Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə38/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   34   35   36   37   38   39   40   41   ...   139

___________________________________________________129 

Başqa bir cəhəti də vurğulamaq istəyirəm. Əgər hansısa bir məsələ 

qalxırsa, hansısa icmanın daxilində kiçik münaqişə yaranırsa, biz, 

şeyx başda olmaqla, yığışır və bunları dərhal həll edirik. Siz bir dəfə 

belə bir fikir demişdiniz: Mən Azərbaycanda din sarıdan məsələsi və 

ya hansısa münaqişə olursa, üçü bir yerə yığışır, müzakirə edirlər və 

hər şey qaydasına düşür. Siz bunu demisiniz və həqiqətən də belədir. 

Allaha şükürlər olsun ki, bizdə hər şey belə yaxşıdır. 

Hesab edirəm ki, heç bir ölkədə, hətta keçmiş SSRİ ərazisində heç 

bir prezident vaxt tapmaz, xatırlamaz ki, tolerantlıq nədir, xüsusən 

belə ciddi səfər  ərəfəsində din xadimlərini dəvət etməz, bu mövzuda 

danışmaz. Zənnimcə, bu, bizim həmişə və indi də inandığımız cənab 

prezidentimizin böyük üstünlüyüdür. Biz yəhudilər bir nəfər kimi Sizə 

səs vermişik. Nə üçün? Ona görə ki, Sizin siyasi xəttinizi başa 

düşürük, belə xətt zəruridir. Əslində biz də elə bununla yaşayırıq. 

Biz inanırıq ki, Siz Türkiyəyə zirvə görüşünə gedərkən Lissabon 

sammitindən olduğu kimi, oradan da sevinclə qayıdacaqsınız. 

Xatirimdədir, o zaman çox böyük sevinc vardı, Siz bu barədə çox 

danışmısınız. Ancaq istərdik ki, bu sevinc indi Lissabon 

sammitindəkindən daha yaxşı olsun. İstəyirik ki, hər şey Azərbaycanın 

xeyrinə qurtarsın, torpaqlarımız geri qayıtsın. 

Bilirik ki, Qarabağ məsələsi Sizin üçün ən ağrılı məsələdir. O, çox 

mürəkkəbdir. Aydındır ki, onu belə asanlıqla həll etmək olmaz, 

bundan ötrü illər lazımdır. Bəlkə  də  həmin il gəlib çatilə, ola bilsin, 

insanlar, nəhayət, başa düşəcəklər ki, bir milyondan artıq adam qeyri-

insani şəraitdə, çadırlarda yaşaya bilməz. Ola bilsin tolerantlıq sözünü 

onlar da yaxşı  mənada başa düşəcəklər. Çox istəyirik ki, bu məsələ, 

nəhayət, həll edilsin. Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan 

bütün xalqlar biz yəhudilər kimi inansınlar ki, Qarabağ məsələsi yaxın 

gələcəkdə həll olunacaq və qaçqınlarımız öz 

  

 

 




___________________________________________________130 

evlərinə, doğma ocaqlarına qayıdacaqlar. Zənnimcə, onda hər  şey 

şəhərdə də, kənddə də qaydasına düşəcəkdir. 

Ən başlıcası odur ki, Siz heç vaxt hiss etməmisiniz və 

eşitməmisiniz ki, dini zəmində bizim hansısa münaqişəmiz olsun. Bu, 

heç vaxt olmayıb və  zənnimcə, heç zaman da olmayacaqdır. Çünki 

bizə Sizin kimi prezident və  şeyxülislam Allahşükür Paşazadə 

həzrətləri kimi insan başçılıq edir. 

Cənab prezident, mən Sizə çox minnətdaram. İlk növbədə ona görə 

ki, Siz bizim hamımıza eyni gözlə baxırsınız. İstər yəhudilərin, istərsə 

də  hər hansı başqa millətin bayramı olsun, Siz bunlardan heç birini 

unutmur, bizi həmişə təbrik edirsiniz. Elə bir hal olmayıb ki, hansısa 

bir tədbirdə Siz bizimlə salamlaşıb görüşməyəsiniz, soruşmayasınız 

ki, işləriniz necədir, nə kimi yeniliklər var? Allaha şükür, hər  şey 

yaxşıdır və biz həmişə vəziyyətimizə görə fəxr edirik. Camaatın gözü 

qarşısında, o cümlədən səfirlərin də  iştirak etdikləri tədbirlərdə  hər 

dəfə bizə müraciət etməyiniz bizdə fərəh hissi doğurur. 

Çox sağ olun. Sizə yaxşı yol arzulayırıq. Allahın köməyi ilə xoş 

xəbərlərlə qayıdın, biz Sizi qarşılayacağıq. 

Mixail Bekker (Avropa Yəhudiləri Dini İcmasının başçısı): Zati-

aliləri, əziz Heydər Əlirza oğlu! 

Avropa yəhudiləri icması Sizə Mustafa Kamal Atatürk adına 

Beynəlxalq Sülh Mükafatının təqdim olunması münasibətilə Sizi 

təbrik edir. Bu, siyasi lider kimi Sizin görkəmli xidmətlərinizin şəksiz 

etirafı  və bizim dövlətimizin beynəlxalq nüfuzunun şəksiz etirafı 

deməkdir. 

Müdrik və düşünülmüş milli siyasətinizə görə Sizə minnətdarıq. 

Siz bilirsiniz ki, Avropa yəhudiləri uzun müddət müxtəlif ölkələrdə 

təqilələrə  və zülmə  məruz qalıblar. Biz yalnız Azərbaycanda, 

yəhudilərə  həmişə  səmimi münasibət göstəribn ölkədə özümüzə  əsl 

vətən tapmışıq. 

Azərbaycan həmişə çoxmillətli dövlət olub və olacaqdır. 

Azərbaycanda həmişə müxtəlif Millətlərin nümayəndələri ya- 

  

 

 




___________________________________________________131 

şayilə  və yaşayacaqdır. Bizim tolerantlığı öyrənməyə ehtiyacımız 

yoxdur, bilirik ki, Azərbaycan xalqı digər xalqlara qarşı  həmişə 

tolerantlı olmuşdur. Biz, sadəcə, müxtəlif xalqlar, müxtəlif 

konfessiyalar və  mədəniyyətlər arasındakı bu dostluq, əməkdaşlıq 

ənənələrini inkişaf etdirməliyik. 

Siz «Bakılı» cəmiyyəti haqqında danışdınız. Bəli, bizim belə bir 

dairəmiz, bakılı deyilən camaatımız yaranmışdır. Zənnimcə, belə şey 

heç yerdə yoxdur. Keçmiş Sovet İttifaqı  ərazisində  bəlkə  də yalnız 

odessalı  və  mən dediyim kimi, bakılı ola bilər. Bu iki «millətə» 

dünyanın bütün ölkələrində xüsusi hörmət bəsləyirlər. Yəhudilər 

«Bakılı» cəmiyyətini ona görə yaradiləlar ki, onlar həqiqətən Bakını 

xatırlayırlar, Azərbaycana doğrudan da kömək etmək istəyirlər və 

bütün qüvvə və imkanlardan istifadə edərək kömək göstərirlər. 

Mən «Bakılı» cəmiyyətinin qəzetini oxumuşam, Nyu-Yorkda 

çıxan, Birləşmiş Ştatların digər yerlərində çıxan qəzetləri oxumuşam. 

Hazırda Azərbaycandakı  yəhudilər haqqında kitab yazıram, material 

toplayıram, həmin qəzetlər evimdədir. Hamı Azərbaycan xalqına çox 

səmimi və çox dostcasına yanaşır, çünki Azərbaycan xalqı özü hamıya 

belə münasibət bəsləyir. Azərbaycan xalqı digər xalqlara daim belə 

yanaşmış, başqa xalqın ağrı-acısını həmişə başa düşmüşdür. Bu, bizim 

üçün, yəhudilər üçün çox qiymətli, çox vacibdir. Çünki biz tez-tez 

əzab çəkmişik, ona görə  də başqalarının  əzablarının nə demək 

olduğunu bilirik. 

Biz inanırıq ki, regionumuzda sülh olacaqdır. Sülhün bərqərar 

olması ilə təkcə Azərbaycanın deyil, həm də bizimlə qonşu olan bütün 

dövlətlərin tərəqqisi başlanacaq, Azərbaycan ərazisində yerləşən bütün 

cəmiyyətlərin, icmaların tərəqqisi başlayacaqdır. Biz Azərbaycanın 

həmişə  məşhur olan mədəniyyəti, elmi və incəsənətinin yenidən 

yüksəlişini görəcəyik. Ümid edirik ki, bu, baş verəcəkdir. 

  

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə