___________________________________________________150
ATƏT-in İSTANBUL ZİRVƏ GÖRÜŞÜNDƏ
GÜRCÜSTAN PREZİDENTİ
EDUARD ŞEVARDNADZE İLƏ GÖRÜŞDƏKİ
SÖHBƏTDƏN
İstanbul, «Çırağan sarayı»
18 noyabr 1999-cu il
Heydər Əliyev: Əziz dostum Eduard Şevardnadze! Sizi səmimi-
qəlbdən salamlayıram. Bizim ölkələrimiz -Gürcüstan ilə Azərbaycan
qədim dostluq ənənələrinə malikdir. Bu əlaqələrin gündən-günə
inkişaf etməsini bir daha yüksək qiymətləndirirəm. Mən
dövlətlərimizin, xalqlarımızın ənənəvi dostluq və qardaşlıq
əlaqələrinin daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verirəm.
Eduard Şevardnadze: Əziz dostum Heydər Əliyev!
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşası ilə əlaqədar
tarixi sənədlərin ATƏT-in İstanbul zirvə görüşünün keçirildiyi
günlərdə yüksək səviyyədə imzalanmasından son dərəcə məmnun
olduğumu bildirirəm. Bu layihənin reallaşması yolunda ölkələrimizin
məruz qaldığı təzyiqlərə, qarşılaşdığı maneələrə, çətinliklərə
baxmayaraq, Siz çox uzaqgörənliklə bölgədə təhlükəsizlik və
əməkdaşlığın daha da genişlənməsinə, təcavüzə, separatçılığa son
qoyulmasına bütün varlığınızla çalışırsınız.
Bu boru kəmərinə dair sazişin imzalanmasının məhz həmin
layihənin təşəbbüskarı və müəllifi Sizsiniz. Bu layihə Sizin ardıcıl və
məqsədyönlü siyasətiniz, qətiyyətli mövqeyiniz, əzm-
___________________________________________________151
karlığınız sayəsində gerçəkləşdiyini xüsusi vurğulamaq istəyirəm və
bu münasibətlə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Heydər Əliyev: Mən də Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına
dair sənədlərin imzalanması münasibətilə ürəkdən təbrik edirəm.
Nəzərə çarpdırıram ki, qonşu Gürcüstanın ərazisindən keçəcək əsas
ixrac boru kəməri dost ölkənin iqtisadi tərəqqisi, regionda sülh və
sabitlik yaranması üçün əhəmiyyətli olacaqdır.
Eduard Şevardnadze: ATƏT-in İstanbul zirvə görüşünü də
söylədiyiniz dərin məzmunlu nitqinizdə Siz Cənubi Qafqazda sülhün,
əmin-amanlığın və sabitliyin bərqərar edilməsi üçün irəli sürdüyünüz
təklifləri yüksək qiymətləndirirəm. Siz Azərbaycanın haqq işini bir
daha bütün dünyaya bəyan etdiniz və sülh danışıqlarını beynəlxalq
hüquq prinsipləri və normaları əsasında başa çatdırmağa çağırdınız.
Heydər Əliyev: İstanbul sammitində qaldırılan məsələlərə
toxunaraq, qeyd etmək istəyirəm ki, tarixi sənədlərin imzalanması
bölgəmizin parlaq gələcəyinin inkişafında mühüm rol oynayacaqdır.
Bu tarixi sənədlər dövlətlərimizin müstəqilliyinin möhkəmləndirilməsi
və iqtisadi yüksəlişi üçün əlbir səylər göstərilməsinin vacibliyini daha
da artıracaqdır.
Eduard Şevardnadze: Bütün bunlar bizi daha da yaxınlaşdırır,
ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi və
möhkəmləndirilməsi üçün son dərəcə əlverişli şərait yaradır.
___________________________________________________152
ATƏT-in İSTANBUL ZİRVƏ GÖRÜŞÜNDƏ
İSRAİLİN BAŞ NAZİRİ EHUD BARAK İLƏ
GÖRÜŞDƏKİ SÖHBƏTDƏN
Ankara, «Çırağan sarayı»
18 noyabr 1999-cu il
Heydər Əliyev: Hörmətli Baş nazir! Sizinlə görüşdən məmnun
qaldığımı bildirmək istərdim. Cənab Barak, xatırınızdadırsa, Siz Baş
nazir seçilərkən mən Sizə təbrik məktubu göndərmişdim. Azərbaycan-
İsrail əlaqələrinin hazırkı vəziyyətindən mən çox razıyam. Bununla
belə, bütün sahələrdə ölkələrimizin əməkdaşlığının daha da inkişaf
etdirilməsi vacibdir.
Ehud Barak: Cənab prezident, Sizinlə ilk görüşdən məmnunluq
duyduğumu demək istərdim. Azərbaycan xalqına salamlarımı
çatdırmağı xahiş edirəm.
Kiçik bir xalq olsa da yəhudilər dünyanın bir çox yerlərində
yaşayırlar. Qonşu ölkələr ilə İsrail arasında münaqişə olsa da, biz
dövlətimizin güclü, dostlarımızın çox olmasına həmişə xüsusi diqqət
yetiririk.
Azərbaycan ilə İsrail arasında əməkdaşlığın gündən-günə inkişaf
etməsinə öz hökuməti xüsusi əhəmiyyət verir. Azərbaycanla bir çox
sahələrdə, o cümlədən ticarət sahəsində
əlaqələrin
möhkəmləndirilməsi vacibdir. İsrail hökuməti Azərbaycana həmişə
dəstək verməyə hazırdır.
Heydər Əliyev: Səmimi sözlərə görə minnətdarlığımı bildirirəm.
Azərbaycana rəhbərlik etdiyim dövrdə İsraillə sıx əlaqələr
yaranmasına daim ciddi diqqət yetirmişəm. Baxmayaraq ki,
müstəqillik yolu ilə inkişaf edən Azərbaycan bir sıra çətinliklərlə
qarşılaşır.
___________________________________________________153
Ermənistamn Azərbaycana təcavüzü ölkəmizin ərazilərinin 20
faizindən çoxunun işğal olunmasına, bir milyondan çox
vətəndaşımızın yerindən-yurdundan zorla qovulmasına, qaçqınların
böyük əksəriyyətinin çadırlarda ağır şəraitdə yaşamasına,
Azərbaycanın belə ağır problemlə üzləşməsinə baxmayaraq Amerika
Konqresinin 1992-ci ildə respublikamıza qarşı ədalətsiz 907-ci
düzəlişi qəbul etməsini bir daha təəssüflə qeyd etmək istərdim.
Azərbaycan və yəhudi xalqları tarixən yaxın dost olublar.
Ölkəmizdə yaşayan yəhudilərə müstəqil respublikamızın
bərabərhüquqlu vətəndaşları kimi həmişə xoş münasibət bəslənilir.
Mən Amerikaya səfərim zamanı orada yəhudi icmaları
konfranslarının başçıları ilə görüş keçirir, onlarla səmərəli danışıqlar
aparırdım və bunlar məni məmnun etdi. Onu da deyim ki, xaricdə
yaşayan yəhudilərin nümayəndələri tez-tez ölkəmizə ziyarət edirlər.
Ölkələrimiz arasında əlaqələrin daim inkişaf etməsi üçün geniş
imkanlar vardır. Bu münasibətlərin daha da genişləndirilməsi olduqca
zəruridir.
Ehud Barak: Azərbaycanda yaşayan yəhudilərə göstəribn dostluq
münasibətinə görə, cənab prezident, Sizə və xalqınıza dərin
minnətdarlığımı və təşəkkürümü bildirirəm. Mən Sizi İsrailə rəsmi
səfərə dəvət edirəm.
Heydər Əliyev: Təşəkkür edirəm, cənab Baş nazir. Ümidvaram ki,
gələcək görüşlərimizdə də dövlətlərimizi maraqlandıran bir sıra
məsələnin həllinə də, eləcə də beynəlxalq və regional əməkdaşlıq
barədə bugünkü kimi geniş fikir mübadiləsi keçirəcəyik. Sizin
dəvətinizi qəbul edirəm. Eyni zamanda Sizi də Azərbaycana rəsmi
səfərə dəvət edirəm.
Ehud Barak: Təşəkkür edirəm, cənab prezident. Həm
söhbətimizdən, həm də dəvətinizdən çox məmnunam.
Dostları ilə paylaş: |