___________________________________________________175
İkinci ən böyük hadisə Avropada adi silahlar haqqında qəbul
olunmuş, artıq imzalanmış müqavilədir. Mən yazıçılarla, şairlərlə bu
yaxınlarda keçirdiyim görüşdə bu barədə ilk dəfə danışmışdım.
Əvvəllər heç vaxt mən bunu mətbuata verməmişdim. Ancaq bilirsiniz
ki, 1990-cı ildə Varşava paktı ilə NATO arasında adi silahlar haqqında
müqavilə qəbul edilmişdi, NATO-nun hansı ölkələrdə nə qədər adi
silahlar saxlaması və Varşava paktının hansı ölkələrdə nə qədər silah
saxlaması müəyyən olunmuşdu. Sovet İttifaqı, Varşava paktı dağıldı.
Bilirsiniz ki, 1992-ci ildə bu məsələyə yenidən baxıldı. Rusiya
başçılıq etdi, MDB ölkələrinin başçılarını 1992-ci il mayın 14-15-də
Daşkəndə topladı. Keçmiş Sovetlər İttifaqına daxil olmuş ölkələrin
orada kvotaları müəyyən edildi.
Mən demişəm, bir də təkrar edirəm: O vaxt Azərbaycanda Xalq
Cəbhəsi, Müsavat və başqa təşkilatlar Mütəlliləov hakimiyyəti ilə
hakimiyyət uğrunda mübarizə apardı. Mütəlliləov istefa verdi, bundan
sonra tərəfdarları onu yenidən hakimiyyətə qaytarmağa çalışdılar və
bir günlük qaytardılar. Xalq ayağa qalxdı. Bundan istifadə edən Xalq
Cəbhəsi, Müsavat və onlarla birlikdə olan başqa təşkilatlar burada
boğuşan zaman, may ayında bu məsələlər həll edilirdi. Azərbaycan
bizim ekspertlər tərəfindən əvvəlcədən hazırlanmış təklifləri -
Cənubi Qafqazda Azərbaycanın kvotası Gürcüstanla, Ermənistanla
bərabər ola bilməz - orada həyata keçirə bilmədi. Çünki oraya Rəhim
Qazıyev getmişdi. O, həm Xalq Cəbhəsinin, həm də Mütəlliləovun
nümayəndəsi idi. Oraya gedənlərdən biri də Əzizbəyov idi. Əzizbəyov
o vaxt Nazirlər Soveti sədrinin müavini idi, heç bir siyasi hüquqa, yəni
siyasi biliyə malik olan adam deyildi. Oraya bir də Abbas Abbasov
getmişdi. İndi o, izah edir ki, o, elə bunları müşayiət edirdi. Təəssüf
ki, belə hallarda o, müşayiət etmək işləri ilə vaxtilə çox məşğul
olubdur. Ancaq o vaxt Azərbaycana xəyanət edililbdir. Çünki Rəhim
Qazıyev Qraçovla sövdələşmişdilər, Er-
___________________________________________________176
mənistana, Azərbaycana, Gürcüstana eyni kvota müəyyən olunmuşdu
- 220 tank, 220 BMP, nə bilim, nə qədər təyyarə nə qədər top və filan.
Biz dörd ildir bunun qarşısını alırdıq. Bax, bu müqaviləni
imzalamağa amerikalılar daha çox tərəfdar idilər. Çünki amerikalılar
bunu yenidən imzalamadığı halda Rusiya nəzarətsizlikdən istifadə
edərək istədiyi yerlərə silahları yayırdı. Amma biz müqaviləyə razılıq
verməyə məcbur olduq və o imzalandı. Bizim kvotamız əvvəl təyin
olunduğu kimi qaldı. Təəssüflər olsun ki, Ermənistanın da öz kvotası
var bundan əlavə, Rusiyanın orada təxminən 170 tankı, hərbi
maşınları və sair vardır. Nəzarətdə olmayan bir region kimi Dağlıq
Qarabağda olan silahlar bu müqaviləyə düşmür
Mən bunu elan etmişəm. Biz amerikalılara həmişə demişik ki,
bunu uçota almaq lazımdır. Onlar deyirlər ki onda ya gərək Dağlıq
Qarabağ bu müqavilənin subyekti olduğuna imza atsın, yaxud da ki,
sizin ərazidir - bu, sizin üstünüzə yazıla bilər. Yaxud, siz deyirsiniz,
bu silahlar Ermənistanındır, onda siz etiraf edin ki, bu Ermənistanındır
bunu Ermənistanın üzərinə yazaq. Biz çıxılmaz vəziyyətdə idik. Ona
görə də biz artıq müqavimət göstərmədik, bu müqavilə də imzalandı.
Bu, sammitin ilk müqaviləsi idi. Ancaq onun əsas nəticəsi, orada olan
mühit, işgüzarlıq, hesab edirəm ki, XX əsrin sonunda dünyada gedən
dəyişiklikləri əks etdirir.
Mən bu sammitdən çox məmnunam. Hesab edirəm ki mənim 1994-
cü üdə Budapeştdə, 1996-cı ildə Lissabonda iştirak etdiyim
sammitlərə nisbətən bu, öz məzmununa qəbul olunan sənədlərə görə
çox yüksək səviyyəli bir sammit idi. Qardaş Türkiyənin bu sammitin
ev sahibi olması və bu sammitin İstanbul sammiti, orada qəbul edibn
əsas sənədlərdən birinin İstanbul xartiyası adlanması və bu toplantının
Türkiyədə keçirilməsi şübhəsiz ki, bizim üçün iftixar hissidir Türkiyə
nəyə qadir olduğunu dünyaya bir daha göstərdi. Əvvəlki
___________________________________________________177
sammitlərdə siz də olmusunuz. Demək istəyirəm ki, burada sammitin
işi üçün yaradılmış şərait hamısından yüksək idi. «Çırağan sarayı»
bunun üçün nə qədər uyğun bir yer idi.
Xatirimdədir, Lissabonda bizim üçün taxtadan ayrı-ayrı otaqlar
ayırmışdılar, bu otaqda danışanı o birisi eşidirdi və gedib danışırdı.
Ancaq burada çox gözəl şərait yaradılmışdı. Əlbəttə ki, bu da mənim
üçün çox əhəmiyyətlidir. Çünki mən istəyirəm ki, qardaş Türkiyə
bildirsin, dünyaya göstərsin ki, o, həqiqətən nəyə qadirdir, nə edə
bilər.
Təbiidir ki, Türkiyə bizim üçün qardaş, dost ölkə olduğu üçün
prezident Klintonun beş gündən artıq Türkiyədə olması, həm
Türkiyəni, həm bu ölkənin bəzi tarixi yerlərini ziyarət etməsi, həm də
sammitdə fəal iştirakı - təkcə Klintonun yox, dünyanın başqa böyük
dövlətlərinin başçılarının da fəal iştirakı - bizi çox sevindirir. Dünən
axşam Süleyman Dəmirəllə biz bir yerdə yemək yeyirdik. Bilirsiniz
ki, mən artıq hava limanına gəlirdim, siz də hava limanında idiniz. O,
mənə telefon edərək dedi ki, mən Klintonu bu dəqiqə yola saldım,
ancaq səninlə görüşmək istəyirəm. Dedim ki, mən yol üstəyəm.
Soruşdu ki, nədir? Dedim ki, təyyarə artıq uçmağa hazırdır. Bildirdi
ki, təyyarə sənin təyyarəndir? Dedim ki, bəli. Dedi ki, əmr elə, qoy
sabah uçsun. Mən də bunu etdim. Biz axşam görüşdük, bir yerdə
ailəvi yemək yedik, həm sammitin yekunları, həm də Bakı-Ceyhan
boru kəməri haqqında ətraflı söhbət etdik.
Burada bizim üçün, Türkiyə üçün və bütün dünya üçün baş verən
ən tarixi hadisə Bakı-Ceyhan neft kəmərinin imzalanması
mərasimidir. Bu imzalanma mərasiminin bu qədər yüksək səviyyədə,
bu qədər möhtəşəm, əzəmətli şəraitdə keçməsi şübhəsiz ki, Bakı-
Ceyhan kəmərinin nə qədər əhəmiyyətli olduğunu bildirir.
Bilirsiniz, orada bir neçə sənəd, dövlətlərarası sənədlər imzalandı.
Azərbaycan-Türkiyə-Gürcüstan sənədi - Bakı-Cey-
Dostları ilə paylaş: |