185
11)
Müci Ramazan – zaqatalalı, 12) Əhməd bəy – soyadını
xatırlamıram, o vaxt kooperativdə işləyirdi, 13)
Məhəmməd
Vahab oğlu – ticarətçi, şəkili, ancaq Zaqatalada yaşayır, 14)
Əlibala Salamov – ölüb, 15) Əliəkbər Salamov- zərgər
(Zərgər Əliəkbər), 16)
Musa və Abbas Əsgərovlar – şəkililər,
o zaman Zaqatalada yaşayırdılar.
Sual: Bu təşkilatın məqsəd və vəzifələrini açıqlayın.
Cavab: Yuxarıda dediyim kimi, bu təşkilat əksinqilabi
millətçi mövqedə dururdu. Biz bu işləri aparırdıq:
1) əksinqilabi millətçilik, yəni Turan millətinin vahidliyi
“ideya”sını yayğınlaşdırmaq;
2) Turan xalqlarının bütün dillərindən daha mədəni
saydığımız Türk dilini yayğınlaşdırmaq;
3) Türk şair və yazıçılarından
Tofiq Fikrət, Məhəmməd
əmin [Yurdaqul], Hamid Əbdülhəqq, Rza Tofiq və
başqalarının ideyalarını yaymaq. Boynuma alıram ki, bizim
bütün əksinqilabi millətçi işimiz ÜİK(b)P və sovet hakimiy-
yətinin milli siyasətinə, proletar ədəbiyyatı və yaradıcılığına
qarşı yönəldilmişdi və onlara qarşı pantürkizm “ideya”sı
qoyulmuşdu. Mən –
Qədimov Abbasqulu, Baba Qəbulov,
Qazızadə Nurulla əfəndi, Rəcəbli Əhməd, Əhməd
Bərbərlinski məsciddə, məktəblərdə, bazarda ayrı-ayrı dükan-
larda, guya qonaqlıq məclislərində Turan millətlərinin birliyi
uğrunda çıxış edirdik. Məktəblərdə təbliğat apararkən gəncləri
əskinqilabi millətçi ruhda tərbiyələndirmək istəyirdik”.
Oxucumuz diqqətli olsun – müttəhim özünü
“Əliabbas” yox, “Abbasqulu” adlandırır! Nə qədər
gülüncdür! Doğrudanmı o, öz adını unudub?! Əlbəttə,
186
yox. Bu, müstəntiqin saxtakarlığına başqa bir sübutdur.
Ə.Qədimov bu protokolu oxumuş olsaydı, yaxud
dinləsəydi hökmən öz adını düzəldərdi; deməli, bu
protokolun məzmunundan o, xəbərsizdir.
“Sual: Bu əksinqilabi millətçi təşkilatın üzvlərindən
kimlər hələ üzə çıxarılmayıb və repressiya olunmayıb?
Cavab: Təşkilatın tərkibindəki bu adamlar repressiya
olunmayıb:
Rəcəbli Əhməd, İsa Kazımov, Musa Əsgərov,
Abbas Əsgərov.
Sual: Boynunuza alırsınızmı ki, 1927-ci ildə gizli
əksinqilabi millətçi təşkilatı yaratmaq üstündə həbs
edildiyiniz zaman “Türk mühibbi” təşkilatını və həmin
təşkilatın üzvlərini istintaqdan gizlətmisiniz?
Cavab: Bəli, boynuma alıram ki, 1927-ci ildə bu təşkilat
üstündə həbs olunduğum zaman dindirmələrdə təşkilatın möv-
cudluğunu inkar etdim və sırf əksinqilabi məqsədlə istintaqa
həmin əksinqilabi millətçi təşkilatın üzvlərinin adlarını
demədim.
Sual: 1929-ci ildə cəzanızı çəkib qurtardıqdan sonrakı
əksinqilabi işiniz haqqında ifadələrinizi davam etdirin.
Cavab: Cəzamı çəkdikdən sonra mən Şəkidəydim. Burada
Baba Qəbulov, Əfəndiyev Fərrux, Əliəkbər Salamov, Əh-
məd Rəcəbli, Abbasqulu Mirzəyev və başqaları ilə əksinqilabi
əlaqəmizi bərpa etdim. Şəki-Zaqatala bölgəsində sovet hakimiy-
yətinə qarşı silahlı çıxışlara hazırlıq vaxtı mən üsyançı hərəkat
təşkilatları və iştirakçılarından
Nəbibəyov Bəhram bəy, Seyid
Vəliyev, Qəbulov Baba ilə əlaqə saxladım, üsyançı hərəkatın
təşkilatçılarından biri kimi Nəbibəyovun tapşırığına əsasən
187
Bakıya getdim ki, sovet hakimiyyətinə qarşı üsyan hərəkatına
Müsavatın xarici bürosundan yardım almaq üçün Müsavatın
başlıca şəxslərindən olan
Mədinə xanım’ın şəxsində Bakı
müsavatçılarının gizli təşkilatı ilə əlaqə və rabitə yaradım.
Bu məqsədlə
Qiyasbəyova Mədinə xanım’ın yardımı ilə
Bakıda yerləşən müsavatçılarla Müsavatın xarici bürosu
arasında əlaqəçi olan müsavatçı
Ağayev Novruz’la əlaqə
yaratdım və onunla üç görüşüm oldu. Ağayevlə görüşlər
zamanı Müsavatın xarici bürosunun işi haqqında məlumat
aldım və ona da Ağayev vasitəsi ilə Az.SSR-in rayonlarının
vəziyyəti haqqında mənfi və böhtançı ruhda məlumat verdim.
Həm Mədinə xanımdan, həm də Ağayev Novruzdan əksinqilabi
müsavatçı işin bundan sonra da genişləndirilməsi haqqında
əksinqilabi müsavatçı göstərişlər və Az.SSR-in rayonlarındakı
vəziyyətin, Az.SSR-in rayonlarındakı köhnə müsavatçı
kadrların müəyyənləşdirilməsi zərurəti haqqında tapşırıqlar
aldım. Bu tapşırıqları Müsavatın xarici bürosu üçün yerinə
yetirməli idim və qismən də yerinə yetirdim.
Sual: Qiyasbəyli Mədinə xanımın və Ağayev
Novruzun şəxsində əksinqilabi Müsavat təşkilatı ilə
əlaqəniz və onlardan tapşırıq almağınız hansı ildə olub?
Cavab: Bütün bunlar 1930, 31, 32 və 1933-cü illərdə baş
verib.
Sual: 1933-cü ildən sonrakı əskinqilabi fəaliyyətiniz
haqqında ifadələrinizə davam edin.
Cavab: 1933-cü ildə Ağayevlə son görüşümdə o, yuxarıda
dediyim kimi, mənə Müsavatın xarici bürosunun göstərişlərinə
uyğun bir sıra əksinqilabi müsavatçı tapşırıqlar verdi.
188
Müsavatın xarici bürosundan Ağayev vasitəsilə aldığım
göstərişlərin mahiyyəti bunlardır:
1) Quba qəzasındakı xüsusən nüfuzlu bütün köhnə
müsavatçıları müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq,
onları işə düzəltməyə çalışmaq.
2) Sürgündən qayıdan müsavatçıları və başqa antisovet
görüşlü şəxsləri imkan daxilində işə düzəltmək.
3) Yeni müsavatçı kadrlar hazırlamaq məqsədiylə gəncləri
əksinqilabi millətçi ruhda tərbiyə etmək üçün gənclər arasında
iş aparmaq.
4) Kəndlilər arasında antisovet əhval-ruhiyyəli şəxsləri
müəyyənləşdirmək üçün kəndlilərin əhval-ruhiyyəsini öyrən-
mək.
Sual: İstintaqa bildirin görək bu göstərişləri
gerçəkləşdirmək üçün Siz hansı əməli işlər görmüsünüz?
Cavab: Qubada həbs olunduğum anadək aşağıdakı işləri
görmüşəm.
Bir həkim kimi evlərə xəstələrin yanına getməyimdən
istifadə edərək ziyalıların və kəndlilərin əhval-ruhiyyəsini
öyrənmişəm. Əksinqilabi əhval-ruhiyyəli bu şəxsləri müəy-
yənləşdirərək onlarla əlaqə saxlamışam: 1.
Əliabbas,
yanılmıramsa
Əlizadə – qubalı, vəkillər kollegiyasının üzvü,
keçmiş şəhər başçısı; 2.
Mirzəəli Behbudov – şuşalıdır,
Şuşanın məşhur bəylərindəndir, Qubada vəkillər kollegiyasının
üzvü idi, bir müddət, deyəsən, hansısa rayonda “ÇK”
orqanlarında işləyib; 3.
Molla Əhməd əfəndi – Quba
şəhərinin sakini, sünni camaatı arasında çox nüfuzlu bir
şəxsiyyət; doğrudur, Quba şəhərində şayiələr gəzirdi ki, o,
Dostları ilə paylaş: |