474
yayılma siyasətinə qarşı ciddi təhlükə görürdü. Bununla bağlı ÜİK(b)P MK-nın
Siyasi Bürosu 1949-cu ilin yayında İtaliyanın Şimali
Atlantika blokuna
qoşulmasına qarşı SSRİ Xarici İşlər Nazirliyi tərəfindən İtaliya hökumətinə
təqdim edilmək üçün hazırlanmış notanın mətninin təsdiq etmişdi. Eyni zamanda
NATO-nun yaranması ilə bağlı ABŞ, Böyük Britaniya və Fransa hökumətlərinə
təqdim edilən notalar da Siyasi Büroda təsdiq olunmuşdu (47).
1949-cu ilin yazında və yayında baş vermiş bir sıra hadisələr Sovet-Türkiyə
münasibətlərinə əlavə gərginlik gətirmişdi. Bunlardan birincisi, Sovet səfirliyinin
ikinci katibi Qaryağdı Həsənovun həyat yoldaşı Sənubər Həsənovanın Türkiyə
hakimiyyət orqanlarından siyasi sığınacaq istəməsi, ikincisi Türkiyə Xarici İşlər
Nazirliyinin diplomatik kuryeri Fuad Güzaltanın Soçi yaxınlığında qatarda "özünü
intihar etməsi" ilə bağlı qalmaqal, üçüncüsü isə Sovet təyyarəçisi V.Bortun
Türkiyəyə qaçması idi.
SSRİ-yə geri çağırılan Sovet səfirliyinin əməkdaşı Q.Həsənov ona qarşı
müxtəlif repressiyaların ola biləcəyini nəzərə alaraq Türkiyə hökumətindən siyasi
sığınacaq almaq qərarına gəlmişdi. Bunu hiss edən Sovet xüsusi xidmət orqanları
gizli əməliyyat nəticəsində onu SSRİ-yə apara bilmişdilər. Lakin onun həyat
yoldaşı S.Həsənova imkan tapıb Türkiyə hakimiyyət orqanlarına sığınacaq üçün
müraciət edə bilmişdi və onun müraciəti təmin edilmiş, özü isə müvəqqəti
Adanada yerləşdirilmişdi. Sovet səfirliyinin üç nəfər əməkdaşı onu Adanadan
qaçırmağa cəhd göstərsə də, bu cəhd baş tutmamışdı. Bundan sonra Sovet səfirliyi
guya S.Həsənovanın SSRİ-yə getmək üçün səfirliyə müraciət etməsi barədə
Türkiyə xarici və daxili işlər nazirliyinə məktub göndərsə də, S.Həsənova
Ankaraya gəlib mətbuat orqanlarına açıqlama vermişdi ki, o, belə bir ərizə ilə
Sovet səfirliyinə müraciət etməyib, eyni zamanda S.Həsənova Türkiyədən
sığınacaq aldığını və türk vətəndaşlığını qəbul etdiyini açıq şəkildə təsdiq etmişdi.
O qeyd etmişdi ki, "Mənim həyat yoldaşım Türkiyədən sığınacaq almaq istədiyinə
görə zorla Rusiyaya göndərilib. Dəqiq bilirdim ki, məni də həmin tale gözləyir və
ona görə də Türkiyə hakimiyyət orqanlarına sığınacaq almaq üçün müraciət etdim.
Mənim müraciətim təmin edildi və mənə Adanada yaşamağa icazə verildi. Lakin
burada da məni rahat buraxmadılar və həyat yoldaşımı zorla göndərdikləri kimi
məni də zorla ələ keçirmək istəyirdilər. Türkiyənin rəsmi hakimiyyət orqanlarının
müdaxiləsindən sonra bunu etmək onlara nəsib olmadı. Sonra fikirləşdim ki,
Moskva radiosu bu hadisədən yalan və böhtan uydurmalar üçün istifadə edəcək,
ona görə də qərara aldım ki, Ankaraya gəlib öz arzumla Türkiyədə qaldığımı sübut
edim və məlumat verim ki, məni zorla aparmaq mümkün olmadı". S.Həsənova
Ankaraya gələndən sonra Türkiyə xarici və daxili İşlər nazirlikləri Sovet
səfirliyinə rəsmən onunla əlaqə yaratmasına icazə versə
475
də, lakin səfirlikdən bu istiqamətdə elə bir təşəbbüs göstərilmədi və bu məsələ öz
əhəmiyyətini itirdi (48).
Bu hadisə ilə eyni vaxtda Türkiyə Xarici İşlər Nazirliyi iyul ayının 3-də SSRİ
orqanlarına istinadən Soçi ərazisində nazirliyin diplomatik kuryeri F.Güzaltanın
guya tapançadan atəş açmaqla özünə qəsd etməsi və Soyet həkimlərinin onun
həyatını xilas etməsi üçün ciddi cəhdlər göstərməsinə baxmayaraq F.Güzaltanın
xəstəxanada vəfat etməsi haqqında məlumat yaydı. S.Həsənova ilə bağlı
qalmaqalın gərginləşdiyi məqamda bu məlumatın elan olunması Türkiyənin bütün
dairələrinin əsəblərini əməlli-başlı tarıma çəkdi. Hamı başa düşürdü ki, SSRİ
ərazisində qatarda yol gedən və diplomatik vəzifə yerinə yetirən xarici bir
vətəndaşın Sovet İttifaqında özünə qəsd etməsi təsadüfi hadisə deyildir. Türk
mətbuatı bu qəsd hadisəsi ilə bağlı yazılarında onun şübhəli məqamlarına eyham
vurulurdu. Bir sıra yazılarda qeyd edilirdi ki, Türkiyə ilə Rusiyanın münasibətləri
dostluqdan çox uzaqdır, lakin günahsız kuryerin ölümü heç nəyi həll etmir.
Mətbuat mötəbər mənbələrə istinad edərək bu hadisə ilə bağlı məsələləri müzakirə
etmək üçün N.Sadak və Xarici İşlər Nazirliyinin baş katibinin prezident İ.İnönü ilə
görüşdüyü haqqında məlumat yaymışdı. F.Güzaltanın "özünü intiharı" iyun
ayının 11-də Millət Məclisində anti sovet müzakirələrlə müşayiət edildi. Onun
cənazəsini İstanbula aparan qatar iyunun 11-də Ankarada dayandıqda Məclisin
deputatları, xarici işlər naziri N.Sadak, müdafiə naziri H.Çakır, Baş qərargah rəisi
dəmir yol vağzalına gəlib cənazənin üstünə əklil qoydular. F.Güzaltan çox
təmtəraqlı formada İstanbulda dəfn edildi, hakimiyyət orqanları, yüksək rütbəli
hərbçilər və digər rəsmi şəxslər onun dəfnində iştirak etdilər. İyul ayının 10-da
İstanbulda mətbuat nümayəndələrinin suallarına cavab verən N.Sadak bildirdi
ki, Moskvadakı səfir bu yaxınlarda Ankaraya gələcək va Güzaltının şəxsi
əşyalarını, o cümlədən onun "Öz başına vurduğu tapançanı və gülləni" də özü ilə
gətirəcək. Onda biz təhqiqat üçün əlavə zəruri məlumatları əldə etmiş olacağıq.
Sovet səfirliyi bu hadisə ilə bağlı SSRİ Xarici İşlər Nazirliyinə göndərdiyi geniş
məlumatda F.Güzaltanın dəfninin Sovetlər əleyhinə sərt təbliğat kompaniyası
fonunda təşkil edildiyi və rəsmi dairələrin bu işdə yaxından iştirak etdiyini
göstərirdi (49).
1949-cu ilin iyun ayının 19-da Türkiyənin Moskvadakı səfiri F.Z.Akdur
fəaliyyət müddətinin başa çatması ilə bağlı SSRİ xarici işlər nazirinin müavini
F.Qusevlə görüşdü. O, Kanadadakı türk səfiri Müzəffər Tekerin Moskvaya yeni
səfir təyin olunduğunu F.Qusevin nəzərinə çatdırdı. Eyni zamanda Faik Akdur
bildirdi ki, bundan sonra o, fəaliyyətini Türkiyə Xarici İşlər Nazirliyinin Baş
katibi kimi davam etdirəcəkdir (50). F.Akdur Türkiyəyə qayıdanda F.Güzaltının
şəxsi əşyalarının və müvafiq sənədlərinin Sovet orqanları tərəfindən ona
verildiyini təsdiq etdi və