Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə34/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   30   31   32   33   34   35   36   37   ...   50

 
134 
Şəki şəhər camaatını məscidə yığaraq (indi orada 10-illik 
məktəb  yerləşir)  və  könüllülər  toplamaq  üçün  təşviqat 
apardılar. Abbas əfəndi çıxış edərək belə deyirdi: “Mən əsl 
müsavatçı  kimi  çıxış  edirəm”  və  s.,  könüllü  yazılmağı 
təklif edirdi. 
Sovetləşmədən  sonra  Qədimov  Abbas  əfəndi  hansı  yollasa 
partiyaya soxuldu, ancaq hər halda Xüsusi Şöbə onu həbs etdi, 
sonra kiminsə işə qarışması ilə azad olundu. 
1921-ci  ildə  indiki  Zaqafqaziya  MİK
50
 sədri 
Musabəyov 
yol.  sovetlərin  yenidən  seçilməsi  üçün  Şəkiyə  gəldi,  onda 
Qədimov  Abbas  əfəndi  çox  çalışdı  ki,  onu  seçsinlər,  ancaq 
ümumi yığıncaqda onu müsavatçı kimi ifşa etdilər. 
Heç zaman mənim yanımda elə bir hal olmayıb ki, hətta çar 
dövründə  də  Qədimovu  görəndə  jandarmlar  özlərini  itirsin. 
Bunların hamısı yalan və uydurmadır. Mən bunu Abiddən eşit-
mişəm. Onun haqqında daha geniş məlumatı 
Abid  Əfəndiyev 
verə bilər, çünki onu hələ çar dönəmindən həm Şəkidən, həm də 
Zakaspi  diyarından
51
 
 
tanıyır;  Abidin  qardaşı 
Vahid 
Əfəndiyev həmçinin”. 
İzahat  bitincə  “Əliəşrəf  Kərimov  kimdir?”  sualına 
cavab  vermək  yerinə  düşər.  Şəkidə  xalq  arasında  “İspal-
kom  Əliəşrəf”  kimi  tanınmış  Əliəşrəf  Kərimov  (eyni 
zamanda:  İsmayılov)  haqqında  “Şəkinin tarixi qaynaqlarda” 
kitabımızda  ətraflı  bilgi  vermişik  (23,  93-101).  Oradakı 
bəzi faktlarla oxucularımızı da tanış edirik.   
                                                 
50
 Mərkəzi  craiyyə Komitəsi. 
51
 İndiki Türkmənistandan. 


 
135 
Əliəşrəf  İsmayıl  oğlu  Kərimov/İsmayılov  (1888-1963) 
Şəkinin  Çayqırağı  hissəsinin  Gümburlar  məhəlləsində 
doğulub. Kommunist Ə.Kərimov/İsmayılov heç orta mək-
təbi  bitirməsə  də  Azərbaycanda  sovet  hakimiyyəti  quru-
lunca fəallıq göstərib, çox mühüm vəzifələrdə işləyib: Şəki 
İnqilab  Komitəsinin  üzvü,  Şəki  Qəza  İnqilab  Komitəsi 
sədrinin  müavini  (1921-22-ci  illər),  Şəkidə  Siyasi  Büro 
müavini  (1922-23),  Şəki  Qəza  İcraiyyə  Komitəsi  sədrinin 
müavini və orada şöbə müdiri (1923-24), Şəkidə  ipək üzrə 
zavod  idarəsinin  direktoru  (1924-25),  Şəki  Qəza  İcraiyyə 
Komitəsinin  sədri  (1925-28),  Zaqatala  Qəza  İcraiyyə 
Komitəsinin  sədri  (1928-29),  Lənkəran  Mahal  İcraiyyə 
Komitəsinin  sədri  (1929-30),  Şəki  Mahal  İcraiyyə 
Komitəsinin  sədri  (1930-31),  Şəki  Şəhər  Sovetinin  sədri 
(1931-32), Azərbaycan İpəkçilik Trestinin direktoru (1932-
33),  Şəki  rayon  zavod  idarəsinin  direktoru  (1933),  Şəki 
МТS-inin
52
 direktoru (1933) və b. O, bu işlərlə yanaşı, qəza 
partiya  komitəsinin  müxtəlif  tapşırıqlarını  yerinə  yetirib, 
müxtəlif  İstintaq  Üçlüklərində  və  Fövqəladə  Üçlüklərdə, 
eləcə də müxtəlif təsərrüfat komissiyalarında, kampaniya-
larda  və  s.-də  sədrlik  edib.  Özünün  dediyi  kimi,  Şəki 
qəzasında  “əksinqilabi  ünsürlərlə  və  banditizmlə  müba-
rizədə  parlaq  uğurlar  qazanıb”…  Başqa  sözlə  desək,  öz 
                                                 
52
 Maşın-traktor stansiyası. Sovet hakimiyyətinin ilk illərində həm 
də siyasi rəhbərliklə məşğul olan çox nüfuzlu bir təşkilatdı. Sovetlərin 
sonuna  yaxın  kənd  təsərrüfatı  texnikasına  yardım  göstərən  adicə 
texniki quruma çevrildi.  


 
136 
xalqı  ilə  vuruşda  “İspalkom  Əliəşrəf”in  qılıncının  nəinki 
dalı da, qabağı da, hətta qəbzəsi də kəsib. 
Savadsız  bir  şəxsi  belə  məsul  vəzifələrə  qaldıran 
partiya  və  dövlətə  o,  borclu  qalmayıb  –  kommunist 
partiyası  və  sovet  hökumətinin  istisnasız  olaraq  bütün 
tapşırıqlarını  xüsusi  ehtirasla  və  canfəşanlıqla  yerinə 
yetirib. 1955-ci ildə “SİKP-nin 1-ci katibi”
53
  N.S.Xruşşov’a 
yazdığı  şikayət  ərizəsində  özünün  xidmətlərini  sayaraq 
göstərib: “17 aprel 1930-da partiya və hökumət tərəfindən 
qolçomaq üsyanını yatırmaq və onun nəticələriylə müba-
rizə  aparmaq  üçün  təcili  olaraq  Nuxa  qəzasına  göndə-
rildim.  Üsyan  bütünlüklə  yatırıldı,  nəticələri  ləğv  edildi 
və  həyat  normal  axarına düşdü.  Bundan  sonra  mən  Bakı 
şəhərinə  dəyişdirilərək  Azərbaycan  İpəkçilik  Trestinin 
direktoru vəzifəsinə təyin edildim”.   
Həmin  ərizənin  sonunda  o,  Xruşşova  bir  daha  xatır-
ladır:  “Nuxa  qəzasında  1930-cu  ildəki  qolçomaq  üsyanı-
nın  yatırılması  və  ləğv  edilməsində  mənim  XÜSUSI 
ROLUM  olub”  (13,  99).  Bu  deyilənlərin  ən  sadə  açımı 
belədir  ki,  Şəkidə  bütöv  nəsillər  və  ailələr  Əliəşrəf  Kəri-
mov/İsmayılov
’un  çekist  qılıncıyla  amansızcasına  məhv 
edilib. 
Üsyanı  yatıran,  “İspalkom  Əliəşrəf”in  diliylə  desək, 
“banditlərə qarşı mübarizə aparan” hökumət adamlarının 
törətdiyi  cinayətlərin  sayı-hesabı  olmayıb.  Onların  göstə-
rişiylə  hətta  üsyanda  iştirakı  şübhə  doğuran,  haqsız 
                                                 
53
 İfadə  savadsızdır.  SİKP-nin  (Sovet  İttifaqı  Kommunist 
Partiyasının) deyil, “SİKP MK-nın 1-ci katibi” olmalıydı.  


 
137 
təqiblərdən qorxaraq gizlənən insanların evləri yandırılır, 
ailə üzvləri həbs edilərək zindanlara atılırdı. Bu cəlladlar 
adamların özlərinə çalalar qazdırır, sonra isə güllələyərək 
bu çalalarda basdırırdılar (16, 85).  
“Qaçağa yardım etmək” adıyla həbs edilənlər arasında 
mərhum  xalq  şairimiz  Bəxtiyar  Vahabzadə’nin  atası  Mah-
mud ağa
 da vardı.  
17  apreldən  “qolçomaq  üsyanını  yatırmaq”da  fəal 
iştirak  edən  Əliəşrəf  Kərimovun  Xruşşova  dönə-dönə 
xatırlatdığı  “xüsusi  rol”,  bax,  bu  cinayətlərin  fəal  iştirak-
çısı olmaqdan ibarətdir.       
Ancaq  onun  kimilərin  qurduğu  partiya  ona  da  aman 
vermədi  –  ciblərində  onunla  eyni  bileti  daşıyan  kom-
munistlər  3  avqust  1937-də  onu  da  “xalq  düşməni”  kimi 
həbs  etdilər  və  partiyadan  da  qovdular.  Bugünədək  baş-
qalarına  etdiyi  zülmləri  indi  onun  öz  başına  gətirdilər  – 
zindanda 2 il yarım sürən istintaqda çoxlu işgəncələr çək-
di, ancaq hansı möcüzə sayəsindəsə sağ qaldı və 9 fevral 
1940-da  cəmisi  3  il  iş  alaraq  3  avqust  1940-da  həbsdən 
buraxıldı.  Sonralar  Şəkidə  kommunal  təsərrüfatı  idarə-
sində kontor müdiri işlədi və 1963-də öldü.  
ƏLİABBAS QƏDİMOVUN İZAHATI 
Ə.Qədimovun  istintaq  sənədləri  arasına  öz  əliylə 
yazılmış  9  səhifə  yarımlıq  rusca  bir  izahat  tikilib  (7,  118-
127).  Yazıldığı  tarix  göstərilməyib,  ancaq  həm  məzmu-
nuna  və  ruhuna,  həm  də  işdə  aktdan  sonra  yerləşdirildi-
yinə  görə  26  yanvar  1937-dən  sonra  yazıldığı  şübhə  do-


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə