___________________________________________________132
Biz İstanbul səfərində Sizə yaxşı yol arzulayır, böyük uğurlar
diləyirik. Arzu edirik ki, regionumuzda, nəhayət, sülh olsun. Hər şeyə
görə çox sağ olun.
Mark Palaqaşvili ( Gürcü Yəhudiləri Dini İcmasının başçısı):
Hörmətli Heydər Əlirza oğlu, həmişə olduğu kimi, söz demək üçün
mənə çox az vaxt qalır. Biz, o cümlədən də mən burada, Sizin
görüşünüzdə olduğumuza, təbriklərinizi eşitdiyimizə görə Sizə
minnətdarıq. Biz özümüz də çox şey demək istəyirik. Hər halda, mən
istəyirəm ki, belə görüşlər digər dövlətlər üçün etalon, nümunə olsun.
Qoy hamı bizə baxsın, bizə həsəd aparsın və heç olmasa, nəyisə təkrar
edə bilsinlər. Bu, bizim fəxarətlərimizdən biri olardı.
Mən Bakıda doğulmuşam və 65 illik həyatımda heç bir pozuntu,
ekstremizm, antisemitizm və s. hiss etməmişəm. Ona görə də
Azərbaycanda yaşayan gürcü yəhudiləri adından Sizə bir daha dərin
minnətdarlığımı bildirirəm. Habelə ümid edirəm ki, biz əldə
etdiklərimizlə kifayətlənməyəcək, daim irəliləyəcəyik.
Sizə yaxşı yol olsun, respublikamız üçün zəruri bütün
təşəbbüsləriniz və yaxud arzularınız yerinə yetsin. Çox sağ olun.
Heydər Əliyev: Hörmətli dostlar, əvvəla, ümumən və o cümlədən
Azərbaycanda dinin vəziyyəti, ölkəmizdə ictimai-siyasi şərait
haqqında çox qiymətli sözlərinizə, çox qiymətli fikirlərinizə görə sağ
olun.
Bilirəm ki, siz həmişə bizim xəttimizi dəstəkləyirsiniz, həmişə
obyektiv və ədalətli mövqe tutursunuz. Yəni Siz bizim xəttimizi kor-
koranə dəstəkləmirsiniz, məhz obyektivlik, ədalətlilik mövqeyindən
dəstəkləyirsiniz. Əminəm ki, biz sizinlə bundan sonra da belə
əməkdaşlıq edəcəyik.
Mən məmnunam ki, biz bu gün görüşə bildik. Siz doğru dediniz,
mən sabah İstanbula uçuram. Məsələlər olduqca çoxdur. Bu gün
mənim bir dəqiqə də vaxtım yoxdur, elə əvvəlki günlərdə də
olmamışdır. Ancaq dünən təqvimə baxanda və
___________________________________________________133
görəndə ki, bu gün tolerantlıq günüdür, bizim işçilərə tapşırdım ki,
görüşmək üçün sizi toplamağa çalışsınlar. Mənə dedibr ki,
şeyxülislam xaricə gedir. Dedim ki, əgər mümkündürsə, qoy bir gün
gözləsin, biz görüşək. Çünki məhz bu gün görüşmək, danışmaq,
bugünkü sözlərimizi demək lazım idi.
Mən Azərbaycanın dövlət təhlükəsizliyini möhkəmləndirmək üçün
hər şey edirəm. Bu sülhdür. Mən hər şey edirəm ki, Ermənistan -
Azərbaycan münaqişəsini sülh yolu ilə aradan qaldıraq, işğal olunmuş
torpaqları sülh yolu ilə azad edək, vətəndaşlarımızı - azərbaycanlıları
öz doğma yerlərinə qaytaraq. Sülh isə tolerantlığın ən başlıca amilidir.
Mən bunu edirəm və edəcəyəm, ümidvaram ki, biz qarşıya
qoyduğumuz məqsədə nail ola biləcəyik. Biz həmişə sizin də
dəstəyinizdən, sizin dualarınızdan istifadə etmişik. Hesab edirəm ki,
sizin bugünkü, İstanbula ATƏT-in zirvə görüşünə yola düşməyim
ərəfəsindəki dualarınız bu və bir çox başqa məsələləri həll etməkdə
mənə kömək olacaqdır.
Hamınıza təşəkkür edirəm. Hamınıza cansağlığı arzu edirəm. Siz
öz dini icmalarınıza - həm müsəlmanlara, həm xristianlara, həm
yəhudilərə və başqa icmaların hamısına mənim bugünkü sözlərimi
çatdırın, mənim hörmət-ehtiramımı, səmimi salamlarımı çatdırın. Sağ
olun.
___________________________________________________134
ATƏT-in ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT VƏ
HÖKUMƏT BAŞÇILARININ NÖVBƏTİ ZİRVƏ
GÖRÜŞÜNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN
TÜRKİYƏNİN İSTANBUL ŞƏHƏRİNƏ
YOLA DÜŞMƏZDƏN ƏVVƏL
BİNƏ HAVA LİMANINDA YERLİ VƏ XARİCİ
JURNALİSTLƏRİN SUALLARINA CAVAB
17 noyabr 1999-cu il
S u a l: Cənab prezident, qardaş Türkiyə Respublikasına
növbəti səfəriniz barədə nə deyə bilərsiniz?
C a v a b: Mən qardaş Türkiyə Respublikasına həmişə çox böyük
həvəslə və məhəbbət hissi ilə gedirəm. Çünki bu, bizim üçün dost
ölkədir. Mən çox məmnunam ki, XX əsrin sonunda ATƏT-in zirvə
görüşü məhz Türkiyədə - İstanbulda keçirilir. Bu, türk dünyası üçün
və Türkiyə Cümhuriyyəti üçün, eləcə də bizim üçün çox böyük,
əlamətdar hadisədir. Xalqımız, türk xalqı bununla fəxr edə bilər.
Məqsədimiz aydındır - zirvə görüşündə iştirak etməkdir. Bilirsiniz
ki, ATƏT-in zirvə görüşü dünya beynəlxalq təşkilatlarının ən mötəbər
görüşlərindən hesab olunur. Çünki ümumiyyətlə, ATƏT 25 il bundan
öncə yarandıqdan indiyə qədər həqiqətən, dünyada həm sülhün, həm
təhlükəsizliyin, həm də insan haqlarının qorunması, demokratiyanın
inkişafı üçün çox böyük səylər qoyur və bu prinsiplərin həyata
keçirilməsi üçün həddən artıq fəaliyyət göstərir.
Ona görə də Azərbaycanın müstəqil dövlət olaraq inkişaf etməsi,
ümumiyyətlə, bu təşkilatda olması və zirvə görüşündə iştirak etməsi -
dünyanın ATƏT-ə daxil olan ölkələrinin döv-
___________________________________________________135
lət başçıları, nümayəndə heyətləri ilə birlikdə iştirak etməsi, əlbəttə ki,
bizim millətimiz üçün, Azərbaycan xalqı üçün çox əhəmiyyətlidir. Biz
bununla fəxr edə bilərik. Biz fəxr edə bilərik ki, ölkəmiz, millətimiz,
dövlətimiz müstəqildir və biz müstəqil dövlət olaraq dünyanın böyük
dövlətləri ilə bərabər hüquqda belə bir təşkilatdayıq və bu təşkilatın
zirvə görüşündə onlarla bərabər hüquqda iştirak edəcəyik. Məqsəd
bundan ibarətdir.
Orada müzakirə olunacaq məsələlər məlumdur. Mən bu yaxınlarda
bir qrup yazıçı və şairlə görüşümdə də bu barədə demişəm. Hər halda
ATƏT-in üçüncü zirvə görüşüdür ki, mən Azərbaycanı təmsil edirəm.
Birinci zirvə görüşü 1994-cü ilin dekabr ayında Budapeştdə, ikincisi
1996-cı ilin dekabr ayında Lissabonda - Portuqaliyada olmuşdur.
Nəhayət, indiki görüş İstanbuldadır. Çox məmnunam ki, Azərbaycan
təmsil olunubdur. Azərbaycanın prezidenti kimi, mən Azərbaycanı
təmsil edəcəyəm və əvvəlki zirvə görüşlərində olduğu kimi,
Azərbaycanın milli mənafelərinə aid olan məsələlərin, şübhəsiz ki,
həyata keçirilməsinə nail olacaq və nail olmağa çalışacağam.
Azərbaycanın milli mənafeləri tamamilə qorunacaqdır.
S u a l: Cənab prezident, Azərbaycan bu görüşdən nə gözləyir?
C a v a b: Hazırda bütün Avropa nə gözləyirsə, Azərbaycan da
onu gözləyir. Çox şey gözləyir. Xartiya - Avropa regionunda sülhün
və təhlükəsizliyin möhkəmləndirilməsi, demokratiyanın, Helsinki
sazişinin digər prinsiplərinin inkişafı üçün bir çox vacib müddəaları
əks etdirən siyasi bəyannamə qəbul olunacaqdır. Yəni, çox şey
gözlənilir.
S u a l: Cənab prezident, Bakı-Ceyhan boru kəməri haqqında
anlaşma imzalanacaqmı?
C a v a b: Bakı-Ceyhan boru xətti ilə bağlı anlaşma üzərində bir
ildir ki, çalışırıq. Bilirsiniz ki, beş ildir - 1994-cü ilin
Dostları ilə paylaş: |