Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə39/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   35   36   37   38   39   40   41   42   ...   50

 
154 
vaxtım olmayıb və gələn dəfəki gedişimdə məlumatlar gətirməyə 
çalışacağam.  
Sual:  Sovet  hökuməti  əleyhinə  üsyan  hazırlanması 
haqqında Sizə bilgi verən şəkililərin adlarını söyləyin. 
Cavab:  Şəki  üsyanı  haqqında  mənə  məlumat  verən  bu 
şəkililəri xatırlayıram: 
1)  Məhəmməd  bəy  Hüseynbəyov  –  haqqında  yuxarıda 
danışdım; 
2)  Seyid  Vəliyev  –  şəkilidir;  indi  Şəkidə,  ya  da  Balakəndə 
olmalıdır;  keçmiş  ticarətçidir;  1935  və  1935-ci  illərdə
63
 
Azərticarətdə satıcı işləyib; 
3) Molla Əhməd – ona “Dodulu” deyirlər, Şəki rayonunun 
Dodu  kəndindəndir;  keçmiş  ticarətçidir;  1930-cu  ildə  Şəkidə 
üsyan  olmazdan  qabaq  Bakıdaydı  və  ticarətlə  məşğuldu,  indi, 
deyəsən, Orta Asiyanın hansısa respiblikasındadır, ola bilsin ki, 
bəlkə  də  Şəkidədir  –  dəqiq  bilmirəm.  Qalanlarını  yadıma  sala 
bilmirəm.  Onlardan  mənə  ən  etibarlısı  və  qiymətlisi  Hüseyn-
bəyov idi. 
Sual:  Yuxarıda  adlarını  çəkdiyiniz  adamlar  Şəki-
Zaqatala bölgəsində sovet hakimiyyətinə qarşı silahlı üs-
yan  hazırlanması  haqqında  Sizə  harada  məlumat 
vermişdilər? 
Cavab:  Onlar  mənə  üsyana  hazırlıqdan  yox,  üsyan 
yatırıldıqdan sonra danışmışdılar. 
Sual:  Onda  üsyan  yatırılandan  sonra  üsyançılara, 
özünüzün  dediyi  kimi,  “ölməkdə  olan  xalqa”  yardım 
                                                 
63
 Mətnin özündə müstəntiq tarixi belə yanlış yazıb. 


 
155 
göstərmək xahişiylə  Mədinə xanıma müraciət etməyin nə 
mənası vardı? 
Cavab:  Mən  Mədinə  xanıma  müraciət  edəndə  Şəki 
rayonunda  üsyan  hələ  tam  yatırılmamışdı  və  Mədinə  xanıma 
Müsavatın  mərkəzi  şəxslərindən  biri  kimi  müraciət  etməkdə 
məqsədim  Müsavat təşkilatının bu üsyandakı rolunu aydınlaş-
dıqmaq idi. 
Sual: Deməli, Siz bu üsyanın başçılarından biriydiniz? 
Cavab: Yox, mən üsyanın rəhbəri olmamışam.  
Sual: Siz  protokolun  başlanğıcında  bildirmişdiniz  ki, 
istintaqa  doğru  ifadələr  verəcəyəm,  ancaq  yenə  də  istin-
taqı  aldatmağa  çalışmaqda  davam  edirsiniz.  Üsyanın 
başçısı  “deyildinizsə”  onda  niyə  Mədinə  xanımdan 
üsyançılara  –  “ölməkdə  olan  xalqa”  yardım  göstəril-
məsini xahiş edirdiniz? 
Cavab:  Boynuma  alıram  ki,  Mədinə  xanıma  Müsavatın 
mərkəzi  şəxslərindən  biri  kimi  müraciət  etməkdə  məqsədim 
sovet  hakimiyyətinə  qarşı  mübarizənin,  yəni  sovet  hakimiy-
yətinə  qarşı  silahlı  üsyanın  güclənməsi  üçün  Müsavat 
təşkilatından  yardım  almaq  olub.  Mən  Şəki-Zaqatala  üsyanına 
görə mənəvi-siyasi məsuliyyət daşıyıram. 
Sual:  Siz  düzgün  və  səmimi  ifadə  verməkdən  yayınır-
sınız.  İstintaq  dəqiq  müəyyənləşdirib  ki,  Siz  elə  sovet 
hakimiyyətinə  qarşı  silahlı  üsyana  hazırlıq  anında 
silahlı  üsyanın  başçısı  Nəbibəyovdan  aldığınız  [tap-
şırığa]  əsasən  Bakıdakı  gizli  Müsavat  təşkilatı 
vasitəsiylə  xaricdəki  Müsavat  təşkilatlarıyla  əlaqələr 


 
156 
yaratmaq  məqsədiylə  Şəkidən  Bakıya  gəlmisiniz.  Doğru-
sunu deyin. 
Cavab:  Mən  yalnız  həqiqəti  danışmağı  qərara  aldım; 
sovet  hakimiyyətinə  bütünlüklə  təslim  oluram.  Boynuma 
alıram ki, 1930-cu ildə Şəki-Zaqatala bölgəsində sovet hakimiy-
yətinə  qarşı  silahlı  üsyan  hazırlanan  vaxt  mən Şəkidən  Bakıya 
üsyançı  təşkilatın  başçısı 
Bəhram  Nəbibəyov’un  xüsusi 
tapşırığına  əsasən  gəlmişdim.  Sovet  hakimiyyətinə  qarşı  silahlı 
üsyana  hazırlıqda  mənim  iştirakım  bu  cürdür:  Cəzamı  çəkdik-
dən  sonra  Şəkidəydim.  1930-cu  ildə  Şamxor  hadisələrindən 
sonra yanıma 
Vəliyev Seyid adlı bir Şəki şəhər sakini gəldi. O, 
mənə yaxşı münasibət bəsləyirdi və məni keçmiş fəal müsavatçı 
kimi tanıyırdı. Panislamçı əhval-ruhiyyəli Vəliyev mənə bildirdi 
ki, Şamxor hadisələrindən sonra şəkililər çox qəzəblidir, 
Manaf 
yüzbaşı  (sovet  hakimiyyəti  orqanları  güllələyib)  bazarda  açıq 
şəkildə camaatı sovet hakimiyyətinə qarşı mübarizəyə çağırıb və 
Türkiyədən  2  Türkün  gələrək  Şəkinin  Yuxarı  baş  hissəsinə 
düşdüyünü xəbər verib. Vəliyev Seyid onu da onu da bildirdi ki, 
Türkiyə  Azərbaycanda  sovet  hakimiyyətini  devirmək  üçün 
Azərbaycanın  əksinqilabçı  təşkilatlarıyla  birgə  silahlı  üsyan 
təşkil edir və sovet hakimiyyətinə qarşı üsyan edənlərə silah və 
para  ilə  yardım  göstərməyə  söz  verib.  Vəliyev  Seyidin 
dediklərindən mənə o da bəlli oldu ki, sovet hakimiyyətinə qarşı 
silahlı  üsyan  hazırlamaq  məsləsiylə  bağlı  Türkiyədən  gəlmiş 
həmin  2  şəxs  Yuxarıbaşlı  bir  neçə  adamla,  o  sıradan 
Nur-


 
157 
məhəmməd  əfəndi’ylə
64
 (o,  sürgün  edilib)  görüşərək  söhbət 
edib. Vəliyevin dediyi başqa adamların adı yadımda qalmayıb.  
Vəliyevin bu xəbərinə mən inamsızlıqla yanaşdım, bildirdim 
ki,  Şamxor  hadisələri  və  Manaf  yüzbaşının  açıq  çağırışları 
bütün  bunların  fitnəkarlıq  (provokasiya)  olduğunu  güman 
etməyimə  əsas  verir.  Vəliyev  Seyidin  dediklərinin  həqiqətə  nə 
qədər  uyğun  olduğunu  öyrənmək  məqsədiylə  əksinqilabçı 
millətçi kimi tanıdığım Nəbibəyov Bəhram bəyə müraciət etdim. 
Nəbibəyovdan  soruşdum  ki,  sovet  hakimiyyətinə  qarşı  silahlı 
üsyan hazırlamaq üçün doğrudanmı Türkiyədən adamlar gəlib, 
o da müsbət cavab verdi. Mən incidiyimi Nəbibəyova bildirərək 
ondan  soruşdum  ki,  bəs  niyə  bu  haqda  məni  xəbərdar  etmə-
                                                 
64
 Nurməhəmməd  əfəndi  İmamzadə  1869-cu  ildə  Şəkinin  Qışlaq 
məhəlləsində  doğulub.  Böyük  alim,  din  xadimi  Əbdülqəni  Nuxəvi 
Xalisəqarızadə
’nin nəvəsidir. Erkən yaşlarından özünü ruhani həyatına 
hazırlamışdı.  Yeniyetmə  ikən  ilahiyyatın  sirlərinə  bələd  olmaq  üçün 
Türkiyəyə gedib, Bursa və Konya şəhərlərində mükəmməl təhsil alıb. 
Oxumaqda  seçildiyinə  görə  Misrə  göndərilib,  burada  əl-Əzhər 
Universitetində təhsilini davam etdirib. 
Şəkiyə  qayıtdıqdan  sonra  Nurməhəmməd  əfəndinin  həyatında 
yeni bir mərhələ başlanıb. O, Cümə məscidinin imamı seçilib, burada 
əmisi  oğlu  Əhmədnəbi əfəndi’ylə  birlikdə  dini  fəaliyyət  göstərib.  Eyni 
zamanda  elmi  yaradıcılıqla  məşğul  olub,  mədrəsədə  dərs  deyib. 
Onun  qələmindən  ərəb,  fars  dillərinə,  fəlsəfəyə,  şəriətə  dair  çoxsaylı 
əsərlər çıxıb.  
Nurməhəmməd  əfəndinin  “Əfqanıstan  tarixi”ni  farscadan 
Azərbaycan türkcəsinə çevirməsi elmi fəaliyyətinin, maraq dairəsinin 
genişliyindən  xəbər  verir.  Belə  işıqlı  zəka  sahibi  bolşevik  rejiminin 
təqibləri  şəraitində  psixoloji  sıxıntılar  içərisində  yaşayaraq  1930-cu 
ildə Allahın dərgahına qovuşub (18, 82-83). 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə