___________________________________________________139
Heydər
Əliyev: Yazıçılarla görüşdə. Mən yazıçılarla
görüşməsəydim?. Bilirsiniz, sizin əksəriyyətiniz müxalifətin hay-
küyünə uyursunuz. Müsavat da onların başçılarından biridir. Bəli, hər
şeyə uyursunuz. Ona görə də bu hay-küyün təsiri altına düşürsünüz.
Amma hay-küy edən adamlar heç vaxt Azərbaycanın milli
mənafelərini qoruyan olmayıblar, Azərbaycanın milli mənafeləri
haqqında düşünən olmayıblar. Mən hamısının haqqında deyirəm.
Onların hər biri 1988, 1989-cu illərdə Azərbaycanda xalq öz
hüquqlarını müdafiə etmək üçün qalxdığı zaman sadəcə, çevik olublar,
üzə çıxıblar. Məqsədləri isə o olub ki, hakimiyyəti ələ keçirsinlər.
Elə bu günlər də Elçibəy hansısa qəzetdə yazmışdı ki, Primakovla
danışanda Primakov dedi ki, nə istəyirsən? Mən dedim ki, seçkilər
keçirin- çünki bilirdik ki, o vaxt seçkilər keçirilsə, biz çoxluğu
götürəcəyik. Demək, hakimiyyət mübarizəsi aparılırdı. Yəni o vaxt
Dağlıq Qarabağ məsələsinin, hamı birləşilə Azərbaycana qarşı olan
hücumun qarşısını almaq üçün yox, belə bir gərgin vəziyyətdə
hakimiyyət mübarizəsi aparırdılar. Bunu özləri etiraf edirlər.
Bunlar budur və on ildir hərdənbir belə şeyləri ortaya atır, hay-küy
salırlar. Siz də düşürsünüz bu hay-küyün təsiri altına. Mən sizə
məsləhət görürəm ki, öz ağlınızla işləyin. Həmin o adamlar ki, indi
hay-küy salırlar - onlar daim bir-birinə düşmən olublar, bir-biri ilə
rəqabət aparıblar. Biri o birisinə deyir ki, sənin əlin qana batıb, o biri
bu birisinə deyir ki, sənin əlin qana batıbdır. Biri o birisinə deyir ki,
sən günahkarsan, o birisi deyir...
İndi hamısı birləşilə, nə var-nə var, fürsət düşüb ki, yenə də
özlərini bir az göstərsinlər. O adamlardan indi kimsə Türkiyəyə
getmək, orada nümayiş keçirmək istəyir. Kimsə burada hay-küy salır.
Mənim xatirimdədir, keçmişdə Azərbaycanda "elə bir söz vardı:
filankəsi Biləcəridən o tərəfə tanıyan
___________________________________________________140
yoxdur. Bu söz yadınızdadırmı? İndi də işlədirlər – Biləcəridən o
tərəfə tanıyan yoxdur.
Mən də deyirəm ki, birincisi, bu adamların bir-birinə sevgisi,
məhəbbəti əsl sevgi-məhəbbət deyildir. Elə dostluqdur ki, bu gün
bunlar dostdurlar, sabah düşməndirlər. Bəzilərinin sevgisi-məhəbbəti
də elə adamların sevgi-məhəbbətinə bənzəyir ki, bu gün bununladır, o
birisi gün məhəbbətini o birinə bağlayır, dördüncü gün başqasına
bağlayır. O adamlar bu qəbildən olan adamlardır.
İndi belələri gedib İstanbulda nümayiş keçirmək istəyir. Sən
kimsən, səni tanıyan kimdir? Yaxud o birilərin hamısının səsi harada
çıxıbdır? Altı ildir ki, biz dünyanın ən mötəbər kürsülərindən bu
məsələlər haqqında fikir deyirik, Azərbaycanın mənafelərini müdafiə
edirik, konkret təkliflər veririk, lazımi qərarların qəbul edilməsinə nail
oluruq. Bunları isə nə Biləcəridən o tərəfə tanıyanlar var, nə də
bunlarda bir sabitlik var. Məhəbbət sabitliyi də yoxdur, dostluq
sabitliyi də yoxdur. İndi belə adamlar düşüblər ortaya. Məsləhət
görmürəm ki, onların təsiri altına düşəsiniz. Sağ olun.
___________________________________________________141
QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ
TƏŞKİLATININ ZİRVƏ GÖRÜŞÜNDƏ NİTQ
İstanbul
17 noyabr 1999-cu il
Hörmətli cənab sədr, zati-aliləri, xanımlar və cənablar! Biz Qara
Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının əsası qoyulduğu İstanbul
şəhərində Türkiyənin təşəbbüsü ilə bu zirvə görüşünün keçirilməsini
yüksək qiymətləndiririk.
Türkiyədə baş vermiş dəhşətli dağıdıcı zəlzələ nəticəsində minlərlə
adamın həlak olması bizi dərindən kədərləndirdi. Biz qardaş türk
xalqının dərdini öz dərdimiz hesab edirik və «keçmiş olsun» deyirik.
Hörmətli həmkarlarım!
Təşkilatımızın fəaliyyətinin müəyyən nəticələrini qeyd etmək
lazımdır. Yalta zirvə görüşünün bəyannaməsində göstəribn
müddəaların həyata keçirilməsində bəzi irəliləyişlər əldə edilmişdir.
Eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
fəaliyyətini canlandırmaq üçün hələ istifadə edilməmiş xeyli imkanlar
vardır. Ümidvaram ki, bugünkü görüşdə biz yeni minilliyin
astanasında regionda yaranmış siyasi-iqtisadi şəraiti nəzərə alaraq,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr
arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən edə
biləcəyik.
Zənnimcə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda
sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi həm Azərbaycan
üçün, həm də digər iştirakçı dövlətlər üçün ən vacib vəzifədir. 1992-ci
il İstanbul bəyannaməsində əksini
___________________________________________________142
tapmış məqsədlərə nail olmaq yolunda qarşıya çıxan problemlər və
çətinliklər təşkilatımızın mövcud olduğu yeddi il ərzində özünü əyani
şəkildə göstərmişdir. İştirakçı dövlətlərin mehriləan qonşuluq
münasibətləri əsasında regionda sülhü və təhlükəsizliyi təmin etmək
məqsədi ilə biz hamımız qəti tədbirlər görməliyik. Bu isə öz
növbəsində genişmiqyaslı iqtisadi əməkdaşlıq üçün böyük imkanlar
açardı.
Bu baxımdan qeyd etmək istəyirəm ki, görüşümüzün ATƏT-in
sammiti ərəfəsində keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Ümidvaram ki, ATƏT-in sabahkı zirvə görüşünün yekunları hərtərəfli
regional əməkdaşlıq üçün yeni perspektivlər açacaqdır.
Çıxışımın sonunda bu görüşün təşkilinə görə və Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda sülh, təhlükəsizlik və tərəqqi
naminə əməkdaşlığın möhkəmləndirilməsi işinə Türkiyənin verdiyi
töhfəyə görə Türkiyə Respublikasının prezidenti, zati-aliləri cənab
Süleyman Dəmirələ və Türkiyə hökumətinə minnətdarlığımı
bildirirəm.
Diqqətinizə görə təşəkkür edirəm.
Dostları ilə paylaş: |