Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə46/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   42   43   44   45   46   47   48   49   ...   139

___________________________________________________158 

ayrı-ayrılıqda münaqişənin həlli üçün səylər göstərməyə hazır 

olduqlarını bəyan etməsindən məmnun qaldığımı bildirirəm. 

Robert Koçaryan: Bu görüşün təşkilinə  və regionda sülh 

yaradılmasına göstəribn marağa görə  iştirakçılara təşəkkür edirəm. 

Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh 

yolu ilə aradan qaldırılması üçün iki ölkə prezidentlərinin birbaşa 

görüşlərinin  əhəmiyyətini vurğulayaraq, ATƏT-in vasitəçilik 

missiyasının da vacibliyini nəzərə çarpdırıram. 



Knut Vollebek  (ATƏT-in icraçı  sədri, Norveçin xarici işlər 

naziri): Mən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 

ATƏT-in Minsk qrupu çərçivəsində  həlli sahəsində atılan addımları, 

atəşkəs rejiminə  əməl olunmasını, iki ölkənin başçıları arasında 

aparılan dialoqu yüksək qiymətləndirirəm. 



Huber Vedrin: Görüşə yekun vuraraq geniş fikir mübadiləsinə 

görə görüş  iştirakçılarına təşəkkür edir və münaqişənin tezliklə sülh 

yolu ilə aradan qaldırılması üçün beynəlxalq birliyin, ATƏT-in öz 

səylərini artırmağa hazır olduğunu bildirirəm. 

  

 



___________________________________________________159 

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ 

SÜLEYMAN DƏMİRƏL İLƏ  

GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

İstanbul, «Çırağan sarayı»  

 

19 noyabr 1999-cu il 

 

Heydər  Əliyev:  Əziz dostum, qardaşım, icazə verin ATƏT-in 

İstanbul zirvə görüşünün çox gözəl təşkil olunduğuna və  səmərəli iş 

üçün hər cür şərait yaradıldığına görə Sizə öz təşəkkürümü bildirim. 



Süleyman Dəmirəl: Bu görüşün yüksək səviyyədə keçməsi məni 

də çox məmnun etdi. 



Heydər  Əliyev: Hörmətli cənab prezident! İcazə versəniz qardaş 

Türkiyədə bu gün baş vermiş dağıdıcı zəlzələ zamanı minlərlə adamın 

həlak olmasından bir daha kədərləndiyimi bildirim. Bu fəlakətin 

nəticələrinin tezliklə aradan qaldırılması üçün Türkiyə hökuməti 

tərəfindən görülən tədbirləri yüksək qiymətləndirirəm. 

Mən Türkiyənin ATƏT-in növbəti sammitinin ev sahibi 

olmasından, zirvə görüşünün Türkiyədə keçirilməsindən, qəbul edibn 

əsas sənədlərin birinin İstanbul Xartiyası adlandırılmasından iftixar 

hissi duyuram. Bununla yanaşı, mən İstanbul bəyannaməsini də böyük 

əhəmiyyəti olan tarixi hadisə kimi qiymətləndirirəm. Mən həmçinin 

Bakı-Ceyhan əsas ixrac boru kəmərinin, Transxəzər qaz magistralının 

inşası barədə sənədlərin imzalanması münasibətilə Sizi ürəkdən təbrik 

edirəm. Sözsüz ki, ölkələrimizin iqtisadi tərəqqisi yolunda bu layihələr 

əvəzsiz rol oynayacaqdır. 

  

 

 



 


___________________________________________________160 

Süleyman Dəmirəl: Bakı-Ceyhan boru kəmərinin tikintisi barədə 

müqavilənin imzalanması münasibətilə  mən də Sizi səmimi-qəlbdən 

təbrik edirəm. Bu layihənin həyata keçirilməsi üçün, əziz dostum və 

qardaşım, Sizin xüsusi rolunuzu, ardıcıl səylərinizi və  əzmkarlığınızı 

yüksək dəyərləndirirəm. 

Heydər Əliyev: Çox sağ olun, cənab prezident. 

Süleyman Dəmirəl: Bunu da demək istərdim ki, Türkiyə hökuməti 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə 

həlli sahəsində Azərbaycanın mövqeyini bundan sonra da 

dəstəkləyəcəkdir. 

  



___________________________________________________161 

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ  

PREZİDENTİ BİLL KLİNTON İLƏ  

GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

İstanbul, «Çırağan sarayı»  

 

19 noyabr 1999-cu il 

 

B i l l  K l i n t o n: Hörmətli cənab prezident, ATƏT-in üzvü olan 

ölkələrin dövlət və hökumət başçılarının  İstanbul sammitində Sizinlə 

yenidən görüşümdən çox şadam. 

Mən Bakı-Ceyhan  əsas ixrac boru kəməri barəsində  sənədlərin 

imzalanmasını böyük tarixi hadisə kimi dəyərləndirir və bu 

münasibətlə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan prezidenti kimi, 

Sizin uzaqgörən, ardıcıl siyasətiniz sayəsində 1994-cü ildə imzalanmış 

«Əsrin müqaviləsi» Xəzər dənizinin enerji ehtiyatlarının bütün 

dünyaya açılmasının  əsasını qoydu. Bakı-Ceyhan kəmərinin reallığa 

çevrilməsində Sizin misilsiz xidmətlərinizi yüksək qiymətləndirirəm. 

Transxəzər qaz kəmərinin çəkilişinə dair imzalanmış sənədi də yüksək 

dəyərləndirirəm.  Əmin olduğumu bildirirəm ki, bu kəmərlər region 

dövlətlərinin suverenliyinin və müstəqilliyinin daha da 

möhkəmləndirilməsində mühüm rol oynayacaq və onların iqtisadi 

tərəqqisinə böyük töhfə verəcəkdir. 

Amerika-Azərbaycan  əməkdaşlığının sürətlə inkişaf etdirilməsi 

sahəsində Sizin göstərdiyiniz səylərdən məmnunam. Mən eləcə  də 

aramızda yaranmış  şəxsi dostluq münasibətlərini həmişə çox 

dəyərləndirirəm. 



Heydər  Əliyev: Hörmətli cənab prezident, təşəkkür edirəm. 

Sizinlə hər bir görüşüm məndə həmişə xoş hisslər 

  

 

 




___________________________________________________162 

yaradır. 1999-cu ilin aprel ayında NATO-nun 50 illik yubiley 

tədbirlərində iştirak etmək üçün Vaşinqtona səfərim zamanı və xüsusi 

Klivlenddə müalicə olunarkən mənə göstəribn diqqət və qayğıya görə, 

cənab prezident, Sizə, Amerika hökumətinə və xalqına bir daha dərin 

minnətdarlığımı bildirirəm. 

Bakı- Ceyhan əsas ixrac boru kəmərinin, Transxəzər qaz 

magistralının reallaşması sahəsində Amerika dövlətinin prinsipial 

mövqeyindən və  şəxsən, cənab prezident, Sizin bu məsələlərə daim 

xüsusi diqqət yetirmənizdən çox razıyam. Məhz bu ardıcıl səylərin 

nəticəsində  İstanbulda belə tarixi sənədlərin imzalanması mümkün 

olmuşdur. 



Bill  Klinton:  Cənab prezident, mən bunu xüsusi məmnunluqla 

qeyd etmək istərdim ki, məhz Sizin liderliyiniz ilə Qafqazda və 

Mərkəzi Asiyada sülhün, sabitliyin bərqərar olunması sahəsində işlər 

görülür. Ermənistan və Azərbaycan dövlətləri başçılarının Dağlıq 

Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün son 

vaxtlar apardıqları birbaşa danışıqlar Amerika hökuməti tərəfindən 

rəğbətlə qarşılanır və diqqətlə izlənilir. 

Mən Azərbaycan və Ermənistan prezidentlərinin, ATƏT-in icraçı 

sədrinin və Minsk qrupunun həmsədrləri olan ölkələrin xarici işlər 

nazirlərinin İstanbulda keçirilmiş görüşündən də məmnunam. 

Bir daha bəyan edirəm ki, Minsk qrupunun həmsədrlərindən biri 

kimi, Amerika Birləşmiş Ştatları münaqişənin dinc vasitələrlə aradan 

qaldırılması üçün öz fəallığını daha da artıracaqdır. 

Heydər  Əliyev:  Təşəkkür edirəm, cənab prezident. Mən 

Azərbaycan Respublikasının prezidenti kimi, müstəqillik yolu ilə 

inamla irəliləyən ölkəmizin Amerika Birləşmiş Ştatları ilə dostluq və 

əməkdaşlıq  əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin bütün 

sahələrdə daha da sıxlaşdı- 

  

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə