1921-ci  ildən).  Müsavatçılıq  üstündə  1927-ci  ildə  sürgünə 
göndərilib, 1937-ci ildə yenidən 10 illiyə sürgün edilib. 
59
 O  zaman  “antisovet  ünsürlərə”  iri  şəhərlərdə  yaşamağa  icazə 
verilmirdi. 


 
143 
Qubada bəzən həkim kimi, bəzən də yaxşı tanış kimi tez-tez 
Sadulla Məhərrəmovun evində olmuşam. Bu, yeganə ailə idi ki, 
mən  oraya  ailəmlə  gedirdim.  Onunla  mən  “İzvestiya”, 
“Pravda”  qəzetlərində  dərc  olunan  xarici  təhlükə  haqqında 
məqalələrlə bağlı fikir mübadiləsi aparırdım. Dostluğumuzun  7 
ilində mən ondan antisovet heç nə eşitməmişəm. 
Baba  Qəbulov’u 1920-ci ildən tanıyıram. O, Parlamentdə 
Müsavatı deyil, “Əhrar” partiyasını təmsil edirdi. 1920-ci ildə 
antisovet  ovqatda  olsa  da  onun  hansısa  gizli  təşkilatın  üzvü 
olduğunu  bilməmişəm  və  bu  günədək  də  bilmirəm. 
Qaxda 
üsyan  başlayarkən  o,  Sovet  hökumətinin  mövqeyini  mü-
dafiə  etmişdir.  Qulluq  işləriylə  bağlı  Qubaya  gəldiyi  zaman 
mən onu nahara dəvət etmişdim. Nahar zamanı əsasən 27-29-cu 
illərdə  yaşadıqlarımızdan
60
söhbət  etdik.  İş  heyvanlarının,  kənd 
təsərrüfatı  alətlərinin  və  b.  lazımınca  olmaması  ucbatından 
kolxozlarda  yaranan  kasıblıqdan  danışdıq.  Torpaq  əldə  etmiş 
kəndlilərin  narazılığının  səbəblərindən  söz  açdıq,  torpağını 
itirmiş kəndlilərin (qolçomaqların) isə narazılığından danışmaq 
artıqdır. Baba Qəbulovun indi hansı əqidədə olmasını bilmirəm. 
Onun hansısa əksinqilabi təşkilata mənsub olması barədə də heç 
nə  bilmirəm.  Ancaq  bilirəm  ki,  keçmişdə  Parlament  üzvü 
olduğuna  görə  Göyçayda  (?)
61
 işdən  çıxarılmışdı.  Bunu 
özündən eşitmişəm. 
                                                 
60
 Dustaqlıq həyatını nəzərdə tutur. 
61
 Ə.Qədimov Baba bəyin işdən çıxarıldığı yeri dəqiq bilmədiyinə 
görə  “Göyçay”ın  qarşısında  sual  işarəsi  qoyub.  B.Qəbulzadə 
Göyçayda işləməyib; onu Şəkidə işdən çıxarmışdılar. 


 
144 
 
Fərrux  Əfəndiyevlə  lap  yeni-
yetmə  yaşlarımdan  tanışam.  1907-
ci  ildə  Bakıda  onların  dərzi  düka-
nında  gizlənmişdim.  Mən  Fərruxu 
müəyyən  əqidəsi  olmayan  adam 
kimi,  yeyib-içməyi,  deyib-gülməyi 
sevən birisi kimi tanıyıram. Son 7-8 
ildə  onunla  nadir  hallarda  görüş-
müşük  və  bu  vaxt    siyasi  mövzuda 
heç  bir  söhbət  etməmişik,  şəxsən 
mən  xatırlamıram.  Üsyana  qədərki 
bütün  3-4  ayda  onu  Şəkidə  görmə-
mişəm. 
Qubada  mənimlə  qonşu  olan 
Məşədi  Xalıq  haqqında  iki 
kəlmə.  Mən  onun,  demək  olar  ki,  bütün  ailəsini  müalicə 
etmişəm. O, AK(b)P-nin birinci katibi 
Mircəfər Bağırovun ən 
yaxın qohumlarındandır. O və başqa qohumları bununla xüsusi 
fəxr  edirdilər.  O,  ayda  1-2  dəfə  yanıma  gələrək  radioya  qulaq 
asırdı və demək olar ki, hər gün mənə bir qulluqda bulunurdu; 
məsələn,  bizə  ucuz  ərzaq,  odun,  saman  alırdı.  Xəstə  adam  idi. 
Ailəsinin qayğılarından, sağlamlığından başqa kənar məsələlər-
lə az maraqlanırdı. 
Şahmərdanovu  tanımıram.  (Qusarda  Şahmerdinov 
Bəkiri tanıyıram). 
Sonda  ən  qəti  şəkildə  bildirirəm:  mən  müsavatçılarla  birgə 
fəaliyyət  üstündə  ifşa  olunuram  (siyasi  əqidəcə  mən  heç  vaxt 
müsavatçı olmamışam), 
1918-ci ilin sonundan 28 aprel 1920-
 
 
Fərrux Əfəndizadə 


 
145 
ci ilədək olan dövrdə Şəki müsavatçılar qrupu ilə birlikdə 
mən  də  bu  fəaliyyətə  görə  bütün  məsuliyyəti  daşıyıram. 
(Müstəntiqin diktəsi altında yazıldığı şübhə doğurmayan 
bu cümlə artıq Ə.Qədimova güllələnmə hökmü çıxarmaq 
üçün  yetərlidir!  Bundan  sonra  onun  özünə  bəraət 
qazandırmaqdan  ötrü  yazacaqlarının  daha  heç  bir  önəmi 
yoxdur! – Müəl.).  
1920-ci  ildə  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  heç  bir 
gizli  təşkilatın  üzvü  olmamışam.  1921-1927-ci  illərdə  tez-tez 
ümumi  yığıncaqlarda,  mitinqlərdə  çıxışlar  etmişəm.  Ola  bilsin 
ki, belə çıxışlar zamanı  antisovet ifadələr də işlətmişəm.  Ancaq 
Molla  Qafarın  mənimlə  üzləşdirmədə  dedikləri,  çox  güman  ki, 
indi  partiyadan  çıxarılmış 
Balacayev  Şirin’in,  Dibir  Nəsi-
bov’un və İmaməli Axundov’un dedikləri, əlbəttə, yalandır.  
Bu illər ərzində məndə millətçiliyə meyl olubmu? Bəli, olub. 
Eserlik  əsasları  üzərində  qurulmuş  ideologiyadan  dərhal 
ayrılmamışam.  Ancaq  fəaliyyətimin  Quba  dönəmində  qəti  və 
dönməz şəkildə inqilabçı, yəni marksist baxışlara yiyələnmişəm, 
Sovet hökumətinə zərər vuracaq heç bir əmələ yol verməmişəm, 
sovet həkimi kimi əlimdən gələni etmişəm. 
Vətəndaş 
Heydər  bəy  Məhəmmədbəyov  (Səfərəlibəyov) 
Dəvəçidəndir,  əski  çar  ordusunun  zabitidir,  1927-1929-cu 
illərdə mənimlə birgə “DPZ”-də və Bayılda yatıb. 
Ə.Qədimov”.  
Qısaltmadan  verdiyimiz  bu  sənəddən  göründüyü 
kimi,  Əliabbas  Qədimov,  hər  şeydən  öncə,  müstəntiqin 
tələbiylə  adını  çəkməyə  məcbur  olduğu  adamları  var 
gücüylə qorumağa çalışır, ya artıq həbsdə olan adamlarla 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə