Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə234/256
tarix06.02.2018
ölçüsü4,41 Mb.
#26776
1   ...   230   231   232   233   234   235   236   237   ...   256

480 

 

edirdilər. 1948-ci ildə A.Əzizibəyov və M.İ.Saryal başda olmaqla Ankarada 



"Azərbaycan müdafiə  cəmiyyəti",  İstanbulda E.Odkan və M.Əmircan başda 

olmaqla "Azəri dost eli yardımlaşma cəmiyyəti" təsis edilmişdi.(59) 1949-cu ilin 

dekabr ayında Ankaradakı Sovet səfirliyi SSRİ Xarici İşlər Nazirliyinə göndərdiyi 

hesabatda Türkiyədə müxtəlif pantürkist dərnəklərin fəaliyyətinin genişlənməsi 

haqqında məlumat verirdi. Orada göstərilirdi: "Ankarada "Azərbaycan mədəniyyət 

cəmiyyəti" fəaliyyət göstərir. Bu cəmiyyət sistematik olaraq Ankara xalq evində 

antisovet mühazirələr təşkil edir. Azərbaycan müsavatçısı M.Ə.Rəsulzadə  həmin 

cəmiyyətin Ankara xalq evində təşkil etdiyi toplantıda "Azərbaycanın mədəniyyət 

ənənəsi" mövzusunda mühazirə oxuyub. O qeyd edib ki, bütün çətinliklərə  və 

maneələrə baxmayaraq Sovet Azərbaycanında mübarizə  və  mədəniyyət  ənənəsi 

davam edir və  hələ yaşayır. M.Ə.Rəsulzadə öz çıxışında Xalq Daxili İşlər 

Nazirliyinin təqibləri, rus mədəniyyətini qəbul etməyənlərin kosmopolitizmdə 

günahlandırılması və s. məsələlər üzərində dayanmışdı". Məlumatda deyilirdi ki

1949-cu ilin may ayının 28-də M.Ə.Rəsulzadənin oxuduğu mühazirə bu 

yaxınlarda kitabça halında nəşr olunub Ankaranın kitab mağazalarında satılır. 

Daha sonra Sovet səfirliyi Moskvaya yazırdı ki, dekabr ayının 4-də  həmin 

cəmiyyət M.Ə.Rəsulzadənin "Müasir Azərbaycan  ədəbiyyatı" mövzusunda 

mühazirəsini təşkil etmişdir. M.Ə.Rəsulzadə öz mühazirəsində deyib ki, Sovet 

totalitarizminə, milli haqqların və azadlıqların tapdalanmasına baxmayaraq müasir 

Azərbaycan  ədəbiyyatı millətçilik, azadlıq və müstəqillik ruhunda inkişaf edir 

(60). Türkiyədəki SSRİ  səfirliyi hazırladığı digər bir arayışda "Azərbaycan 

mədəniyyət cəmiyyəti"nin 1949-cu ildə yaradıldığını və qısa vaxtda öz fəaliyyətini 

genişləndirdiyini Moskvaya çatdırırdı (61). 

40-cı illərin sonlarından başlayaraq Sovet rəhbərliyinin göstərişlərinə uyğun 

olaraq Azərbaycanda türkçülüyə qarşı geniş kampaniya başlandı. Dövlət 

təhlükəsizlik orqanları partiya, dövlət təsərrüfat idarələrində, maarif və 

mədəniyyət müəssisələrində, yaradıcılıq birliklərində "pantürkist" ovuna çıxmışdı. 

Azərbaycan xalqının qədim  ədəbi abidəsi olan "Kitabi-Dədə Qorqud"a qarşı  əsl 

müharibə  elan olunmuşdu. Moskvadan gələn "tövsiyəyə"  əsasən bu qədim 

dastanın Azərbaycana, azərbaycanlıların isə türklüyə aid olmaması barədə "nəzəri 

əsaslandırmalar" geniş xarakter almağa başlamışdı. Bir vaxtlar bu dastanı dərindən 

təhlil edən və türk xalqlarının eyni kökə malik olduqlarını araşdıran alimlər Sovet 

təhlükəsizlik orqanlarının ağır təqiblərinə məruz qalırdılar (62). 

Azərbaycanda "pantürkist" axtarışı 40-cı illərin axırlarında o qədər geniş  və 

sistemli xarakter almağa başlamışdı ki, Dövlət Təhlükəsizliyi Nazirliyi Türkiyədə 

qohumları olan və Türkiyəyə rəğbət bəsləyən adamların siyahılarını hazırlamışdı. 

Məsələn, belə siyahıların birində 28 ada- 

 

  




481 

 

mın adı var idi. Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti M.Əliyev, 



şair R.Rza, O.Sarıvəlli, M.Rahim, Z.Xəlil, məşhur pedaqoq C.Cəbrayılbəyli, 

ADU-nun dosenti M.Təhmasib və müəllimi  İ.Əfəndiyev, kinomatoqrafiya 

sənayesi naziri B.Seyidzadə, Nazirlər Soveti sədrinin müavini M.H.Seyidov, 

Dövlət Plan Komitəsi sədrinin müavini M.Allahverdiyev, Mərkəzi Komitənin 

təlimatçısı S.Rəşidov, Filarmoniyanın direktoru Ş.Bədəlbəyli və digərləri 

"pantürkistlərin siyahısına düşmüşdülər. Gizli şəkildə hazırlanan siyahıda hər 

kəsin qarşısında ona veriləcək cəza da göstərilmişdi. Lakin həmin adamların 

Türkiyəyə  rəğbət bəslədiklərinə görə deyil, digər "uydurma" ittihamlarla 

cəzalandırılması tövsiyə edilir, bəzilərinin üzərində isə çekist nəzarətinin 

gücləndirilməsi təklif edilirdi (63). 

Dövlət Təhlükəsizlik Nazirliyinin Azərbaycanda  əhalinin Türkiyəyə 

münasibəti ilə bağlı topladığı gizli materiallar sovet repressiyalarının və təqiblərin 

adamların içində olan türkçülüyü axıra qədər məhv edə bilmədiyini göstərir. Bu 

məlumatlarda göstərilirdi ki, Azərbaycan SSR EA-nın kiçik elmi işçisi 

M.Əfəndizadə Ankaranın türk və islam xalqlarını birləşdirmək ideyasına müsbət 

yanaşır. Ucar şəhərində olan orta məktəb müəllimi K.Şahmaliyev bildirirdi ki, 

dünyada türk ordusu kimi qəhrəman ordu yoxdur, biz azərbaycanlılar ruslara 

satılmışıq, türkləri müdafiə etmək əvəzinə onlara qarşı mübarizə aparırıq. Ağstafa 

rayonunun Poylu kənd müəllimi söhbətlərin birində demişdi ki, Sovet İttifaqı 

Türkiyəyə hücum edəcəyi təqdirdə biz azərbaycanlılar türklərə qarşı 

vuruşmayacağıq. Göyçay şəhərindən din xadimi Ş.Vəliyev öz yaxın adamları ilə 

söhbətdə qeyd etmişdi ki, Türkiyənin prezidenti İ.İnönü çox böyük qayğı göstərir 

ki, Zaqafqaziyada yaşayan müsəlmanlar kommunizmdən azad olsunlar. "Daşkəsən 

kobalt" mədəninin maşinisti Ə.Vəliyevin fikri daha maraqlı idi. O, iş yoldaşları ilə 

söhbətdə bildirmişdi ki, Ermənistanda yaşayan azərbaycanlıları ona görə 

köçürtdülər ki, Türkiyədə yaşayanlarla eyni millət olduqlarından onlara 

inanmırdılar. Türklər həmişə Ermənistanda yaşayan biz azərbaycanlıları 

daşnaklardan müdafiə ediblər. Türklər olmasaydı, ermənilər bütün 

azərbaycanlıları məhv edərdilər. Türkiyə olmadan müsəlmanlar yaşaya bilməzlər. 

Türkiyə hökuməti müsəlmanlardan təşkil olunur və onlar müsəlman xalqlarının 

rifahı barədə düşünürlər (64). Dövlət təhlükəsizliyi naziri S.Yemelyanovun 

hazırladığı digər bir arayışda Bakıda yaşayan mühəndis İ.Heydərovun sözləri belə 

təqdim edilirdi: "Heç şübhə yoxdur ki, bizim müsəlman ziyalılarının rəğbəti indi 

Türkiyənin tərəfindədir. Bizim ziyalılar SSRİ-nin Türkiyəyə münasibətdə yeritdiyi 

qeyri-dost siyasəti müdafiə etmirlər. Təhlükəsizlik orqanlarının izlədiyi evdar 

qadın Zinyət Tahirova öz söhbətlərində demişdi ki, Türkiyə bizim xilaskarımızdır. 

Azərbaycan xalqı türklərə hörmətlə yanaşır. Bakı  şəhərində 5 N-li sənətkarlıq 

məktəbinin müəllimi 

 

  



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə